Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tatlı
Kəndlər Tatlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Tatlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Breton şattlı
Breton şattlı (fr. La Navette Bretonne) (başqa adıyla "Broussard və Cri-cri") Fransada fəaliyyət göstərən aerobatika komandasıdır. Komandanın debütü 1993-cü ilə təsadüf edir. Uçuşlar üçün Max Holste MH.1521 Broussard və ən kiçik 2 mühərrikli təyyarə olan Colomban Cri-cri istifadə olunur. Komandanın fərqliliyi onda ibarətdir ki, Cri-cri özü havalanmır. Aviaşou təyyarənin üstünə quraşdırılmış Cri-Cri ilə havaya qalxması ilə başlayır və ayrılmazdan əvvəl bir neçə fiqur həyata keçirilir. Daha sonra havada Cri-cri ayrılır və birlikdə uçuş həyata keçirirlər. Təyyarənin başqa təyyarə üstündə havaya qalxması daha əvvəl 1939-cu ildə "Short Mayo" və "Short Mercury" təyyarələri ilə həyata keçirilib.
Ebonyi ştatı
Ebonyi ştatı (ing. Ebonyi State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Aboine çayından gəlir.
Edo ştatı
Edo ştatı (ing. Edo State) — Nigeriyanın Orta-qərbi geosiyasi zonasında ştat. == Adı == Edo Benin Krallığının bütün klanlarının adıdır.
Ekiti ştatı
Ekiti ştatı (ing. Ekiti State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı bu ərazidə yaşayan Ekiti tayfasından gəlir. Onların adı isə daha öncəki Okiti sözdən gəlib. Okiti sözü təpəli mənasını daşıyır. Bu tayfa yaşayış üçün istifadə etdiyi ərazilər təpələr və düzənliklərdən ibarətdir.
Enuqu ştatı
Enuqu ştatı (ing. Enugu State) — Nigeriyanın Cənub-şərgi geosiyasi zonasında ştat. == Adı == Enuqu ştatı öz adını onun paytaxtından alıb. İqbo dilində Énú Ụ́gwụ́ təpə zirvəsi demək.
Florida ştatı
Florida — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Tallahassi şəhəridir.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).
Kaliforniya ştatı
Kaliforniya (ing. California) – Amerika Birləşmiş Ştatlarının qərbində yerləşən ştat. Əhali sayına görə ABŞ-nin ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə Alyaska və Texasdan sonra 3-cü ən böyük ştatdır. Şimal tərəfdən Oreqon ştatı, şərqdən Nevada və Arizona ştatları, cənubdan Meksikanın Baxa Kaliforniya ştatı, qərbdən isə Sakit Okeanla əhatə olunur. Kaliforniyanın mərkəzi Sakramento, ən böyük şəhərləri isə Los-Anceles, San-Dieqo, San-Xose və San-Fransiskodur. Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Los-Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. İqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neft hasilatı və neftin emalı, informasiya texnologiyaları tutur. Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır.
Kano ştatı
Kano ştatı (ing. Kano State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Katsina ştatı
Katsina ştatı (ing. Katsina State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kebbi ştatı
Kebbi ştatı (ing. Kebbi State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kogi ştatı
Kogi ştatı (ing. Kogi State) — Nigeriyanın Mərkəzi geosiyasi zonasında ştat.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Laqos ştatı
Laqos ştatı (ing. Lagos State) — Nigeriya Cənub-qərb geosiyasi zonasında ştat. Şimalda və şərqdə Oqun ştatı ilə, qərdə isə Benin ilə həmsərhəddir. Cənubda Atlantik okeanın tərəfindən sulanır. == Adı == Laqos Portuqallılar gələn vaxtından bəri qəbul olunmuş addır. Ondan əvvəl, Eko adı işlənilirdi. Bu əvvəlki ad əsasən Laqos adasına aid olaraq istifadə olunurdu. Ekonun ilk sakinləri Avori tayfası idi. Avori ovçuları və balıqçıları İfedən sahil tərəfi köçüblər. Eko sözü bini dilindəki hərbi düşərgə sözündən gəlir.
Massaçusets ştatı
Massaçusets (ing. Commonwealth of Massachusetts) — Amerika Birləşmiş Ştatlarının şimal-şərqindəki Yeni İngiltərə regionunda yerləşən ştat. Ştat şərqdən Atlantik Okeanı, cənubdan Konnektikut və Rod-Aylend, şimaldan Nyu-Hempşir və Vermont, qərbdən Nyu-York ştatı ilə əhatələnib. Paytaxtı Boston şəhəridir.
Missisipi ştatı
Missisipi ştatı (ing. Mississippi) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Cekson şəhəridir.
Nasarava ştatı
Kasarava ştatı (ing. Nasarawa State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat.
Nebraska ştatı
Nebraska (ing. Nebraska)- ABŞ-nin qərb hissəsində yerləşən bir ştat. Ştatın əhalisi 1 842 641 nəfərdir (2011). Ştatın paytaxtı - Linkoln şəhəri, ən böyük şəhəri isə Omahadır. 1867-ci ildə Nebraska ştat statusu alıb və ABŞ-nin 37-ci ştatı olub. Nebraska ştatının sahəsi təxminən 77 220 kvadrat mildir (200 000 km2). Əhalisi isə təxminən 1.9 milyondur. "Nebraska" sözü hindilərinin dilindən gəlir, burada Kuvey Brasge və ya Naisska səsləndi, bu da" bərabər su " deməkdir və Platt çayının bu dövlətdən axan adına aiddir. Avropalıların Nebraska çayı boyunca gəlməsindən minlərlə il əvvəl insanlar yaşayırdı. Avropalıların gəldikləri zaman burada Omaha, Oto, Missuri, Ponka tayfalarının hindiləri və bütün Siu dil qrupuna aid lakotun bir hissəsi məskunlaşmışdır.
Niger ştatı
Niger ştatı (ing. Niger State) — Nigeriyanın Mərkəzi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində axan Niger çayından gəlir.
Saatlı
Saatlı — Azərbaycan Respublikasında şəhər. Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir. Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır. "Qafqaz təqvimi "nin məlumatına görə, 1910 — cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.
Ohayo ştatı
Ohayo (ing. Ohio) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Kolumbus şəhəridir. hio (İngilis tələffüzü: /oʊˈhaɪ.oʊ/ (dinlə)), Vaşinqtonla birlikdə Amerika Birləşmiş Ştatlarını təşkil edən əlli əyalətdən biridir. Paytaxtı və ən çox əhalisi olan şəhər Columbusdur. Ölkənin Midwest bölgəsində, şimal -qərbdə Michigan ilə, şimalda Erie gölü ilə, şərqdə Pennsylvania ilə, cənubda Qərbi Virciniyadan ayıran Ohio çayı ilə həmsərhəd olan Mərkəzi Şimal -Şərq bölgəsində yerləşir. cənub -şərqdə) və Kentukki (cənub -qərbdə) və qərbdə Indiana ilə. 2019 -cu ildə 11 689 100 əhalisi olan Kaliforniya, Texas, New York, Florida, İllinoys və Pensilvaniya ardınca ən çox əhalisi olan yeddinci əyalətdir və 99.37 əhalisi / km² ilə Pennsylvania, Florida, New York, Delaware, Maryland, Massachusetts, Connecticut, Rhode Island və New Jersey. 1 Mart 1803 -cü ildə Birliyə 17 -ci dövlət olaraq qəbul edildi. Ohayo, ölkənin aparıcı sənaye mərkəzlərindən biridir.Sənayeyə əlavə olaraq, digər əsas gəlir mənbələri maliyyə, kömür mədəni (Ohayonun ölkənin aparıcı sənaye güclərindən biri olmasına kömək etdi), kənd təsərrüfatı və turizmdir.
Ondo ştatı
Ondo ştatı (ing. Ondo State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat.
Oqun ştatı
Oqun ştatı (ing. Ogun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat Ştatın adı onun ərazisində axan Oqun çayından gəlir.
Osun ştatı
Osun ştatı (ing. Osun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində axan Osun çayından gəlir.
Oyo ştatı
Oyo ştatı (ing. Oyo State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat.
Dəlilər (Saatlı)
Dəllər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Dəllər kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dəllər kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Talış Əlimirzəbəyli olmuşdur. == Əhalisi == Əhalisinin sayı 1935 nəfərdir.
Gomuşçu (Saatlı)
Gomuşçu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 954 nəfərdir. == Toponimikası == Gomuşçu oyk, sadə. Saatlı rayonunun Varxan inzibati ərazi vahidində kənd. Muğan düzündədir.
Günəşli (Saatlı)
Günəşli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Fətəlikənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Günəşli adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Heydərabad (Saatlı)
Heydərabad (əvvəlki adı: Qolovinovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Dədə Qorqud kənd inzibati-ərazi vahidi tərkibindəki Qolovinovka kəndi Heydərabad kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 783 nəfərdir.
Kamallı (Saatlı)
Kamallı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1107 nəfərdir.[mənbə göstərin] == Toponimikası == Saatlı r-nunun Hacıqasımlı i.ə.v.-də kənd. Araz çayı sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kamal adlı şəxs qoyduğundan kənd onun adını daşıyır. Güman etmək olar ki, bu kəndlər ya Dərələyəz mahalında vaxtilə mövcud olmuş Kamal kəndindən köçüb gəlmiş ailələrin gətirdiyi adla, ya da kamallı nəslinin adı ilə adlandırılmışdır. Keçən əsrdə Tatarıstan ərazisində də Kamallı adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Türk dillərində kamal sözü "qala", "səngər", "axın" mənalarında işlənir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Minbaşılı (Saatlı)
Minbaşılı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Musalı (Saatlı)
Musalı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1025 nəfərdir. Mübariz Əhmədov (jurnalist) Saatlı r-nunun Nərimanov i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış mən­təqəsini vaxtilə Musa adlı şəxs və onun nəs­linə mənsub ailələr saldığına görə belə adlan­dırılmışdır.
Mustafa (Saatlı)
Mustafa — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Məmmədabad (Saatlı)
Məmmədabad — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1586 nəfərdir. Muğan düzündədir. Oykonim Məmməd (ş.a.) və abad (kənd) komponentlərindən ibarət olub, “Məmmədin saldığı kənd”, yaxud “Məmmədin abad etdiyi kənd” mənasındadır.
Məzrəli (Saatlı)
Məzrəli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1027 nəfərdir. Sakit Yaqubov — Azərbaycan Dövlət İqtisad Universitetinin elm üzrə prorektoru, iqtisad elmləri doktoru, professor. Kənddə məscid, kənd xəstəxanası, orta təhsil məktəbi, kitabxana, bələdiyyə binası yerləşir. Kənd Saatlı şəhərindən 9 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. Saatlı və İmişli rayonlarının sərhəddindədir. Kənd əhalisinin əsas məşğuliyyəti maldarlıq və kənd təsərrüfatıdır.
Novruzlu (Saatlı)
Novruzlu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Novruzlu kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Novruzlu kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Dəllər kəndindən ayrılmış novruzlu nəsli­nin həmin kəndə məxsus pay torpaqlarında məskunlaşması nəticəsində yaranmışdır. Kənd Sarısu gölü ilə Kür çayının arasında, Mil düzündə yerləşir. Əhalisinin sayı 626 nəfərdir.
Nərimanov (Saatlı)
Nərimanov — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1360 nəfərdir. Saatlı r-nunun eyniadlı i.ə.v.-də kənd. Araz çayının sahilində, Mil düzündədir. Yerli əhali arasında Nəri­mankənd formasında da işlənir. Keçmiş adı Abbasbəyli olmuşdur. Yaşayış məntəqəsini sahibkar Abbas bəyə məxsus kəndlilər saldı­ğına görə kəndə həmin sahibkarın adı veril­mişdir. Sonralar kənd N. Nərimanovun şərə­finə adlandırılmışdır. Memorial toponimdir.
Qaracalar (Saatlı)
Qaracalar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1033 nəfərdir. Qaracalar oykonimi qılıclı tayfasının qaracalar tirəsinin adı ilə bağlıdır. Qılıclı/qılınclı tayfası keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Hal-hazırda Azərbaycan Respublikasının müxtəlif rayonlarında Qılıclı adlı obyektlər vardır. Saatlı rayonunun Varxan kəndinin inzibati ərazi vahidində yerləşir. Araz çayının sahilində, Muğan düzündədir. Qaracalar kəndinin iqlimi əsasən mülayim-isti iqlim tipidir. Yayı isti, qışı isə mülayimdir. Kənddə əsasən pambıq, taxıl, arpa, şəkər çuğunduru, yonca və s.
Qaralar (Saatlı)
Qaralar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Varxan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaralar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisi təxminən 4000-4500 nəfərdir.
Qarağan Saatlı
Qarağan Saatlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəmsabad kənd inzibati ərazi dairəsində kənd.
Qıraqlı (Saatlı)
Qıraqlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir. Əhalisinin sayı 3622 nəfərdir. Kənd əhalisi əsasən pambıqçılıqla məşğul olurlar.
Saatlı (Bərdə)
Saatlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Mirzə Quliyev — Azərbaycanın Milli Qəhrəmanı.
Saatlı (Urmiya)
Saatlı (fars. ‎‎ساعتلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (29 ailə).
Saatlı (dəqiqləşdirmə)
Saatlı — Saatlı rayonunun inzibati mərkəzi. Saatlı rayonu — Azərbaycan Respublikasında rayon. Saatlı (Bərdə) — Bərdə rayonunda kənd. Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Saatlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Saatlı-i Bəylər (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı Nazlı bəxşi ərazisinə daxil olan kənd. Saatlı məhəlləsi — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Saatlı oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri.
Saatlı bələdiyyələri
Saatlı bələdiyyələri — Saatlı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Saatlı bələdiyyəsi
Saatlı bələdiyyələri — Saatlı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Saatlı məhəlləsi
Saatlı məhəlləsi — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Saatlı məhəlləsi dik yamac üzərində inşa olunmuşdur. Məhəllə dik yamac üzərində inşa olunmuşdur. Məhəllənin əsas küçə yolundan sol və sağ istiqamətləri daşla döşənmiş dar yollar burularaq bir-birini tamamlayır. Məhəllə məscidinin qarşısında kiçik meydan var. Məhəllədə yaşayış binalarının hamısı bir və iki mərtəbəlidir. Məhəllə meydanın aşağı hissəsində hamar ağ saf daşla tikilmiş şirin su bulağı var. Bulaq 1873-cü ildə xan qızı Xurşidbanu Natəvanın Şuşa qalasına çəkdirdiyi su kəmərinin suyu ilə təchiz olunurdu. Bütün məhəllə bulaqları həmin su ilə təmin olunurdu. Məhəllənin əhalisi İyirmidörd mahalı Saatlı kəndindən, eləcə də Keştazlı obasının əhalisindən təşkil olunmuşdu.
Otaqlı
Otaqlı (Kəlbəcər)
Şatlık
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Şotanlı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.