Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərəstu
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Əbəsə Surəsi
Əbəsə surəsi (ərəb. سورة عبس (Sūra-tu Əbəsə)) — Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin 80-ci surəsi. Məkkədə nazil olunduğuna inanılır və 42 ayədən ibarətdir. Adını birinci ayəsindəki "qaşqabağını tökdü" nənasını verən "əbəsə" sözündən almışdır.
Əmr ibn Əbəsə
Əmr ibn Əbəsə (ərəb. عمرو بن عبسة‎) — səhabələrdən və hədis rəvayətçilərindən biri. Özünün dediyinə görə, Əmr ibn Əbəsə peyğəmbərliyinin ilk günlərində Məkkədə Məhəmmədlə görüşdü və ondan soruşdu: “Sən nəsən?”. “Mən Peyğəmbərəm” deyə cavab verdi. Əmr: “Peyğəmbər nədir?” deyə soruşdu. Cavab verdi: “Mən Allah tərəfindən göndərilmişəm”. "Allah səni nə ilə göndərdi?" – deyə Əmr soruşdu. “Bütləri məhv etmək və qohum-əqrəba ilə yaxşı rəftar etmək, bir Allaha iman gətirmək və heç kəsi Ona şərik qoşmamaq əmri ilə” deyə Məhəmməd cavab verdi. O, Hümsdə vəfat etmiş və orada dəfn edilmişdir. Onun Abdullah adlı bir oğlu var idi.
Ebetsu
Ebetsu (yap. 江別市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturada yerləşən şəhər.
Bengü
Bengü (2 aprel 1979, İzmir) — türk pop müğənnisi. == Həyatı == Bengü 2 aprel 1979-cu ildə İzmirdə anadan olub. Musiqi ilə tanış olması məktəb illərindən başlayıb.
Bergü
Corce Enesku
Corce Enesku (19 avqust 1881[…] – 4 may 1955[…], VIII arondisman, Fransa) — Rumıniya bəstəkarı və musiqiçisi. == Həyatı == Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar. Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir. Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.
Henri Lebesqyu
Anri Leon Lebeq (28 iyun 1875[…], Bove – 26 iyul 1941[…], Paris) — fransız riyaziyyatçısı. == Həyatı == Bir fransız riyaziyyatçısı olan Henri Leon Lebeq Fransada Bove şəhərində 28 iyun 1875-ci ildə anadan olmuşdur. Çox yaxşı bir təhsil alaraq 1897-ci ildə Paris Universitetində Ph.D. diplomununu aldı. Dirixle funksiyasının Reyman anlamında inteqralının olmadığı o zamanlar bilinirdi. Rasional funksiyalarda bir, irrasional funksiyalarda sıfır qiymətini alan funksiya riyaziyyatda Dirixle funksiyası adı ilə tanınır. Lebeq bu inteqralın olduğunu isbat etmişdir.
Ərəstü Həbibbəyli
Ərəstü İsa oğlu Həbibbəyli (1980, Naxçıvan) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Ərəstü Həbibbəyli 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001–2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirmişdir. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil almışdır. 2006-cı ildə "Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir. 2002–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləmişdir. 2007–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləmiş, 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi təyin olunmuşdur. 21 fevral 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri təyin olunmuşdur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Aşide Bengü
Aşide Bengü və ya Aşide Benqü ( d.? – ö. 5 dekabr, 681) – Göytürk dövlətinin dağılmasından sonra göytürklərin 50 illik müstəqillik üsyanının təhrik edicisi olan göytürk əsilzadəsi. Çin qaynaqlarında adı Venfu olaraq keçir. == Həyatı == Türk əsilzadəsi olduğu bilinən Bengü haqqında dəqiq məlumatlar yoxdur. Çin qaynaqlarına görə, Bengü 679-cu ildə Sanyu canişinliyi himayəsində çalışan üst səviyyəli türk idarəçi olmuşdur. Onunla birlikdı, Aşide Fenzi adında başqa türk general da olmuşdur. Bengü və Fenzi Tanq sülaləsinin gücsüz anını gözləmiş və gözlədikləri an gəldiyində Aşina Nişufunu xaqan edərək Tanqa qarşı üsyan qaldırmışdırlar. Lakin, 680-ci ildə Pei Xinqcian komandanlığındakı Çin ordusu Nişufuyu məğlub etdi. Bengü Çin ordusundan qaçmağı bacardı, lakin Nişufu Çin təərfindən cəzalandırımaqdan qorxan ordusu tərəfindən qətlə yetirildi.
Bilgen Bengü
Bilgen Bengü (1957, İstanbul) — Türk musiqiçi.
Bəngü-Badə
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
Bəngü Badə
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
Böyük Əbeş (Xaybulla)
Böyük Əbeş kəndi (başq. Оло Әбеш) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Əbeş kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Böyük Əbeş kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 66 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 122 km. Samara çayı sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Kiçik Əbeş (Xaybulla)
Kiçik Əbeş kəndi (başq. Бәләкәй Әбеш) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Əbeş kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kiçik Əbeş kəndinin milli tərkibi: başqırdlar 100 %. == Tanınmış şəsxləri == Damir Nuritdinoviç İşemqulov (1 fevral 1943) — rəssam, Başqırdıstan Respublikasının əməkdar artisti (2001), 1993-cü ildən Rusiya Federasiyasının Rəssamlar İttifaqının üzvü. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 71 km., kənd sovetliyindən (Böyük Əbeş): 5 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 127 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.