Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əcmən
Əcmən (ərəb. عجمان‎) — Birləşmiş Ərəb Əmirliklərində şəhər, Əcmən əmirliyinin inzibati mərkəzi. Аджман Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine — BƏƏ kurortları Густерин П.В. Города Арабского Востока, М., Восток—Запад, 2007, 352 с.
Cəməl döyüşü
Cəməl döyüşü (yanlis melumat) (ərəb. موقعة الجمل‎) — dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin tərəfdarları ilə Aişə və onun tərəfdaşları Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın başçılıq etdiyi qrupla onun hakimiyyətinə qarşı baş vermiş döyüş. Döyüş 656-cı il dekabrın 8-də baş verir. == Mənbələr == Erkən İslam tarixinin çox hissəsi şifahi şəkildə ötürülürmüşdür. Raşidi xilafəti dövründən bu günə qədər kifayət qədər az sayda tarixi mənbələr gəlib çatmışdır. Başqalarının prinsipcə mövcud olub-olmadığı məlum deyil. Bu dövrə aid, eləcə də Əməvilər sülaləsinin sonrakı hakimiyyəti dövrünə aid dövrümüzə çatan sənədlər və yazılar əsasən üçüncü Abbasi xilafəti illərində yazılmışdır. Bunlardan əlavə, İslamın ilkin tarixi haqqında Məhəmməd peyğəmbərin hədislərində mühüm məlumatlar vardır. Onların inkişafı İslam tarixinin ilk üç əsrində mühüm elementdir. Müsəlmanların fəth illərində yazılmış Dəvə döyüşü dövrünün hadisələri haqqında yeganə tarixi mənbə şiə alimi Süleyman ibn Qeysin Kitab əl-Səqifəsidir - İslamın birinci əsrinə aid hədislər və tarixi hesabatlar toplusu.
Cəməl müharibəsi
Cəməl döyüşü (yanlis melumat) (ərəb. موقعة الجمل‎) — dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin tərəfdarları ilə Aişə və onun tərəfdaşları Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın başçılıq etdiyi qrupla onun hakimiyyətinə qarşı baş vermiş döyüş. Döyüş 656-cı il dekabrın 8-də baş verir. == Mənbələr == Erkən İslam tarixinin çox hissəsi şifahi şəkildə ötürülürmüşdür. Raşidi xilafəti dövründən bu günə qədər kifayət qədər az sayda tarixi mənbələr gəlib çatmışdır. Başqalarının prinsipcə mövcud olub-olmadığı məlum deyil. Bu dövrə aid, eləcə də Əməvilər sülaləsinin sonrakı hakimiyyəti dövrünə aid dövrümüzə çatan sənədlər və yazılar əsasən üçüncü Abbasi xilafəti illərində yazılmışdır. Bunlardan əlavə, İslamın ilkin tarixi haqqında Məhəmməd peyğəmbərin hədislərində mühüm məlumatlar vardır. Onların inkişafı İslam tarixinin ilk üç əsrində mühüm elementdir. Müsəlmanların fəth illərində yazılmış Dəvə döyüşü dövrünün hadisələri haqqında yeganə tarixi mənbə şiə alimi Süleyman ibn Qeysin Kitab əl-Səqifəsidir - İslamın birinci əsrinə aid hədislər və tarixi hesabatlar toplusu.
Əkməl Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Əməl Kluni
Əməl Kluni (qızlıq soyadı Ələməddin, ing. Amal Clooney, ərəb. أمل كلوني‎; 3 fevral 1978, Beyrut, Livan) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifdir. Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir. Əməl Klunin ana dili ərəb dilidir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır. 2000-ci ildə Kluni Oksford Universitetinin tərkibindəki Sent-Hyuz kollecinin hüquq fakültəsini bitirmişdir. Sonra təhsilini Nyu-York Universitetinin Ali hüquq məktəbində davam etmişdir.
Əməl Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Əcəl zəngi
Əcəl zəngi — 1940-cı ildə yazıçı Ernest Heminquey tərəfindən yazılmış müharibə romanıdır. Əsər əsasında eyni adlı film də çəkilmişdir. O, zamanı respublikaçı partizan dəstəsinə qoşulmuş gənc amerikalı könüllü, sosialist Robert Cordanın hekayəsindən danışılır. Dinamitçi olaraq Seqoviya şəhərinə hücum zamanı körpünü partlatmaq tapşırılıb. Süjet İspaniyada Vətəndaş Müharibəsi zamanı baş verir və respublikaçılar tərəfində partlayıcı maddələr üzrə mütəxəssis, dinamitçi kimi döyüşən Montanadan olan ispan müəllimi Robert Jordanın hekayəsi ətrafında cərəyan edir . General Qolz ona Seqoviya Hücumunda üsyançı tərəfin əks hücumundan qaçmaq üçün vacib olan körpünün dağıdılmasını tapşırır . Robert, düşmən xəttinin arxasında yerləşən bölgəyə qoca Anselmonun rəhbərliyi ilə gəlir. Orada körpünü partlatmaqda ona kömək etməli olan dəstənin başçısı Pablonun sərxoş olduğunu görür. Lakin o, dərhal aşiq olduğu gənc qız Mariya və Pablonun arvadı Pilar ilə də tanış olur. Pilar kobud və çirkin qadındır, lakin cəsur və böyük iradəlidir, eyni zamanda qaraçı qanına malikdir; yüksək respublika sədaqətinə malikdir və həm körpü missiyasında, həm də şəxsən Mariya ilə Robertin bir yerdə olmasəna çox kömək edir.
Əhməd Cəmil
Əhməd Cəmil (əsl adı: Əhməd Səttar oğlu Cəmilzadə; 20 oktyabr 1913, İrəvan – 24 sentyabr 1977, Bakı) — Azərbaycan şairi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan dövlət mükafatı laureatı (ölümündan sonra 1980). Cəmilzadə Əhməd Səttar oğlu 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır. Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933–1936), sonra Gəncədə (1936–1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940–1942).
Korinfli Evmel
Korinfli Evmel ( q.yun. Εὔμηλος ) — qədim yunan şairi. Onun arxaik dövründən qalma əsərlərindən kiçik fraqmentlər gəlib çatmışdır. "Korinfiaka" ("Korinf nağılları"), "Yevropiya" və bəlkə də "Titanomaxiya" dastanlarının müəllifidir. Onun fəaliyyəti güman olunur ki, e.ə. VIII əsrin ikinci yarısına təsadüf edir. Şair Kolxida, Frigiya, Frakiya, Borisfen və Lidiya ilə tanış idi.
Emel (jurnal)
Emel jurnalı — Müstəcib Ülküsal və 9 dostu tərəfindən 1 yanvar 1930-cu ildə Rumıniyanın hakimiyyəti altında olan Cənubi Dobruca, Hacıoğlu Bazarcığda nəşr olunan bir mədəniyyət jurnalıdır. Jurnal Krım mübarizəsini türk və dünya ictimaiyyətinə çatdıran mühüm bir mətbuat orqanı idi. == Tarixi == İkinci Dünya müharibəsində almanların ruslarla imzaladığı müqavilələrdən sonra Rumıniyaya gəlmələri 11 il ara vermədən yayımlanan Emel jurnalının bağlanmağına səbəb oldu. Türkiyəyə yerləşən Ülküsal Müstəcib 20 illik fasilədən sonra 1960-cı il noyabrın 1-dən jurnalı Ankarada yenidən nəşr etməyə başladı. 1962-ci ilin noyabrından sonra jurnalın inzibati mərkəzi İstanbula köçdü. Daimi nəşrini, yeni nəsil Emelçilərin rəhbərliyi altında 1983-cü ildən 1998-ci ilə qədər, Ankarada 48 səhifəlik jurnal şəklində davam etdirdi. Emel Kırım Vəqfinin ümumi yığıncağında, Emel jurnalının 3 aylıq müddətdə 2008-ci ildə yenidən nəşr edilməsi qərara alındı. Jurnalın sahibi Emel Kırım Vəqfi adından Zəfər Qaratay, baş redaktoru isə Saim Osman Qaraxan idi. Emel jurnalının 2011-ci il sentyabr ayının 236-cı sayı ilə bir daha nəşr həyatını başa vurdu. 23 aprel 2015-ci ildə Saim Osman Qaraxanın ölümündən sonra İstanbul Krım Dərnəyinin nəşr orqanının baş redaktoru Özgür Qaraxan 2016-cı ildə bu vəzifəyə təyin edildi.
Emel Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Əhməd Cəmil küçəsi (Bakı)
Əhməd Cəmil küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçə. Küçə Azərbaycan şairi, Azərbaycan dövlət mükafatı laureatı Əhməd Cəmilin adını daşıyır. 2015-ci ilin may ayında təmiri başa çatan Bəxtiyar Vahabzadə küçəsindən sonra ona perpendikulyar Əhməd Cəmil küçəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulmuş, 1 iyun 2015-ci il tarixdən təmirə başlanılmışdır. Küçənin açılışı 2015-ci ilin sentyabrında olmuşdur. Bu küçədə yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə isə təmir 2015-ci ilin aprel ayında başlamış, sentyabr ayında bitmişdir. Küçə Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən başlayaraq Akim Abbasov küçəsində bitir. Lətif İmanov küçəsi Şəhriyar küçəsi Mehdi Məmmədov küçəsi Əbdürrəhim bəy Haqverdiyev küçəsi Həsən Məcidov küçəsi № 3 — Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey № ?
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Əcrək
Sind topisi -— Sind milli baş geyimi. Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Ər — Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Şah Əhməd Əhməd Əhmədov Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.
Əmələ
Əmələ (fars. عمله قشقایی Əməle-yi Qaşqayi‎; bəzi mənbələrdə Cəfərbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Ərdəl
Ərdəl-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Ərdəl şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,162 nəfər və 1,767 ailədən ibarət idi.
Yaşayış binası (Əhməd Cəmil küçəsi, 27)
Əhməd Cəmil küçəsi, 27 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. İki mərtəbəli tikilinin birinci mərtəbəsinin qalın divarları yarımdairəvi tağ şəklində mərtəbələr arası tavan örtüyünə keçir. Dar pəncərə kənarları, divar qalınlığında yerləşdirilmiş və zirzəmiyə aparan daxili pilləkən sərt təəssürat yaradır. İkinci mərtəbənin atmosferi isə tamamilə fərqlidir. Burada çoxlu təmiz havanın olduğu açıq veranda və üzüm tənəklərinin yaşıl yarpaqları canlılıq görüntüsü formalaşdırır. Xeyli qabağa çıxan incə oymalı taxta karnizləri zərif işləməli kapitelə malik taxta sütunlar saxlayırlar. Konstruktiv baxımdan əsaslandırılmış taxta detallar yalnız bu tikilidə deyil, Gəncənin digər mülki memarlıq nümunələrində də xarakterik xüsusiyyət rolunu oynayır. Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Dəcəl öpüş
Dəcəl öpüş (ing. Playful Kiss) — 2010-cu ilin Cənubi Koreya romantik-komediya teleserialıdır, baş rollarda JUNG SO MİN və KİM HYUN JOONG -dur. Bu serial MBC-də 2010-cu il sentyabrın 1-dən oktyabrın 21-ə qədər çərşənbə və cümə axşamı günləri saat 21:55-də yayımlanıb. == Sujeti == Serialın mövzusu orta məktəb illərində Baek Seung Jo'ya aşiq olan Oh Ha Ni'nin heç imtina etmədən Baek Seung Jo'yu əldə etməsidir. Təbii ki, olaylar yazıldığı qədər asan keçmir. Ha Ni necə Baek Seung Jo'ya aşiqdirsə, Boong Joon Go ( LEE TAE SUNG)-da Ha Ni-yə o cür aşiqdir.Ha Ni üçün așçı belə olmuştur. Amma Ha Ni onu 4 il sonra rəddetmişdir. Serial Ha Ni'nin atası ilə yaşadığı evin 2.2 bal gücü zəlzələ nəticəsində dağılması ilə başlamışdır .Atasının çox yaxın keçmiş dostu onları xəbərlərdə görəndə öz evlərinə dəvət edir. Ha Ni və atası yaxşı vəziyyətdə olmadıqları üçün bu təklifi qəbul edirlər .Ha Ni çamadanını alıb arxasını dönəndə Baek Seung Jo'nu qarşısında görür və çaşbaş qalır. Məgər Baek Seung Jo atasının dostunun oğlu imiş.
Altın-Emel Milli Parkı
Altın-Emel Milli Parkı (qaz. Алтынемел саябағы, rus. Алтын-Эмель национальный парк ) ― Qazaxıstanda milli park. 1996-cı ildə yaradılmışdır. Park İli çayı ilə Ak-Tau dağ silsiləsi arasında 4 596 km² ərazini əhatə edir və əsasən səhra və qayalıq ərazilərdən ibarətdir. == Xüsusiyyətləri == Altın-Emel Milli Parkı Qazaxıstanda, İli çayının vadisində yerləşir. Ərazi qum səhrası, dağlar və flora daxil olmaqla müxtəlif landşaftlardan ibarətdir. Parkın əsası arxeoloji və tarixi abidələr ilə birlikdə təbii park kompleksini də qorumaq məqsədi ilə 10 aprel 1996-cı ildə qoyulmuşdur. Bura Qazaxıstandakı ən böyük qoruğu və UNESCO-nun Ümumdünya irsinin bir hissəsidir. Altın-Emel Milli Parkı iki əsas hissədən: İli çayının sağ sahilinə və dağa - Cunqariya Alatausuna bitişik düzənlik və Altın Emel silsiləsinin makro yamacından ibarətdir.
Əxmər
Əxmər (Auırqazı) —
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir.
Həlməl
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Əsmə
Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır.
Əzmə
Qoyun qara ciyəri – 354q, Quyruq - 65q, İstiot – 0,1q, Duz - zövqə görə. Qara ciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarımhazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot vurulub hazır olunca tavada qovrulur.
Əzəl
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Acmer
Acmer və ya Acmir — Hindistanın şimal-qərbində, Racastan ştatında şəhər. 2001-ci ilin məlumatına görə, əhalisi 485,2 min nəfərdir. Aravalli dağlarında, 900 metr hündürlükdə yerləşir. Dəmiryol qovşağıdır. Ölkənin əsas dini mərkəzlərdən biri, müsəlmanların ziyarətgah yeridir. Hindistanda ilk məscidlərdən biri XII əsrdə burada tikilmişdir. Toxuculuq və yeyinti sənayesi, iri dəmiryol emalatxanaları, memarlıq abidələri var. == İstinadlar == == Əlavə ədəbiyyat == Dasharatha Sharma. Early Chauhān Dynasties. S. Chand / Motilal Banarsidass.
Camel
Camel (musiqi qrupu)
Ecmeles
Qarabatdaq (lat. Phalacrocorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinə aid heyvan cinsi.
Edsel
Edsel ― ABŞ-də yerləşən keçmiş bir avtomobil markası idi. Marka 1957-ci ildə Ford Motor Company tərəfindən yaradılmış və 1960-cı ildə bağlanmışdır. Henri Fordun oğlu Edsel Fordun adını daşımışdır. Ford Edsel markası ilə həm General Motors, həm də Chryslerə qarşı bazar payını əhəmiyyətli dərəcədə artıracağına və Amerika avtomobil bazarında GM ilə arasındakı boşluğu aradan qaldıracağına ümid edirdi. Ford, Edselin gələcəyin avtomobili olduğuna istehlakçıları inandırmaq üçün reklam kampaniyasına böyük bir investisiya qoydu. İctimaiyyətə açıqlandıqdan sonra, çirkin, bahalı və ekstravaqant hesab edildi və müasir Amerika avtomobil alıcıları arasında heç vaxt populyarlıq qazanmadı. Edsel adı, ticarətdə uğursuzluğu göstərmək üçün nəzərdə tutulmuş məşhur bir simvol halına gəlmişdir.