Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rufan Əkbərli
İltizam Əkbərli
İltizam Nizam oğlu Əkbərli və ya İltizam Əkbərov (1 iyul 1957, İmişli) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı. İltizam Əkbərli 1957-ci il iyulun 1-də İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1979-cu ildən İmişli rayonunda müəllim, "Gənc texniklər" stansiyasının müdiri işləmişdir. Rus dilini bilir. İngilis dili təhsili almışdır. Evlidir. 2 övladı var. İltizam Əkbərli 1983–1991-ci illərdə İmişli Rayon İcraiyyə Komitəsində təlimatçı, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. İltizam Əkbərli 22 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 777 nömrəli fərmanı ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Qənbərəli bəy Bənəniyarski
Qənbərəli bəy Bənəniyarski (1890, Bənəniyar, Naxçıvan qəzası – 29 noyabr 1937) — Araz Türk Cümhuriyyətinin maliyyə naziri. Qənbərəli bəy Şirəli bəy oğlu Bənəniyarski 1890-cı ildə Naxçıvan yaxınlığındakı Bənəniyar kəndində anadan olmuşdur. Naxçıvan xanlığına aid sənədlərdə onun ulu babaları Bənəniyarlı kimi qeyd olunublar. Naxçıvan, İrəvan və Gəncə gimnaziyalarında təhsil alan Qənbərəli bəy sonralar Rusiyada ali təhsil almışdır. Universitet təhsili alan Qənbərəli bəy Naxçıvana hüquqşünas kimi qayıtmışdır. Naxçıvanda sovet hökuməti qurulduqdan – 1922-ci ildən sonra Qənbərəli bəy məcburən Bakıya köçmüşdür. İnqilab Komitəsinə rəhbərlik edən bolşeviklər Naxçıvanın ziyalılarını, hərbçilərini həbs edir və sürgünə göndərirdilər. Qənbərəli bəy də onlar kimi təqib edilir, siyasi idarənin xüsusi şöbəsinə sorğu-suala çağırılırdı. O, milyonçu Məşədi Heydər Nəsirbəyovun qızı Zəhra xanım ilə ailə qurduğundan Naxçıvandan tez köçməsini tələb etmişdilər. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivinin sənədlərinə görə 29 noyabr 1937-ci ildə güllələnmişdir 3 noyabr 1918-ci il tarixində İbrahim bəy Cahangirzadə rəhbərliyində təşkil olunan Araz Türk Cümhuriyyəti Nazirlər Şurasında maliyyə naziri postunu tutmuşdur.
Şahrux Əkbəri Dilməqani
Şahrux Əkbəri Dilməqani — Cənubi Azərbaycanlı heykəltaraş. Onun əsərləri abstrakt tərzdə yaradılıb.