EYN

is. [ ər. ] klas. Göz.
Axdı eynim yaşı, döndü sellərə; Yar içən sulara qarışdımı ola? Aşıq Dilqəm.
Müddətdir eynindən cida düşmüşəm; Həsrətini çəkər hər zaman Pəri! Aşıq Pəri.
[Qəhrəman] düşündükcə ötən günləri xatırlayır, eynində atasının uzun yamaqlı arxalığı … canlanırdı. S.Rəhimov.

◊ Eyni açılmaq – halı yaxşılaşmaq, kefi yaxşılaşmaq, üz-gözü açılmaq, gümrahlanmaq, dilxorluğu, kəsaləti keçmək.
[Usta Murtuz Əkbərə:] …Dur əl-üzünü yu, eynin açılsın, yatdıqca ağırlaşırsan. Mir Cəlal.
Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı.
Soyuq su ilə yuyunandan sonra eyni açıldı. Ə.Vəliyev.

Eyninə deyil – vecinə gəlmir, saymır, təsirlənmir.
Eyninə gəlməmək (girməmək) – vecinə gəlməmək, vecinə almamaq, əhəmiyyət verməmək, saymamaq, təsirlənməmək.
Olsa yüz üzü gül, girməz eynimə; Mən ancaq bir gülüzarə aşiqəm. M.P.Vaqif.
Top gülləsinin qabağında səngərə girən, çuxura, daş dalına soxulan, qazmaya girib gizlənən kim? Amma mən? Eynimə gəlmədi. Ə.Əbülhəsən.

Синонимы

  • EYN eyn bax göz 1
EYMƏNMƏK
EYNƏK

Значение слова в других словарях