Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ələyəz
Ələyəz (Dərələyəz) — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı.
Ələyəz (Dərələyəz)
Ələyəz, Alagöz — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz, Qafqazın 5 verstlik xəritəsində Alagöz, «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz (364, N° 770) formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz, Alagəz, Alagöz kimi qeyd edilir. Fikrimizcə, Kəndin ilkin və əsil adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr vardır. Kəndin adı V əsrdən xatırlanır. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir. Etnotoponimdir.
Ələyəz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Ələyəz rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Ələyəz məbədi
Ələyəz məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Ələyəz kəndinin şərqində yerləşən alban xristian məbədidir. XIII yüzildə tikildiyi ehtimal olunan və planı düzbucaq şəklində olan bu günbəzli məbədin ətrafı geniş qəbiristanlıqla əhatələnmişdir. Qəbiristanlığın çox hissəsi hazırda bağ və əkin sahələrinə çevrilmişdir. Qəbirüstü sənduqə və daşların üzərindəki yazılardan onların 1301, 1318, 1325, 1342, 1345, 1349-cu illərə aid olduqları anlaşılır. Məbədin cənub tərəfində qəbiristanlıqda böyük sərdabənin divarlarının qalıqları var idi. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Ələyəz kəndinə (11 ailədə 58 nəfər) 1828–1829-cu illərdə İrandan ermənilər köçürülüb gətirilmişlər.
Oqtay Eldəgəz
Oqtay Eldəgəz (doğum adı: Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934, Bakı – 16 may 2002, Bakı) — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri. Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb. 1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər. Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi.
Şəmsəddin Eldəgəz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Əmir Eldəgəz