Bu adın digər istifadə formaları üçün bax:
Ələyəz.
Ələyəz, Alagöz — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]
Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ
qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz[3], Qafqazın 5 verstlik xəritəsində Alagöz[4], «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz (364, N° 770) formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz[5], Alagəz, Alagöz[6] kimi qeyd edilir.
Fikrimizcə, Kəndin ilkin və əsil adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr vardır[6]. Kəndin adı V əsrdən xatırlanır[7].
Toponim alagöz türk etnonimi[8][9] əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir[9].
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1831-ci illərdə 32 nəfər, 1873 - cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə
412 nəfər, 1904 - cü ildə 524 nəfər, 1914 - cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919 - cu ildə 97 nəfər yalnız azərbaycanlılar yaşamışdır[10].
1918-19 - cu illərdə kənd erməni
təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız indiki
Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri doğma evlərinə dönmüşdür. Burada
1922-ci ildə 180 nəfər azərbaycanlı, 91 erməni, 1926-cı ildə 267 nəfər, 1931-ci ildə 353 nəfər[11], 1959 - cu ildə 499, 1970-ci ildə 884 nəfər, 1979 - cu ildə 963 nəfər[12] azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Əxi Təvəkkül zaviyəsi
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.58
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.10
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.160
- ↑ 1 2 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.62
- ↑ Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.57
- ↑ Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.204
- ↑ 1 2 Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. - Türk dünyası araştırmaları, 1983, № 26. s.120
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 160-161
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.91, 161
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.359