Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəlihəsən (Həştrud)
Dəlihəsən (fars. دلوحسن‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (44 ailə).
Əlhəsən Dantata
Əlhəsən Dantata (ing. Alhassan Dantata; 1877 – 17 avqust 1955) — Nigeriya taciri. O, kola qoz-fındıqları və yer qoz-fındıqları ticarəti ilə məşğul olmuşdur və Avropa məhsullarının distribyutoru idi. Britaniya ticarət şirkətlərini xammalla təmin etmiş və Qızıl sahildə biznes maraqları da vardı. Ölümü zamanında Dantata Qərbi Afrikanın ən varlı adamı idi. O, Nigeriya və Afrikanın ən varlı adamı olan Aliko Danqotenin ulu babasıdır.
Əliləsər (Germi)
Əliləsər (fars. اليله سر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 169 nəfər yaşayır (32 ailə).
Əlihüseyn Dağlı
Həmidov Əlihüseyn Həmid oğlu (Əlihüseyn Dağlı) (1898, Xızı, Quba qəzası – 28 yanvar 1981) — Mikayıl Müşfiqin dayısı oğlu Əlihüseyn Dağlı 1898-ci ildə Xızıda kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından ailəsi ilə Bakıya köçürlər. Atası Həmid kişi qəbirstanlıqda qəbir daşları hörməklə məşğul olur. Anası Göhər xanım qatı dindar idi. Əlihüseyn rus-tatar məktəbində 3 sinifi bitirib. Ailə vəziyyəti ağır olduğundan şəhər məktəbində də yalnız 3 sinif bitirir və 1917-ci ildən Bakı şəhər dəmiryol idarəsində, son vaxtlar isə dəmiryolunda konduktor (nəzarətçi) işləyir. Həmin illərdə sol-eser partiyasına daxil olur. 1918-ci ildə tif xəstəliyinə tutulur. Sağalandan sonra Müsavat ordusunda sıravi əsgər kimi qulluq edir. ÜİK(b) partiyasının üzvi olmağa can atır.
Əlihüseyn Hidayətov
Əlihüseyn Alışan oğlu Hidayətov (1 yanvar 1947, Kəlvəz, Lerik) — tibb elmlər doktoru, professor-qastroenteroloq, Azərbaycan Respublikasının Əməkdar Həkimi, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinin daxili xəstəliklər kafedrasının müdiri.[mənbə göstərin] Əlihüseyn Hidayətov 1970-ci ildə Azərbaycan Tibb İnstitutunu (hazırda Azərbaycan Tibb Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. 1970–1972-ci illərdə Sovet Ordusu sıralarında alay tibb xidmətinin rəisi vəzifəsində qulluq etmişdir. 1972–1974-ci illərdə qastroenterologiya ixtisası üzrə kliniki ordinaturada təhsilini davam etdirmişdir. 1975–1988-ci illərdə Azərbaycan Elmi Tədqiqat Rentqenologiya, Radiologiya və Onkologiya İnstitutunda kiçik, sonra baş elmi vəzifələrində çalışmışdır. Azərbaycan 1988–1991- Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda baş elmi işçi vəzifəsini tutmuşdur. 1991-ci ildən Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və hal-hazırda həmin kafedraya rəhbərlik edir. 1977-ci ildə Moskva vilayəti Elmi Tədqiqat-kliniki İnstitutunda namizədlik və 1990-cı ildə Moskva Tibb Akademiyasında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş qastroenteroloqudur. 1999–2000-ci illərlə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Elm və Texnika Komitəsində biologiya və tibbi problemlər şurasının sədri vəzifəsini aparmışdır. 2003–2006-cı illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb ixtisası üzrə ekspert şurasının sədri vəzifəsində çalışmışdır.
Əlihüseyn Hüseynov
Əlihüseyn Hüseynov (rejissor) —
Əlihüseyn Məmmədov
Əlihüseyn Qafarlı
Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (15 mart 1911, Bakı – 5 oktyabr 1961, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1960). Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı 15 mart 1911-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. Yeddiillik təhsil alıb. On altı yaşında Bakı Dənizçilər Evinin nəzdindəki dram dərnəyinə üzv olub. 1929-cu ilin payız teatr mövsümündə Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Yeni forma və üslub, məzmun və ifadə vasitələri sorağı ilə eksperimentlər aparan, həm uğur qazanan, həm müvəffəqiyyətsizliyin acısını dadan teatr bütün təzadlara baxmayaraq formalaşmaya doğru inamla addımlayırdı. Teatrın repertuar simasını müəyyənləşdirən tamaşalarda Əlihüseyn Qafarlı da oynayırdı. Bu kollektiv 1933-cü ildə Gəncə şəhərinə köçürülüb. Əlihüseyn Qafarlı on ilə yaxın Gəncə Dövlət Dram Teatrında çalışıb. 1942-ci ildən ömrünün sonuna qədər (az fasilə ilə) Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və kollektivin ansambl kimi fəaliyyət göstərdiyi truppada aktyor işləyib.
Əlihüseyn Şükürov
Əlihüseyn Məmmədhüseyn oğlu Şükürov — jurnalist, tərcüməçi, Azərbaycan və Rusiya Jurnalistlər Birliklərinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı. Əlihüseyn Şükürov 19 mart 1960-cı ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. Jurnalist Sənətkarlığı İnstitutunu, Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasını (Moskva), Rusiya Federasiyasınin Prezidenti yanında Ali İdarəçilik Akademiyasını və s. bitirmişdir. Komsomol, partiya, mətbuat və təsərrüfat orqanlarında işləmişdir. Hazırda Murmansk vilayəti Ümumrusiya Azərbaycan Konqresinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəridir. Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin təsisçiliyi ilə çap olunan gündəlik "Respublika" qəzetinin xüsusi müxbiridir (2000-ci ildən). Azərbaycan haqqında məqalələri "Kommersant", "Azerbaydjanskiy Konqress" qəzetlərində, televiziya-radio efirlərində səslənir, AzərTAC və s. nəşr edir. Rusiya Federasiyasının Murmansk vilayətində çəkilən "Novruz 2008" televiziya filminin ssenari müəllifidir.
Əlihüseyn Bağışov
Əlihüseyn Hüseynov (aviamühəndis)
Əlihüseyn Hüseyn oğlu Hüseynov (13 may 1921, Nəvai, Salyan qəzası – bilinmir) — Sosialist Əməyi Qəhrəmanı (1973).
Əlihüseyn Hüseynov (kəşfiyyatçı)
Əlihüseyn Ələsgər oğlu Hüseynov, və ya Yaquar (d. 15 dekabr 1957, Salyan, Azərbaycan SSR, SSRİ – ö. 24 oktyabr 2017, Bakı, Azərbaycan) — Azərbaycan kəşfiyyatçısı, Qarabağ müharibəsi iştirakçısı. Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar" ləqəbi verilib. O, Şıxov batalyonunda erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb. Daşaltı əməliyyatında iştirak edib. O, Azərbaycan Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının müavini olub. 2017-ci il oktyabrın 24-də Əlihüseyn Hüseynov Bakının Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binanın damına su çənini düzəltmək üçün çıxmış və binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib. Badamdar qəbiristanlığında dəfn edilib. Ailəli idi, 3 övladi var.
Əlihüseyn Hüseynov (rejissor)
Əlihüseyn Hüseynov (5 dekabr 1922, Quba – 4 iyun 1987) — Azərbaycan rejissoru, operator, ssenarist. Əlihüseyn Hüseynov 1922-ci il dekabrın 5-də anadan olub. İkinci Dünya müharibəsi zamanı orta təhsilini bitirdikdən sonra, cəbhəyə yollanıb. 1943-cü ildə yaralanıb. Müalicədən sonra 1945-ci ildə ordudan tərxis olunub. 1948-ci ildə ÜDKİ-nun kinooperatorluq fakültəsinə daxil olub. 1954-cü ildə Bakıya qayıdıb. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında çalışıb. İlk dəfə kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi "Görüş" filmində kinooperatorlardan Teyyub Axundov və Cavanşir Məmmədovun assistenti olub. "Qanun naminə" kinodramı kinooperator Əlihüseyn Hüseynovun bədii kinoda sonuncu işidir.