Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yulana Əlikişizadə
Yulana Yusufovna Əlikişizadə — Azərbaycan baletmeysteri. == Həyatı == Əlikişizadə Yulana Yusufovna 1938-ci il yanvarın 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı Xoreoqrafiya məktəbini, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət institutunu bitirmişdir. BXM-ni bitirdikdən dərhal sonra Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına balet artisti vəzifəsinə qəbul edilərək, 1978-ci ilə kimi burada çalışmışdır. Truppada çalışdığı illərdə o repertuarda olan bir çox balet tamaşalarında əsas partiyaları ifa etmişdir. Balet artisti kimi fəaliyyətini başa vurduqdan sonra Y.Əlikişizadə müxtəlif illərdə Azərbaycan Dövlət Mahnı teatrı (1978-1987; 1990-1992; 1994-1997), Azərbaycan Milli Dram teatrı-1988, "Qaya" Dövlət estrada-simfonik orkestri (1988-1990), Azərbaycan Dövlət Musiqili Komediya teatrında (1992-1994) balet qrupunun rəhbəri vəzifəsində çalışmışdır. Y.Əlikişizadə istər balet artisti, istərsə də baletmeyster kimi çalışdığı dövrlərdə Azərbaycan incəsənətini dünyanın bir çox ölkələrində-Fransa, Lyuksemburq, Hindistan, Nepal, Birma, İsveçrə, Almaniya, Pakistan, Belçika, Əlcəzair, Tunis, Türkiyə və s. təmsil etmişdir. 1998-ci ilin əvvəllərindən Yulana Əlikişizadə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında baş baletmeyster vəzifəsində işləməyə dəvət olunmuşdur. Onun rəhbərliyi altında balet truppası son illərdə böyük uğurlar əldə etmişdir.
Əlikiçik
Əlikiçik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə, Abaran çayının sağ tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Əli kiçik, Qafqazın 5 verstlik xəritəsində Əli qoçaq (Али кочак) formasında qeyd edilmişdir. Kəndin digər adı Əli kuçak olmuşdur. Kəndin adı erməni mənbələrində Əli kuşak formasında da qeyd edilir. == Toponimi == Toponim Əli kiçik şəxs adı əsasında əmələ gəlmişdir. F.Sümər qeyd edir ki, Zəngilər dövlətinin türkmən əmirlərindən biri də Zeynəddin Əli Küçük idi. Belə qənaətə gəlirik ki, kəndin adı həmin şəxsin adını özündə əks etdirir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Əlikli
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri == Ədəbiyyat == Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Agrostis eliasii
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Münəvvər Əliqızı
Münəvvər Əliqızı Tapdıqova — yazıçı, "Qızıl qələm" mükafatı laureatı == Həyatı == Münəvvər Əliqızı 27 yanvar 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubiley tədbiri keçirilən zaman vəfat edib. == Yaradıcılığı == Munəvvər xanım 4 kitab müəllifidir: "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur". "Sevginin ölçüsü yoxdur" kitabına görə Xan qızı Natəvan mükafatına, "Bayatılar" kitabına görə isə "Qızıl Qələm" Media mükafatına layiq görülüb. == Kitabları == "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur" == Həmçinin bax == Münəvvər Əliqızı şair İlyas Tapdıqın həyat yoldaşıdır. Münəvvər Əliqızı Azərbaycanın Əməkdar artisti Şəbnəm Tapdıqın anasıdır.
Şəhla Əliqızı
Şəhla Əliqızı (Şəhla Əli qızı İsmayılova; 26 fevral 1980, Tovuz) — Azərbaycan teatr aktrisası. == Həyatı == Şəhla Əliqızı 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir.Xalq artisti Cənnət Səlimovanın tələbəsidir. Həmçinin Elmira Məlikova və Vaqif İbrahimoğlundan dərs alıb.O, aktrisa kimi 02.12.2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.Bir çox dövlət tədbirlərinə aparıcısı və həmçinin 2003-cü ildə İnnaqurasiya mərasimindən sonra Hökumət evinin qabağında təşkil edilmiş konsert proqramının aparıcısı olub. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Əlikösə (Duzluca)
Əlikösə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Əlikosa kimi qeyd olunur. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər. Noyabrın 11-dən 12-nə keçən gecə XI Diviziya komandanlığı ermənilərə qarşı hücuma keçmiş və Türkiyə bayrağı İğdır bələdiyyəsinin binasına sancılmışdır. Bu hadisələrdən sonra 14 noyabrda ermənilər XV korpus komandiri Kazım Qarabəkir paşanın komandanlığı ilə Türkiyə ordusu tərəfindən Araz çayının şimalına doğru dəf edilmişdir. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafının Türkiyə ərazisi olduğu təsdiqlənmişdir. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 62 km, Duzluca şəhər mərkəzindən 26 km məsafədədir.
Nikomax etikası
“Nikomax etikası” və ya “Nikomaxın etikası” (q.yun. Ἠθικὰ Νικομάχεια) — Aristotelin üç etik əsərindən biri. Ehtimal olunur ki, bu əsər ilk dəfə (təxminən eramızdan əvvəl 300-cü il) Aristotelin oğlu Nikomax tərəfindən köçürüldüyü üçün “Nikomax etikası” adını almışdır. Ola bilsin ki, kitab Aristotel tərəfindən öz oğlu Nikomaxa və ya onun da Nikomax adını daşıyan atasına həsr olunub. == Tarixi == Bir çox cəhətdən bu əsər Aristotelin cəmi səkkiz kitabdan ibarət olan "Evdem etikası" ilə paraleldir. Məsələn, Nikomax etikasının V, VI və VII kitabları Evdem etikasının IV, V və VI kitabları ilə eynidir. İlk yazılan və ilkin olaraq üç ümumi kitabı ehtiva edən bu iki əsər arasındakı əlaqə ilə bağlı fikirlər bölünür. Çoxları hesab edir ki, bu əsərləri indiki formasına Aristotelin özü deyil, bir müddət sonra redaktor gətirib. == Məzmunu == === Birinci kitab === Aristotel rifah məhfumunu müəyyən etməklə əsərə başlayır və buna “hər kəsin can atdığı şey” mənasını verir. Rifaha yanaşmalardakı fərqə (sağlamlıq, sərvət və ya qələbə kimi anlaşılma) baxmayaraq, daha yüksək bir rifah var - dövlətin rifahı.
Odiseas Elitis
Odiseas Elitis (yun. Οδυσσέας Ελύτης; 2 noyabr 1911[…], İraklion – 18 mart 1996[…], Afina) — yunan şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1979). == Həyatı == Yunanıstanın ədəbiyyat sahəsində ikinci Nobel laureatı Odiseas Alepudelis əsərlərini Odiseas Elitis təxəllüsü ilə çap etdirmişdi. Elitis təxəllüsünü bir neçə səbəbdən seçmişdi. Əvvəla, bu təxəllüsdə şairin vətəninin — Elladanın adı vardı. Digər tərəfdən, yunanca "ümid" mənasını verən "elpida", "azadlıq" anlamında işlədilən "elefteriya" və nəhayət, gözəllik mücəssəməsi Elena — Yelena da eyni kökdən idi. Odiseas Elitis Krit adasında doğulmuşdu. Əslən Egey dənizindəki əfsanəvi Lesbos adasından olan atası bacarığı və təşəbbüskarlığı sayəsində Kritin zəngin iş adamlarından birinə çevrilmişdi. Oğluna yaxşı təhsil vermək məqsədi ilə Odiseasın altı yaşı tamam olanda o, paytaxt Afinaya qayıtmışdı. Gələcək şair Afina universitetində hüquqşünaslıq öyrənsə də diplom ala bilməmişdi.
Süni intellekt etikası
Süni intellekt etikası — robotlar və digər süni şəkildə ağıllı canlılar üçün xarakterik olan texnologiya etikasının bir hissəsi. Süni əqli varlıqların dizaynı, qurulması, istifadəsi və müalicəsi, süni əxlaqi agentlərin (IMA) əxlaqi davranışına aid maşın etikası məsələlərini həll edən ümumiyyətlə roboetika bölünür. == Robotların etikası == "Robot etikası" termini (və ya "roboetika") insanların robotları və digər süni şəkildə yaradılan ağıllı varlıqları necə tərtib etməsi, qurması, istifadəsi və idarə etmələrinin mənəvi məsələlərinə aiddir. Süni şəkildə yaradılan ağıllı varlıqların insanların ziyanına və mənafeyinə necə istifadə olunacağından bəhs edir. === Robot hüquqları === "Robot Hüquqları", insanların maşınları qarşısında insan hüquqları və ya heyvanlara bənzər bir mənəvi öhdəliklərə sahib olmaları lazım olan bir anlayışdır. Mövcud olmaq və öz missiyasını yerinə yetirmək hüququ kimi robotların hüquqlarının insan hüquqlarının cəmiyyət qarşısında insan öhdəlikləri ilə əlaqələndirilməsi ilə bir insana xidmət etmək vəzifəsi ilə əlaqələndirilə biləcəyinə dair bir təklif var. Bunlara həyat və azadlıq hüququ, fikir və ifadə azadlığı, habelə qanun qarşısında bərabərlik də daxil ola bilər. Bu məsələ Gələcək İnstitutu və İngiltərə Ticarət və Sənaye Departamenti tərəfindən həll edilmişdir. Mütəxəssislərin yaxın gələcəkdə və ya yalnız uzaq gələcəkdə konkret və detallı qanunların tələb olunacağına dair ümumi bir fikri yoxdur. Qlenn MakGi, kifayət qədər humanoid robotların 2020-ci ilə qədər görünə biləcəyini bildirir.
Bakı eliksiri (film, 1967)
Bakı eliksiri qısametrajlı sənədli televiziya filmi rejissor Klaus Laşet tərəfindən 1967-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyası və ADR Televiziyasında istehsal edilmişdir. Film akademik Hüseynovun kəşfinə-neft boy maddəsinə və ondan kənd təsərrüfatında, sənayedə və tibb sahəsində istifadə olunmasına həsr edilmişdir. == Məzmun == Film akademik Hüseynovun kəşfinə-neft boy maddəsinə və ondan kənd təsərrüfatında, sənayedə və tibb sahəsində istifadə olunmasına həsr edilmişdir.
Azadlıq elçisi (film, 1993)
Azadlıq elçisi qısametrajlı sənədli filmi rejissorlar Xamiz Muradov və Tofiq İmirli tərəfindən 1993-cü ildə çəkilmişdir. "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Kinolent Azərbaycanda gedən azadlıq hərəkatına həsr olunmuşdur. == Məzmun == Kinolent Azərbaycanda gedən azadlıq hərəkatına həsr olunmuşdur.
"Səhiyyə əlaçısı" döş nişanı (SSRİ)
"SSRİ Səhiyyə əlaçısı" döş inşanı (rus. Значок «Отличнику здравоохранения» ) — SSRİ Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərən tibb işçilərinə təltif edilirdi.
Protestant etikası və kapitalizm ruhu
"Protestant etikası və kapitalizm ruhu" (alm. Die protestantische Ethik und der «Geist» des Kapitalismus‎)) — alman sosioloqu və iqtisadçısı Maks Veberin 1905-ci ildə yazdığı əsərdir. == Məzmunu == Əsərdə kapitalist sisteminin yaranması Reformasiya hərəkatı ilə, xristianlıqda Protestantizmin meydana gəlməsi və onun əmək və sahibkarlığa dair məxsusi münasibəti ilə əlaqələndirilir. Alman iqtisadçının fikrincə protestant dini-etik kompleksi zəhmətkeşlik, ehtiyatlılıq və qənaətcillik və ümumilikdə rasional iqtisadi təfəkkürün formalaşmasını təmin etmişdir. Maks Veber kapital sahibləri və sahibkarlar arasında protestantların mütləq çoxluq təşkil etdiini qeyd etmişdir. Kitab 2 hissədən və 5 başlıqdan ibarətdir: Problemin qoyuluşu (3 başlıqdan ibarət ilkin iradlar); Asketik protestantlığın peşəkar etikası (2 başlıq). == Tənqid == Polşalı iqtisadçı-tarixçi Henrik Qrossman Veberin əsərini iki cəhət üzrə tənqid etmişdir. Birincisi, Qrossman Marksın əsərlərinə istinadən, İngiltərədə icma torpaqlarının zəbt edilməsi ilə bağlı sərt hüquqi kriteriyaları qeyd edirdi. İkinci isə Qrossman həmin "qanlı qanunlar"ın bütün Avropada, xüsusilə də Fransada tətbiq edildiyini yazırdı. Qrossmanin fikrincə, onlar işsizliyi qanunsuz olan etmişdirlər və onlar tərəfindən yaradılmış müəssisələr xalqı təhkimlilikdən xilas edərək azad işçi qüvvəsinə çevirdi.
SSRİ səhiyyə əlaçısı döş nişanı
"SSRİ Səhiyyə əlaçısı" döş inşanı (rus. Значок «Отличнику здравоохранения» ) — SSRİ Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərən tibb işçilərinə təltif edilirdi.
Allahın elçisi Məhəmməd (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Məhəmməd: Allahın Elçisi (film, 2015)
Məhəmməd: Allahın elçisi (fars. محمد رسول‌الله‎) — 2015-ci ildə istehsal olunmuş İran filmi. Film, 7-ci əsrdə Məkkədə, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin uşaqlıq və ilk gənclik dövründə ətrafında inkişaf edən hadisələri mövzu əldə edir. Filmin ilk gösterimi 12 Fevral 2015-ci ildə İranda reallaşdırıldı. 27 Avqustda Montreal Dünya Film Festivalında dünya premyerası edən film, 88. Akademiya Mükafatları, Xarici Dildə Ən Yaxşı Film Akademiya Mükafatı üçün namizədliyi irəli sürüldü. İran kinosunda bu günə qədərki ən yüksək büdcəli filmdir. == Mövzusu == Əbrəhənin fillərdən ibarət ordusuyla Məkkəyə hücumu səbəbi ilə narahat olan Məkkə xalqı çarəsizdir. Məhəmmədə hamilə olan Aminə geri qalan Məkkə xalqı kimi qaçıb dağlara saxlanılması. Əbrəhə heç kimsənin olmadığı şəhəri asanca ələ keçirə biləcəyini düşünür ancaq fillər Məkkəyə doğru irəliləyə bilməz.
Azərbaycan Respub­likası Ədliyyə Nazir­liyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı, bəşəri inkişafın yaratdığı mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin nəhəng Şərqdə təməli atıldı. Şərqdə yaranan bu ilk respublika həm də milli mədəniyyətimizin üzərində qurularaq, xalqımızın milli şüurunun inkişafını, milli varlığımızın qorunub saxlanmasını öz siyasətində prioritet məsələyə çevirdi. Xalq Cümhuriyyəti yarandığı ilk dövrdən dövlət mexanizmini sürətlə formalaşdırılmağa başladı. Cümhuriyyətin ilk parlamenti və hökuməti yaradıldı. Eyni zamanda, yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirə bildi. Bu istiqamətdə hökumətlə yanaşı, parlamentin gördüyü işlər dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə parlament tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə münasibətləri tənzimləyən, iqtisadiyyatın, mədəniyyətin, bütövlükdə cəmiyyətin inkişafını ehtiva edən 230-a yaxın qanun qəbul olundu. Hüquq sisteminin inkişafına verilən əhəmiyyətə görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu.