Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmirulla Məmmədov
Əmirulla Məmmədəli oğlu Məmmədov (24 iyul 1946, Fatmayı) — fizika-riyaziyyat elmləri doktoru (1986), professor (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1988), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2016), Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin Emeritus Professoru və Baş Elmi İşçisi, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin üzvü. Məmmədov Əmirulla 24 iyul 1946-cı ildə Azərbaycanın Bakı şəhərinin Fatmayı kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı 44 nömrəli orta məktəbində təhsilinə başlamışdır. Orta məktəbi 1963-cü ilində bitirmişdir. Daha sonra Ali təhsilini 1968-ci ilində tamamlamışdır. 1968-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirəndən sonra Sovet Ordusu sıralarına çağrılmışdır. Hərbi xidmətdən tərxis olduqdan sonra 1991-ci ilinə qədər Bakı Dövlət Universitetinin Yarımkeçiricilər Fizikası Elmi Tədqiqat Mərkəzində işləmişdir. 1973-cü ildə fizika riyaziyyat elmləri namizədi (bərk cisimlər fizikası ixtisası üzrə) dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə bərk cisimlər fizikası ixtisası üzrə baş elmi işçi alimlik ünvanını və sonrasında da Dosent alimlik ünvanını almışdır. 1982-ci ildən Elmi Mərkəzin Qeyri-xətti Optika Bölümünün müdiri olaraq işinə davam etmişdir.
Əmirulla Əliyev
Əmrulla Saleh
Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010). 17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı. Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir. Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil. 1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir.
Hacı Əmrulla hamamı
Hacı Əmrulla hamamı — günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir. == Tarixi == Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə XVII əsrdə tikilməsi qeyd olunur. Qəsəbə sakinləri arasında təzə hamam olaraq tanınır. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir.
Əmirallar
Əmirallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Əmirkola
Əmirkola və ya Əmir şəhr — İranın Mazandaran ostanının Babül şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,186 nəfər və 6,923 ailədən ibarət idi.
Əmirküla
Əmirkola və ya Əmir şəhr — İranın Mazandaran ostanının Babül şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,186 nəfər və 6,923 ailədən ibarət idi.
Əmrullah (Bostanabad)
Əmrullah (fars. امرالله‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 389 nəfər yaşayır (63 ailə).
Mirella Freni
Mirella Freni (it. Mirella Freni, Əsl soyadı Fregni; 27 fevral 1935[…], Modena, Emiliya-Romanya – 9 fevral 2020[…], Modena, Emiliya-Romanya) — İtaliya opera müğənnisi. Mirella Freni 27 fevral 1935-ci ildə İtaliyanın Modena şəhərində anadan olmuşdu. Milanda "La Skala", Nyu-Yorkda "Mertopoliten-Opera", Moskvada "Böyük Teatr" və başqa möhtəşəm səhnələrdə oxuyan opera müğənnisinin ilk çıxışı 1955-ci ildə "Karmen" operasında olub. Uşaqlıqda Luçano Pavarotti ilə tanışlığı, Mirellanın gələcəkdəki opera karyerasında mühüm yer tutub. 10 yaşından böyük səhnələrdə çıxış edən müğənni, 1974-cü ildə Moskvada qastrol səfərində olub və geniş konsert proqramı ilə ifasını nümayiş etdirib. Mirella Freni Piza Universitetinin Fəxri doktoru olub. Mirella Freni 9 fevral 2020-ci ildə vəfat edib. Freni M., Gherpelli G. Mio caro teatro. Verona, 1990.
Əmdulla Mehrabov
Əmdulla Mehrabov (tam adı Əmdulla Oruc oğlu Mehrabov; doğulub - 15.04.1952) — fizik, fizika-riyaziyyat elmlər doktoru. Əmdulla Mehrabov 1952-ci il aprel ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Hal-hazırda Türkiyə Cümhuriyyətinin paytaxt şəhəri olan Ankarada yaşayır. Orta Doğu Texniki Universiteti, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində fəaliyyət göstərir. Müdafiə və mülkü sənayenin müxtəlif sahələrində istifadə olunmaq üçün çox-komponentli kristal-, amorf- ve nano-strukturlu yeni yüksək texnologiya materiallarının nəzəri ve kompüter hesaplama metodlarıyla dizaynı, sintezi ve inkişaf etdirilməsi. 1974 – Bakı Dövlət Universiteti, Bərk cisimlər fizikası (BCF) ixtisası; Həmin ildə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinə BCF ixtisası üzrə məqsədli aspiranturaya qəbul olub; 1978 – MDU-da dissertasiya işini müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb; 1978-ci ildən – BDU-nun "Optika və Molekulyar fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir; 1984 –1 il müddətində Yaponiyanın Tokyo Universitetindəki "Materiallar Elmi və Mühəndisliyi" departamentinə ezam edilmişdir; 1989 –Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsini almışdır; 1991 – 4 ay müddətinə ABŞ-nin Kaliforniya Universitetindəki "Nüvə və Kimya Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1992 – Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universiteti (ODTU), mühəndislik fakültəsindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1998 – türk həmkarları ilə bərabər "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində "Yüksək Texnalogiya Materiallarının Dizaynı və İnkişaf Etdirilməsi" (NOVALAB) laboratoriyasını qurmuşdur; ODTU-da çalışdığı 25 ildən yuxarı müddət ərzində BCF və materiallar elmi və mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olmaqdadır; Dünyanın tanınmış jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-dən çox elmi məqaləsinə 500-dən artıq istinad verilmişdir; Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da fəaliyyət göstərməkdədir; 2000 – İslam Dünyası Elmlər Akademiyasına həqiqi üzv; 2009 – Akademiyanın illik toplantısında İdarə Heyətinin üzvü seçilmişdir; Həyat və fəaliyyəti, ABŞ-də çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklapediyasının "Elm və mühəndislikdə kim kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır. Hal hazırda ODTU-da "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində professor və laboratoriya müdiridir.
Əmanulla xan Naxçıvanski
Əmanulla xan Naxçıvanski (15 iyun 1845, Naxçıvan, Gürcüstan-İmeretiya quberniyası – 1891) — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğludur. Natəvanın qızı Xanbikə xanımla ailə həyatı qurmuşdur. Əkbər xan Naxçıvanski, Bəhram xan Naxçıvanski atasıdır. Aman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilibdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində alıb. Rusiya Dövlət Hərbi Tarix Arxivinin 330-cu fondunda saxlanılan sənəddən məlum olur ki, ilk dəfə hərbi xidmətə Rusiya çarının xüsusi mühafizə dəstəsinin dördüncü manqasında silahdaşıyan kimi başlayıb. Həmin xidmətin tarixi də qeyd edilib: 1 may 1865-ci il. Qeyd edək ki, o vaxt onun 20 yaşı vardı.
Əmənulla mirzə Cahanbani
Əmənulla mirzə Cahangir mirzə oğlu Qacar (1869, Tehran – 1912, Təbriz) — Qacar şahzadəsi, briqada generalı. Əmənulla mirzə Cahangir mirzə oğlu 1869-cu ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Ziyaüddövlə ləqəbini daşıyırdı. Təhsilini Tehran Darülfünununun piyada qoşunlar sinfində bitirdikdən sonra zabit kimi İran Kazak briqadasına daxil olmuşdur. İran Kazak briqadasının zabiti olmuşdu. 1911-ci ildə Azərbaycan əyalətinin vali müavini təyin edilmişdi. Əmənulla mirzə h.q. 1301-ci (1883), 1302-ci (1884) və 1303-cü (1885) illərdə Dövlət Nəşriyyat və Tərcümə İdarələrində tərcüməçi işləmişdir. O, bu idarədə rus dili mütərcimi idi.
Əmənulla mirzə Qacar
Əmənulla mirzə Əmənulla mirzə oğlu Qacar (1890-1974) — Qacar şahzadəsi, briqada generalı. Əmənulla mirzə 1890-cı ildə anadan оlmuşdu. 1907-ci ildə Mixailоvsк Hərbi Aкadеmiyasına daxil оlmuşdu. Оranı bitirəndən sоnra Paris dе Guеrrе Məкtəbinə girmişdi. Bu məкtəbi də tamamladıqdan sоnra 1913-1915-ci illərdə şahın mühafizə qvardiyasının lеytеnant rütbəli zabiti оlmuşdu. 1916-cı ildə Iran оrdusunda кapitan rütbəsində xidmət еtmişdi. 1916-cı ildə gеnеral Starоsеlsкinin briqadasında mayоr rütbəsində qulluqda оlmuşdu. 1921-ci ildən 1922-ci ilədəк İran Kazak diviziyasında hərbi xidmətdən кеçmişdi. 1922-ci ildə Azərbaycan əyalətində gеnеral-mayоr rütbəsində коrpus коmandiri оlmuşdu. 1922-ci ildən 1926-cı ilədəк Məşhəddə briqadaya başçılıq еtmişdi.
Əmənulla xan Avşar
Əmənulla xan Avşar (Zəncan – Zəncan) — Zəncan xanlığının 1797-ci ildən 1810-cu ilə qədər olan dördüncü xanı. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, səh. 323–324. Abu’l-Ḥasan Ḡaffārī Kāšānī, Golšan-e morād, ed. Ḡ Ṭabāṭabāʾī Majd, Tehran, 1369 Š./1990. Moḥammad-Ṣādeq Nāmī Eṣfahānī, Tārīḵ-e gītīgošā, ed. S. Nafīsī, Tehran, 1317 Š./1938. J. R. Perry, Karim Khan Zand, Chicago, 1979.
Əmənulla xan Kəngərli
Əmanulla xan Naxçıvanski (15 iyun 1845, Naxçıvan, Gürcüstan-İmeretiya quberniyası – 1891) — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğludur. Natəvanın qızı Xanbikə xanımla ailə həyatı qurmuşdur. Əkbər xan Naxçıvanski, Bəhram xan Naxçıvanski atasıdır. Aman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilibdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində alıb. Rusiya Dövlət Hərbi Tarix Arxivinin 330-cu fondunda saxlanılan sənəddən məlum olur ki, ilk dəfə hərbi xidmətə Rusiya çarının xüsusi mühafizə dəstəsinin dördüncü manqasında silahdaşıyan kimi başlayıb. Həmin xidmətin tarixi də qeyd edilib: 1 may 1865-ci il. Qeyd edək ki, o vaxt onun 20 yaşı vardı.
Əzizulla xan Zərğami
Əzizulla xan Hüseynpaşa xan oğlu Zərğami (fars. عزیزالله ضرغامی‎; 1884 – 1979, Tehran) — Rza şahın diqqətini cəlb edən əmirlərdən və o dövrdə bir müddət ordu başçısı. Gənclikdə İran Kazak diviziyasının məktəbinə girib və zabit dərəcəsini aldı.Kapitanlıq dərəcəsinə qədər Kazakxanədə məşğul idi. Daha sonra jandarma teşkilatına köçürülmüşdür və bir neçə jandarma teşkilatının o cümlədən Qəzvin, Zəncan və Sultanabad jandarma teşkilatlarının başçısı idi.Uniformalı ordunun təsisindən sonra oraya köçürüldü və polkovnik dərəcəsi ilə hərbi məktəb qurmaqın zabiti oldu.1930-cu ildə bütün ölkənin jandarma teşkilatının başçısı təyin edildi.1934-cü ildə bütün ordu müharibə sütunlarının başçısı oldu ki sonra ümumi heyət adlandırıldı və Rza şahın hakimiyyətinin sonuna qədər davam etdi.O, bir müddət də hərbi kollecin sədri olmuşdur.1949-cu ildə Senatın ilk dövründə senator vəzifəsinə təyin edilmişdir və bir dövr Senat məclisində idi.1979-cu ildə və 94 yaşında Tehranda vəfat etdi.
Əmənulla mirzə Qovanlı-Qacar
Əmənulla Mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (d. 8 yanvar 1857, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. 1937, Tehran, İran)- Bəhmən mirzə Qovanlı-Qacarın oğlu, Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun general-mayoru, İran Milli Məclisinin üzvü, İran-Sovet İttifaqı Dostluq Cəmiyyətinin rəhbəri. Qacarlar sülaləsinə mənsub şahzadə olmuşdur. Əmənulla mirzə Bəhmən mirzə oğlu 8 yanvar 1862-ci ilin yelizavetpol quberniyasının Şuşa şəhərində anadan olmuşdur. O, Cənubi Azərbaycanın hakimi olan Abbas Mirzə oğlu Bəhmən Mirzə ilə Çiçək xanımın evliliyindən dünyaya gəlmiş və ailənin XVII oğlan övladı olmuşdur. General-mayor Əmənulla Mirzə Qacar 1937-ci ildə Tehranda vəfat etmişdir. Sankt-Peterburqdakı hərbi kadet korpusunu bitirmişdi. On yeddi yaşında poruçik rütbəsi alan Əmənulla mirzə 1879-cu il iyulun 19-da Zaqatalada yerləşən 164-cü piyada alayında xidmətə başlamış, 1883-cü ildə baş leytenant rütbəsinə yüksəlmişdir. 20 noyabr 1886-cı ildə o, Kuban Kazaklarının II taboruna transfer edilmiş və sonradan həmin taborun komandiri olmuşdur.
Əmənulla xan Ziya əs-Soltan
Əmənulla xan Ziya əs-Soltan və ya Əmənulla xan Dünbüli Nəzər ul-Ayalə Ziya əs-Soltan — təbrizli aristokrat və Qacar şahı Müzəfərəddin şah Qacarın, Məhəmmədəli şah Qacarın və Əhməd şah Qacarın hakimiyyəti dövründə sarayda çalışmış şəxs. O, Məşrutə inqilabının qəhrəmanlarından biri hesab edilir. Əmənulla xanın ailəsi Nadir şahın ölümündən sonra formalaşan Təbriz və Xoy xanlıqlarını idarə etmişdilər. 1799-cu ildə Təbriz xanı Hüseynqulu xanın ölümündən sonra Xoya dönən Cəfərqulu xan Fətəli şah Qacarda özünün Xoy hakimi kimi tanınmasını istəmişdir. Fətəli şah bu təklifi rədd etmiş və oğlu Abbas Mirzəni Dünbülililərlə döyüşmək üçün göndərmişdir. Döyüş nəticəsində Abbas Mirzə qalib gəlmiş və Təbrizə daxil olmuşdur. 17 sentyabrda isə Xoya Qacar ordusu daxil olmuşdur. Bununla da, Xoy və Təbrizdə dünbülililərin əsas qüvvə olmasına son verilmişdir. 1809-cu ildə Təbriz xanlığı da yeni yaradılmış varis vilayətinə daxil edilmiş, onun mərkəzi olmuşdur. Əmənulla xan 1863-cü ildə Təbrizdə anadan olmuşdur.