Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təngəaltı
Təngəaltı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Vəlvələçayın Yan silsiləsini kəsdiyi yerin yaxınlığındadır. Oykonim tat dilindəki təngə (dar dərə) və altı (“aşağı” mənasında olub, mövqe bildirir) sözlərinin birləşməsindən düzəlib, “dar keçidin, yaxud dar dərənin altı” deməkdir. XIX əsr mənbələrində Afurca kəndinin qışlağı kimi qeyd olunmuş, tədricən yaşayış məntəqəsinə çevrilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 705 nəfər əhali yaşayır. == Din == Kənddə "Seyidlər" məscidi dini icması fəaliyyət göstərir.
Çənəaltı vəzi
== İstinadlar ==
Ensefalit
Ensefalit (yun. enkephalos- beyin)– baş beyinin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupu. Ensefalit spesifik törədicilərin (süzülən virusların bir neçə tipi) bilavasitə beyin toxumasına keçməsindən, bəzi infeksion xəstəliklərdən (qrip, yatalaq, qızılca, skarlatina, suçiçəyi, revmatizm, quduzluq və s.) kəskin və xroniki intoksikasiyadan (qidadan zəhərlənmələr və s.) törəyir. Ensefalit çox zaman təbii mənbə xəstəliyi olub, müəyyən coğrafi landşaftlarda (əsasən tayqa meşələri zonası) yayılır. Onun üçün mövsümi xarakter daşıyıb infeksiya daşıyıcılarının (gənə, ağcaqanad) aktivliyi ilə əlaqədardır. Gənə ensefalitinin mənbəyi bəzi gəmiricilər, iri mal-qara, keçilər, bəzi quş növləri sayılır. Xəstəliyin yayıcıları çox vaxt otlaq gənələri olur.İnfeksion xəstəliklərin təsnifatının ən rasional prinsipi onların səbəblərinə görə təsnifatdır (etioloji amillərə). Ensefalitlərin səbəbi hələlik müəyyən edilmədiyindən, ensefalitlərin təsnifatı zamanı xəstəliyin gedişatının xüsusiyyətləri də istifadə olunur (patogenetik amil). Bu prinsiplərə əsaslanaraq, ensefalitlər əsas və ikincil, virus və mikrob, yoluxucu-allergik, allergik və zəhərli olanlara bölünür. == Risk faktorları == Hər kəs ensefalitə yoluxa bilər.
Mirzə Ənsərli
Mirzə Məsim oğlu Ənsərli (31 dekabr 1959, Ləmbəli, Barana rayonu) — Azərbaycanlı alim, türkoloq, tarixçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == 1959-cu il dekabrın 31-də Qərbi Azərbaycanın Borçalı mahalının Borçalı nahiyəsinin Ləmbəli kəndində [indiki Ermənistan Respublikasının Noyemberyan (keçmiş Barana) rayonunun Baqrateşen qəsəbəsi) anadan olmuşdur. Doğma kəndində 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil almışdır (1981–1987). 1980–1981-ci illərdə hazırlıq şöbəsində oxumuşdur. == Fəaliyyəti == Əmək fəaliyyətinə Baqrataşen qəsəbəsində ağac emalı çexində və "Zeytun" sovxozunda fəhlə kimi başlamışdır (1977–1980). Sonra isə Gəncə şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 25 saylı filialında böyük kitabxanaçı (1988–1989), Bakı şəhərində Azərbaycan Dövlət Kitab Palatasında biblioqraf, bölmə müdiri (1989–1992), Azərbaycan MEA Milli Münasibətlər İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi (1992–2002) işləmişdir. Eyni vaxtda Mədəniyyət Nazirliyinin Mədəniyyət İşçilərinin Hazırlıq və İxtisasartırma Kursunda baş metodist (1996–1997), Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasında bölmə müdiri (1997–1999) olmuşdur. Azərbaycan Dövlət Kitab Palatasında işləyən zaman Moskvada Mətbuat İşçilərinin İxtisasartırma kursunu da bitirmiş (1990) və 1993–1996-cı illərdə Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun aspiranturasında (qiyabi) oxumuşdur. Hazırda AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisidir. Türkologiya sahəsində tədqiqatlar aparır.