Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əqidə
Əqidə — insanın şəxsi müşahidə və düşüncələrinin köməyilə cisim və hadisələrin mahiyyətini müstəqil surətdə dərindən anlamaqla əldə etdiyi biliklərdən təcrübədə istifadə etməsi nəticəsində formalaşır və bu zaman insanın hiss və düşüncələri üzvi surətdə birləşib, şəxsiyyətin davranış və rəftarında daxili müəyyənlik yaradılmışdır.
Əmirəli Lahrudi
Əmirəli Lahrudi (1924 – 2014) — Cənubi Azərbaycan Milli hökumətinin nümayəndəsi, tərcüməçi. == Həyatı == Əmirəli Lahrudi Əhmədoğlu 1924-ci ildə Meşkin mahalının Lahrud kəndində anadan olub. 1943-cü ildə Hizi Tudeyi İran təşkilatına üzv olub. 1944-ci ildə partiyanın şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışıb. Əmirəli Lahrudi 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin(ADF) üzvü və Meşkin mahal komitəsinin sədr müavini seçilib. 1946-ci ilin oktyabr ayında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub. Cənubi Azərbaycanda qurulmuş Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdiib. 1960-ci ildə Azərbaican Demokrat Firqəsi Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilib. Əmirəli Lahrudi 1960-dan 1968-ci ilə qədər Almaniyanin Leyipsik şəhərində yerləşən partiyanın mərkəzidə işləmiş,1968-ci ildə Azərbaycana qayıtmış və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirmişdir.Hizbi Tudeyi İranın 16-cı plenumunda (1979-cu il) icraiyyə heyətinin üzvü seçilmişdir. Əmirəli Lahrudi eyni zamanda «Azərbaycan» jurnalının redaktoru vəzifəsində çalışıb,1979-cu ildən bu günə qədər ADF-nin sədridir.
Əmirəli Tahircallı
Əmirəli Tahircallı (1790, Quba xanlığı — 1846, Həcc) — XIX əsr ləzgi əsilli Azərbaycan şairi . == Bioqrafiya == Əmirəli 1790-cı ildə ləzgi kəndi Tahircalda anadan olub. Gəncliyində oradan Kürə rayonuna köçmüş və Yuxarı-Yaraq kəndində mədrəsəsində Məhəmməd Əfəndi Yaraqi müəllimdən elmlər öyrənmiş, sonra onunla birlikdə Avaristana qaçmış və ona xidmət edərək öz payını almışdır. Aşkar və məxfi elmlər baxımından faydalar əldə etmiş, həmçinin qardaşı Məhəmməd Əfəndinin Meymunat adlı qızı ilə evlənmiş və ondan bir oğlu olmuşdur. 1835-ci ildə şair dostu Abdulla ilə birlikdə Quba qəzasının Amsar kəndinə Abbasquli ağa Bakıxanovun yanına gəlir. Sonuncu dostlarının məsləhəti ilə Gülüstan ədəbi dərnəyini təşkil edir və Əmirəli də bu dərnəyin işində iştirak edir . Sonralar Əmirəli oradan Kyurinski rayonuna qayıdıb ailəsini Yuxarı-Yaraq kəndində məskunlaşdırdı və özü də Məkkəyə həcc ziyarətinə getdi və 1846-cı ildə bu səfərdə vəfat etdi . == Yaradıcılığı == Əmirəli Tahircallı poetik irsi iki dövrə bölünür: sürgünə qədərki və sürgündə yazılmış əsərlər. Şair sürgünə qədər əsasən sevgi şeirləri yazıb. Onun sevgi lirikalarına "Sevdiyim", "Aman günüdür", "Deyilmi" ("Elə deyilmi") kimi əsərləri daxildir .
Cəfəri (əqidə)
Cəfərilik və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. == Tarixi == Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.
Əqidə Manizadə
Əqidə Manizadə — ABŞ-nin Vircinya ştatında yaşayan azərbaycanlı alim, Radford Universitetinin riyaziyyat və statistika fakültəsinin professoru, Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti, "Görkəmli professor" fəxri adının təltifçisi. == Təhsili == Əqidə Manizadə 1992-ci ildə Bakı şəhəri 164 nömrəli orta məktəbi qızıl medalla, 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə isə Vilyam və Meri kollecində magistratura təhsilini tamamlayıb, 2006-cı ildə isə Virciniya Unversitetində doktor və alimlik dərəcəsini müdafiə edib. == Fəaliyyəti == Əqidə Manizadə 2009-cu ildən indiyə kimi ABŞ-nin Radford Universitetində bakalavr və magistr pilləsində dərs deyir, elmi fəaliyyətlə məşğuldur.Virciniya Təhsil Nazirliyinin dəstəyi ilə Riyaziyyat Müəllimlərinin Təkmilləşdirmə Mərkəzinin yaradıcısı kimi NASA alimləri və universitet professorları ilə Radford Universitetində NASA-2 İnstitutu yaradaraq, bir çox böyük layihələrin reallaşdırılmasında birbaşa iştirak edib. "Virginia Mathematics Teacher" jurnalının baş redaktoru vəzifəsini icra edir. Rəhbərliyi altında dərc olunan jurnal 2018-ci ildə Riyaziyyat Müəllimləri Milli Şurası tərəfindən ölkənin ən yaxşı jurnalı mükafatına layiq görülüb.2021-ci ildə Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilərək, ştat üzrə bütün dövlət və özəl universitetlərinin professor heyəti üçün ali mükafatı qazanıb. 35 elmi məqalənin müəllifidir.Əqidə Manizadə 75-dən çox elmi konfransda riyaziyyat elminə dair məruzələrlə çıxışlar edib və bir sıra böyük layihələrin icraçısıdır.
Əqidə Ələkbərova
Ələkbərova Əqidə Məmməd qızı — sənətşünaslıq elmləri namizədi (1994), Azərbaycanın əməkdar incəsənət xadimi (1999), dosent (2001) == Həyatı == Əqidə Ələkbərova 1955-ci il aprelin 25-də anadan olub. == Əsərləri == Köçəri yallısı. Etnomusiqi təhlili. AEA-nın Fizika İnstitutu. B., 1995 Yallıların musiqi yozumu. "Elm və həyat" jurnalı, №12, 1995 "Kitabi - Dədə Qorqud"un musiqi yozumuna dair. "Elmi əsərlər" e/m toplusu /xüsusi buraxılış/ Nax.DU, "Qeyrət", №2, 1998 Ərtoğrul Cavid –Azərbaycanın elm xadimidir. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №4, 1999 Yallı sənəti və onun Gəmiqaya rəsmləri ilə bağlılığı. "Qobustan" jurnalı, №2, 1999 Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafında rolu. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №7, 2000 Этапы развития музыкальной культуры Нахичеванской автономной республики.
On iki imam şiəliyi (əqidə)
On iki imam şiəliyi və ya İsna əşəriyyə (ərəb. اثنا عشرية‎) — İslam dinində, Şiəlikdə əqidə. On iki imam şiəliyi əqidəli məzhəblər Ələvilik, On iki imam şiəliyi, İmamilik və ya Cəfərilik, Nüseyrilər, Qələndərilik, Nemətullahiyyə, Qızılbaşlar, Bəktaşilik kimi məzhəblər daxildir. On iki imam şiəliyinin tərəfdarları 12 imamı Əli ibn Əbu Talibin soyundan kimi qəbul edir və İmam Mehdinin Allahın əmri ilə qeybə çəkilərək gələcəkdə zühur edəcəyinə inanırlar.
Gideyli
Gideyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gideyli kəndi Dağətəyi ərazidə yerləşir. Kəndin adı XIX əsrdə Haputlu Gideyli kimi qeyd olunmuşdur. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. Bu da oykonimin türk mənşəli tayfa adından yarandığını sübut edir. Sonralar adın əvvəlindəki Haput sözü düşmüşdür. == Əhali == Əhalisi 305 nəfərdir ki onunda 140 nəfəri kişi, 165 nəfəri qadındır.
Gidəyli
Gidəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gidəyli- İsmayıllı rayonunun Hacıhətəmli i.ə.v.-də kənd. Kəndin adı XIX əsrdə Haputlu Gidəyli kimi qeydə alınmışdır. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Sonralar oykonimin birinci komponenti ixtisara uğramışdır. Gidəyli komponenti isə etnotoponimdir. Tədqiqatçılar göstərirlər ki, Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. == Həmçinin bax == Ağbulaq (İsmayıllı) İvanovka (İsmayıllı) == Xarici keçid == http://ismayilli.
Aqidel
Ağidel — Rusiya Federasiyasında yerləşən şəhər. Başqırdıstan Respublikasına daxildir.
Ağidel
Ağidel — Rusiya Federasiyasında yerləşən şəhər. Başqırdıstan Respublikasına daxildir.
Qulamhüseyn Beqdeli
Beqdeli Qulamhüseyn Fətulla xan oğlu (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Qulamhüseyn Beqdeli 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir. == Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti == Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.
Seyidəli Muxtarzadə
Seyidəli Əli oğlu Muxtarzadə (1872-1960)—Cənubi Azərbaycanda Demokratik Hərəkatın rəhbərlərindən biri. == Həyatı == 1905-1911-ci illər İran İnqilabının və Cənubi Azərbaycanda Demokratik Hərəkatın rəhbərlərindən biri Muxtarzadə Seyidəli Əli oğlu İranda, Cənubi Azərbaycanın Urmuyə şəhərində 1872-ci ilin may ayının 19-da anadan olub. Muxtarzədə Seyidəli gənc yaşlarından şah üsuli idarəsinə qarşı vuruşmuş, silahlı partizan dəstələri yaratmışdır. O, 1905-ci ildə İranda, o cümlədən Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərəkata qoşulmuşdur. Eyni zamanda «Həqiqəti Əncümənin» üzvü olmuşdur. 1906-cı ildə Təbriz üsyanında Mücahidlərə rəhbərlik edənlərdən biri olmuşdur. 1908-ci il iyun ayının 23-də üsyanı boğmaq istəyən irticaçı qüvvələr 40 minlik şah qoşunu ilə Təbrizə daxil oldu. Muxtarzadənin rəhbərliyi ilə fədai dəstələri əksinqilabi qüvvələrə ağır zərbə vuraraq, onları Təbrizdən qovdular. 11 ay davam edən bu vuruşmada Muxtarzadə mahir bir sərkərdə kimi özünü göstərdi. Təbriz üsyanı zamanı İnqilabi Hökumətin Hərbi Şurası yaradıldı.
Elidalı Hippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı.Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir. Onun ədəbi irsinə nəsrdə yazılmış texniki traktatlarından əlavə elegiya və faciələr də daxildir.
Ağidel (çay)
Ağidel (başq. Ағиҙел; tatar. Агыйдел) və ya Belaya (rus. Белая) — Cənubi Ural və Uralyanıda çay. Tatarıstan və Başqırdıstan Respublikaların ərazilərində axır. Çulman çayın ən uzun axını və Cənubi Uralın ən böyük çayı. == Etimologiya == Ağidel ilə Qaraidel çayları qovuşanda, onların açıq və tünd axınların arasında fərq görünür. XVI—XVII əsrlərdən rus tarixi və coğrafi ədəbiyyatında Belaya Volojka (rus. Белая Воложка) adının istifadəsini tapmaq olar. == Coğrafiya == Ağidel Xəzər dənizinin və Çulman ilə Volqa çayların hovuzuna aiddir.
Ağidel çayı
Ağidel (başq. Ағиҙел; tatar. Агыйдел) və ya Belaya (rus. Белая) — Cənubi Ural və Uralyanıda çay. Tatarıstan və Başqırdıstan Respublikaların ərazilərində axır. Çulman çayın ən uzun axını və Cənubi Uralın ən böyük çayı. == Etimologiya == Ağidel ilə Qaraidel çayları qovuşanda, onların açıq və tünd axınların arasında fərq görünür. XVI—XVII əsrlərdən rus tarixi və coğrafi ədəbiyyatında Belaya Volojka (rus. Белая Воложка) adının istifadəsini tapmaq olar. == Coğrafiya == Ağidel Xəzər dənizinin və Çulman ilə Volqa çayların hovuzuna aiddir.
İvan Erdeli
İvan Georgiyeviç Erdeli (rus. Иван Георгиевич Эрдели; 15 oktyabr 1870 – 7 iyul 1939, Paris) — rus hərb xadimi, süvari qoşunları (kavaleriya) generalı (1917). Birinci dünya müharibəsi və Rusiya vətəndaş müharibəsi iştirakçısı. Könüllü ordunun əsasını qoyanlardan biri. Denikin qoşunlarının baş komandanı. == Həyatı == === Ailəsi === İvan Erdeli 1870-ci ildə Rusiya İmperiyasının Xerson quberniyasında (indiki Ukrayna) anadan olmuşdur. Onun ata-babaları XVIII əsrdə Rusiyada pravoslavlığı qəbul edən və Rusiyaya köçən macar zadəganları olmuşdur. Babası Pyotr Rumyantsev və Aleksandr Suvorovun qoşunlarında xidmət etmişdir. Atası — Yeqor (Georgi) Yakovleviç, 1871–1876-cı illərdə Xerson quberniyasının zadəgan lideri olmuşdur. Anası — Leonida Tulubyevada anadan olmuşdur.
Niğdəli Mustafa Paşa
Niğdəli Mustafa Paşa (v. 12 mart 1632, Konstantinopol, Osmanlı imperiyası) — II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. İndiki Niğdə bölgəsindən devşirilərək yeniçəri ocağına alınmış, burada yetişmişdir. Müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 1620-ci ildə yeniçəri ağalığına yüksəldi. Bu vəzifədə ikən II Osmanın Lehistan səfərinə qatıldı. Ancaq Sultan Osmanın səfər boyunca yeniçərilərdən narazılığı səbəbilə, səfərin ardından 1621-ci ilin dekabrında kaptan-ı dərya təyin edilərək yeniçəri ocağından uzaqlaşdırıldı.Bu vəzifədə cəmi 6 ay qalan Mustafa Paşa Sultan Osmanın taxtdan endirilərək öldürülməsi və əmisi Sultan Mustafanın yenidən taxta çıxarılmasının ardından vəzifədən alındı. 1629-cu ildə dəftərdar, 1631-ci ildə isə vəzirlik rütbəsilə baş dəftərdar təyin olundu. Qısa zamanda Sultan Muradla yaxın əlaqələr saxladı və onun ən yaxın adamlarından birinə çevrildi. Bu səbəblə bir çox saray əyanı, eləcə də Sultan Muradın səltənətindən narazı qalan qruplaşmalar tərəfindən hədəf seçilənlərdən biri oldu.
Ağidel şəhər dairəsi
Ağidel şəhər dairəsi (başq. Ағиҙел ҡалаһы ҡала округы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati ərazi vahidlərindən biri. == Coğrafiya == Başqırdıstanın şimal-qərbində yerləşir.