Mir Məmmədrza Seyidəliyev
Seyidəliyev Mir Məmmədrza Abutalıb oğlu (1898, Şamaxı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir.
Mir Məmmədrza Seyidəliyev 1923-cü ildə Türkiyəyə qaynatası Ələsgər bəy Mahmudbəyovun yanına getmişdi.
Mir Məmmədrza Alya xanım Ələsgər bəy qızı Mahmudbəyova ilə ailə qurmuşdu.