1. Cəhətlər, tərəflər.
2. Dörd tərəf, yan-yörə; hər tərəf. Ətrafına göz gəzdirmək. Ətrafda heç kəsi görmədik.
□ Ətrafını almaq (tutmaq, sarımaq, əhatə etmək) – əhatə etmək, dövrələmək, mühasirə etmək; çulğalamaq.
3. Yanlar. Təkərin ətrafı dəmirlə qurşanmışdır. Yolun ətrafı.
4. Yaxında olan yerlər. Ətrafa qar düşmüşdür. Ətrafda taxıllar göyərib. Bu ətrafda (bu yerlərdə).
5. Sif. mənasında. Yaxın, bir şeyin yaxınında olan. Ətraf kəndlər. Ətraf evlər. Ətraf yerlər.
6. Ətrafında şəklində – …xüsusunda, …dair. Məsələ ətrafında xeyli mübahisə getdi. Mövzu ətrafında müzakirələr oldu.