Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Audiovizual əsər
Audiovizual əsər - müvafiq maddi daşıyıcıya yazılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olmayan) kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (telefilmlər, videofilmlər, diafilmlər, slaydfilmlər, animsiya filmləri və sair). == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Baharistan (əsər)
Baharistan — Əbdürrəhman Caminin əsəri. "Baharistan" XIII əsrin məşhur didaktik şairi Sədi Şirazinin "Gülüstan"ına nəzirə olaraq 1487-ci ildə yazılmışdır. Bu zaman Caminin 73 yaşı var idi. Caminin əsərləri içərisində "Baharistan" xüsusi yer tutur. Cami əvvəlcə "Baharistan" tipli bir kitab yazmaq fikrində olmamış yalnız Sədinin "Gülüstan" kitabını oğluna oxuyaraq, "birdən" bu fikrə düşmüşdür. O, "Baharistan"ın müqəddiməsində yazır: "...İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası oğlum Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə, ədəb elmini təzəcə dərk etməyə başladığı bir çağda onu xatırlamaq istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış uşaqlar ürəklərinə yatmayan, ağılların çatmayan sözlər eşitdikdə qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. Onun başını qarışdırmaq, tədrisə alışdırmaq üçün mən bəzən məşhur şeyx böyük ustad Müsləhəddin Sədi Şirazinin ən qiymətli təbərrüklərindən - "Gülüstan"dan bir neçə sətir oxuyardım... Bu zaman birdən fikrimə gəldi ki... mən də bu səpgidə bir neçə sətir, bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, qaiblər üçün bir ərməğan olsun" Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri dövrünün hökmdarı Sultan Hüseynə ithaf edir.
Muğan (əsər)
Muğan — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun müəllifi olduğu poema. Əsər 1948-ci ildə yazılıb. Poemanın süjet xəttini Muğan düzündə böyük tikinti təşkil edir. Əsər lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Əsər romantika ilə dolu nəğmələr şəklində yazılıb. On doqquz nəğmədən ibarətdir. == Məzmunu == Səməd Vurğunun "Muğan" poeması Azərbaycanın təbiətinə həsr olunmuş ən gözəl poemalarından biridir. Muğan" poeması gecə-gündüz çalışan insanları tərənnüm edir. Ötən əsrin 20–30-cu illərində Muğanda başlanan təsərrüfat işləri, 40-cı illərdə Bozdağan ətəyinin yarılaraq Kür üzərində Mingəçevir su anbarının tikilməsi, buradan Muğana kanalın çəkilməsi, Muğanda pambıqçılığın inkişafı, kəndlərin abadlaşması əsərdə Vurğun ruhu ilə təsvir olunub. Hər nə qədər dövrün siyasi-ideoloji rənglərini daşısa da, şair ömrünün iki ilinə (1948–49) başa gələn poema Muğana həsr olunmuş poetik abidədir.Əsər böyük tikintiyə həsr olunsa da, lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır.
Nadanlıq (əsər)
Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır. == Məzmunu == "Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi. Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır.
Pir (əsər)
Pir — Nəriman Nərimanovun nəsr yaradıcılığında öz orjinallığı və bədii dəyəri ilə xüsusi yer tutan povest. Əsər 1917-ci ildə Bakıda "Açıq söz" qəzetinin elektrik mətbəəsində kitabça şəklində dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Pir" povesti rus, tatar, və Azərbaycan dillərində dəfələrlə kütləvi tirajlarla çap edilmişdir. Povestə Allah müqəddəs məbud kimi göstərilərək, bəzi dini ehkamlar tənqid edilir. == Məzmunu == Povestdə Şərq cəhaləti, avamlıq və din möhvumat sənətkarlıqla tənqid edilmişdir. Köhnə dünyaya qarşı kəskin etiraz və qəzəblə dolu olan bu əsərin hər səhifəsində yazıçı tərəfindən xalqın taleyi düşünülürdü. Məzlum Şərq xalqlarının qurtuluşunu inqilabi mübarizədə görən N. Nərimanov mövhumat, avamlıq və cəhaləti böyük ictimai fəlakət hesab edirdi.Yazıçı avam kütlələrə həyat hadisələrinə fəal münasibət oyatmaq üçün "Pir" povestində "müqəddəs" ziyarətgahları, ocaqları cəhalət və mövhumat yuvası kimi ifşa etmiş və bilavasitə şahidi olduğu həyat həqiqətlərini son dərəcə realist boyalarla, ümumiləşmiş şəkildə qələmə almışdır. Əsərdə ziyarətgahların müqəddəslik pərdəsi də məharətlə parçalanır, onların rəzalət, soyğunçuluq və riyakarlıq yuvası olması real təsvir edilir. Pir povestində bütün hadisələr bir ziyarətgah ətrafında, onunla bağlı cərəyan edir. Molla Cəfərqulu və Qafqazdakı arvadı Molla Tutu obrazlarında yazışı din vaizlərinin riyakarlığını, şəxsi mənafeyi, zövqü xatirinə hər cür alçaqlığa yol verdiyini açıq göstərir.
Sujetli əsər
Süjetli Əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir. Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir. Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.
Uşaqlıq (əsər)
Uşaqlıq (rus. Детство) – Lev Tolstoyun yazdığı ilk povest. İlk dəfə 1852-ci ildə Sovremennik jurnalının 9-cu sayısında nəşr olunmuşdur. Əsər bir çox oğlanın uşaqlıq dövründə yaşadığı utancaqlıq, ilk sevgi, ədalətsizlik kimi psixoloji təcrübələri əhatə edir. Əsər Tolstoyun 23 yaşı olarkən yayımlanmış və tez zamanda uğur qazanmışdır. Tolstoy bu əsərinin davamı kimi Yeniyetməlik və Gənclik əsərlərini qələmə almışdır.
Dəmir Daban (əsər)
Dəmir daban — 1908-ci ildə Cek London tərəfindən yazılmış distopik novelladır. Cek Londonun sosialist görüşlərinin ən aydın şəkildə nümayiş olunduğu bir romandır.
Hacı Daşdəmir (Əsər)
Əbdürrəhim bəy Haqverdiyevin ədəbi fəaliyyətə Hacı Daşdəmir (1884) əsəri ilə başlamışdır. Ədib bu kiçik pyesi Şuşa real məktəbində təhsil aldığı dönəmdə yazmışdır. == Əsərin yaranması haqqında. == 1884-cü ildə Haqvеrdiyеv Şuşada bir tеatr tamaşasında iştirak еdir. Tamaşa gənc Əbdürrəhimə çоx xоş gəlir və оnun ədəbi yaradıcılığa başlamasına təsir еdən ilk amillərdən biri оlur. Ədib özü dеyir: “Yadımdadır, Mirzə Fətəlinin “Xırs quldurbasan”ı оynanılırdı. Bu əsəri gördükdən sоnra Mirzə Fətəlinin məcmuəsini tapıb оxumağa başladım, hətta “Hacı Daşdəmir” adlı bir kоmеdiya da Mirzə Fətəlinin “Hacı Qara”sı məzmununda yazıb Yusif bəy Məliknəzərоvun mülahizəsinə vеrdim. Yusif bəy həqiqi pеdaqоq idi. О, mənim bu pyеsimi bir növ dil ilə mənə qaytardı ki, mən nə оndan incidim və nə də həvəsdən düşdüm”. == Mənbə. ==
Tatar çölü (əsər)
Tatar çölü — Dino Bussatinin 1940-cı ildə nəşr olunan romanı. 1949-cu ildə əsərin fransız dilinə tərcüməsindən sonra Bussatini dünyaca məşhur yazıçıya çevirmişdir. Roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam başqa yönümdən nəzər salır. Əsər 2013-cü ildə Aslan Quliyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuşdur. == Məzmunu == Romanın qəhrəmanı gənc leytenant Droqo,ölkəsinin sərhədindəki qalalardan birinə göndərilir. Bastiani qalasında sıxıntılı günlər keçirən, əvvəlcə heç bir gün də qalmaq istəməyən leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir.
Çöl çiçəyi (əsər)
Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası. == Haqqında == Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir! == Məzmun == Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir.
Bir kəndin sergüzəşti (əsər)
Bir kəndin sergüzəşti — Nəriman Nərimanovun nəsr yaradıcılığı zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. "Bir kəndin sərgüzəşti" hekayəsi, "Bahadır və Sona" romanı, "Pir" povesti vətənin mədəni yüksəlişi, ictimai fikrin inkişafı yolunda onun apardığı mübarizə barədə aydın təsəvvür yaradır. == Məzmunu == Nəriman Nərimanov "Bir kəndin sərgüzəştləri" hekayəsini ilk dəfə 1915-ci ilin oktyabr ayında "Açıq söz" qəzetində çap etdirmişdir. Nəriman Nərimanov hekayədə Azərbaycan zəhmətkeş kütlələrinin həyatı, məişəti və mübarizəsi barədə müəyyən təsəvvür yaratmışdır. Hekayə orjinal süjet əsasında qurulmuşdur. Hekayənin əsas ideyası avamlığın və fanatizmin törətdiyi fəlakətlərdir. Əsər Qafqazın böyük kəndlərindən birinin mənzərəsinin təsviri ilə başlayır. Hadisələr Naməlsəm və İnmirə məhəlləsində cərəyan edir. Hekayənin əsas mənası bundan ibarətdir ki, "hansı xalq öz ixtiyarını və taleyini özgəyə tapşırmışsa, şərəfini və hüququnu öz gücü və birliyi ilə müdafiə edirsə, o xalq yaşamağa qadirdir".
Bir kəndin sərgüzəşti (əsər)
Bir kəndin sergüzəşti — Nəriman Nərimanovun nəsr yaradıcılığı zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. "Bir kəndin sərgüzəşti" hekayəsi, "Bahadır və Sona" romanı, "Pir" povesti vətənin mədəni yüksəlişi, ictimai fikrin inkişafı yolunda onun apardığı mübarizə barədə aydın təsəvvür yaradır. == Məzmunu == Nəriman Nərimanov "Bir kəndin sərgüzəştləri" hekayəsini ilk dəfə 1915-ci ilin oktyabr ayında "Açıq söz" qəzetində çap etdirmişdir. Nəriman Nərimanov hekayədə Azərbaycan zəhmətkeş kütlələrinin həyatı, məişəti və mübarizəsi barədə müəyyən təsəvvür yaratmışdır. Hekayə orjinal süjet əsasında qurulmuşdur. Hekayənin əsas ideyası avamlığın və fanatizmin törətdiyi fəlakətlərdir. Əsər Qafqazın böyük kəndlərindən birinin mənzərəsinin təsviri ilə başlayır. Hadisələr Naməlsəm və İnmirə məhəlləsində cərəyan edir. Hekayənin əsas mənası bundan ibarətdir ki, "hansı xalq öz ixtiyarını və taleyini özgəyə tapşırmışsa, şərəfini və hüququnu öz gücü və birliyi ilə müdafiə edirsə, o xalq yaşamağa qadirdir".
Siçanlar və insanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri. Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. == Mövzusu == Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough") "Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi. Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.
İnsanlar və siçanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri. Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. == Mövzusu == Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough") "Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi. Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.
Gəncəli Xosrovun əzablı həyatı (əsər)
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Milli tarixi əhəmiyyəti olan əsər
Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir. Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir. == Tarixçə == 9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır. == Kriteriyalar == ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur: Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır. Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır. Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
Dünya iradə və təsəvvür kimi (əsər)
Dünya iradə və təsəvvür kimi (alm. Die Welt als Wille und Vorstellung‎) — alman filosofu Artur Şopenhaurin (1788-1860) əsas əsəri, dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biri. == Ümumi məlumat == Əsər birinci dəfə 1819-cu ildə çap olunmuşdur. Sonradan müəllif onun üzərində uzun illər ərzində (1819-1844) işləmişdir. Əsər dörd fəsildən, müəllifin öz təbirincə deyilsə, dörd kitabdan ibarətdir. Birinci fəsildə müəllifin idrak nəzəriyyəsi, ikinci fəsildə ontologiyası, üçüncü fəsildə estetikası, və nəhayət dördüncü fəsildə etikası şərh olunmuşdur. Şopenhauerin öz idrak nəzəriyyəsinin şərhinə həsr etdiyi birinci fəsil "Dünya mənim təsəvvürümdür" sözləri ilə başlayır və belə bir müddəadan çıxış edir ki, idrak iradənin xidmətindədir. Müəllifin ontologiyasının şərhinə həsr olunmuş olunmuş ikinci fəsilin əsas mənası ondan ibarətdir ki, dünya iradənin obyektivasiyasıdır. Şopenhauerin estetikasının şərh olunduğu üçüncü fəsildə müəllif belə bir müddəadan çıxış edir ki, həqiqi incəsənət idrakın iradənin xidmətdə durmaqdan xilas olma məqamıdır. Şopenhauerin öz etikasının şərhinə həsr etdiyi üçüncü fəsildə həyata yönümlü iradənin təsdiqi və inkarı məqamları nəzərdən keçirilir.
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. == Haqqında == “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir.Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. === Məzmun === Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir. Son hissə “Türküstanda istifadə edilən müxtəlif əlifbalar və onlara tarixi nəzər” adlı yarımbaşlığın təqdimi ilə bitir.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Əsgər
Əsgər — ən kiçik hərbi rütbə. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. == Haqqında == Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsir
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Əsgər Məmmədov (əsgər)
Əsgər Zaur oğlu Məmmədov (25 mart 2002; Edişə, Cəlilabad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər Məmmədov 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur Məmmədovun ailəsində anadan olmuşdur. 2008–2019-cu illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əsgər Məmmədov 10 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Məmmədov 23 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn edilmişdir.
Bəşər Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Əsr
Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır.
Əsgər Məmmədov (əsgər, 1972)
Əsgər İsmayıl oğlu Məmmədov (8 yanvar 1972, Bərdə rayonu, İmirli – 26 aprel 1994, Ağdam)— Birinci Qarabağ döyüşlərində şəhidi olmuşdu. == Həyatı == Əsgər Məmmədov 1972-ci il 08 yanvar tarixində, Bərdə rayonunun İmirli (Əmirli) kəndində anadan olub. 1979-cu ildə ilk təhsilini imirli kəndində almışdı. 1989-cu ildə təhsilini bitirmişdi. == Hərbi xidməti == 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 26 aprel 1994-cü ildə Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə şəhid olub.
Alpout (Əhər)
Alpout (fars. الپاويت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (21 ailə).
Anbarlı (Əhər)
Anbarlı (fars. عنبرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (6 ailə).
Ağacəli (Əhər)
Ağacəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvazəxan kəndistanında, Vərzəqan qəsəbəsindən 25 km. qərbdədir.
Babacan (Əhər)
Babacan (fars. باباجان‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Ballıqışlaq (Əhər)
Ballıqışlaq (fars. باللي قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 453 nəfər yaşayır (100 ailə).
Bayramxacə (Əhər)
Bayramxacə — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Düdəngə kəndistanında, Horand qəsəbəsindən 12 km. şimaldadır.
Bayraqdar əsgər
Bayraqdar - mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal,çevik və cəsur əsgərlərdən təyin olunur.O,hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində - bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində - komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı - 4 addım, dəstə bayraqdarı - 8 addım və s.)addımlayaraq çıxır.Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində - zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.Əgər əsgər addımlamağ vəziyyətində məs: farağat,diqqət !!! sağa verilibsə,bu zaman bayraqdar əsgər sadəcə komanda verilmiş tərəfə(sağa vəya sola)baxır. Azad (komanda) - komandası zamanı isə bayrağın tutacağının aşağı hissəsi sağ ayağın pəncəsinə biləşdirilir və bayrağın yuxarı hissəsi isə sağ qolun tam açılması ilə önə uzadılır.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Aşer
Aşer (Tam adı: Usher Raymond; 14 oktyabr 1978, Dallas) — ABŞ-lı 8 Grammy mükafatçısı R&B musiqiçisi. Ən çox Grammy qazanan qaradərili musiqiçilərdən biridir. Bütün dünyada 65 milyon albomu satılmışdır. Billboard Hot 100-də 9 dəfə bir nömrə, 16 dəfə top 10-da qalib olmuş mahnıları var. Billboard Hot 100 tarixinin ən uğurlu 16-cı sənətçisi, 21-ci əsrin ən uğurlu 2-ci sənətçisi və 21-ci əsrin Billboard Hot 100 siyahısının ən uğurlu sənətçisi olmuşdur. == Sənətçi haqqında == 1994-cü ildə tanıtım albomu olan "Usher" ilə peşəkar karyerasına başlamışdır. Bu albomuyla çox yaxşı satış qrafiki əldə etməsə də diqqətləri özünə çəkən Aşer 1997-ci ildə orta məktəbdən məzun olduqdan sonra, ikinci albomu "My Way"i yayımlamışdır. Albom 10 milyon nüsxə satılaraq böyük uğur qazanmışdır. Rəqsi və səsi ilə bir anda maraq dairəsinə girən Azəer 2001-ci ildə "8701" adlı albomunu satışa çıxarmış və uğurlu satış göstəriciləri əldə etmişdir. 2004-cü ilin mart ayında "Confessions" albomu işıq üzü görmüşdür.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Ləçək
Ləçək - Çiçək tacında şəklini dəyişmiş yarpaq. Tozlayıcı həşaratları cəlb etmək üçün şəklini dəyişmiş və parlaq rənglərdə olurlar. Dişicik və erkəkciyi qoruyan hissədir. Tozlaşmaya yardım edir. Botanika sahəsində daha geniş olaraq öyrənilir.
ESƏD
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi "erməni soyqırımının" tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Eşen
Eşen- (alm. Eschen‎)-Lixtenşteyn knayzlığında şəhər. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 4215 nəfər, sahəsi isə 10,381 km²-dir. Rəsmi kodu 7007, poçt indeksi 9492-dir. == Tarixi == Eşenin ərazisində qədim yaşayış məntəqələrindən olan Malanser və Şnellər yerləşir. Burada Roma imperiyasından qorunmaq üçün qədim hasarlar aşkar edilmişdir. Eşen adı ilk dəfə 850-ci ilın yazılarında rast gəlindiki, orada da Essan kimi adlandırılırdı.1217-ci ildən knyazlığın tərkibinə daxil edildi. == İqtisadiyyatı == Burada iqtisadiyyat və ticarət yaxşı inkişaf edib. Həmçinin idman kompleksləri də burada çoxluq təşkil edir.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Eşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Oser
Oser (fr. Auxerre) – Fransada şəhər. === İdman === Fransa Liqa 1-də çıxış edən AJ Oser şəhərdə yerləşir.
User
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Azər Quliyev (əsgər)
Azər Zakir oğlu Quliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Quliyev Azər Zakir oğlu 10 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunan Azər Quliyev, 2011-ci ildə 9 illik təhsilini başa vurduqdan sonra təhsilini Sumqayıt şəhər Peşə liseyində davam etdirmişdir. == Hərbi xidmətləri == 2015–2017-ci illərdə Qazax rayonunda həqiqi hərbi xidmətdə olmuş, həmçinin məlum Aprel döyüşlərində də fəal iştirak etmişdir. Quliyev Azər 2020-ci il sentyabrın 29-da II Qarabağ — İkinci Qarabağ müharibəsinə könüllü olaraq getmiş, şərəfli bir döyüş yolu keçmişdir. O, oktyabrın 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış, Sumqayıt şəhər "Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Quliyev Azər Zakir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı və "Xocavəndin azad olunması" medalı ilə təltif edilmişdir.
Azər Süleymanov (əsgər)
Azər Haqverdi oğlu Süleymanov (26 oktyabr 1982, Şüvəlan – 12 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Süleymanov 1982-ci il oktyabrın 26-da Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Azər Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Süleymanov oktyabrın 12-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ramana qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Süleymanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Süleymanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Tağıyev (əsgər)
Azər Kamil oğlu Tağıyev (20 dekabr 1999, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Tağıyev 1999-cu il dekabrın 20-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azər Tağıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Azər Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Tağıyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Əliyev (əsgər)
Azər Dilafət oğlu Əliyev və ya Azər Dilafər oğlu Əliyev (6 yanvar 1999, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu — 28 yanvar 2021, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin Baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Əliyev 6 yanvar 1999-cu ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. Əslən Şuşa rayonunun Çaykənd kəndindəndir. 2008-2019-cu illərdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd Alı Mustafayev adına tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, Nəzrin adlı qızı və şəhid olmasından sonra doğulan 29.04.2021-ci ildə doğulan Əli adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Azər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azər Əliyev 2019-cu ildən Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Azər Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Həsən Qasımov (əsgər)
Həsən Şöhrət oğlu Qasımov (27 may 1997; Tağılı, Hacıqabul rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Qasımov 27 may 1997-ci ildə Hacıqabul rayonunun Tağılı kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Əzizə Cəfərzadə adına Hacıqabul rayon Tağılı kənd tam orta məktəbdə təhsil almışdır. 2019-cu ildən ailəli idi. == Hərbi xidməti == Həsən Qasımov 25 yanvar 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Goranboy rayonunun Ballıqaya kəndində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 11 iyul 2017-ci ildə hərbi xidmətini başa vurmuşdur. 3 iyul 2018-ci ildən "AQRO DAİRY MMC" şirkətində mühafizəçi vəzifəsində çalışırdı. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Həsən Qasımov səfərbər olunmuş və 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağırılmışdır.
Həsən Quliyev (əsgər)
Həsən Adışirin oğlu Quliyev (11 oktyabr 1996; Sarvanlar, Ağcabədi rayonu, Azərbaycan — 3 noyabr 2020; Tuğ, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Həsən Quliyev 11 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində dünyaya göz açmışdır. 2003-2014-cü illərdə Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbdə təhsil almışdır. 2018-ci ilin martında ailə həyatı qurmuşdur, Dəniz və Xəyal adlı övladları yadigar qaldı. == Hərbi xidməti == Həsən Quliyev 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tabeçiliyində Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2016-cı ilin aprelində hərbi xidmətdən tərxis olunan Həsən Quliyev həmin ilin noyabrından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Həsən Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Həsən Süleymanov (əsgər)
Həsən İsmayıl oğlu Süleymanov (8 avqust 1991; Ağcabədi, Azərbaycan SSR — 26 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Süleymanov 8 avqust 1991-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Həsən Süleymanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini snayper kimi yerinə yetirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 29 sentyabrdan iştirak etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həsən Süleymanov 26 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Süleymanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Süleymanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azər Əliyev (əsgər, 2002)
Azər Elnur oğlu Əliyev (21 mart 2001; Kürdşaban, Göyçay, Azərbaycan — 7 noyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 2019-cu ildə orta məktəbi bitirən şəhid Azər Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olmuş, əsgərlik yaşına çatdığına görə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmışdı. == Hərbi xidmətləri == Azər Əliyev xidmət zamanı tankçı peşəsinə yiyələnmişdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Azər Əliyev Füzulinin azad edilməsində savaşıb. Azər Əliyev 30 sentyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Göyçayda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəfər Əsəd Əl Xəlilli
Cəfər Əsəd Əl Xəlilli — İraq mətbuatı nümayəndəsi. "Əl Fəcr Əl Sadiq" və "Əl Rai" qəzetlərini nəşr etdirmişdi. == Həyat və fəaliyyəti == Cəfər Əsəd Əl Xəlilli Nəcəf şəhərində dünyaya göz açıb. O, Nəcəfdə "Əl Fəcr Əl Sadiq" həftəlik nəşrini 1931-ci ildə yayımlayıb. İqtisadi çətinliklərlə əlaqədar nəşrin sahibi kimi onun çapını dayandırmalı olub. 1934-cü ildə Cəfər Əsəd Əl Xəlilli "Əl Rai" adlı ikinci qəzeti nəşr etdirib. Bir il sonra qəzet hökumət tərəfindən bağlanıb və sahibi həbs edilib. Lakin həbsdən azadlığa çıxandan sonra 1935-ci ildə "Əl Hatif" adlı yeni bir qəzet təsis edib. Bağdadda fəaliyyət göstərmiş nəşr 20 il dərc edilib. "Əl Hatif" qəzeti 1935-ci ildən Nəcəfdə yayımlanmış 1955-ci ilə qədər fəaliyyətini davam etdirmiş ilk qəzetdir.
Həsən Abdullayev (əsgər, 1994)
Həsən Qərib oğlu Abdullayev (21 iyun 1994, Daşkəsən rayonu – 6 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulmuşdur. Karate-do idman növü ilə məşğul olmuşdur. Subay idi. == Təhsili == 2001-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdu. == Hərbi xidməti == 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir. 8 sentyabr 2020-ci il tarixindən MAXE hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 6 noyabr 2020-ci ildə Şuşa şəhərinin Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Şəhidin nəşi 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Həsən Bayramov (əsgər, 1992)
Həsən Bəhrəm oğlu Bayramov (17 iyun 1992, Sarısu, Xanlar rayonu – 5 noyabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Bayramov 17 iyun 1992-ci ildə Göygöl rayonunun Sarısu kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Gəncə şəhər V. Əliyev adına 12 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. 2009–2011-ci illərdə Gəncə Humanitar Kollecində (indiki Gəncə Dövlət Regional Kolleci) təhsil almışdır. 2011-ci ildə kolleci "maliyyə işi" ixtisası üzrə bitirmişdir. Hərbi xidmət qulluqçusu olduqdan sonra bir müddət Gəncə Regional Reklam İdarəsində dizayner kimi çalışmışdır. == Hərbi xidməti == 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət etmişdir. Həsən Bayramov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Həsən Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Həsən Bayramov (əsgər, 2001)
Həsən Ağaisa oğlu Bayramov (22 iyun 2001, Göyçay rayonu – 1 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Ağaisa oğlu Bayramov 2001-ci il iyunun 22-də Göyçay rayonunda dünyaya gəlib. 2019-cu il, iyulun 3-də hərbi xidmətə çağırılıb. Vətən müharibəmiz başlayanda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində qəlpə yarası alıb və şəhadətə qovuşub. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Həsən Bayramov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü”, “Vətən uğrunda" medalları ilə təltif edilib.
Eşem-elək (Bakalı)
Eşem-elək (başq. Емеш-еләк, rus. Плодоягодная) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-cu ilə qədər Plodoyaqodnaya kənd kolxozu adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 6 km, kənd sovetliyindən (Bakalı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 78 km.
Element
Element – mürəkkəb obyektin, hadisənin, prosesin analiz olunarkən sonrakı hissələrə ayrılmayan kompanentidir. Element – 1)kimyada adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə, nüvənin eyni yükünə malik atomların toplusu (sadə, artıq parçalanmayan maddə); 2)fizikada kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz; 3)tamın, bütövün tərkib hissəsi; 4)kiçik enerji mənbəyi; 5)hər hansı bir şeyin tərkib hissəsi; 6)sosial qrup üzvü; 7)bütövdə hər hansı bir şeyin payı; 8)danışıqda adam, şəxs, ünsür. Elementin formaları Element (fəlsəfə) Çoxluq elementi Elementar funksiyalar Kimyəvi element Qalvanik element Elektron element == Həmçinin bax == Element-indikatorlar Element 122 Element 123 Element 124 Element 125 Elementlərin geokimyəvi təsnifatı == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Gələcək
Gələcək — zaman oxunun hipotetik hissəsidir, hələ baş verməmiş, lakin baş verə biləcək hadisələr məcmusudur. == Gələcək fəlsəfi termin kimi == Gələcək fəlsəfədə və ümumən insan şüurunda həmişə xüsusi yer tutmuşdur. Nəzəriyyələrdən birinə (indeterminizm) görə gələcək əvvəlcədən təyin olunmur və onu insanlar özləri yarada bilərlər. Başqa bir nəzəriyyəyə (determinizm) görə, gələcək əvvəlcədən müəyyən edilir. O da mümkündür ki, insanlar gələcəyi özləri yaratsınlar, lakin gələcəyi yaratmaq üçün onların qərarları və hərəkətləri əvvəlcədən müəyyən etməlidir. Gələcəkdə zamanın (kainatın) tsiklik modeli çərçivəsində keçmişdə olanlar təkrarlanır. Bir çox dinlər ölümdən sonrakı həyat, eləcə də dünyanın sonu haqqında kəhanətlər təklif edir. Xristianlıqda Allahın gələcəyi bilməsi ilə insanın azad iradəsi arasındakı ziddiyyət qabaqcadan təyinetmə doktrinasına gətirib çıxarır. Gələcəyin əhəmiyyəti insanların başlarına nə gələcəyi ilə bağlı öncəgörmələrə və proqnozlara çox ehtiyac duyması ilə vurğulanır. Ola bilsin ki, insan beyninin inkişafı böyük ölçüdə gələcəyi proqnozlaşdırmaq üçün lazım olan idrak qabiliyyətlərinin, yəni təxəyyülün, məntiqin və induksiyanın inkişafı ilə bağlıdır.
Kələdək
Kələdək - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı. Mənbədə kənddə 2 xristian ailəsinin yaşadığı qeyd olunur.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Telemea
Telemea pendiri-Telemea ənənəvi olaraq qoyun südündan hazırlanmış Rumıniya pendirinin adıdır. İndiyə qədər termin inək südündən hazırlanmış pendir, bəzi hallarda isə keçi və ya camış südünündən hazırlanır. == Etimologiyası == Rumın dilində Telemean adı "yuvarlanmış" mənasını verir ki bu da türk termini olub teleme sözündən götürülmüşdür. == Təsviri == Yunan pendiri Feta'a oxşar olub, Telemea yüksək miqdarda sudan ibarət olmaqla yumşaq quruluşa malik , krem tərkibli və ağızda qalan dada malik pendir növüdür. Alternativ olaraq, pendir daha qarışıq, daha ətirli və duzlu hala gətirən yaşlanma prosesindən keçirilir. Cirə toxumları bəzən ədviyyatlı, ceviz ləzzəti vermək üçün əlavə olunur. Bu pendir qəlyanaltılar, salatlar və müxtəlif yeməklər (məsələn, omlet, blinçik, piroq) üçün masa pendiri kimi istifadə olunur. == İstehsalat == Telemea pendiri hazırlanarkən, südə pendir mayası əlavə edib çürüdülür. Ən çox inək və qoyun südü istifadə olunur, keçi və inək südündən hazırlandıqda isə daha zərif olur. Nəticədə çürümüş süd süzgəcdən keçirilir və xüsusi pendir qablarında saxlanılır, gecə boyu sıxılır, sonra kvadrat hissələrə bölünür.
Əkərək
KəndlərƏkərək (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Əkərək — Syunik vilayətinin Vayotsdzor qəzasında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. Əkərək (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Əkərək (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Əkərək — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Əkərək (Qafan) 1 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək 2 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək (Meğri) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.ÇaylarƏkərək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. == Həmçinin bax == Əkərət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Ələmut
Ələmut qalası (fars. الموت‎) — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. Həmdullah Qəzvininin qeydlərinə görə 840-cı ildə, başqa versiyaya görə isə 859-cu ildə tikilmişdir. Qala Tehrandan 100 km uzaqda, Şahrud və Ələmut çayları arasındakı Rudbar vadisində 200 metr yüksəklikdəki qayanın üzərində yerləşir. Qalanın adı tərcümədə "Qartal yuvası" mənasını verir.1090–1256-cı illərdə Ələmut qalası Həsən Sabbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur. == Monqol işğalı == 1256-cı ildə Monqol dövlətinin böyük xanı Möngkenin əmri ilə Hülaku xanın qoşunları İran və Yaxın Şərqdə tam hakimiyyəti ələ keçirmək üçün yürüşə başladı. Həmin ilin iyununda Ələmut qalası mühasirəyə alındı. Noyabrın 19-da Nizari imamı Rüknəddin Xurşah istilaçıların mərhəmət göstərəcəyi ümidi ilə Meymundizdəki iqamətgahının qapılarını onların üzünə açdı. Hülaku xanın tələbi ilə o öz dövlətinin bütün hakimlərinə məktub göndərərək təslim olmalarını əmr etdi.
Ələyəz
Ələyəz (Dərələyəz) — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı.
Əsnəmək
Əsnəmək— eyni vaxtda havanın tənəffüs edilməsi və qulaq pərdələrinin gərilməsindən sonra nəfəsin çıxarılmasından ibarət olan bir refleksdir. Bu proses ən çox yetkinlərdə yuxudan dərhal əvvəl və ya sonra, yorucu fəaliyyətlər zamanı baş verir. Eyni zamanda insanlara keçici keyfiyyəti ilə xarakterizə olunur. Bu refleks yorğunluq, stress, yuxu, cansıxıcılıq və hətta aclıqla əlaqələndirilir. İnsanlarda əsnəmək əksər hallarda başqalarının əsnədiyi zaman baş verir.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. == Tarixi == İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.