Azər Elnur oğlu Əliyev (21 mart 2001; Kürdşaban, Göyçay, Azərbaycan — 7 noyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Azər Əliyev | |
---|---|
Azər Elnur oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdşaban, Göyçay, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Göyçay |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2021 |
Azər Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub.[3][4] 2019-cu ildə orta məktəbi bitirən şəhid Azər Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olmuş, əsgərlik yaşına çatdığına görə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmışdı.
Azər Əliyev xidmət zamanı tankçı peşəsinə yiyələnmişdi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Azər Əliyev Füzulinin azad edilməsində savaşıb. Azər Əliyev 30 sentyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Göyçayda dəfn edilib.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]