Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qala Əntiq Əşyalar Muzeyi
Qala Əntiq Əşyalar Muzeyi - Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılıb. 2010-cu ilin iyununda muzeyin tikintisinə başlanıb və tikinti 2011-ci ildə başa çatıb. Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il sentyabrın 7-də Muzeyin açılışında iştirak ediblər. Muzeydə 800 eksponat nümayiş etdirilir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif regionlarından yığılmış, Avstriya, ABŞ, Almaniya, İngiltərə, İran, Rusiya, Fransa, Belçika, Özbəkistan, Türkiyə, Polşa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. İnzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası, konfrans zalı, binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir. Muzeyin sahəsi 260 kv/m təşkil edir.
Aşralar
Aşralar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində Aşırallar kəndi də mövcuddur. Hər iki kəndin əhalisi vaxtilə Xınna dərəsində məskən saldıqları üçün Xınnalı da adlanırdı. Onların qışlaq yeri aranda Alakol ərazisində, yaylaq yurdu isə Qəribli sahəsində olmuşdur. Sonralar həmin yaylaq və qışlaq yerləri əsasında aşıralların adını daşıyan iki müstəqil kənd yaranmışdır. Yerli əhali bu kəndləri Aran Aşıralları və Dağ Aşıralları da adlandırır. Aşrallar/Aşıralılar variantlarında da qeydə alınan bu oykonim ərəb mənşəli "aşura" sözü ilə əlaqələndirilir. Mütəxəssislərin bir qismi bu fikirdədir ki, oykonim aşur (məhərrəm ayının onuncu gunu), alı (Əli) sözlərindən və -lar şəkilçisindən ibarət olub, "məhərrəm ayının onuncu günü matəm saxlayan müsəlmanlar" deməkdir. Əslində, oykonim aşırallar nəslinin adındandır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Qayalar
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Şualar
"Şualar" — Səid Nursinin əsəri. Risale-i Nur Külliyatını təşkil edən ən önəmli əsərlərdən biridir. Əsasən 1936–1949 illər arasında Eskişehirdə yazılmışdır.
Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir. == Üç qardaş daş kompozisiyası == Naxçıvan MR-də Əlincəçayın sol sahilində, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır. == Qoşalaşmış Oğlan-Qız qayası == Naxçıvan MR-də Gilançayın sağ sahilində, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır. == "Sfinks" qayası == Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin yamaclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticəsində yaranmışdır. == Göbələyəbənzər "Parağdaş" qaya qalığı == Naxçıvançayın yuxarı axarında, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir. == "Gəlinqaya" == Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxurlarından təşkil olunmuşdur.
Evli qayalar
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir. Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var. Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar.
Qıvrım qayalar
Əşyaların interneti
Əşyaların interneti (İoT) — fiziki cihazların, maşınların, məişət cizahlarının və başqa digər əşyaların üzərinə quraşdırılmış elektronikalar, proqram təminatları, senorlar və qəbul edicələrlə bu əşyaların biri — birinə bağlanması və verilənləri ötürməsidir. Əşyaların birbaşa kompüter sistemlərinə çıxışı effektivliyin artmasına, yeni iqtisadi üstünlüklərin yaranmasına və insan əməyinə qənaətə gətirib çıxarır. Əşyaların İnterneti cihazlarının sayı 2017-ci ildə 31% artaraq 8.4 milyarda çatmış və 2020-ci ildə bu sayın 30 milyarda çatacağı gözlənilir. Əşyaların İnternetinin bazar dəyəri 2020-ci ildə 7.1 trilyon dollara çatacağı proqrnozlaşdırılır. Əşyaların İnterneti standart internetə çıxışı olan cihazlardan, belə ki, kompüter, notbuk, smart telefonlar və tabletlərdən əlavə digər ənənəvi "ağıllı olmayan" əşyaların və ya gündəlik əşyaların internetə çıxışını əhatə edir. Bu əşyaların içərisinə yerləşdirilmiş yeni texnologiyalar nəticəsində artıq onlar da internet üzərindən bir-birinə qarşılıqlı təsir edə bilər, o cümlədən bu əşyalar uzaqdan idarə edilə və ya monitor edilə bilər. Acharjya, D.P.; Geetha, M.K., redaktorInternet of Things: Novel Advances and Envisioned Applications. Springer. 2017. 311.
Kosmik şüalar
Kosmik şüalar — Kainatda sürətlə axan atom nüvəsi və elementar hissəcikdir. Tədqiqatlar göstərmişdir ki, Yerətrafı fəzada kosmik şüaların intensivliyi bütün istiqamətlərdə eynidir. Yerə yaxınlaşdıqda onların intensivliyi en dairəsindən asılı olaraq dəyişir. Onun səbəbi kosmik şüaların tərkibində olan yüklü zərrəciklərin Yerin maqnit sahəsində meyl etməsidir. Kosmik şüaların mənbəyi kainatdır. Yüksək enerjili zərrəciklər, əsasən qalaktik dumanlıqlardan - yeni ulduzların örtüyündə maqnit tormozlanması prosesində yaranır. Onlar Yerə çatana qedər müxtəlif maqnit sahələrindən keçir və ona görə də fəzada bütün istiqamətlərdə bərabər paylanırlar. == Kosmik şüaların mənbələri == Kosmik şüaların mənbəyinə dair erkən spekülasyon Baade və Zwicky tərəfindən 1934-cü ildəki supernovalardan meydana gələn kosmik şüalara dair bir təklif idi. Horace B. Babcokun 1948-ci ildəki təklifi, maqnit dəyişən ulduzların kosmik şüalara səbəb ola biləcəyini irəli sürdü. Sonradan, 1951-ci ildə Y. Sekido et al.
Mitogenetik şüalar
Mitogenetik şüalar — dalğasının uzunluğu 1900–3250 Å, intensivliyi az olan ultrabənövşəyi şüalar. Bitki və heyvanların hüceyrə və toxumalarının çoxalması zamanı hasil edilir. Mitogenetik şüalar 1923-cü ildə Aleksandr Qurviç tərəfindən kəşf edilmişdir. O göstərmişdir ki, mitogenik şüalar hüceyrələrin mitoz bölünməsinin və hüceyrədə ardıcıl kimyəvi prosesləri stimulə edir. Mitogenik şüalar hüceyrəsiz sistemlərdə də müşahidə olunmuşdur. Mitogenik şüaların spektrlərinin analizi onların tədqiq olunan obyektlərin fizioloji vəziyyətindən asılılığını aşkara çıxarır. Bəzi patoloji hallarda mitogenik şüalar intensivliyi dəyişir. Bischof M. "Bibliography on biophoton research and related subjects". International Institute of Biophysics. 2010-01-25 tarixində arxivləşdirilib.
Əsaslar
Əsaslar — tərkibi bir və ya bir neçə hidroksid qrupu ilə birləşmiş metal atomu və ya müsbət yüklü atomlar qrupundan ibarət olan mürəkkəb maddələrə əsaslar deyilir. Əsasların ümumi formulu Me(OH)n-dir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərək anion kimi yalnız hidroksid ionu əmələ gətirən maddələrə əsaslar deyilir: Ba(OH)2 → Ba2+ + 2OH¯ -OH qrupu bir valentlidir və yükü −1 olan iondur. Odur ki, əsasların tərkibindəki hidroksid qrupunun sayı metalın valentliyinə bərabər olur: NaOH; Ca(OH)2; Al(OH)3 Əsaslar suda həll olmalarına, turşuluğuna və qüvvətliliyinə görə təsnif edilir. Əsasların əksəriyyəti suda həll olmur. Suda yaxşı həll olan əsaslara qələvilər deyilir. Qələvi və qələvi-torpaq metalların hidroksiləri qələvilərdir. LiOH, NaOH, turşuluğunu müəyyən edir. Məsələn: LiOH — birturşulu; Mg(OH)2 — ikiturşulu; Fe(OH)3 — üçturşulu əsaslardır. Əsasların qüvvətliliyi onların dissosiasiya qabiliyyəti, yəni -OH ionlarının qatılığı ilə müəyyən edilir.
Əsqalan
Aşkelon(ivr. ‏אַשְׁקְלוֹן‏‎) və ya Əsqəlan (ərəb. عسقلان‎) —İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri. Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır. Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225).
Saylar
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
İsalar
İsalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. Kənd isalar nəslinə mənsub ailələr tərəfindən məskunlaşdığı üçün belə adlandırılmışdır. Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Ustalar Kitabı
Əseyalan (İşembay)
Əseyalan (başq. Әсеялан, rus. Асиялан) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (İşembay): 40 km, kənd sovetliyindən (Urqe Etkol): 15 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 55 km.
Saylar (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Saylar (dilçilik)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Saylar (qrammatika)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Prad-Salar
Prad-Salar (fr. Prades-Salars, oks. Pradas de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12188. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 283 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 168 nəfər arasında (15-64 yaş) 120 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə bu 69.6%).
Salar Aslanov
Salar dili
Salarca yayğın olduğu bölgənin ətrafında olan böyük Türk dillərindən fərqli olaraq Uyğur qrupuna deyil Oğuz qrupuna aiddir. Danışılan iki ayrı ləhcəsi vardır (Ciezi və Menqda) .
Salmo salar
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Ustalar kitabı (film, 2009)
Ustalar Kitabı (rus. Книга мастеров) — Walt Disney Pictures-ın birinci Rus filmi.