Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zonalı əritmə üsulu
Zonalı əritmə üsulu bərk kristallik maddələrin ərimə üsuludur, o tərkibində olan aşqarların bərk və maye fazada müxtəlif cür həll olmasına əsaslanır. Bu metod istiqamətlənmiş kristallaşma üsulundan fərqli olaraq zonalı əritmə üsulunda nümunənin kiçik bir hissəsi əridilir və bu ərimiş hissə kütlə boyu kiçik sürətlə yerini dəyişir. Bu zaman təmizlənəcək maddədə olan aşqarlar növündən asılı olaraq kütlənin başlanğıc və ya son hissəsinə toplanır. Proses bir neçə dəfə təkrar olunmaqla təmizlənəcək kütlə yüksək təmizlik dərəcəsinə gətirilir. Aşqar tərkibindən asılı olaraq bu üsulun köməyi ilə təmizlik dərəcasi 0,00005–0,000006, bəzən isə daha artıq olan maddələri almaq mümkündür. Aşqar maye fazada yaxşı həll olduğu halda, kristal maye sərhəddində aşqarın yenidən paylanması baş verir, maye fazada aşqarın miqdarı artır və o maye faza ilə birlikdə hərəkət edərək tədricən zonanın yerdəyişmə istiqamətində yığılmağa başlayır. Nəticədə aşqar ilkin nümunənin bir hissəsində toplanır. Aşqar maye fazada pis həll olan halda isə proses nəticəsində aşqar nümunənin əks tərəfində toplanır. Xüsusi hal olaraq bəzən aşqarın maye və bərk fazada eyni cür həll olması halına da rast gəlinir. Belə maddələri zonalı əritmə üsulu ilə təmizləmək mümkün olmur.
Siemens Qardaşları mis əritmə zavodu
Siemens qardaşları Mis əritmə zavodu — Gədəbəy rayonunda XIX əsrin orataları XX əsrin əvvəllərində fəaliyyət göstərmiş zavod XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyirdilər. Gədəbəy zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrildi. 1873-cü ildə burada təqribən 6 kilometr uzunluğunda kanat xətti çəkildi.1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənddə İkinci misəritmə zavodu işə düşdü. Həmin illərdə Gədəbəy və Qalakənd misəritmə zavodlarında odun yanacağı maye yanacağı ilə, yəni mazut və neftlə əvəz edildi. 1885-ci ildə Gədəbəy Misəritmə Zavodu nəzdində Rus-alman məktəbi fəaliyyətə başladı.
Eşitmək
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.