ƏRİTMƏK

f.
1. Hərarət təsiri ilə bərk, yaxud donmuş halda olan şeyi maye halına salmaq. Yağ əritmək. Qır əritmək. Mumu əritmək. Qurğuşunu əritmək. Buzu əritmək.
[Xoca Əziz] ocağı asıb qır-saqqızı tökdü tiyana, əridib elədi mum kimi. Koroğlu”.
Dağda ərit qarları; Bağda ərit qarları. M.Ə.Sabir.
Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev.

2. Həzm etdirmək, həll etmək. İstisu xörəyi yaxşı əridir.
[Bürcəliyev:] Əritməkdə, həzmə verməkdə bu Ağbulaq turşsuyunun əsla misli-bərabəri yoxdur. S.Rəhimov.

3. İşə getməyən malı cürbəcür yollarla işə vermək, satmaq. Köhnədən qalan malları əritmək.
– O, möhkəm inanır ki, iki ton buğdanı lap iki həftədə əridər. Kirpi”.

4. məc. Arıqlatmaq, üzmək; arıqlamasına, zəifləməsinə, əldən düşməsinə səbəb olmaq.
Nola qeyrət atəşi canım əritsə mum tək. Füzuli.
Gürşadı əridən araqla papiros idi. Ə.Vəliyev.

5. məc. Utandırmaq. Sözlərim onu utandırıb əritdi.
6. məc. Yavaş-yavaş batırmaq.
Gözümdən günlər keçir əsrlərə bərabər; Zülmətləri əridən, qaynar şəfəqli günlər. R.Rza.
Tiflis üzərində boranlı bir qış günü qanadlarını geniş açıb, ətrafı qəmgin bir yalqızlıq içində əridirdi. M.Hüseyn.

7. məc. Hiss edilmədən keçirmək.
Sonralar o, gecələrini bu çırağın işığında əridər və sübhə kimi kənddə yalnız bu pəncərədən işıq çəkilməzdi. Ə.Məmmədxanlı.

8. dan. Xərcləmək, korlamaq, israr etmək (əsasən pul haqqında).
Varis hər dəfədə uduzmağa və pulları əritməyə başladı. A.Şaiq.

Синонимы

  • ƏRİTMƏK xərcləmək — paylamaq — korlamaq
  • ƏRİTMƏK satmaq
  • ƏRİTMƏK utandırmaq
  • ƏRİTMƏK yemək
ƏRİTMƏ
ƏRİYİCİ
OBASTAN VİKİ
Əritməklə emal
Əritməklə emal qaynaq prosesi ilə oxşarlığı vardır. Prototiplərin sürətli hazırlanmasının tərkibi olan bu üsul bərk materialı əridərək təbəqə şəklində üst-üstə birləşdirii və beləliklə verilmiş modelin hazırlanmasına imkan yaradır. Prosesin adı da ele buradan yaranıb: Fused Deposition Modeling (FDM) – yəni əridilmiş qatın çəkilməsi ilə modellərin hazırlanması. Burada pəstah rolunu oynayan məftil xüsusi qızdırıcı başlığın köməyi ilə ərimə temperaturuna qədər qızdırılır. FDM üsulu ərimə temperaturu və istilikkeçirmə qabiliyyəti aşağı olan materialların məsələn, süni materialların və mumun tətbiqi üçün əlverişlidir. Metalların tətbiqi isə yüksək əmək tutumlu hazırlıq işlərinin aparılması nəticəsində müəyyən problemlər yaradır. Püskürtmə başlığı fəzada 3 istiqamətdə hərəkət etdirilə bildiyindən istənilən üçölçülü modelin hazırlanması mümkündür. Başlıqdan verilən ərimiş materialın artiq bərkimiş səth üzərində qat şəklində birləşməsini təmin etmək üçün, verilən material şırnağının en kəsiyi elə idarə edilir ki, o çevrə şəklində yox ellips şəklində olsun. Bu səbəbdən yeni çəkilmiş təbəqədə yaranmış gərginlik nəticəsində çəkilmiş qat sonradan formasını dəyişməyə can atır. Səthi gərginlik tarazlaşdıqdan sonra yeni qatla bərkimiş qat arasında kifayət qədər möhkəm birləşmə əmələ gəlir.

Значение слова в других словарях

коры́стоваться подди́р упова́тельно фернамбу́ковый бли́жний отброса́ть плацинда abecedarian arbitral back shop bilocular cay cloaca coal continuer malvoisie orientational peridot ratsbane spirit аффикс кадры одобрять парашют судовладелец