YERİTMƏK

icb.
1. Yeriməyə, hərəkət etməyə məcbur etmək.
// Yeriməsinə kömək etmək, gəzdirmək. Ayaq açan uşaqları yeridirlər.
2. Sövq etmək, hücum etdirmək. Qoşun yeritmək.
– Hər iki tərəf meydana yeni-yeni qüvvələr yeridirdi. S.Rəhimov.
Xəzərin sahilinə xəzri qoşunlar yeridir; Titrəyir qumların üstündə səhərdən bəridir. S.Rüstəm.

3. Bir şeyin içinə girməyə məcbur etmək, daxil etmək.
Torpaq … [ərik ağacının] vücuduna məlhəm yeridirdi. Mir Cəlal.

4. Həyata keçirmək, intişar etmək.
// Təklif etmək, irəli sürmək, yaxud qəbul etdirməyə, keçirməyə çalışmaq. Fikir yeritmək. Öz təklifini zorla yeritmək istəyir.
– Hərcayı … yalanı yeridir doğru yerinə. Q.Zakir.

□ Dediyini yeritmək – öz fikrini, təklifini zorla keçirmək.
O yıxılmadıqca, mən heç bir vaxt öz dediyimi yeridə bilməyəcəyəm. M.Hüseyn.
Ancaq Rübabə bəriki otağa keçəndə Fatma duydu ki, əri dediyini yeritmişdir. Mir Cəlal.

5. dan. Batırmaq, soxmaq.
Anamın canı üçün, bu tiyəni düz qarnına yeridəcəyəm. P.Makulu.

6. məc. dan. Aldadaraq birinə satmaq, işə vermək; ötürmək.

Синонимы

  • YERİTMƏK gəzdirmək
  • YERİTMƏK sırımaq
YERİTMƏ
YERKEŞNİŞİ

Значение слова в других словарях

несу́шка никелиро́вочный планкто́нный рассчита́ть уве́т холо́дное витаминиза́ция ехи́дца заме́шкаться заснежённый инвекти́вный могу́тный пупа́ртовый стре́лка субординацио́нный back matter booth Eos forgetful parviscient sepaloid T square заграбастать красть сестрин