Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.
Adagan
Adaqan
Adıgün
Adıgün — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Adıgün- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcücə yazılış forması Adıqen. Mesxet türklərinin məskun olduqları kəndlərdən biri olmuşdur. Əhalisi II Dünya müharibəsi illərində Orta Asiyaya sürgün edilmiş və yerində gürcülər yerləşdirilmişdir. Hazırda Gürcüstanın Adıgen rayonunun mərkəzidir. Qıpçaqların Eti tayfasının adından və türk dillərində kün "tayfa", "el" sözlərindəndir.
Alaqur
Alaqur Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. == Toponimkası == Alaqur- Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. Hunlarda və bolqarlarda "Oqur(Uqur)" tayfa adından və "el" sözündəndir. Əsli "El oqur", yəni "Oqur eli (tayfası)". Azərbaycanda Oğrukənd (Salyan rayonu, indi Təzəkənd) adı ilə eynidir.
Anaqut
Anaqut (əvvəlki adı: Danaqırt) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnış kənd inzibati ərazi dairəsi tərkibindəki Danaqırt kəndi Anaqut kəndi adlandırılmışdır. == Tarixi == Vənənd çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Danaqrrd variantında da qeydə alınmışdır. Danaqırt xırda yabanı otdur. Kənd öz adını ərazinin bitki örtüyündən almışdır. == Əhalisi == Əhalisi 465 nəfərdir.
Anggun
Anqqun (Анҝҝун) (آنگگون) — İndoneziya əsilli Fransa müğənnisi. Hələ 12 yaşında ikən İndoneziyada məşhurluq qazanmışdı. 20 yaşında Fransaya köçmüşdür. Daha sonra Avropada da tanınmağa başlamışdır. Anggun ilk asiyalı müğənnidir ki, 1997-ci ildə "Snow on the Sahara" adlı beynəlxalq albom buraxmışdır. Anggun Çipta Sasmi (Indonesian pronunciation: [aŋɡun] ahng-kundakçı; Aprel 1974 29 il təvəllüdlü) Fransız dilli İndoneziya müğənnisi. Cakartada, İndoneziyada anadan olmuşdur, yeddi yaşında ikən səhə həyatına başlayıb və iki il sonra uşaq albomu buraxmışdır. Şöhrətli İndoneziya istehsalçısı Ian Antononun köməyi ilə 1986-cı ildə Anggun ilk rok janrında albom-Dünya Akü Punya buraxmışdır. Buraxdığı "Mimpi" (1990) singlıyla daha da məşhurlaşan Anggunun bu mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşmüşdür. Beynəlxalq karyerasını davam etdirmək üçün Anggun 1994-cü ildə İndoneziyanı tərk etdi.
Anqqun
Anqqun (Анҝҝун) (آنگگون) — İndoneziya əsilli Fransa müğənnisi. Hələ 12 yaşında ikən İndoneziyada məşhurluq qazanmışdı. 20 yaşında Fransaya köçmüşdür. Daha sonra Avropada da tanınmağa başlamışdır. Anggun ilk asiyalı müğənnidir ki, 1997-ci ildə "Snow on the Sahara" adlı beynəlxalq albom buraxmışdır. Anggun Çipta Sasmi (Indonesian pronunciation: [aŋɡun] ahng-kundakçı; Aprel 1974 29 il təvəllüdlü) Fransız dilli İndoneziya müğənnisi. Cakartada, İndoneziyada anadan olmuşdur, yeddi yaşında ikən səhə həyatına başlayıb və iki il sonra uşaq albomu buraxmışdır. Şöhrətli İndoneziya istehsalçısı Ian Antononun köməyi ilə 1986-cı ildə Anggun ilk rok janrında albom-Dünya Akü Punya buraxmışdır. Buraxdığı "Mimpi" (1990) singlıyla daha da məşhurlaşan Anggunun bu mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşmüşdür. Beynəlxalq karyerasını davam etdirmək üçün Anggun 1994-cü ildə İndoneziyanı tərk etdi.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Ataqut
Ataqut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ataqut kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd adını ərazidəki eyniadlı çaydan almışdır. == Tarixi == === Tarixi abidələri === Ataqut kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avarua
Avarua (ing. Avarua) — Rarotonqa adasının şimalında yerləşən şəhər, Kuk adaları dövlətinin paytaxtı. == Ümumi məlumat == Avaruanın əhalisi 10 min nəfərdir (2005-ci il), bu Kuk adası əhalisinin təqribən yarısı deməkdir. Avarua portundan dünyaya kopra, mirvari və meyvələr daşınır. Şəhərdə universitet və kitabxana, həmçinin aeroport vardır.
Ayaquz
Ayaquz və ya Ayaqoz(qaz. Аягөз) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində rayon tabeliyində olan şəhər, Ayaqoz rayonunun inzibati mərkəzi. Qazaxıstanın şərqində, Ayaqoz çayının hər iki sahilindədir. Strateji əhəmiyyət kəsb edir; şəhərdə bir neçə hərbi qarnizon və hava hücumundan müdafiə raket qüvvələri kompleksi yerləşdirilib. Respublikanın əsas nəqliyyat mərkəzidir. Türküstan-Sibir dəmir yolunun böyük bir qovşağı, respublika magistral yollarında bir çəngəl: Almatı - Ust-Kamenogorsk, Karaqanda - Ayaqoz - Boqaz. Şəhərin üstündə bir neçə beynəlxalq hava yolunun kəsişməsidir. == Əhalisi və tərkibi == 1 yanvar 2016-cı il tarixinə qədər şəhərdə 38126 nəfər (18.554 kişi və 19572 qadın) yaşayırdı. Milli kompozisiya (1 noyabr 2012-ci il tarixinə): Qazaxlar - 39 113 nəfər. (93.02%) Ruslar - 1715 nəfər.
Draqun
Draqun (fr. Dragon — əjdaha, lat. Draco — ilk dövrlərdə bayraqlarında olan əjdaha təsvirindən gəlir) — bəzi Avropa ölkələrində həm atlı, həm də piyada sırada vuruşmağı bacaran süvarilər. Əvvəlini Makedoniyalı İskəndərin həm piyada, həm də atlı vurulan dimaxoslarından (yunan — ikili döyüşçülər) götürürlər. İlk dəfə draqunlar XVI-cı əsrdə Fransa, atlarda vuruşan piyadalar kimi yaradılıblar. Onların bayraqlarında əjdaha təsviri olurdu. Həm piyada, həm də süvari qoşun kimi vuruşmaq üçün nəzərdə tutulurdular. XVII-ci əsrin birinci yarısında suvarilər kimi də istifadə olunublar. İstifadələrindən asılı olaraq, müxtəlif mərhələlərdə müxtəlif soyuq və odlu silahlarla, eləcə də alətlərlə təmin olunurdular. Daha təkmil odlu silahın yaranması ilə atlı atıcılara çevrildilər.
Çavgun
Çavqun (fars. چاوگون‎‎) və ya Çarqun - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Ətraf bölgəsində, Qaraqoyun kəndistanında, Maku şəhərindən 32 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (21 ailə).
Amağu
Amağu (erm. Ամաղու) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Amağu kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasındə, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunun mərkəzindən 10–12 km şərqdə, Arpaçayın sol qolu olan Amağu çayının yaxınlığında yerləşirdi. Kəndin adı ilk dəfə X əsrə aid mənbələrdə çəkilir. Monqollar tərəfindən xarabalığa çevrildikdən sonra kənd XIV-XV əsrlərdə yenidən bərpa edilmişdir. Kəndin yaxınlığında iki məbəd vardır ki, onlardan biri 1221-cı ildə tikilmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amagu, ya Ağuan - ağuam (Ağvan) toponiminin bir variantıdır, ya da həmin ərazidəki Ağu kəndindən fərqləndirmək üçün Aqu toponiminin önünə «am» sözü artırılmaqla əmələ gəlmişdir. Toponimin ikinci tərəfi aqu sözü ilə bağlıdır. Aqu (ağu) qədim türk dilində «səxavətli, əliaçıq» mənasını ifadə edir.
Arqun
Arqun (çay, Asiya)
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Avqur
Avqur (lat. augur; an avis – quş) — Qədim Romada keşiş və məmur. O, quşların uçuşu, ötməsi və ya qar-qar etməsi ilə gələcəyi proqnozlaşdırırdı – auspisiya ilə məşğul olurdu. == Tarixi == Qədim Romada açıq falçılıq yalnız avqurlar kollecinin üzvlərinə icazə verilirdi. O, birinci Roma çarı Romul tərəfindən himayə üçün təsis edilmişdir. Kahinlərin tutduqları vəzifə ömürlük idi. Əvvəlcə onların sayı 3 ilə məhdudlaşdı. Yuli Sezar onların sayını 16-ya çatdırmışdır. Onlara işarələr əsasında məmurlara və hərbi xadimlərə məsləhət vermək vəzifəsi qoyulmuşdu. Heç bir hərbi müəssisə və ya islahat avqurlara ilkin müraciət olmadan tamamlanmırdı.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Açağu
Açıxlı, Açağu, Açaxlu, Acıllu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5–6 km şimal-qərbdə, Qır qalası dağının ətəyində yerləşir. X–XIII əsrlərdə Açağu vəng formasında xatırlanır. Erməni mənbələrində kəndin adı Açağu, Açaxlu, Acıllu formalarında da qeyd olunmuşdur. Toponim relyef əsasında yaranmışdır. == Əhalisi == Kənddə 1897-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə mə'ruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz doğma yerlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 120 nəfər, 1939-cu ildə 165 nəfər, 1959-cu ildə 186 nəfər, 1963-cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır. 1968–69-cu illərdə azərbaycanlılar kənddən çıxarılaraq kənd ləğv edilmişdir.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ay­rıl­mış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su höv­zəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Valun
Valun – (rus. валун, ing. boulder, cobble) cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Adağan (Maku)
Adağan (fars. اداغان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,043 nəfər yaşayır (198 ailə).