Açağu

Açıxlı, Açağu, Açaxlu, Acıllu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]

Açağu
39°09′39″ şm. e. 46°17′15″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Açağu xəritədə
Açağu
Açağu

Rayon mərkəzindən 5–6 km şimal-qərbdə, Qır qalası dağının ətəyində yerləşir. X–XIII əsrlərdə Açağu vəng formasında xatırlanır[2]. Erməni mənbələrində kəndin adı Açağu, Açaxlu, Acıllu formalarında da qeyd olunmuşdur[2][3].

Toponim relyef əsasında yaranmışdır.

Kənddə 1897-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır[2]. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə mə'ruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz doğma yerlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 120 nəfər[4], 1939-cu ildə 165 nəfər, 1959-cu ildə 186 nəfər, 1963-cü ildə 300 nəfər[2] azərbaycanlı yaşamışdır. 1968–69-cu illərdə azərbaycanlılar kənddən çıxarılaraq kənd ləğv edilmişdir. İndi ölü kənddir.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. 1 2 3 4 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.303
  3. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932, с. 54
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 55, 133