Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abajur
Abajur (fr. abat-jour sözün əsl mənasında "işıqlandırma tənzimləyicisi") — lampanın ayrılmaz hissəsi, daxili dizaynda, daxili dekorasiyada istifadə olunur. Abajur gözü parlaq işıqdan qorumaq və işığın yayılma istiqamətini dəyişmək üçün işıq mənbəyinə taxılan xüsusi formalı qalpaqdır. Abajur həmçinin çırağın bəzək elementidir. Şüşə, plastik kütlə, metal, parça və s.-dən müxtəlif formalarda hazırlanır. == Tarixi == Abajur ilk dəfə Fransada iki yüz ildən çox əvvəl ortaya çıxdı və o vaxtdan bəri bir çox insanın evlərində yerləşərək bütün dünyanı fəth etdi. Qədim dövrlərdən bəri gözləri məşəllərin, şamların və daha sonra kerosin lampalarının işığından qorumaq üçün insanlar xüsusi metal qapaqlar icad edirdilər. Tədricən dizaynerlər bu dekorativ elementə xüsusi diqqət yetirməyə başladılar. Müxtəlif növ parçalardan müxtəlif formalı və çalarlı abajurlar hazırlamağa, onları saçaqlar, fırfırlar, boncuklarla bəzəməyə başladılar. İndi abajur yalnız interyerin zəruri və funksional bir hissəsi deyil, həm də estetik zövq verməyə qadirdir.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avarua
Avarua (ing. Avarua) — Rarotonqa adasının şimalında yerləşən şəhər, Kuk adaları dövlətinin paytaxtı. == Ümumi məlumat == Avaruanın əhalisi 10 min nəfərdir (2005-ci il), bu Kuk adası əhalisinin təqribən yarısı deməkdir. Avarua portundan dünyaya kopra, mirvari və meyvələr daşınır. Şəhərdə universitet və kitabxana, həmçinin aeroport vardır.
Arjun
Arjun — Hindistanın milli tankı. İlk öncə tanka 105 mm-lik top taxılmış və sınaqlarına başlanılmış 40 tonluq əsas döyüş tankı modifikasiyaların hesabına 58.5 tonluq 120 mm-lik topa sahib tanka çevrilmişdir. Bu tankın istehsalı olduqca yavaş getmiş və problerlə dolu olmuşdur. Hindistanın Quru Qoşunları 37 illik hazırlıq proqramı başa çatdırılmış "Arjun"u 2011-ci ildə əsas döyüş tankı qismində qəbul edib. Hindistan Ordu Təchizatının çap etdirdiyi bir məqalədə 1971-ci ildə baş vermiş Hindistan-Pakistan müharibəsində ordunun ölkənin şimal-qərb hissəsində olan Pakistan sərhədləri boyunca uzanan çətin səhra şəraitinə uyğun olan tanka ehtiyacı olduğunu bildirmişdir. Beləcə 1974-cü ildə MBT-80 (daha sonra Arjun) layihəsi həyata keçirilməyə başlanıldı. Əvvəllər ordu tankın 52 ton və ya daha yüngül ayrıca isti, quru və tozlu şəraitdə işləyə biləcək gücdə olmasını istəyirdi. Əsas silah olaraq 120 mm-lik yivli top düşünülmüşdü. Şossedə 72 km/saat, yol olmayan yerlərdə isə 40 km/saat sürətlə hərəkət edən “Arjun” 120 mm çaplı top, tankvuran raketlər, 12,7 mm və 7,62 mm-lik pulemyotlar, habelə lazer nişangah və gecəgörmə cihazı ilə təchiz olunub. Hindistan hökuməti yerli məhsul olan “Arjun” Mk2 tankının kütləvi istehsalına başlanması ilə bağlı qərar verib.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Valun
Valun (rus. валун, ing. boulder, cobble) — cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Alajen (mif)
Alajen (tal. Olajen) — Talış mifologiyasında iri döşlü, saçı önə tökülmüş qadın personajı.Alajen cəmiyyət tərəfindən rədd edilən və zərər verə bilən qadındır. Zərdüştlükdən sonra İslamın gəlişi personajın xüsusiyyətlərinə və xarakterinə birbaşa təsir göstərmiş və daha çox "qadın cin" kimi məşhurlaşdırmağa başlamışdır.Ümumilikdə ədəbiyyatda və əfsanələrdə, Alajen xüsusilə yeni doğuş edən qadınlara, doğuşdan sonrakı ilk altı gün ərzində onları təqib edərək, özlərinə və dünyaya gətirdiyi uşaqlara zərər vurmağa çalışan təhlükləli qadın hesab olunur. Məşhur rus etnoqraf Çursin Qriqori Filipoviç öz əsərlərində Alajendən bəhs edib və onun haqqında araşdırmalar edib. == Etimologiya == == Mifoloji təsvir == Talış mifologiyasında Alajen vəhşi, iri bədənlidir. Uzun qara və qırmızı rəngdə saçı var və çox vaxt önə tökülmüş formadadır. İri gözləri və iri döşləri var. İri döşlərini öndən arxaya doğru çiyinlərinə atıb gəzir. Alajen doğuş zamanı bir qadına zərər verə onu qorxuda bilər və ya vura, döyə bilər. Eyni zamanda yeni doğulmuş uşağa zərər verə, onu qaçıra və ya öldürə də bilər.
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).
Avalon yarımadası
Avalon yarımadası — Nyufaundlend adasının cənub-şərq hissəsində yerləşən iri yarımadalarından biri. Sahilləri nisbətən parçalıdır və körfəzlərə əhatələnib. Ərazi Şimali Amerika materikinin avropalı kolonistlər tərəfindən ilk məskunlaşma bölgələrindən biridir. Yarımada ərazisində 250 min nəfər insan məskunlaşmışdır. Yarımadada vilayətin paytaxtı olan Sent-Cons şəhəri yerləşir.
Avaran (Eçmiədzin)
Avaran — Eçmiədzin qəzasında kənd adı. == Toponimik izah == Avaran- İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. (133, 1). Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Bax: Abaran. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.
Avan
Avan (Ermənistan)
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Avarn (şəhər)
Avarn (q.yun. Ἀβαρνίς), həmçinin Avarni və Aparn (q.yun. Ἀπαρνίς) — qədim Misiyada, eyniadlı burunda yerləşən sahil şəhəri. Ksenofont bu yerdən bəhs edərkən qeyd etmişdir ki, Konon Lisandr ilə nişanlanarkən Sparta donanmasının gəmilərini oğurlamış, öz donanmasını yenidən təşkil etmiş və I Evaqorasa sığınmaq üçün qaçmışdı, eyni zamanda Paralı döyüşlərdən xəbər gətirmək üçün Afinaya göndərmişdir. Onun ərazisi ilkin olaraq Asiya Türkiyəsi, Çardak yaxınlığında yerləşir.
Valun sahəsi
Valun sahəsi (rus. поле валунное, ing. boulder field) — sal daşlarla başdan başa və ya sıx örtülmüş sahə, tərkibində moren valunu, çay, prolüvi və b. Çöküntülər olan süxurların yuyulması, külək vasitəsilə sovrulması və xırda dənəli materialların çıxarılması sayəsində əmələ gəlir.
Ajun Kurtər
Ajun Kurtər - türk coğrafiyaçısı, dəniz tədqiqatçısı və iqlimşünasdır. 1930-cu ildə İstanbulda anadan olmuşdur. Həmin şəhərdə orta məktəbə getmişdir. Sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub və 1955-ci ildə həmin fakültənin məzunu olmuşdur. Sonrada Coğrafiya ixtisasının aspirantı olmuşdur. İstranca dağlarının morfologiyası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə coğrafiya üzrə elmlər doktoru olmuşdur. 5 ildən sonra isə "Kasqamo dairəsinin fiziki coğrafiyası" adlı dosentlik dərəcəsini almışdır. 1976-cı ildə professor, Coğrafiya fakültəsinin dekanı, fiziki coğrafiya kafedrasının isə rəhbəri olmuşdur. 1983-cü ildə İ.Ü.Dəniz Bilimləri və Coğrafiya İnstitutunundə dənizin fiziki və kimyası rəhbəri olmuşdur.
Avan (Ermənistan)
Avan — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. İlk dəfə VI əsrdən məlumdur. Bu kənddə 590-611-ci illərdə Bizans tərəfdarı olan katolikos otururdu. Mənbədə kəndin "İsmayıl vələdi Abdullah" adlı bir şəxsə (mülkədara) məxsus olduğu və orada türklərin yaşadığı qeyd olunur. Lakin 1886-cı ilə aid məlumatda kəndin əhalisinin erməni olduğu yazılmışdır. XVIII əsrin ortalarına aid ermənicə mənbədə bu kəndin Qatar-Göl monastırına mənsub olması göstərilmişdir. == Toponimiyası == XIX əsrdə Türkiyədə Avanos ("os" yunan dili mənşəli şəkilçidir) qəzası, XVIII əsrin ortalarında İrəvan əyalətinin Qarni nahiyəsində Avanik, Batum əyalətinin Artvin dairəsində Avana, Tiflis quberniyasının Telavi qəzasında Avanis-Xevi ("Avan dərəsi"), həmin quberniyanın Borçalı qəzasında Ovandərə, Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Oban , Dağlıq Qarabağda Evan kənd adları ilə sıra təşkil edir. Alban tarixçisi Musa Kalankatlı VI əsr hadisələri ilə əlaqədar olaraq Dəbil (Dvin) yaxınlığında Avan məntəqəsinin adını çəkir ("Alban tarixi", II kitab, 48-ci fəsil).
Avan (Vərziqan)
Avan (fars. اوان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (96 ailə).
Avan Yüzbaşı
Avan Yüzbaşı (fars. آوان یوزباشی‎, erm. Ավան հարյուրապետ; 1670, Loru – 1735, Qarabağ bəylərbəyliyi) — erməni əsilli sərkərdə, üsyançı. O, Səfəvi-Osmanlı müharibəsi (1730-1736) zamanı vəziyyətdən istifadə edərək üsyan çıxarmışdır. == Bioqrafiya == Avan və ailəsi əslən loruludur. Onlar 1717-ci ildə Qarabağ bəylərbəyliyi ərazisində yerləşən Şuşaya köçmüşdür. O burada Yüzbaşı (kapitan) adını qazanmışdır. Regiondakı ermənilər Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşündən çox ilhamlanmışdır. Avan Yüzbaşı və yaxın yoldaşları 1722-ci ildə Gəncə şəhərinə rus zabitləri ilə görüşməyə getmişdir. XVII–XVIII əsrlərdə Sünikin cənubu olan Zəngəzur ermənidilli əhalinin üsyan mərkəzinə çevrilir, 1700-cü illərdə o, Sünik və Qarabağ məliklərinin də iştirak etdiyi milli azadlıq hərəkatını yaratmışdı.
Avan bazilikası
Avan Bazilikası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Qırxbulaq mahalında, Ellər (12. 10. 1961 – ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə qədim türk xristian məbədi. == Tarixi == Məbəd 592 – 598 – ci illərdə inşa edilmiş və dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır. 1939 – 1941 – ci illərdə məbəddə ermənilər tərəfindən bərpa işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Tədqiqatçılar indiki məbəd binasının hansısa qədim bir məbədin özülləri üstündə inşa olunmasını qeyd edirlər. Məbəd ərazisində arxeoloji tədqiqatlar zamanı qərb divarı yaxınlığından xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılmışdır. Binanın indiki qalıqları iki hissəli platforma üzərində yerləşmişdir. Gümbəz və tavan uçduğundan divarlara ağıqlıq düşməmiş və nisbətən sağlam qalmışdır. Qərbi Azərbaycan ərazisindəki tarixi – memarlıq abidələrini tədqiq etmiş erməni tədqiqatçı Toros Toromanyan qeyd edir ki, məbədin üstündə beş günbəz olmuşdur ki, onlardan da biri böyük olmaqla mərkəzdə, digərləri isə kiçik olmaqla onun ətrafında yerləşmişdir.