Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valun
Valun – (rus. валун, ing. boulder, cobble) cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).
Avalon yarımadası
Avalon yarımadası — Nyufaundlend adasının cənub-şərq hissəsində yerləşən iri yarımadalarından biri. Sahilləri nisbətən parçalıdır və körfəzlərə əhatələnib. Ərazi Şimali Amerika materikinin avropalı kolonistlər tərəfindən ilk məskunlaşma bölgələrindən biridir. Yarımada ərazisində 250 min nəfər insan məskunlaşmışdır. Yarımadada vilayətin paytaxtı olan Sent-Cons şəhəri yerləşir.
Valun sahəsi
Valun sahəsi – (rus. поле валунное, ing. boulder field) sal daşlarla başdan başa və ya sıx örtülmüş sahə, tərkibində moren valunu, çay, prolüvi və b. Çö­küntülər olan süxurların yuyul­ması, külək vasitəsilə sovrulması və xırda dənəli materialların çıxarıl­ması sayəsində əmələ gəlir.
Avallon
Avallon (rayon) — Fransanın Burqundiya regionun rayonlarından biri. Avallon (şəhər) — Fransanın Yonna departamentində yerləşən köhnə burqund şəhəri.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avarua
Avarua (ing. Avarua) — Rarotonqa adasının şimalında yerləşən şəhər, Kuk adaları dövlətinin paytaxtı. == Ümumi məlumat == Avaruanın əhalisi 10 min nəfərdir (2005-ci il), bu Kuk adası əhalisinin təqribən yarısı deməkdir. Avarua portundan dünyaya kopra, mirvari və meyvələr daşınır. Şəhərdə universitet və kitabxana, həmçinin aeroport vardır.
Açaluk
Yuxarı Açaluk
Savalan
Savalan — Kişi adı və təxəllüs. Savalan Ocaqverdizadə — fizioloq, tibb elmləri doktoru Savalan Talıblı — Azərbaycan jurnalisti.Təxəllüsü olanlarXaqani Savalan — film direktoru, prodüser, Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas Mahmud Savalan — Ərdəbil şəhərində anadan olmuş kulturist. Rafiq Savalan — nasir, publisist, tərcüməçi,DigərSavalan (dağ) — İranın Ərdəbil ostanında dağ. Cənubi azərbaycanlıların mübarizə simvolu. Savalan (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Savalan bələdiyyəsi — Azərbaycan Respublikasının Qəbələ rayonunda bələdiyyə.
Aalen
Aalen (alm. Aalen‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 146.624 km2, əhalisi 66252 nəfərdir (2007). Burada Qədim Roma dövründən xarabalıqlar var. Dəmiryol qovşağıdır. Müxtəlif sənaye, dəzgah və alət zavodları var.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həmdə Dalarna bölgəsinin qərargahıdır.Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir. Şəhərdə hər zaman İskandinav qış idmanı qarşılamaları olsa da, şəhər dünya çempionlarında ev sahibliyi şansını bir-neçə dəfə qaçırıb.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Alalan (Gilan)
Alalan - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 16 km cənubda, Ənzəli-Astara avtomobil yolunun 5 kilometrliyindədir.
Aralan (Mərənd)
Aralan (fars. ارلان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,983 nəfər yaşayır (524 ailə).
Avallon (ada)
Avallon (valli dilində afal – alma) – kelt əfsanələrinin mifik adası, həmdə "xoşbəxtlər adası" kimi tanınır. Əfsanələrə görə Avallonda daima cavan qalan insanlar var və firavan yaşayırlar. Avallonun ən qədim rəmzləri şüşə saray yaxuddaki qüllədir, ölümsüzlük bəxş edən sehrli almalar və bunları təklif edən qadınlar və sair mövçuddur rəvayətə görə Avvallonda. Avalon mifi keltlər üçün müqəddəs olan Uelsdə Avalon yarımadası ilə assosiasiya edilən "xoşbəxtlik ölkəsi" haqqında xristianlıq dastanlarının əks — sədasıdır.
Avallon (rayon)
Avallon (fr. Avallon) — Fransanın Burqundiya regionun rayonlarından biri. Departamenti — Yonna. Suprefektura — Avallon. Rayonun əhalisi 2006-cı ildə 49.516 nəfər idi. Əhalinin sıxlığı 22 nəfər / km²dir. Rayonun sahəsi — 2209 km².
Avallon (şəhər)
Avallon (fr. Avallon) — Fransanın Yonna departamentində yerləşən köhnə burqund şəhəri. == Tarixi == Antik Aballo poçt stansiyası olaraq yaranıb. Qəbirli küçələr və daş fasadlar şəhəri olan Avallonun qədim Fransız şəhəri ətrafındakı qranit qaya üzərində yerləşir, Morvanın Burqundiya silsiləsinin şimal yamaclarında yerləşir. Avallon, Kuzen çayının sağ sahilində, Burqundiya Yonna departamentində yerləşir. Avallon şəhərində Voban, Klod de Bovuar və Lui-Nikolya Davu kimi şəxsiyyətlərin doğulduğunu nəzərə alaraq, şəhər "üç marşal şəhəri" adlandırılır.
Avaran (Eçmiədzin)
Avaran — Eçmiədzin qəzasında kənd adı. == Toponimik izah == Avaran- İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. (133, 1). Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Bax: Abaran. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Ayalon mağarası
Ayalon (ivr. ‏מערת איילון‏‎) — İsrailin Ramla (Tel-Əviv və Yerusəlim arasında) şəhəri yaxınlığında mağara. Mağaranın uzunluğu 2700 metrdir. Bu göstəriciyə görə Ayalon ölkənin ikinci ən böyük karst mağarası hesab olunur. Mağara öz adını Ayalon çayı vadisindən götürmüş. Ayalon sözü isə ilk dəfə olaraq Əhdi-Ətiq kitabında xatırlanmış. Mağara 24 aprel 2006-cı ildə sement zavaoduna məxsus karxanada iş aparılan zaman aşkarlanmış. Mağaranın unikal faunasını (6 endemik buğumayaqlıların növü) qorumaq məqsədi ilə ictimayi girişə qadağa qoyulmuşdur. == Yerləşməsi və kəşfi == Mağara Ramla şəhərinin cənub-şərqində, Aralıq dənizinin 21 km-də yerləşir. Ölkənin mərkəzi hissəsində yerləşən Ayalonun kordinatlar belədir: 31° 54′ 37″ şimal enliyi, 34° 55′ 39″ şərq uzunluğ.
Ayalon çayı
Ayalon çayı — İsraildə yerləşən çaydır. Çay şimaldan cənuba axır, yayda isə quruyur. Bu səbəbdən hal-hazırda Ayalon çayı çox dayazlaşmışdır. XX əsrin başlanğıcında çay yazda alman koloniyasının sərhədlərinə çataraq templer qəsəbələrinə keçirdi. Yəni, Menaxem Beqin prospektini bugünkü zamanda doldururdu. İndi templerlərin yerində Kirya adlı erməni bazası yerləşir. == Coğrafiyası == Çayın ümumi uzunluğu — 50 kilometr, hövzəsinin sahəsi isə 815 km²-dir. Çay öz mənbəyini Yəhudi dağlarının qərb yamacından götürür. Çay Şoreş və Neve-İlan moşavları ilə axır. Loda ətrafından və Ayalon vadisindən axıb keçir.
Ağalın monasa
Ağalın monasa (lat. Monasa morphoeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Ağalın susüpürən
Ağalın susüpürən (lat. Sterna striata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Demet Akalın
Demet Akalın (23 aprel 1972, Gölcük[d], Kocaeli ili) — Türkiyəli pop müğənni, aktrisa ve maneken . == Həyatı == Demet Akalın 1972-ci ildə Türkiyənin Kocaeli vilayətinin Gölcük kəndində anadan olub. == Karyerası == == Modellik karyerası == 1990-cı ildə keçirilən gözəllik müsabiqəsində qalib gəlib. Altı il modellik biznesində çalışmışdır. == Müğənnilik == 1996-cı ildə ilk albomu işıq üzü görüb.