Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Valun
Valun (rus. валун, ing. boulder, cobble) — cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).
Avalon yarımadası
Avalon yarımadası — Nyufaundlend adasının cənub-şərq hissəsində yerləşən iri yarımadalarından biri. Sahilləri nisbətən parçalıdır və körfəzlərə əhatələnib. Ərazi Şimali Amerika materikinin avropalı kolonistlər tərəfindən ilk məskunlaşma bölgələrindən biridir. Yarımada ərazisində 250 min nəfər insan məskunlaşmışdır. Yarımadada vilayətin paytaxtı olan Sent-Cons şəhəri yerləşir.
Valun sahəsi
Valun sahəsi (rus. поле валунное, ing. boulder field) — sal daşlarla başdan başa və ya sıx örtülmüş sahə, tərkibində moren valunu, çay, prolüvi və b. Çöküntülər olan süxurların yuyulması, külək vasitəsilə sovrulması və xırda dənəli materialların çıxarılması sayəsində əmələ gəlir.
Avallon
Avallon (rayon) — Fransanın Burqundiya regionun rayonlarından biri. Avallon (şəhər) — Fransanın Yonna departamentində yerləşən köhnə burqund şəhəri.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avarua
Avarua (ing. Avarua) — Rarotonqa adasının şimalında yerləşən şəhər, Kuk adaları dövlətinin paytaxtı. == Ümumi məlumat == Avaruanın əhalisi 10 min nəfərdir (2005-ci il), bu Kuk adası əhalisinin təqribən yarısı deməkdir. Avarua portundan dünyaya kopra, mirvari və meyvələr daşınır. Şəhərdə universitet və kitabxana, həmçinin aeroport vardır.
Açaluk
Yuxarı Açaluk
Savalan
Savalan — Kişi adı və təxəllüs. Savalan Ocaqverdizadə — fizioloq, tibb elmləri doktoru Savalan Talıblı — Azərbaycan jurnalisti. Savalan Əmirov Təxəllüsü olanlar Xaqani Savalan — film direktoru, prodüser, Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas Mahmud Savalan — Ərdəbil şəhərində anadan olmuş kulturist. Rafiq Savalan — nasir, publisist, tərcüməçi, Digər Savalan (dağ) — İranın Ərdəbil ostanında dağ. Cənubi azərbaycanlıların mübarizə simvolu. Savalan (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Savalan bələdiyyəsi — Azərbaycan Respublikasının Qəbələ rayonunda bələdiyyə.
Apalus
Blennosperma (lat. Blennosperma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Apalus DC. Coniothele DC. == Növləri == Blennosperma bakeri Heiser Blennosperma chilense Less.
Aalen
Aalen (alm. Aalen‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 146.624 km2, əhalisi 66252 nəfərdir (2007). Burada Qədim Roma dövründən xarabalıqlar var. Dəmiryol qovşağıdır. Müxtəlif sənaye, dəzgah və alət zavodları var.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həm də Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Elturan Avalov
Elturan Vəli oğlu Avalov (20 avqust 1940, Bakı) — azərbaycanlı rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1991), professor (2003). Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Həyatı və fəaliyyəti == Elturan Avalov 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1973-cü ildə "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda dissertasiya yazaraq onu müdafiə edib. Sonradan ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsilədə Pənahəli xanın qəsrini, Gəncə qapısını, Qaraböyük xanım sarayını, İbrahim Xəlil xanın sarayını, Xan sarayını, Saatlı məscidi, Mehmandarovların mülkünü, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Xurşidbanu Natəvanın tikdirdiyi karvansaranı, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini və ümumilikdə 50-ə qədər abidəni tuş-pero texnikası ilə təsvir edib. "Şuşanın memarlığı" (1977), "Elturan" (1986), "Memarın gözü ilə" (1978) adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib.
Mahmud Savalan
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Rafiq Savalan
Ağayev Rafiq İmanqulu oğlu (1 dekabr 1940, Bakı – 29 oktyabr 2023) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971) Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada alıb. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləyib (1956–1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1958–1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlayıb (1964–1966). Kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb. Teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyirdi (1996-cı ildən). Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru idi (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib.
Savalan (Qəbələ)
Savalan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Savalan mərkəzdən 30 km. kənarda, Ağdaş yolunun üstündə, ən qədim kəndlərdən biridir. İndi burada əhalinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Evlərə qaz çəkilib, telefon xidməti göstərilir. Magistral yola yaxın olduqlarından ətraf ərazilərlə əlaqələri asanlaşır. Türyançayın kənarında yerləşdiyindən təhlükəsizliyi təmin etmək məqsədilə kəndlə çay arasında 100 metrlik möhkəm bəndin qurulması qərara alınıb. Torpaqları üzümçülüyə yararlı olduğundan 80 hektar sahədə iki növ üzüm, süfrə və şərabçılıq üçün məhsul yetişdirilir. Əhalinin yarıdan çoxu bu sahədə çalışır. Üçüncü ildir ki, tinglərə qulluq göstərilir.
Savalan (Təbriz)
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. Əski gilixan şəhəri, sağalanin yaxinliğindadir. 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Savalan (dağ)
Savalan dağı — İranda dağ, geoloji olaraq yatmış vulkandır. Savalan Dağı Ərdəbil şəhəri yaxınlığındadır. Hündürlüyü 4811 m. Hündürlüyünə görə Cənubi Azərbaycan vilayətinin ən hündür dağıdır. Savalanın düz zirvəsində göl yaranmışdır. Ərazisində dağ-xizək idmanı sahələri və turist bazaları yerləşir. Alpinizm üçün əlverişlidir. Zirvəsi qarla örtülü olan Savalan dağının ətəyində qədim şəhərlər olan Ərdəbil, Sərab və Meşkin, həmçinin Ərşə mahalı yerləşir. Bu dağ Şimalda Araza, Cənubda isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir. Bu silsilə Qərbdən 20, Şərqdən isə 40 km enə mailkdir.
Savalan Mirzəyev
Savalan Mirzə oğlu Mirzəyev (gürc. სავალან მირზა ოკლი მირზოევი; 29 avqust 1986, Qaratəhlə[d], Qardabani rayonu) — Gürcüstan dövlət və ictimai-siyasi xadimi, Gürcüstan Parlamentinin 9 və 10-cu çağırış deputatı. O, Gürcüstan Baş Nazirinin Müşaviri, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri olmuşdur. Savalan Mirzə oğlu Mirzəyev 29 avqust 1986-cı ildə Gürcüstan SSR-in Qardabani rayonun Qara Təhlə kəndində ziyalı ailəsində dünyaya gəlib. 2007-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. Savalan Mirzəyev 12 iyun 2013-cü ildə Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin milli azlıqların məsələləri üzrə müşaviri təyin edilib. Savalan Mirzəyevin nəsli bir neçə yüz ildir ki, Qardabani rayonun Qara Təhlə kəndində yaşayır.
Savalan Ocaqverdizadə
Savalan Rüstəm oğlu Ocaqverdizadə (1895-1977) — fizioloq, tibb elmləri doktoru (1959), professor (1961). Savalan Rüstəm oğlu 1895-ci ildə Şuşa qəzasının Ağdam şəhərində anadan olmuşdu. Şuşa Real məktəbini bitirmişdi. Savalan Ocaqverdizadə 1977-ci ildə Bakı şəhərində vəfat edib.
Savalan TV
«Savalan TV» — «İran Radio və Televiziya» şirkətinin sahibi olduğu regional İran telekanalı. Telekanalın yayımı İranın Ərdəbil ostanı ərazisini əhatə edir. Telekanal 2000-ci ildən bəri azərbaycan və fars dillərində yayımlanır. Telekanal İranın «Səhənd TV», «Eşraq TV» və «Azərbaycan TV» telekanalları ilə əməkdaşlıq edir.
Savalan Talıblı
Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015) Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar. İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb. Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb.