Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Avlos
Avlos (yun. αὐλός; lat. tibia, nadir hallarda aulos) — nəfəslə çalınan qədim musiqi aləti. Yunanıstanda və Ön Asiyada yayılmışdı. Qədim Romada avlos tibiya adlandırılmışdır. == Xüsusiyyətləri == Balabana oxşayan avlosun silindrik (bəzən konusvarı) gövdəsi, ikiqat dilçəyi olmuşdur. Gövdəsinin üzərində əvvəllər 3–4, sonralar isə 15-ə qədər dəlik açılırdı. Solo çalınarkən (avletika) ifaçı (avlet), adətən, eyni zamanda iki avlosdan istifadə edirdi. Avlosun iri il əsas melodiya ifa olunur, ikincisi ilə isə züy tutulurdu. Antik faciə tamaşalarında, qurban məraasimlərində, hərbi musiqisidə avlosdan istifadə edilirdi.
Avuş
Avuş — Şərur rayonunda indiki Havuş kəndinin əvvəlki adı. Avuş — Şərur rayonunda Keçəltəpə dağının ətəyində gur sulu bulaq. Avuş — Şərur rayonu ərazisində çay. Avuş — Şərur rayonunda dağ, Dərələyəz silsiləsinə aiddir.
Davos
Davos (alm. ‎ fr. Davos, it. Davos) — İsveçrənin şərqində, Landvasser çayı üzərində Qraubünden kantonunda şəhər. Dünya İqtisadi Forumu hər il Davos şəhərində keçirilir. == Tarix == Şəhərin tarixi XIX əsrdə həkimlər Alp vadisinin mikroiqlimini ağciyər xəstəlikləri olan xəstələr üçün faydalı hesab etmələri ilə başladı. Burada müalicə alan Robert Luis Stevenson Davosda məşhur Dəfinələr adası romanını yazdı. Şəhər, eyni zamanda Alman yazıçısı Tomas Mannın "Sehirli dağ" romanının səhnəsidir. 1929-cu ilin mart ayında Davosda Ernst Kassirer və Martin Haydeqqer arasında məşhur fəlsəfi mübahisə baş verdi.
Amos Oz
Amos Oz yaxud Amos Klausner (4 may 1939[…], Qüds, Britaniya Fələstini[d] – 28 dekabr 2018[…], Petah-Tikva, Mərkəz dairəsi) — İsrailli yazar, jurnalist və sülhsevər fəaldır. Müasir İsrail ədəbiyatının önəmli yazarıdır. Həyatı boyunca İsrailin əsas yazarlarından biri olarak qəbul edilirdi. Tələbəlik illərindən İsrail-Fələstin problemində sülhsevər və pozitiv mövqeyi ilə tanınır. İsraildəki sülh təşkilatı olan İndi Barış (Peace Now) hərəkatınin qurucularındandır.2005-ci ildən bu yana Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilməkdədir. 2008-ci ildə "Keçmişin Yaradıcı Tərcüməsi"nə görə Dan David mükafatına layiq görülmüşdür. Sionist solçu olduğunu bəyan edən Amos Oz, İsraildəki sionist olmayan sol hərəkata qarşı tənqidləri ilə də tanınır. 2008-ci ilin dekabrında, Qəzzə müharibəsindən bir neçə gün əvvəl Yediot Aharonot qəzetində nümayiş olunan və Həmasa qarşı İsrail hökümətini hərbi hərakata çağıran bir bəyanatı imzalayanlardan olsa da, iki həftədən sonra yenə Yediot Aharonotda Həmas ilə atəşkəsi dəstəkləyən yazı qələmə almışdır. == Həyatı == 1939-cu ildə Qüdsdə doğulub. İbrani Üniversitetində fəlsəfə və ədəbiyyat təhsili alıb.
Aqos (qəzet)
Aqos — Həftəlik nəşr olunan Türkiyə erməniləri üçün nəzərdə tutulmuş qəzet. Qəzet İstanbulda yaşayan erməni yazarlar tərəfindən yaradılmışdır. Hrant Dink, Luiz Bakar, Haratyun Şeşetyan 1996-cı ildə qəzetin ilk sayını çap etdirmişdilər. Hrant Dink 19 yanvar 2007-ci ildə qəzet binasının qarşısında ödürülməsi, nəticəsində qəzetin şöhrəti artmışdır. Uzun müddət Türkiyə televiziya kanallarında və digər mətbuat orqanlarında Aqos haqqında məqalə və repartajların hazırlanması ilə qəzetin tirajı 5 minə yüksəlmişdir. Hrant Dink ölümündən sonra, baş redaktor vəzifəsini Etyen Mahçupyan tutmuşdur. 2010-cu ildən etibarən isə qəzetin baş redaktoru Rober Kopdaşdır. Qəzet həftədə bir dəfə nəşr edilir. Ümumi səhifə sayı 24-dür. Bu səhifələrdən 4 səhifəsi ermənicə, qalan 20 səhifə isə türkcə nəşr edilir.
Avaş çayı
Avaş (bəzən yazılışda Havaş; afar. We'ayot; somali Webiga Dir ) — Efiopiyanın əsas çayıdır. Çay axını tamamilə Efiopiya sərhədləri daxilindədir. Avaş çayı Qarqori gölü ilə başlayan və Cibuti ilə sərhəddəki Abbe gölü ilə bitən, Tacura körfəzinin başlanğıcından 100 kilometr (62 mil) məsafədə yerləşən bir-biri ilə əlaqəli göllər zəncirinə axır. Corc Huntiqforda görə Awash çayı XVI əsrdə Dir qəbiləsinin böyük çayı adlanırdı və müsəlman dövlətlərinə qədər uzanırdı. == Coğrafiya == Efiopiya Mərkəzi Statistika Agentliyinin yaydığı məlumatlara görə, Avaş çayının uzunluğu 1200 kilometrdir. Frank Riçardson Encyclopædia Britannica Eleventh Edition-dakı məqaləsində çayı belə təsvir edir: "quru mövsümdə eni təsminən 200 fut (61 m), dərinliyi 4 fut (1.2 m) olan dərin bir axındır və su əvvəlki səviyyəsindən 50–60 metr (160–200 ft) yuxarı qalxır və beləliklə hər iki sahili boyunca düzənliklər su altında qalır." == Tarix == İnsanlar növün başlanğıcından etibarən Avaş vadisində yaşayırdılar. Orta Avaş insanlara qədərki çox sayda hominid qalıqlarının tapıldığı yer olmuşdur. Təxminən 9 N-dən aşağı olan Avaş vadisi Afar xalqının və İssa qəbiləsinin ənənəvi evidir. Avaş vadisi tarixi vilayətlərin və ya Davaro, Fataqar, İfat və Şeva krallıqlarının ərazilərinə daxil edilmişdi.
Quşlar (Aves)
Valerie Amos
Valerie Amos, Baroness Amos (13 mart 1954[…], Corctaun) — Amos itlere yemek veren adamsir B,T de isleyir ve arax ici .
Avis sülaləsi
Avis sülaləsi (port. Casa de Avis) — Portuqaliya kralları sülaləsi (1385–1580). Burqundiya sülaləsinin yan qolu və beləliklə də Kapetinqlər sülaləsi ilə əlaqəli olmuşdur. Sülalənin banisi I Juan, kral I Pedronun zadəgan qalisiyalı zadəgan Teresa Lourensodan olan qeyri-qanuni oğludur. Juan 14 avqust 1385-ci ildə Aljubarrote döyüşündə I Xuanı məğlub etmiş və hakimiyyətini təsdiqləmişdir.
Vos (kommuna)
Vos (fr. Veauce) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03302. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 41 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 28 yaşdan yuxarı (15-64 yaş arasında) 13 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 46.4%, 1999-cu ildə 61.5%) idi. Fəal olan 13 nəfərdən (7 kişi və 6 qadın) çalışdı, işsizlər yox idi. 15 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Amos Arthur Heller
Amos Artur Heller (ing. Amos Arthur Heller, 1867, ABŞ — 1944, ABŞ) — amerika botaniki. Herbari kolleksiyaçısı. == Əsərləri == "Observations on the ferns and flowering plants of the Hawaiian Islands" A.A.Heller, Minnesota Botanical Studies. 1897. "Catalogue of North American plants North of Mexico, exclusive of the lower Cryptogams" Amos Arthur Heller 1898.
Amos Artur Heller
Amos Artur Heller (ing. Amos Arthur Heller, 1867, ABŞ — 1944, ABŞ) — amerika botaniki. Herbari kolleksiyaçısı. == Əsərləri == "Observations on the ferns and flowering plants of the Hawaiian Islands" A.A.Heller, Minnesota Botanical Studies. 1897. "Catalogue of North American plants North of Mexico, exclusive of the lower Cryptogams" Amos Arthur Heller 1898.
Ayos-Nikolaos (Lasition)
Ayos-Nikolaos, həmçinin Aqios-Nikolaos (yun. Άγιος Νικόλαος), gündəlik həyatda Ayos istifadə olunur (Άγιος) – Yunanıstanda şəhər, inzibati mərkəzi eyniadlı icmadır (dima) və Krit periferiyasında periferiya vahidi Lasitiondur. Kritin şimal sahillərində yerləşən Mirabelon Körfəzinin qərb tərəfində yerləşən İerapetra şəhəri (36 km) şimalındakı Heraklion adasının paytaxtı və Sitiya şəhərinin (73 km) qərbindəki 63 km şərqdə yerləşir. Şəhərin adı Ayos-Nikolaos Körfəzində yerləşən Bizans kilsəsindən gəlir. Ən qədim adı — Mandraki (Μαντράκι). Kəndlilər arasında işlədilən ən məşhur adı — Yalos (Γιαλός). 2001-ci ildə siyahıya alınmaya əsasən əhalinin sayı 11.421 nəfərdir.
AIDS
QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q.Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Afon
Afon (yun. Άγιον Όρος - Müqəddəs Dağ) Cənubi-şərqi Yunanıstanın Halkidiki yarımadasından Egey dənizinə tərəf uzanan 3 dar və uzun yarımadan biri. Afon yarımadasının ərazisi dağlıqdır. Ən yüksək nöqtəsi yarımadanın ən cənubundakı Afon dağıdır. (2.033 m). Əhalinin əsasını Rahiblər təşkil edir. Burada 20 monastır vardır. Dövlətin idarəsi 20 monastırı təmsil edən 20 kişi və bir məclis tərəfindən idarə edilir. Əhalinin əsas gəliri zeytun və üzümdən əldə edilir. Afon əhalisinin hamısı kişilərdən təşkil olunub.
Ahoa
Ahoa — Uollis və Futunada yerləşən kənddir. Kənd Uollis adasının qərb sahilində yerləşən Hahake rayonuna daxildir. 2008-ci ilin statistikasına görə əhalinin sayı 437 nəfərə bərabərdir. Kəndin cənub şərqində adanın ən böyük krater gölü olan Lalolalo gölü yerləşmişdir.
Aioi
Aioi (yap. 相生市) — Yaponiyanın Hyöqo prefekturasında yerləşən şəhər.
Akon
Eykon (16 aprel 1973, Sent-Luis, Missuri) — Seneqal əsilli amerikalı müğənni, prodüser və iş adamı. == Diskoqrafiya == Trouble (2004) Konvicted (2006) Freedom (2008) El Negreeto (2019) == Turlar == Dar Es Salaam, Tanzania One-off Concert (2006).
Alosa
Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi. Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır. Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Aqoy
Aqoy — Krasnodar diyarının Tuapse rayonunda kənd. Nebuq kənd qəsəbəsi icması tərkibinə daxildir. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, eyni adlı Aqoy çayının mənsəbində yerləşir. Tuapsedən 5 km şimal-qərbdə və Krasnodardan 101 km cənubda yerləşir. Qəsəbədən Tuapse-Novorossiysk avtomobil yolu keçir. Kəndin ərazisində, çay vadisində dənizə birbaşa bitişik "Aqoy" hərbi aerodromu yerləşir. Şimal-qərbdən Nebuq, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Tuapse yaşayış məntəqələri ilə həmsərhəddir. Kənd Qara dəniz sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefi əsasən dağlıq və təpəlikdir. Sahil hissəsində və Aqoy çayının mənsəbində hündürlüyün dəyişməsi cüzidir.