Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Avlos
Avlos (yun. αὐλός; lat. tibia, nadir hallarda aulos) — nəfəslə çalınan qədim musiqi aləti. Yunanıstanda və Ön Asiyada yayılmışdı. Qədim Romada avlos tibiya adlandırılmışdır. == Xüsusiyyətləri == Balabana oxşayan avlosun silindrik (bəzən konusvarı) gövdəsi, ikiqat dilçəyi olmuşdur. Gövdəsinin üzərində əvvəllər 3–4, sonralar isə 15-ə qədər dəlik açılırdı. Solo çalınarkən (avletika) ifaçı (avlet), adətən, eyni zamanda iki avlosdan istifadə edirdi. Avlosun iri il əsas melodiya ifa olunur, ikincisi ilə isə züy tutulurdu. Antik faciə tamaşalarında, qurban məraasimlərində, hərbi musiqisidə avlosdan istifadə edilirdi.
Avuş
Avuş — Şərur rayonunda indiki Havuş kəndinin əvvəlki adı. Avuş — Şərur rayonunda Keçəltəpə dağının ətəyində gur sulu bulaq. Avuş — Şərur rayonu ərazisində çay. Avuş — Şərur rayonunda dağ, Dərələyəz silsiləsinə aiddir.
Davos
Davos (alm. ‎ fr. Davos, it. Davos) — İsveçrənin şərqində, Landvasser çayı üzərində Qraubünden kantonunda şəhər. Dünya İqtisadi Forumu hər il Davos şəhərində keçirilir. == Tarix == Şəhərin tarixi XIX əsrdə həkimlər Alp vadisinin mikroiqlimini ağciyər xəstəlikləri olan xəstələr üçün faydalı hesab etmələri ilə başladı. Burada müalicə alan Robert Luis Stevenson Davosda məşhur Dəfinələr adası romanını yazdı. Şəhər, eyni zamanda Alman yazıçısı Tomas Mannın "Sehirli dağ" romanının səhnəsidir. 1929-cu ilin mart ayında Davosda Ernst Kassirer və Martin Haydeqqer arasında məşhur fəlsəfi mübahisə baş verdi.
Aqos
Aqos — Həftəlik nəşr olunan Türkiyə erməniləri üçün nəzərdə tutulmuş qəzet. Qəzet İstanbulda yaşayan erməni yazarlar tərəfindən yaradılmışdır. Hrant Dink, Luiz Bakar, Haratyun Şeşetyan 1996-cı ildə qəzetin ilk sayını çap etdirmişdilər. Hrant Dink 19 yanvar 2007-ci ildə qəzet binasının qarşısında ödürülməsi, nəticəsində qəzetin şöhrəti artmışdır. Uzun müddət Türkiyə televiziya kanallarında və digər mətbuat orqanlarında Aqos haqqında məqalə və repartajların hazırlanması ilə qəzetin tirajı 5 minə yüksəlmişdir. Hrant Dink ölümündən sonra, baş redaktor vəzifəsini Etyen Mahçupyan tutmuşdur. 2010-cu ildən etibarən isə qəzetin baş redaktoru Rober Kopdaşdır. Qəzet həftədə bir dəfə nəşr edilir. Ümumi səhifə sayı 24-dür. Bu səhifələrdən 4 səhifəsi ermənicə, qalan 20 səhifə isə türkcə nəşr edilir.
Amos Oz
Amos Oz yaxud Amos Klausner (4 may 1939[…], Qüds, Britaniya Fələstini – 28 dekabr 2018[…], Petah-Tikva, Mərkəz dairəsi) — İsrailli yazar, jurnalist və sülhsevər fəaldır. Müasir İsrail ədəbiyatının önəmli yazarıdır. Həyatı boyunca İsrailin əsas yazarlarından biri olarak qəbul edilirdi. Tələbəlik illərindən İsrail-Fələstin problemində sülhsevər və pozitiv mövqeyi ilə tanınır. İsraildəki sülh təşkilatı olan İndi Barış (Peace Now) hərəkatınin qurucularındandır. 2005-ci ildən bu yana Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilməkdədir. 2008-ci ildə "Keçmişin Yaradıcı Tərcüməsi"nə görə Dan David mükafatına layiq görülmüşdür. Sionist solçu olduğunu bəyan edən Amos Oz, İsraildəki sionist olmayan sol hərəkata qarşı tənqidləri ilə də tanınır. 2008-ci ilin dekabrında, Qəzzə müharibəsindən bir neçə gün əvvəl Yediot Aharonot qəzetində nümayiş olunan və Həmasa qarşı İsrail hökümətini hərbi hərakata çağıran bir bəyanatı imzalayanlardan olsa da, iki həftədən sonra yenə Yediot Aharonotda Həmas ilə atəşkəsi dəstəkləyən yazı qələmə almışdır. == Həyatı == 1939-cu ildə Qüdsdə doğulub.
Aqos (qəzet)
Aqos — Həftəlik nəşr olunan Türkiyə erməniləri üçün nəzərdə tutulmuş qəzet. Qəzet İstanbulda yaşayan erməni yazarlar tərəfindən yaradılmışdır. Hrant Dink, Luiz Bakar, Haratyun Şeşetyan 1996-cı ildə qəzetin ilk sayını çap etdirmişdilər. Hrant Dink 19 yanvar 2007-ci ildə qəzet binasının qarşısında ödürülməsi, nəticəsində qəzetin şöhrəti artmışdır. Uzun müddət Türkiyə televiziya kanallarında və digər mətbuat orqanlarında Aqos haqqında məqalə və repartajların hazırlanması ilə qəzetin tirajı 5 minə yüksəlmişdir. Hrant Dink ölümündən sonra, baş redaktor vəzifəsini Etyen Mahçupyan tutmuşdur. 2010-cu ildən etibarən isə qəzetin baş redaktoru Rober Kopdaşdır. Qəzet həftədə bir dəfə nəşr edilir. Ümumi səhifə sayı 24-dür. Bu səhifələrdən 4 səhifəsi ermənicə, qalan 20 səhifə isə türkcə nəşr edilir.
Avaş çayı
Avaş (bəzən yazılışda Havaş; afar. We'ayot; somali. Webiga Dir ) — Efiopiyanın əsas çayıdır. Çay axını tamamilə Efiopiya sərhədləri daxilindədir. Avaş çayı Qarqori gölü ilə başlayan və Cibuti ilə sərhəddəki Abbe gölü ilə bitən, Tacura körfəzinin başlanğıcından 100 kilometr (62 mil) məsafədə yerləşən bir-biri ilə əlaqəli göllər zəncirinə axır. Corc Huntiqforda görə Awash çayı XVI əsrdə Dir qəbiləsinin böyük çayı adlanırdı və müsəlman dövlətlərinə qədər uzanırdı. == Coğrafiya == Efiopiya Mərkəzi Statistika Agentliyinin yaydığı məlumatlara görə, Avaş çayının uzunluğu 1200 kilometrdir. Frank Riçardson Encyclopædia Britannica Eleventh Edition-dakı məqaləsində çayı belə təsvir edir: "quru mövsümdə eni təsminən 200 fut (61 m), dərinliyi 4 fut (1.2 m) olan dərin bir axındır və su əvvəlki səviyyəsindən 50–60 metr (160–200 ft) yuxarı qalxır və beləliklə hər iki sahili boyunca düzənliklər su altında qalır." == Tarix == İnsanlar növün başlanğıcından etibarən Avaş vadisində yaşayırdılar. Orta Avaş insanlara qədərki çox sayda hominid qalıqlarının tapıldığı yer olmuşdur. Təxminən 9 N-dən aşağı olan Avaş vadisi Afar xalqının və İssa qəbiləsinin ənənəvi evidir.
Quşlar (Aves)
Valerie Amos
Valerie Amos, Baroness Amos (13 mart 1954[…], Corctaun) — Amos itlere yemek veren adamsir B,T de isleyir ve arax ici .
Avis sülaləsi
Avis sülaləsi (port. Casa de Avis) — Portuqaliya kralları sülaləsi (1385–1580). Burqundiya sülaləsinin yan qolu və beləliklə də Kapetinqlər sülaləsi ilə əlaqəli olmuşdur. Sülalənin banisi I Juan, kral I Pedronun zadəgan qalisiyalı zadəgan Teresa Lourensodan olan qeyri-qanuni oğludur. Juan 14 avqust 1385-ci ildə Aljubarrote döyüşündə I Xuanı məğlub etmiş və hakimiyyətini təsdiqləmişdir.
Nidus-avis
Neottia (lat. Neottia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ibidium Dryand. ex Salisb. Triorchis Petiver ex Nieuwl.
Vos (kommuna)
Vos (fr. Veauce) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03302. 2008-ci ildə əhalinin sayı 41 nəfər təşkil edirdi. 2007-ci ildə 28 yaşdan yuxarı (15-64 yaş arasında) 13 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 46.4%, 1999-cu ildə 61.5%) idi. Fəal olan 13 nəfərdən (7 kişi və 6 qadın) çalışdı, işsizlər yox idi. 15 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Amos Arthur Heller
Amos Artur Heller (ing. Amos Arthur Heller, 1867, ABŞ — 1944, ABŞ) — amerika botaniki. Herbari kolleksiyaçısı. == Əsərləri == "Observations on the ferns and flowering plants of the Hawaiian Islands" A.A.Heller, Minnesota Botanical Studies. 1897. "Catalogue of North American plants North of Mexico, exclusive of the lower Cryptogams" Amos Arthur Heller 1898.
Amos Artur Heller
Amos Artur Heller (ing. Amos Arthur Heller, 1867, ABŞ — 1944, ABŞ) — amerika botaniki. Herbari kolleksiyaçısı. == Əsərləri == "Observations on the ferns and flowering plants of the Hawaiian Islands" A.A.Heller, Minnesota Botanical Studies. 1897. "Catalogue of North American plants North of Mexico, exclusive of the lower Cryptogams" Amos Arthur Heller 1898.
Ayos-Nikolaos (Lasition)
Ayos-Nikolaos, həmçinin Aqios-Nikolaos (yun. Άγιος Νικόλαος), gündəlik həyatda Ayos istifadə olunur (Άγιος) – Yunanıstanda şəhər, inzibati mərkəzi eyniadlı icmadır (dima) və Krit periferiyasında periferiya vahidi Lasitiondur. Kritin şimal sahillərində yerləşən Mirabelon Körfəzinin qərb tərəfində yerləşən İerapetra şəhəri (36 km) şimalındakı Heraklion adasının paytaxtı və Sitiya şəhərinin (73 km) qərbindəki 63 km şərqdə yerləşir. Şəhərin adı Ayos-Nikolaos Körfəzində yerləşən Bizans kilsəsindən gəlir. Ən qədim adı — Mandraki (Μαντράκι). Kəndlilər arasında işlədilən ən məşhur adı — Yalos (Γιαλός). 2001-ci ildə siyahıya alınmaya əsasən əhalinin sayı 11.421 nəfərdir.
Ayos-İlias (dağ, Arkadiya)
Ayos-İlias (yun. Άγιος Ηλίας) — Yunanıstanda, Peloponnes yarımadasının mərkəzi hissəsində, Arkadiyanın şərq hissəsində, Meqalopolis və Peloponnes periferiyasının inzibati mərkəzi olan Tripolis arasında yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 1116 metrdir. Qədim zamanlarda Menal (q.yun. Μαίναλον, lat. Maenalus) adlandırılmışdır. Pavsani bu dağı Menalion (Menalius, Μαι­νάλιον ) adlandırmışdır.
Ayos-Eoryos (Mərkəzi Yunanıstan)
Ayos-Eoryos (yun. Άγιος Γεώργιος) — Yunanıstanda ada. Mərkəzi Yunanıstan regionunda, ölkənin mərkəzi hissəsində, ölkənin paytaxtı Afinadan 120 km qərbdə yerləşir.
AIDS
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q. Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Afon
Afon (yun. Άγιον Όρος — Müqəddəs Dağ) Cənubi-şərqi Yunanıstanın Halkidiki yarımadasından Egey dənizinə tərəf uzanan 3 dar və uzun yarımadan biri. Afon yarımadasının ərazisi dağlıqdır. Ən yüksək nöqtəsi yarımadanın ən cənubundakı Afon dağıdır. (2.033 m). Əhalinin əsasını Rahiblər təşkil edir. Burada 20 monastır vardır. Dövlətin idarəsi 20 monastırı təmsil edən 20 kişi və bir məclis tərəfindən idarə edilir. Əhalinin əsas gəliri zeytun və üzümdən əldə edilir. Afon əhalisinin hamısı kişilərdən təşkil olunub.
Ahoa
Ahoa — Uollis və Futunada yerləşən kənddir. Kənd Uollis adasının qərb sahilində yerləşən Hahake rayonuna daxildir. 2008-ci ilin statistikasına görə əhalinin sayı 437 nəfərə bərabərdir. Kəndin cənub şərqində adanın ən böyük krater gölü olan Lalolalo gölü yerləşmişdir.
Aioi
Aioi (yap. 相生市) — Yaponiyanın Hyöqo prefekturasında yerləşən şəhər.
ACOG
Advanced Combat Optical Gunsight (ACOG; Qabaqcıl döyüş optik nişangah) — qısa və orta məsafələrdə kiçik silahlardan atəş açmaq üçün bir sıra ordu optik nişangah. ABŞ-nin "Trijicon" korporasiyası tərəfindən istehsal olunan müxtəlif böyütmələri (1,5x-dən 6x-a qədər), mexaniki mənzərənin olub-olmaması, işıqlandırma növü və s. ilə geniş çeşiddə təklif olunur. ACOG ABŞ Ordusunun standart əhatə dairəsidir və dünyada bir çox xüsusi təyinatlılar tərəfindən istifadə olunur. == Rəngləndirmə == Digər kollimator nişangah sistemlərindən fərqli olaraq, nişangah torunun rəngləndirmə sistemi üçün kimyəvi batareyalar tələb olunmur. Kifayət qədər gün işığı olduqda, işıqlandırma fiber optik işıq bələdçisi vasitəsilə həyata keçirilir, əks halda tritium işıqlandırması istifadə olunur.
Alois
Alois — ad. Alois Hitler — Avstriyalı bir məmur Alois Andritski Alois Musil — çex kəşfçisi, şərqşünası, bibliya alimi, səyyahı, etnoqrafı, yazıçısı və katolik keşişi. Alois Altsheymer Alois Leksa von Erental — Avstriya-Macarıstan siyasi xadimi və diplomatı.
AKİS
Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri (AKİS) (ing. Integrated library system) — kitabxananın sifarişi və alınmasından tutmuş kitabxananın müştərilərinə kredit verilməsinə qədər kitabxana kolleksiyalarını izləmək üçün istifadə olunan kitabxana müəssisəsinin resurs planlaşdırılması sistemləri. Hər bir oxucu (ziyarətçi) və nümunə verilənlər bazasında AKİS-ə fəaliyyəti izləməyə imkan verən unikal identifikatora malikdir. Böyük kitabxanalar AKİS-dən kitabların və digər kolleksiyaların sifarişi və alışı, kataloqu, paylanması, materialların ehtiyatı və onların qaytarılmasını izləmək üçün istifadə edir. Kiçik kitabxanalar tez-tez bu xüsusiyyətlərdən bəzilərini istifadə edirlər. == Konsepsiyalar == Avtomatlaşdırılmış kitabxana informasiya sistemlərinin tərifi peşəkar vəzifələrin spektrinin aydınlaşdırılmasını tələb edir. Bu vəzifələrdən ənənəvi kitabxana texnologiyalarının avtomatlaşdırılmış texnologiyaları ilə əvəz edilməsi, əldə etməkdən başlayaraq müxtəlif istifadəçi xidmətləri ilə başa çatmaqda ön plana çıxır. Ənənəvi AKİS-in əsas elementi bütün funksiyaları ilə birlikdə elektron kataloqdur (EK). AKİS-də işləyərkən ənənəvi kitabxananın bütün xassələri çox dəyişmədən qorunur, ilk növbədə kolleksiyalar adi formada saxlanılır; EK-də tam mətnlərə, rəqəmlərə, audio və video materiallara keçidlər, həmçinin internet resurslarına keçidlər mövcuddur. Ənənəvi AKİS-nin əsas komponenti, konkret kitabxana baxımından istifadəçilərin kitabxana kolleksiyalarına ən rahat və adekvat çıxışını təmin edən kitabxana avtomatlaşdırma sistemidir (KAS).