AĞUŞ

is. [ fars. ] Qucaq.
[Tapdıq:] Bəs eylə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı.
Biz onun [vətənin] ağuşunda göz açmışıq, – o bizim hamımızın əziz anamızdır. Ə.Məmmədxanlı.

// Məc. mənada.
Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir.

□ Ağuşuna almaq1) qucaqlamaq;
2) məc. qaplamaq, əhatə etmək.
Silah səslərinin gurultusu, patıltısı, pulemyot atəşinin şaqqıltısı kəndi öz ağuşuna alıb əridirdi. M.Hüseyn.

Ağuşuna çəkmək – bax ağuşuna almaq 1-ci mənada.
Hər gül öz yarını çəkib ağuşə; …Yatma, yatma, ayıl, sən də gəl huşə. Nəbati.
Ağuşə çəkib arizi-ziybanı şəbü ruz; Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz. S.Ə.Şirvani.
Sakit dəniz dalğalanıb o vaxtda gəldi cuşə; Qucaqlayıb məhəbbətlə çəkdi onu ağuşə. A.Səhhət.

Синонимы

  • AĞUŞ ağuş bax qucaq
  • AĞUŞ qucaq — qoyun

Этимология

  • AĞUŞ İlkin mənası “halqa” deməkdir. İndi “qucaq” mənasında işlədilir (qolların ara­sı­na almaq). Türk mənşəli sözə oxşamır, güman edirəm ki, fars sözüdür
AĞULU
AĞUZ

Значение слова в других словарях

интер... подлю́бливать полу́шечный приви́нчиваться пье́за укра́сить фо́рма хохла́тый вспу́гивание забукси́ровать луще́ние прове́шивать подлисок прать чикурезнемся alameda ascaris asphyxia pooh-pooh safety island thereanent tineid заушательство ооспора удлиниться