Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avstraliya
Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyon nəfərdən çoxdur. Avstraliya təbii sərvətləri ilə məşhurdur.
Avstraliya (qitə)
Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir. Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib.
Avstraliya aborigeni
Avstraliya aborigeni (yerli avstraliyalar) — Avstraliyanın yerli əhalisi, dil və irq cəhətcə dünyanın başqa xalqlarından fərqlənir. Avstraliya dillərində, bir çoxu isə ancaq ingilis dilində və ya picinin müxtəlif variantlarında danışır. Əsasən Şimali, Şimal-Qərbi, Şimal-Şərqi və Mərkəzi Avstraliyada , bir hissəsi isə şəhərlərdə yaşayır. Avstraliyada yerli xalqlara aid edilən 400 etnik qrup var. == Ədəbiyyat == Артёмова О. Ю. Личность и социальные нормы в раннепервобытной общине по австралийским этнографическим данным. М., 1987 Артёмова О. Ю. Прошлое и настоящее коренных астралийцев // Расы и народы, вып. 10. М., 1980 Берндт Р. М., Берндт К. Х. Мир первых австралийцев, пер. с англ. М., 1981 Кабо В. Р. Происхождение и ранняя история Австралии.
Avstraliya akalifi
Avstraliya akalifi (lat. Acalypha australis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Avstraliya alabayquşu
Avstraliya alabayquşu (lat. Tyto novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Avstraliya bayrağı
Avstraliya bayrağı (ing. Flag of Australia) — ölkənin dövlət rəmzlərindən biri. Bayraq 1:2 proporsiyalı göy rəngli düzbucaqlı taydan ibarətdir. Sol üst rübündə Britaniya bayrağı əks olunub. Bundan əlavə, Avstraliya bayrağında altı ağ ulduz təsvir olunub, onlardan beşi tayın sağ hissəsində Cənub Xaçı bürcü şəklində əks olunub, bir böyük ulduz isə sol aşağı rübün mərkəzində yerləşdirilib. Bayraq 1901-ci ildə federasiya yaradılandan az sonra qəbul edilmişdir. O, bir çox ölkə nümayəndələrinin iştirak etdiyi müsabiqə nəticəsində seçilmişdir. Sonrakı illər ərzində o, Avstraliya və Britaniya hakimiyyətləri tərəfindən bəyənilmişdir, lakin bayrağın dəqiq xarakteristikaları bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır. Müasir bayrağın xarakteristikaları 1934-cü ildə dərc edilmişdir, 1954-cü ildən isə bayrağa qanunvericiliklə "Avstraliya milli bayrağı" statusu verilmişdir. Ölkədə respublikaçıların təsiri güclü olduğundan, 1990-cı illərin ortalarından bayrağda Britaniya bayrağının təsvir olunması tez-tez tənqid edilir.
Avstraliya coğrafiyası
Avstraliya coğrafiyası — Avstraliyanın hüdudları daxilində mövcud olan coğrafi komponentlər. Materikin çox hissəsi düzənliklərdir (səthinin təqribən 95%-nin dəniz səviyyəsindən yüksəkliyi 600 metrə qədərdir). Avstraliya oroqrafiyasına görə 3 hissəyə ayrılır: Qərbi Avstraliya yaylası, Mərkəzi ovalıq və Böyük Suayırıcı silsilə.
Avstraliya dağdağanı
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Avstraliya dilləri
Avstraliya dilləri — Avstraliya ölkəsinin əhalisinin danışdığı dillər. Avstraliyada ən çox danışılan dil Avstraliya ingiliscəsidir. Orada bu dialekti danışanların sayı 15,5 milyon nəfərdir. Avstraliyanın növbəti ən çox danışılan dilləri bunlardır: italyan (317,000), yunan (252,000), kanton (245.000), ərəb (244.000), putunxua (220.000), Vyetnam (195.000) və ispan (98.000). Yerli Avstraliya aborigenləri çoxlu dil ailələrinə və qruplarına bölünən Avstraliya aborigen dillərində danışırlar. Dillərin çoxluğuna baxmayaraq, onlarda danışanların ümumi sayı azdır və 56 min nəfərdən çox deyil. Ən böyük dil bir çox dialektlərə bölünmüş "Qərb səhrası dili"dir (7,000-dən çox danışanı var).
Avstraliya dirçəyi
Avstraliya dirçəyi (lat. Ajuga australis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ajuga australis var. typica Domin === Heterotipik sinonimləri === Ajuga australis var. diemenica (Benth.) Domin Ajuga australis var. tridentata (Benth.) Domin Ajuga diemenica Benth. Ajuga tridentata Benth. Ajuga virgata Benth.
Avstraliya dolları
Avstraliya dolları ($, kod: AUD 036) — Avstraliya İttifaqının pul vahididir. Milad adası, Kokos adaları və Norfolk adası, eləcə də müstəqil Sakit okean hövzəsi dövlətləri: Kiribati, Nauru və Tuvalu daxil olmaqla bu ölkələrin milli valyutası. Bir dollar 100 sentə bölünür. Adi halda dollar işarəsi "$" ilə qısaldılır, lakin digər qeyd variantları: A$, $A, AU$ və $AU var. Avstraliya dolları dünyada ən çox satılan altıncı valyutadır (ABŞ dolları, avro, yen, funt sterlinq və İsveçrə frankından sonra) dünya valyuta əməliyyatlarının 5% -ni təşkil edir. Valyuta ticarətçiləri arasında populyarlıq Avstraliyadakı yüksək faiz dərəcəsi, valyuta bazarının hökumətin müdaxiləsindən nisbi azadlığı, Avstraliya iqtisadiyyatı və siyasi sisteminin ümumi sabitliyi ilə əlaqədardır. 1988-ci ildən bəri əskinas hazırlamaq üçün kağızdan yox, xüsusi nazik plastikdən istifadə olunur. == Tarixi == Onluq pul vahidi olan Avstraliya dolları 14 fevral 1966-cı il tarixində dövriyyəyə buraxılmış və on iki onluq Avstraliya funtunu əvəz etmişdir. Avstraliya Ehtiyat Bankı yeni milli valyutanın tətbiqinə hazırlaşdığını hələ 1960-cı ildən bildirmişdi. Uzun müddət ərzində ölkədə yeni pul nişanının maketinin hazırlanması üzərində hazırlıq işləri görülmüşdür.
Avstraliya faunası
Avstraliya faunası — Avstraliyanın hüdudları daxilində mövcud olan heyvanlar aləmi. Avstraliya ərazisi xüsusi Avstraliya biocoğrafi sahəsinə daxildir. Avstraliyanın faunası qədim və yüksək dərəcədə endemikdir. Burada ali məməlilər, primatlar və yırtıcı heyvanlar (avropalıların gətirdiyi dinqo itindən başqa) yoxdur. Mezozoy və Kaynozoy dövrlərinə məxsus heyvanlar (kisəlilər və s.) qalmışdır. İbtidai məməlilərdən ördəkburun və yexidnaya təsadüf olunur. Heyvanların bir çoxu insanların təsərrüfat fəaliyyəti, ovçuluq və landşaftın dəyişməsi nəticəsində qırılmışdır. Materikə gətirilmiş adadovşanlarının Avstraliyada otlaqların xeyli hissəsini məhv etməsi kisəlilərin azalmasına səbəb olmuşdur. Kenquruların bir neçə növü qırılmış, kisəli canavar, vombatların bir neçə növünün nəsli kəsilməkdədir.
Avstraliya florası
Avstraliya florası — Avstraliyanın hüdudları daxilində mövcud olan bitki örtüyü. Avstraliyanın üzvi aləmi uzun müddət başqa materiklərdən təcrid olunaraq inkişaf etmişdir. Odur ki, materikin florası yüksək dərəcədə endemikdir (75%-i) və ayrıca Avstraliya biocoğrafi sahəsinə ayrılmışdır. == Həmçinin bax == Avstraliya florası (seriya) == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Australia's Virtual Herbarium What's its name?
Avstraliya futbolu
Avstraliya futbolu — əksərən "Aussie qanunları", danışıq dilində "footy" və yaxud da tarixi adı ilə Avstralasiya futbolu və ya Viktoriya futbolu kimi tanınır. 2 komanda və 18 oyunçu arasında açıq havada geniş, ovalşəkilli yarış meydanında oynanılır. Bəzən kriket meydanında da keçirilir. == Tarixi == Avstraliya futbolu 1858-ci ildə idmançı Tom Willis tərəfindən kriket oyunçularının qış ayları ərzində formada qalması məqsədilə yaradılmışdır. Tarixə keçən ilk qarşılaşma elə həmin ildə bir şotland kollecinin tələbələri ilə Melburn şəhərinin qrammatika dərslərini tədris edən məktəblərindən birinin tələbələri arasında baş tutdu. 1896-cı ildə ilk proffesiyonal liqa sayılan Viktoriya Futbol Liqası (VFL) yaradıldı və cəmi bir il sonra rəsmi qaydada oyunlar keçirilməyə başladı. 1987-ci ildən etibarən beynəlxalq xarakter daşımağa başladı və 1994-cü ildə Avstraliya Futbol Liqası adını aldı. == Qaydaları == Bir oyun hər biri 20 dəqiqədən ibarət olmaqla 4 setdə oynanılır. Oyun 2 yan xətt hakimi, 3 meydan hakimi və qapılar arxasında 2 köməkçi hakim olmaqla 7 referi tərəfindən idarə olunur. Hər komanda meydanda 18 iştirakçı ilə çıxış edir.
Avstraliya geologiyası
Avstraliya geologiyası — Avstraliyanın hüdudları daxilində mövcud olan geoloji quruluş. Materikin çox hissəsi Kembridən əvvəlki platformadır. Platforma kristallik qalxanlardan (qərbdə Qərbi Avstraliya və mərkəzi hissədə Masqreyv), sineklizlərdən, onları birləşdirən qədim qırışıqlıq (Alt Proterozoy) zonasından ibarətdir. Üst Paleozoyda və Mezozoyun birinci yarısında Avstraliya platforması qədim Qondvana materiki ilə bitişik olmuşdur. Kembridən əvvəlki bünövrə üzərində yatan Alt Paleozoy çöküntüləri şimal hissədə Böyük Artezian hövzəsinin Triad, Yura kontinental çöküntüləri və Təbaşir (dəniz) çöküntülərinin qalın qatı ilə örtülür. Avstraliyanın qərb sahilində Kembridən əvvəlki süxurların üzərində metamorfikləşməmiş Üst Paleozoy (kontinental) və Yura (dəniz) çöküntüləri yatır. Cənub-şərqdə Nallarbor düzənliyində Kembridən əvvəlki bünövrəni Təbaşir, Paleogen və Neogen çöküntüləri örtür. Tasmaniya adası və Avstraliyanın dağlıq şərq hissəsi Hersin qarışıqlığından ibarətdir. Burada Paleozoy çöküntülərinin qalın kompleksli şimal-şərq və şimal-qərb istiqamətindəki qırışıqlarla pozulmuşdur. Üst Təbaşir dənizi transqressiyası Paleozoy yaşlı dağların aşağı hissələrini örtmüş, Kaynozoydakı sonrakı qlaxma prosesləri isə Şərqi Avstraliya dağlarının müasir relyefini əmələ gətirmişdir.
Avstraliya himni
Avstraliya dövlət himni — "İnkişaf et, gözəl Avstraliya" (azərb. Advance Australia Fair‎) 1878-ci ildə Piter Dodds MakKormik ilə yazılmışdır. 1984-ci ildə Robert Xoukanın leyborist hökuməti onunla "God Save the Queen" əvəz etdi ondan sonra, necə avstraliyalıların sorğuları göstərdi ki, "Advance Australia Fair" — yeni himnin ən məşhur variantıdır.
Orinc (Avstraliya)
Orinc (ing. Orange) — Avstraliyada şəhər. Orinc şəhəri Avstraliyanın şərqində, Sidneydən 250 kilometr məsafədə, Yeni Cənubi Uels ştatının şərq hissəsində, dəniz səviyyəsindən 863 metr yüksəklikdə yerləşir. Əhalisi 39.339 nəfər (2006-cı il). Orinc şəhəri Orinc şəhər dairəsinin inzibati mərkəzidir. Şəhər 1846-cı ildə əsası qoyulub. 1851-ci ildə Orinc yaxınlığında Avstraliya tarixində ilk dəfə qızıl tapıldı və məşhur "Avstraliya qızıl ehtirası dövrü" başladı.
Qərbi Avstraliya
Qərbi Avstraliya (ing. Western Australia) - ərazisinə görə Avstraliyanın ən böyük əyalətidir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Pert şəhəridir.
Avstraliya qızılquşu
Avstraliya qızılquşu (lat. Falco longipennis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Avstraliya muzeyi
Avstraliya muzeyi - Avstraliya Muzeyi təbii tarix və antropologiya sahələrində dünyaca məşhur olan Avstraliyanın ən qədim muzeyidir Burada onurğalılar və onurğasızlar zoologiyası, həmçinin mineralogiya, paleontologiya və antropologiya kolleksiyaları var. Sərgilərlə yanaşı, muzey həm də aborigenlərin tədqiqat və icma proqramlarında iştirak edir. Muzey Sidneydəki Kollec küçəsində yerləşir və əvvəlcə Müstəmləkə Muzeyi kimi tanınırdı, 1834-cü ildə indiki adı ilə dəyişdirildi . == Tarix == Avstraliyanın ilk ictimai muzeyi 1827-ci ildə Sidneydə təbiət tarixinin nadir və maraqlı nümunələrini nümayiş etdirmək üçün yaradılmışdır. Əvvəlcə Masquarie Pleys-dəki köhnə poçt binasında yerləşən yeni muzeyin ilk kuratoru 1829-cu ildə William Holmes idi. Muzeyin rəsmi açılışı (əvvəlcə Colonial adlanırdı) yalnız 1836-cı ildə Nəzarət Komitəsinin nəzarəti altında baş tutdu . Sonra onun kolleksiyaları bir neçə binada yerləşdirildi. 1857-ci ildə muzey memar Mortimer Lyuis tərəfindən ehtiyacları üçün xüsusi olaraq tikilmiş müasir binaya köçdü. O vaxtdan bəri burada keçirilən tədbirlərin, sərgilərin tələbatına uyğun olaraq binanın memarlığı və infrastrukturu bir neçə dəfə dəyişib. Elmi kolleksiyaları qorumaq üçün 2008-ci ildə əlavə bir qanad əlavə edildi.
Avstraliya aləmi
Avstraliya aləmi — biocoğrafiyada floristik rayonlaşdırma vahidi. Avstraliya qitəsini və ona yaxın adaları əhatə edir. Avstraliya aləminə üç region daxildir: Şimal-Şərqi Avstraliya, Cənub-Qərbi Avstraliya, Mərkəzi Avstraliya (Eremey).
Avstraliya plitəsi
Avstraliya plitəsi — Avstraliya qitəsindən və onu əhatə edən okeandan ibarət litosfer plitəsi. Şimal-qərbdə Hindustan plitəsi və ona bitişik sulara qədər uzanır. Son tədqiqatlar göstərir ki, Himalay dağları boyunca Hind-Avstraliya plitəsinin Avrasiya plitəsi ilə toqquşması nəticəsində yaranan gərginlik altında Hind-Avstraliya plitəsi iki ayrı plitəyə parçalanma prosesində ola bilər. Bu iki alt lövhəyə adətən Hindistan və Avstraliya plitələri deyilir.
Avstraliya vyetnamlıları
Avstraliya vyetnamlıları (ing. Vietnamese Australians, vyet. Người Úc gốc Việt) — vyetnaməsilli avstraliyalılar. Avstraliya vyetnamlıları qlobal Vyetnam diasporasının ən böyük qruplarından biridir. 2021-ci il siyahıyaalmasında 334,781 nəfər əcdadlarının vyetnamlı olduğunu bildirmişdir, bu da Avstraliya əhalisinin 1,3%-ni təşkil edir. 2021-ci ildə Avstraliya Statistika Bürosu Vyetnamda 268,170 Avstraliya sakininin doğulduğunu təxmin etmişdir. == Tarixi == 1975-ci ilə qədər Avstraliyada 2,000-dən az vyetnaməsilli insan var idi. Vyetnamda müharibə başa çatdıqdan sonra, 1975-ci ilin aprelində Qaçqınların Statusuna dair BMT Konvensiyası imzalayan Avstraliya 1975–1985-ci illərdə qaçqınların köçürülməsi planına əsasən vyetnaməsilli qaçqınların öz payını köçürməyə razılaşmışdı. 1970-ci illərin sonlarında qaçqınların ilkin qəbulundan sonra 1983–1984-cü illərdə ikinci immiqrasiya zirvəsi baş tutmuşdur. Ehtimal olunur ki, bu, Avstraliya və Vyetnam hökumətləri arasında 1982-ci ildə Avstraliya vyetnamlıların qohumlarına ölkəni tərk edərək Avstraliyaya köçməsinə icazə verən razılaşmanın nəticəsi idi.
Avstraliya qitəsi
Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir. Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib.
Avstraliya ingiliscəsi
Avstraliya ingiliscəsi(AusE, AuE, AusEng, en-AU) İngilis dilinin əsas növüdür və Avstraliya boyunca istifadə olunur.
Avstrasiya
Avstrasiya — Merovinqlər sülaləsinin hakim olduğu Frank dövlətinin şimal-şərq hissəsi. Maas və Mozel çaylarının hövzələrindəki əraziləri, habelə Reyndən şərqdəki ərazilərini əhatə edirdi. Avstrasiyanın paytaxtı Mets şəhəri idi, baxmayaraq ki, bəzi hökmdarlar Reymsi öz iqamətgahı seçmişdilər. VI–VII əsrlərdə Avstrasiya bəzən müstəqil krallıq kimi ayrılmış, öz kralları və merlikləri tərəfindən idarə edilirdi. 687-ci ildə bütün Frank krallığının faktiki hökmdarı olmuş Karolinqlər sülaləsi Avstrasiya merliklərindən çıxmışdı.