AVSTRALİYA

I
сущ. Австралия
II
прил. австралийский. Avstraliya dilləri австралийские языки, Avstraliya kamvol qoyunu австралийская камвольная овца, Avstraliya merinosu австралийский меринос, Avstraliya şamı австралийская сосна
AVRUQ
AVSTRALİYALI
OBASTAN VİKİ
Orinc (Avstraliya)
Orinc (ing. Orange) — Avstraliyada şəhər. == Çoğrafiyası və tarixi == Orinc şəhəri Avstraliyanın şərqində, Sidneydən 250 kilometr məsafədə, Yeni Cənubi Uels ştatının şərq hissəsində, dəniz səviyyəsindən 863 metr yüksəklikdə yerləşir. Əhalisi 39.339 nəfər (2006-cı il). Orinc şəhəri Orinc şəhər dairəsinin inzibati mərkəzidir. Şəhər 1846-cı ildə əsası qoyulub. 1851-ci ildə Orinc yaxınlığında Avstraliya tarixində ilk dəfə qızıl tapıldı və məşhur "Avstraliya qızıl ehtirası dövrü" başladı.
Qərbi Avstraliya
Qərbi Avstraliya (ing. Western Australia) - ərazisinə görə Avstraliyanın ən böyük əyalətidir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Pert şəhəridir.
Avstraliya qızılquşu
Avstraliya qızılquşu (lat. Falco longipennis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Avstraliya muzeyi
Avstraliya muzeyi - Avstraliya Muzeyi təbii tarix və antropologiya sahələrində dünyaca məşhur olan Avstraliyanın ən qədim muzeyidir Burada onurğalılar və onurğasızlar zoologiyası, həmçinin mineralogiya, paleontologiya və antropologiya kolleksiyaları var. Sərgilərlə yanaşı, muzey həm də aborigenlərin tədqiqat və icma proqramlarında iştirak edir. Muzey Sidneydəki Kollec küçəsində yerləşir və əvvəlcə Müstəmləkə Muzeyi kimi tanınırdı, 1834-cü ildə indiki adı ilə dəyişdirildi . == Tarix == Avstraliyanın ilk ictimai muzeyi 1827-ci ildə Sidneydə təbiət tarixinin nadir və maraqlı nümunələrini nümayiş etdirmək üçün yaradılmışdır. Əvvəlcə Masquarie Pleys-dəki köhnə poçt binasında yerləşən yeni muzeyin ilk kuratoru 1829-cu ildə William Holmes idi. Muzeyin rəsmi açılışı (əvvəlcə Colonial adlanırdı) yalnız 1836-cı ildə Nəzarət Komitəsinin nəzarəti altında baş tutdu . Sonra onun kolleksiyaları bir neçə binada yerləşdirildi. 1857-ci ildə muzey memar Mortimer Lyuis tərəfindən ehtiyacları üçün xüsusi olaraq tikilmiş müasir binaya köçdü. O vaxtdan bəri burada keçirilən tədbirlərin, sərgilərin tələbatına uyğun olaraq binanın memarlığı və infrastrukturu bir neçə dəfə dəyişib. Elmi kolleksiyaları qorumaq üçün 2008-ci ildə əlavə bir qanad əlavə edildi.
Avstraliya aləmi
Avstraliya aləmi — biocoğrafiyada floristik rayonlaşdırma vahidi. Avstraliya qitəsini və ona yaxın adaları əhatə edir. Avstraliya aləminə üç region daxildir: Şimal-Şərqi Avstraliya, Cənub-Qərbi Avstraliya, Mərkəzi Avstraliya (Eremey).
Avstraliya plitəsi
Avstraliya plitəsi — Avstraliya qitəsindən və onu əhatə edən okeandan ibarət litosfer plitəsi. Şimal-qərbdə Hindustan plitəsi və ona bitişik sulara qədər uzanır. Son tədqiqatlar göstərir ki, Himalay dağları boyunca Hind-Avstraliya plitəsinin Avrasiya plitəsi ilə toqquşması nəticəsində yaranan gərginlik altında Hind-Avstraliya plitəsi iki ayrı plitəyə parçalanma prosesində ola bilər. Bu iki alt lövhəyə adətən Hindistan və Avstraliya plitələri deyilir.
Avstraliya vyetnamlıları
Avstraliya vyetnamlıları (ing. Vietnamese Australians, vyet. Người Úc gốc Việt) — vyetnaməsilli avstraliyalılar. Avstraliya vyetnamlıları qlobal Vyetnam diasporasının ən böyük qruplarından biridir. 2021-ci il siyahıyaalmasında 334,781 nəfər əcdadlarının vyetnamlı olduğunu bildirmişdir, bu da Avstraliya əhalisinin 1,3%-ni təşkil edir. 2021-ci ildə Avstraliya Statistika Bürosu Vyetnamda 268,170 Avstraliya sakininin doğulduğunu təxmin etmişdir. == Tarixi == 1975-ci ilə qədər Avstraliyada 2,000-dən az vyetnaməsilli insan var idi. Vyetnamda müharibə başa çatdıqdan sonra, 1975-ci ilin aprelində Qaçqınların Statusuna dair BMT Konvensiyası imzalayan Avstraliya 1975–1985-ci illərdə qaçqınların köçürülməsi planına əsasən vyetnaməsilli qaçqınların öz payını köçürməyə razılaşmışdı. 1970-ci illərin sonlarında qaçqınların ilkin qəbulundan sonra 1983–1984-cü illərdə ikinci immiqrasiya zirvəsi baş tutmuşdur. Ehtimal olunur ki, bu, Avstraliya və Vyetnam hökumətləri arasında 1982-ci ildə Avstraliya vyetnamlıların qohumlarına ölkəni tərk edərək Avstraliyaya köçməsinə icazə verən razılaşmanın nəticəsi idi.
Avstraliya
Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyon nəfərdən çoxdur. Avstraliya təbii sərvətləri ilə məşhurdur.
Avstraliya (qitə)
Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir. Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib.
Avstraliya aborigeni
Avstraliya aborigeni (yerli avstraliyalar) — Avstraliyanın yerli əhalisi, dil və irq cəhətcə dünyanın başqa xalqlarından fərqlənir. Avstraliya dillərində, bir çoxu isə ancaq ingilis dilində və ya picinin müxtəlif variantlarında danışır. Əsasən Şimali, Şimal-Qərbi, Şimal-Şərqi və Mərkəzi Avstraliyada , bir hissəsi isə şəhərlərdə yaşayır. Avstraliyada yerli xalqlara aid edilən 400 etnik qrup var. == Ədəbiyyat == Артёмова О. Ю. Личность и социальные нормы в раннепервобытной общине по австралийским этнографическим данным. М., 1987 Артёмова О. Ю. Прошлое и настоящее коренных астралийцев // Расы и народы, вып. 10. М., 1980 Берндт Р. М., Берндт К. Х. Мир первых австралийцев, пер. с англ. М., 1981 Кабо В. Р. Происхождение и ранняя история Австралии.
Avstraliya akalifi
Avstraliya akalifi (lat. Acalypha australis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Avstraliya alabayquşu
Avstraliya alabayquşu (lat. Tyto novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Avstraliya bayrağı
Avstraliya bayrağı (ing. Flag of Australia) — ölkənin dövlət rəmzlərindən biri. Bayraq 1:2 proporsiyalı göy rəngli düzbucaqlı taydan ibarətdir. Sol üst rübündə Britaniya bayrağı əks olunub. Bundan əlavə, Avstraliya bayrağında altı ağ ulduz təsvir olunub, onlardan beşi tayın sağ hissəsində Cənub Xaçı bürcü şəklində əks olunub, bir böyük ulduz isə sol aşağı rübün mərkəzində yerləşdirilib. Bayraq 1901-ci ildə federasiya yaradılandan az sonra qəbul edilmişdir. O, bir çox ölkə nümayəndələrinin iştirak etdiyi müsabiqə nəticəsində seçilmişdir. Sonrakı illər ərzində o, Avstraliya və Britaniya hakimiyyətləri tərəfindən bəyənilmişdir, lakin bayrağın dəqiq xarakteristikaları bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır. Müasir bayrağın xarakteristikaları 1934-cü ildə dərc edilmişdir, 1954-cü ildən isə bayrağa qanunvericiliklə "Avstraliya milli bayrağı" statusu verilmişdir. Ölkədə respublikaçıların təsiri güclü olduğundan, 1990-cı illərin ortalarından bayrağda Britaniya bayrağının təsvir olunması tez-tez tənqid edilir.
Avstraliya coğrafiyası
Avstraliya coğrafiyası — Avstraliyanın hüdudları daxilində mövcud olan coğrafi komponentlər. Materikin çox hissəsi düzənliklərdir (səthinin təqribən 95%-nin dəniz səviyyəsindən yüksəkliyi 600 metrə qədərdir). Avstraliya oroqrafiyasına görə 3 hissəyə ayrılır: Qərbi Avstraliya yaylası, Mərkəzi ovalıq və Böyük Suayırıcı silsilə.
Avstraliya pərttəgözü
Avstraliya pərttəgözü (lat. Burhinus grallarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Avstraliya qızılsarmaşığı
Avstraliya qızılsarmaşığı (lat. Cuscuta australis) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Avstraliya söyüdü
Avstraliya səyyahları
Avstraliya səyyahı (lat. Pedionomus torquatus) — Çovdarçıkimilər dəstəsinin Avstraliya səyyahları (Pedionomidae) fəsiləsinə aid yeganə quş növü. Bu quş növü torpaqda yaşayır. Bədəninin uzunluğu 15-19 sm olur. Onlar qorxu hiss etdikdə dərhal təhlükəli yerdən sürətlə qaçıb uzaqlaşmağa çalışırlar. Erkəklər üst hissəsi açıq-qonur rəngdə olur. Dişiləri ağ-qara xallı alabəzək rəngdə olurlar. Dişiləri 4 yumurta qoyur. Avstraliyada yaşayan bu quşlar dövlət tərəvindən 1999-cu ildən mühafizə olunurlar.
Avstraliya səyyahı
Avstraliya səyyahı (lat. Pedionomus torquatus) — Çovdarçıkimilər dəstəsinin Avstraliya səyyahları (Pedionomidae) fəsiləsinə aid yeganə quş növü. Bu quş növü torpaqda yaşayır. Bədəninin uzunluğu 15-19 sm olur. Onlar qorxu hiss etdikdə dərhal təhlükəli yerdən sürətlə qaçıb uzaqlaşmağa çalışırlar. Erkəklər üst hissəsi açıq-qonur rəngdə olur. Dişiləri ağ-qara xallı alabəzək rəngdə olurlar. Dişiləri 4 yumurta qoyur. Avstraliyada yaşayan bu quşlar dövlət tərəvindən 1999-cu ildən mühafizə olunurlar.
Avstraliya tarixi
Avstraliya tarixi — Avstraliya qitəsinin ərazi və xalqlarının tarixi. == Aborigen tarixi == Avstraliyanın yerli əhalisinin əcdadları Cənubi Asiyadan gəlmiş və ehtimal ki, Son Paleolitdə burada məskən salmışlar. Təbii şəraitin ağırlığı və dünyanın başqa xalqları ilə ünsiyyətin olmaması Avstraliya qəbilələrinin (XVIII əsrin sonunda burada ümumi sayı 250-300 min nəfər olan təqribən 500 tayfa var idi) inkişafını çətinləşdirirdi. XVIII əsrin sonuna yaxın bu tayfalar hələ əkinçilik və maldarlığın nə olduğunu bilmirdilər. == Müstəmləkəçilik dövrü == XVIII əsrin sonundan Avstraliya Britaniya imperiyasının müstəmləkəsi olmuşdur. 1788-ci ildə burada sonradan Sidney şəhərinə çevriləcək ilk ingilis yaşayış məntəqəsinin əsası qoyulmuşdur. Əvvəllər Avstraliya sürgün yeri idi. 1868-ci ilədək buraya 155 minədək adam sürgün edilmişdi. Bunlardan bir çoxu İrlandiyadakı üsyanların iştirakçıları, çartistlər və başqaları idi. Qitənin müstəmləkəyə çevrilməsi prosesi yerli əhalinin qırılması ilə müşayiət olunmuşdur.
Avstraliya teatrı
Avstraliya teatrı — Avstraliyada və ya avstraliyalılar tərəfindən yaradılmış səhnə sənətinin tarixi. Teatr Avstraliya mədəniyyətinin mühüm bir hissəsidir. Bu sənət qitəyə müstəmləkəçilik dövründə gəlmiş, Britaniya və İrlandiya teatrlarının ən yaxşı ənənələrini özündə cəmləşdirərək aborigen mədəniyyəti ilə inkişaf etmişdir. Avstraliya yazıçıları və teatr xadimləri son iki əsrdə Avstraliya mədəniyyətini və qitənin xarakterini dünya səhnəsinə çıxarmışdır. Avstraliyada dünyaca məşhur Sidney Opera Teatrı yerləşir. == Tarixi == Xalq məişət oyunları, "korrobori" (süjetli mərasim rəqsləri) deyilən tamaşalar Avstraliya İttifaqı teatrının əsası sayılır. Sidneydə ilk teatr tamaşası 1789-cu ildə olmuşdur (məhbuslar barakda Corc Farkuarın "Əsgər toplayan zabit" komediyasını tamaşaya qoymuşlar). Avstraliya İttifaqında peşəkar teatr truppası 1796-cı ildə yaradılmışdır. Teatr tamaşalarında musiqi və rəqsə çox yer verilirdi. 1830–1840-cı illərində ölkənin böyük şəhərlərində teatrlar təşkil edilmiş, əsrin ikinci yarısında isə teatr inhisarları yaranmış, həmçinin opera sənət inkişaf etmişdir.
Avstraliya torpaqları
Avstraliya torpaqları — Avstraliyanın hüdudları daxilində mövcud olan torpaq örtüyü. Ərazinin çox hissəsini tutan səhralar boz və boz-qəhvəyi torpaqları, cod otu və tikanlı kolluqları olan yarımsəhralarla əhatələnmişdir. Yağıntının miqdarı artdıqca (qərb, şimal və şərq tərəf) qırmızı-qonur yarımsəhra, qırmızı-qonur və qırmızı lateritli savannaya keçir. Savanna şimal-şərqdə həmişəyaşıl tropik, cənub-şərq və cənub-qərbdə rütubətli evkalipt meşələri ilə əvəz olunur. Materikin şimal və şərqində qırmızı-sarı lateritli, dağlarda tropik-qara, sarı-qonur, dağ-çəmən torpaqları yayılmışdır. Yarımsəhra və savannalardakı təbii otlaqların Avstraliya üçün böyük əhəmiyyəti var. Əmtəə əhəmiyyətli meşələr materikin təqribən 2%-ni tutur.
Avstraliya yexidnası
Avstraliya yexidnası (lat. Tachyglossus aculeatus) — məməlilərin sinfinin birdəliklilər dəstəsinin yexidnalar fəsiləsinə aid yeganə növ. Bəzən onun Tasmaniya yexidnası (Tachyglossus setosus) yarımnövünü də ayrıca növ kimi ayırırlar. Çarlz Darvin deyir:"Bu canlıların vətəni Avrasiyadır. Lakin onlar növarası mübarizədə məğlub olmuş və Avstraliyaya sıxışdırılmışlar.
Avstraliya İttifaqı
Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyon nəfərdən çoxdur. Avstraliya təbii sərvətləri ilə məşhurdur.
Avstraliya ədəbiyyatı
Avstraliya ədəbiyyatı — Avstraliya İttifaqı və onun əvvəlki müstəmləkələrində və orada yaşayan insanlar tərəfindən yaradılmış yazılı və ya ədəbi əsərlər. Qərb tarixinin əvvəlində Avstraliya Britaniyaya bağlı müstəmləkələr toplusu idi. Beləliklə, Avstraliyanın ədəbi ənənəsi daha geniş ingilis ədəbiyyat ənənəsi ilə başlayır və onunla bağlıdır. 1788-ci ildən Avstraliya yazıçılarının povest sənəti ədəbiyyata yeni qitənin xarakterini daxil etmişdir. Burada aboriginallıq, yoldaşlıq, bərabərlik, demokratiya, milli kimlik, miqrasiya, Avstraliyanın özünəməxsus yeri və coğrafiyası, şəhər həyatının mürəkkəbliyi, Avstraliya təbiətindəki həyatın "gözəlliyi və dəhşəti" kimi mövzulara toxunulur. == Tarixi == Avstraliya İttifaqının ədəbiyyatı ingilis dilindədir. 1820-ci illərdə yaranmış ilk nümunələri ingilis ədəbiyyatının təsiri altında idi. Milli realist-demokratik ədəbiyyat 1890-cı illərdə inkişafa başlamışdır. Onun baniləri T. Kollinz, B. O'Daud, H. Louson və başqaları əsərlərində xalqın acınacaqlı həyatını, ictimai ədalətsizliyə qarşı etirazını əks etdirmişlər. Rusiyada Oktyabr inqilabı demokratik ədəbiyyatın inkişafına qüvvətli təsir göstərmişdir.
2017 Avstraliya Qran Prisi
Melvill (ada, Avstraliya)
Melvill (ing. Melville Island) — Timor dənizinin şərqində, Avstraliyanın Şimal ərazisi (Avstraliya)ndə yerləşir. Aborigenlər arasında ada Ermalner adlandırılır. Avstraliyanın Baterst (Avstraliya) adası ilə birlikdə Tivi adalarını təşkil edir. == Coğrafiya == Sahəsi 5786 km² təşkil edir. Bu göstəriçi ilə ada Avstraliyada Tasmaniyadan sonra ikincidir. Ən hündür nöqtəsi 258 metrdir. Orada qarışıq və tropik meşələr yayıııllmışdır. İqlimi: Tropik iqlimi və Musson iqlimi. == Tarixi == Ada ilk dəfə holland dənizçisi Abel Tasman təfindən kəşf edilir və Van-Diema Torpağı adlandırılır (164).
Nəhəng Avstraliya şeypurçusu
Nəhəng Avstraliya şeypurçusu (lat. Syrinx aruanus) — olduqca böyük olan dəniz ilbizi. Yeganə növ ilə təmsil olunan Syrinx cinsinə daxildir. Böyük ehtimalla dünyanın ən böyük ilbizləridir. == Təsviri == Molyusk çanağının uzunluğu — 91 sm, ümumi çəkisi — 18 kq. Çanaqların çoxunun ölçüsü — 25 sm qədər. Çanağının rəngi açıq rənglidir, lakin molluskun həyatı boyu qəhvəyi və ya boz periostrakum (qabığın xarici nazik təbəqəsi) ilə örtülür. Qabıq açıq sarı rəngə boyana bilir. Tipik olaraq, qıvrımların düyünlər şəklində qalınlaşma ola biləcəyi açıq bir nöqtəsi var. Çanağın sifonu uzundur.
Qumdaşı universitetləri (Avstraliya)
"Qumdaşı universitetləri" (ing. Sandstone Universities) — Avstraliyada ölkənin qədim və nüfuzlu universitetlərini birləşdirən qeyri-formal qrup. Öz dövrlərində həmin universitetlərin binaları qumdaşından tikilib. Onların əksəriyyəti Birinci dünya müharibəsinə qədər, müstəmləkə dövründə tikilib. Onlar qumdaşından inşa edildiyinə görə belə adlanırlar. Bu universitetlərin əsas xüsusiyyəti əsas diqqəti tədqiqat işlərinə və nəzəriyyəyə vermələridir. Statistikaya görə bu universitetlərdə oxuyan tələbələrtin əksəriyyəti imkanlı ailələrin övladlarıdır və sonradan yüksək maaşlı və nüfuzlu vəzifələr tuturlar.
Qərbi Avstraliya Universiteti
Qərbi Avstraliya Universiteti (ing. University of Western Australia) — Avstraliyanın Qərbi Avstraliya ştatının Pert şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == Qərbi Avstraliya Universiteti 1911-ci ildə ştatın ilk universiteti olaraq yaradılmışdır. Ştatda universitet yaradılması təşəbbüsü ilk dəfə sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru Con Uintrop Hakett tərəfindən irəli sürülmüşdür. O, universitetin yaradılmasında əsas rol oynayan Kral komissiyasının sədri idi. Sonradan Con Uintrop Hakett yeni yaradılmış universitetin kansleri təyin olunur. Con Uintrop şəxsi büdcəsindən Qərbi Avstraliya Universitetinin inkişafı və Pert şəhərində universitet binalarının tikintisi üçün 425000 funt-sterlinq dəyərində vəsait ayırmışdır. Universitet yaradıldığı dövrdə Pert şəhərinin əhalisi 121000 nəfər idi və onun iqtisadiyyatı kənd təsərrüfatı və dağ-mədən sənayesinə əsaslanırdı. Bunun nəticəsi olaraq universitet müəllim seçimində kənd təsərrüfatı, dağ-mədən sənayesi və maşınqayırma, geologiya, riyaziyyat və fizika, kimya, tarix və iqtisadiyyat, biologiya və ingilis dili üzrə mütəxəssislərə üstünlük verir. Həmçinin ali məktəbdə klassik və qədim tarix, fransız, alman dilləri, psixi və əxlaq fəlsəfəsi, baytarlıq, eləcə də digər sahələr üzrə müəllimlər işə cəlb olunurlar.
Qərbi Avstraliya cərəyanı
Qərbi Avstraliya cərəyanı — Hind okeanının cənub-şərqindən keçən soyuq dəniz cərəyanı. Avstraliyanın qərb sahilləri boyunca cənubdan şimala istiqamətlənir. Qərb Küləkləri cərəyanının şimal uzantısını təşkil edir. Cənub yarımkürəsinin tropik enliklərində cərəyan Cənub Passat cərəyanına keçir. Bir qolu isə Timor dənizinə istiqamətlənir. Axının sürəti 0,7–0,9 km/s, suyunun duzluğu 35,5–35,70 promil təşkil edir. Suyunun temperaturu fevralda 19–26 °C, avqustda isə 15–21 °C təşkil edir.
Qərbi Avstraliya yaylası
Qərbi Avstraliya yaylası (ing. Western Plateau) — Qərbi Avstraliyada qədim yastı relyef sahəsi. orta hündürlüyü 400–500 metrdir. Şimal kənarlarında kristallik süxurlardan ibarət Makdonnell (Zil dağı, 1.510 metr) və Masqreyv (Vudroff dağı, 1,440 metr) silsilələri ucalır. Yaylanın cənub-qərbini Darlinq silsiləsi (582 metr), şimal və cənubunu qumlu səhralar (Böyük Qumlu səhra, Böyük Viktoriya səhrası) və onların arasındakı daşlı Gibson səhrası tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Западно-Австралийское плато // Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ.
Səkkizlik Qrupu (Avstraliya universitetləri)
"Səkkizlik Qrupu" (ing. Group of Eight, Go8) — Avstraliyanın səkkiz qabaqcıl və nüfuzlu universitetlərinin birliyi. == Tarixi == Birlik 1994-cü ildə universitet vitse-prezidentlərinin qeyri-formal birliyi kimi qurulmuşdu. 1999-cu ildə rəsmi şəkildə təsis edilmişdir. == Fəaliyyəti == Birlik ora daxil olan ali məktəblərin maraqlarını birgə qorumağa çalışır. Bununla belə qrup lider universitetlər kimi qəbul edilir.
Yerli avstraliyalılar
Yerli avstraliyalılar — Britaniya müstəmləkəçiliyindən əvvəl Avstraliyada yaşayan qruplar. Bunlara Avstraliya aborigenləri və Torres boğazı adalıları daxildir. == Tarixi == Avstraliyalıların sayı XVIII əsrin axırlarında 250–300 min nəfər idi. Avstraliyalılar 500-dən çox tayfadan ibarət olmuşlar. XIX əsrədək avstraliyalılar ibtidai icma quruluşu şəraitində yaşayıblar. Onlar ovçuluq, yığıcılıq, qismən balıqçılıqla məşğul olurdular. Müstəmləkəçilik siyasəti nəticəsində çox hissəsi qırılmışdır. == Əhali == Qalıqları, başlıca olcaq, Avstraliyanın qərbində və şərqində rezervasiyalarda yaşayır. Avstraliyalıların bir qismi kənd təsərrüfatında işləyir, digərləri ibtidai həyat sürürlər. == Dil == Yerli avstraliyalar Avstraliya dillərində danışırlar.
York burnu (Avstraliya)
York burnu (ing. Cape York) — Avstraliya materikinin ucqar şimal nöqtəsidir. Burun Keyp-York yarımadasında yerləşir. İnzibati cəhətdən Kvinslend ştatı ərazisinə daxildir. Burun Kerns şəhərindən 800 km şimal-qərbdə yerləşir. Şərqdən Mərcan dənizi, qərbdən isə Arafur dənizinin suları ilə yuyulur. Burundan 150 kimoletr şimalda Yeni Qvineya adası yerləşir. Burada Torres boğazı yerləşir.
Şimal ərazisi (Avstraliya)
Şimal ərazisi (ing. Northern Territory) - ərazisinə görə Avstraliyanın ən böyük üçüncü inzibati vahididir. Paytaxtı Darvin şəhəridir.
Şırımlı Avstraliya yastıcası
Şərqi Avstraliya cərəyanı
Şərqi Avstraliya cərəyanı — Sakit okeanda cənub ekvator axımından formalaşaraq Mərcan dənizindən keçən və Avstraliyanın şərq sahillərinə çataraq, cənuba doğru axan isti okean cərəyanıdır. == Xüsusiyyətləri == Avstraliya sahillərinin yaxınlığında təxminən 15° c.en-də cənub ekvator axımı bölünərək Şərqi Avstraliya cərəyanını yaradır. Bu, Avstraliya sahillərinə yaxın ən böyük okean cərəyanıdır. Cərəyan 30° c.en-də maksimum sürətinə çataraq, 90 sm/s sürəti ilə axır. Cənub istiqamətində axarkən 31°c.en ilə 32° c.en arasında bölünür. 33° c.en-ə çatdıqda o, cənub istiqamətinə keçməyə başlayır və axımının digər hissəsi sıx sirkulyasiya zamanı şimala tərəf dönür. Bu ərazidə Şərqi Avstraliya cərəyanı özünün maksimum axım nəqliyyatına çatır, təxminən 35 Sv (Bir sverdrup (Sv) saniyədə 106 m3-ə bərabərdir). Geri dönməyən axımın çox hissəsi Yeni Zellandiyanın şimal burnunun şimalında Tasman dənizindən keçərək şərqə doğru Tasman cəbhəsinə irəliləyir. Cərəyanın qalan hissəsi cənuba doğru Qərb küləkləri cərəyanına çatana qədər axır. Tasman hissəsində axımın nəqli 13 Sv hesablanmışdır.
Avstraliya Müasir İncəsənət Muzeyi
Avstraliya Müasir İncəsənət Muzeyi — Sidneydə yerləşən incəsənət muzeyidir. Həm Avstraliyadan, həm də dünyanın hər yerindən eksklüziv müasir incəsənət nümunələrinin nümayişinə, şərhinə və toplanmasına həsr edilmişdir. Muzey binası Art Deko üslubunda tikilib və əvvəllər Dəniz Xidməti Şurasının qərargahı kimi fəaliyyət göstərib. == Tarixi == Muzey 1991-ci ildə Sidney Müasir İncəsənət Muzeyi adı altında açılıb. 2010-cu ildə 58 milyon Avstraliya dollarına başa gələn muzeyin yenidən qurulması və genişləndirilməsi başladı, bundan sonra muzey 29 mart 2012-ci ildə hazırkı adı ilə yenidən açıldı. Muzeyin kolleksiyasında 1989-cu ildən bəri əldə edilmiş avstraliyalı rəssamların 4000-dən çox əsəri var. Kolleksiyaya bütün sənət növləri daxildir, lakin rəsm, fotoqrafiya, heykəltaraşlıq, kağız üzərində və hərəkətli təsvirlərə aid əsərlər üstünlük təşkil edir. Həmçinin kolleksiyanın əhəmiyyətli bir hissəsini Avstraliya aborigenləri arasından olan rəssamların əsərləri təşkil edir. Muzey öz şəxsi sərvətini avstraliyalıları müasir təsviri incəsənət sahəsində maarifləndirmək və öyrətmək məqsədilə Sidney Universitetinə vəsiyyət edən avstraliyalı mühacir rəssam Con Pauerin (1881-1943) istəklərinə cavab olaraq yaradılmışdır. 1989-cu ildə Dəniz Xidməti Şurasının yeni binaya köçürülməsindən sonra Yeni Cənubi Uels hökuməti Secular Quay-dəki keçmiş binanı muzeyə bağışladı.
Avstraliya Müasir İncəsənət Mərkəzi
Avstraliya Müasir İncəsənət Mərkəzi — (AMIM; İngilis Avstraliya Müasir İncəsənət Mərkəzi - Australian Centre for Contemporary Art) Avstraliyanın Melburn şəhərindəki əsas müasir incəsənət qalereyalarından biridir. Mərkəz Southbenkin daxili rayonunda, Melburn İncəsənət Ərazisində Stört küçəsində yerləşir. == Tarix == Mərkəzin binası memarlar Rocer və Rendel Marşevin layihəsinə əsasən ağacdan tikilib. Tikinti işləri 2002-ci ildə başa çatdırılmışdır. Layihənin müştəriləri Çanki Muv, AMIM və Pleyboks Sietr Companiyası idi. Mərkəzin tikintisi üçün layihənin müəllifləri 2003-cü ildə İnstitusional Memarlıq Mükafatına və Avstraliya Dövlət Mükafatına layiq görülüblər. 2015-ci ilin dekabrında Maks Delani keçmiş Bədii Direktor Culian Enqberqi əvəz edərək AMIM-nın yeni Bədii Direktoru oldu. AMIM dörd böyük sərgi salonundan ibarətdir. Bina bitişik Moltxaus Teatrı ilə birlikdə kompleksin mərkəzində açıq səma altında sərgi sahəsi kimi istifadə olunan həyəti təşkil edir. AMIM-da həmçinin Çanki Muvın rəqs şirkəti və Pleyboks Sietr Şirkəti üçün iki məşq studiyası və bir sıra inzibati ofislər yerləşir.
Avstraliyada din
Avstraliyada din — çox konfessiyalı ölkə olan Avstraliyanın rəsmi dini yoxdur. Xristianlıq Avstraliyada üstünlük təşkil edən inancdır. 2011-ci il siyahıyaalmasına görə, say baxımından ən böyük din əhalinin 25,3%-nə sahib olan katoliklikdir. 22,3%-i qeyri-dindardır. Növbəti əsas məzhəb 17,1% izləyən anqlikanizmdir. Avstraliyada əhalinin 2,5%-i buddizmə, 2,2%-i İslama, 1,3%-i hinduizmə və 0,5%-i yəhudiliyə etiqad edir. Avstraliya konstitusiyası hökumətə dövlət dini təsis etməyi və dini azadlıqlara müdaxilə etməyi qadağan edir, lakin ayrı-ayrı ştatlar öz konstitusiyalarını dəyişdirməkdə sərbəstdirlər və dini həyatı diktə edə bilərlər, baxmayaraq ki, belə vəziyyət hələ yaşanmayıb. Birlik hökuməti ilə dinlər arasında münasibətlər ABŞ-dakından qat-qat sərbəstdir. Dini qurumlar təhsil, səhiyyə və digər sosial xidmətlər göstərmək üçün hökumətlə işləyirlər. == Tarixi == Avropa məskunlaşması zamanı avstraliyalı aborigenlərin öz dini adət-ənənələri var idi, xüsusən də Yuxu vaxtı, məsələn, Mirça Eliade onları belə müəyyənləşdirir: "Avstraliyanın yerli əhalisi arasında əsas inam var ki, dünya, insan, müxtəlif heyvanlar və bitkilər sonradan yoxa çıxan bəzi fövqəltəbii varlıqlar tərəfindən yaradılmışdır".
Avstraliya-Antarktika hövzəsi
Avstraliya-Antarktika hövzəsi — Hind okeanının cənub-şərqində geniş sualtı hövzə. Antarktidanın kontinental yamacı, sualtı Kerguelen silsiləsi və Avstraliya-Antarktika yüksəlişi arasında yerləşir. Hövzənin uzunluğu 4,500 km, eni isə 1,500 km-dir. Üstünlük təşkil edən dərinliklər 4,000–5,000 metrdir. Onlardan ən böyüyü 6,089 m, şimal-qərbdə Kerguelen silsiləsi yaxınlığında yerləşir. Hövzənin dibi dağlıq relyefə malikdir. Antarktidaya yaxın olanda əhəmiyyətli əraziləri düz abissal düzənlik tutur. Yatağının çox hissəsi akkumulyator səviyyəli səthdir. Alt səthi diatomlu, gilli-diatomlu və lilli-argilli lillərdən ibarətdir.
Avstraliya aborigen dilləri
Avstraliya aborigen dilləri — Avstraliyanın aborigen əhalisinin dilləri. Avstraliyanın Avropa dövlətləri tərəfindən müstəmləkəçiliyinə qədər 300 minlik Avstraliya əhalisi 260 dildə danışırdı. Hal-hazırda bu dillərdən 200-ə qədəri məhv olmaq üzrədir. Avstraliya dilləri 12 ayrı-ayrı dilləri özündə cəmləşdirir: andillyauqva, varrai, hunavidi, kakadü, hunkarakan, manharay, minkin, nahara, nqevin, nunqqubuy, tivi, yanyula. Avstraliya dillərinin hamısı aqqlütinativ dillərdir.

Значение слова в других словарях