Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqreman
Aqrement (fr. agrément — təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq. == Normativ baza == Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir. == Ümumi qaydaları == Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir.
Karin Ageman
Karin Ageman ( Karin Charlotta Ageman , née Pettersson 1899–1950 ) İsveçli dizayner və reklam rəssamı, həm də müəllim idi. Kitab tərtibatçısı, afişa və divar kağızı dizayneri kimi tanınırdı. == Haqqında == 2 iyul 1899-cu ildə Stokholmda Hərbi Dəniz Qüvvələrinin kapitanı Anders Qustav Petersson və həyat yoldaşı Frida Şarlotta, nəvə Malmqvist ailəsində anadan olub. Anası və bacıları ilə birlikdə Ageman soyadını götürüb. Məktəb təhsilini uğurla başa vurduqdan sonra Karin Stokholmdakı Konstfak məktəbində rəssamlıq təhsili alıb. Aldığı təqaüd sayəsində Paris (1926) və İtaliya (1927) təhsili ilə bağlı tez-tez səfərə gedirdi və bir müddət Almaniyada yaşadı. 1928-ci ildən 1936-cı ilə qədər reklam sahəsində ixtisaslaşmış Sveriges Litografiska və Esselte (indiki Esselte) şirkətlərində çalışmışdır. 1928-1929-cu illərdə cildçi Frans Bek ilə işləmiş, fizika və kimya üzrə Nobel mükafatı üçün diplomların hazırlanmasında iştirak etmişdir. Karin Agemanın yaratdığı iki kitabın üz qabığı İsveç Milli Muzeyinin kolleksiyasındadır. 1936-cı ildə Stokholmdakı Galerie Modern sərgisində Karin Agemanın yaratdığı afişalar xüsusilə “Svensk Frukt”u ilə diqqəti cəlb etdi.
Ağkerman
Ağkerman (osman. آقكرمان Aqkirman, türk. Akkerman, krımtat. Aqkermen, ukr. Білгород-Дністровський Bilğorod-Dnistrovski) Ukraynanın cəbub-qərbində, tarixi Bessarabiya bölgəsində (bugünkü Odessa vilayəti) yerləşən Belğorod-Dnistrovski rayonunun mərkəz şəhəridir. Dnestr çayının Qara dənizla birləşdiyi nöqtədə oluşan dəhnəsin sağ qırağında yer alır.
Bağrəvan
Bağrəvan — Azərbaycanda tarixi qala-şəhər. Qalanın harada yerləşdiyi dəqiq məlum deyil. Ərəb coğrafiyaşünası Yaqut-əl Həməvi (1179-1226) Bağrəvanın Şirvan yaxınlığında, Bab-əl Əbvab (Dərbənd) vilayətində, İran tarixçisi Həmdullah Qəzvini isə Muğanda yerləşdiyini yazıb. Qala-şəhər VII əsrdə ərəblərə ciddi müqavimət göstərib. Ehtimal ki, XIII əsrdə Azərbaycana monqol yürüşləri zamanı dağıdılıb.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Arçman
Arçman — Türkmənistanın Beherden rayonunda, təxminən 11 km məsafədə yerləşən eyniadlı isti bulaqları ilə məşhur olan kənd. == Etimologiya == Rəvayətə görə, isti bulaqlar (və kənd) dəri xəstəliyindən sağaldıqdan sonra onun müalicəvi xüsusiyyətlərini kəşf edən bir çobanın adını daşıyır. Türkmənlərin qədim əfsanəsinə görə Arçman adlı bir çobanı bütün xəstəliklərin sirayətedicisi hesab edərək onu öz doğma kəndlərindən didərgin salırlar. O, özünə sığınacaq axtararkən bir bulağa rast gəlir, onun suyundan içir, sonra bu suda çimərək özünü tamamilə sağlam sayır. Müalicə əhəmiyyətinə malik bu bulaq o vaxtdan Arçman bulağı adlanır. == Tibbi turizm == Arçman Sanatoriyası (türkm. Arçman şypahanasy ) 1915-ci ildə açılmışdır. 2001-ci ildə prezident Niyazov keçmiş sovet obyektlərini əvəz edən kurortu açmış və bura 2009-cu ildə 920 çarpayılıq mərkəzə çevrilmişdir. Kurortun yaxınlığında Qoçqar ataya həsr olunmuş kiçik bir məqbərə var. === Limnologiya === Su bir qədər qələvidir və sulfid səviyyəsi aşağıdır; içməli su kimi təsnif edilir.
Apremon (En)
Apremon (fr. Apremont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Nantyua kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 363 nəfər təşkil edirdi. == Coğrafiyası == Apremon dəniz səviyyəsindən 900 metr yüksəklikdə, şəhərdən 6 km cənubda Oyonna, dağlarda Jura yerləşir. Kommunanın şimal hissəsində Anqe çayı axır. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Apremon (En) ilə əlaqəli mediafayllar var. "Ambyutri" (fransız).
Aqraxan körfəzi
Aqraxan körfəzi — körfəz Xəzər dənizinin qərb sahillərində yerləşir. Dənizdən Aqraxan yarımadası ilə təcrid olunur. Körfəz girəcəkdən cənuba doğru 40 km uzunluğa malikdir. Eni bir necə yüz metrdən 10 km-lərə qədərdir. Dərinliyi 4 metrdir. Körfəzin şimalına doğru suyu şorlaşır. Körfəzə axan ən iri çay Terekdir == Tarixi == Vaxtı ilə körfəz olduqca dərin olmuşdur. Buna sübut I Pyotrın İran yürüşü zamanı gəmilərlə körfəzin cənubuna maneəsiz irəliləməsi və burada Müqəddəs Xaç qalasını inşa etdirməsidir. == Təbiəti == Körfəzdə və ətraf ərazilərində relik bitkilərə rast glmək olar. Suları balıqlarla zəngindir.
Aqraxan siyənəyi
Aqraxan siyənəyi (lat. Alosa braschnikowi agrachanica) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin şərq hissəsindən, Volqa deltası qarşısında şirinləşmiş sahədən başqa Aqraxan siyənəyi Xəzərin hər yerində rast gəlinir. == Morfoloji əlamətləri == D III-IV 13-15,A III 16-20 şüa olur. Qəlsəmə dişcikləri düzdür.Onların sayı 26-41,orta hsabla 32,2-dir.Bədəni nisbətən hündürdür,açıq rənglidir.Rostrum kütdür.Qəlsəmə qapağı gerisində adətən bir qara ləkə olur.Uzunluğu 29-33 sm-dir. Üzgəcləri ,başı,bel tərəfi az piqmentlənmişdir.Pulcuqları iri,nazik və tez qopandır. Üst çənə göz ortası şaqulinin arxasına keçir,alt çənə ya üst çənəyə bərabərdir,ya da yüngülcə irəli çıxır.Dişləri yaxşı inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şortəlimsu balığıdır,çaylara girmir,nisbətən istiliksevəndir.Orta Xəzərdə kütləvi gedişləri 13-14° temperaturda müşahidə edilir.Başlıca olaraq kilkələr və başqa balıqlarla qidalanan yırtıcıdır.Kürütökmədən sonrakı dövrdə daha intensiv qidalanır.Yem obyektləri ardınca hətta qışda da yerdəyişmələr edir. == Çoxalması == 3-4 yaşlarında cinsiyyət yetkinliyinə çatır.Kürüsü hissə-hissə yetişir,kürü tökməsi may-iyun aylarında suyun temperaturu 20° olduqda müşahidə edilir.Kürülərin sayı 49 mindən 370 minə qədər olub,orta hesabla 203 mindir.Kürü yarımpelagikdir,suyun dibyanı laylarında üzür.19-21° temperaturda inkişaf müddəti 37 saata yaxındır. Kürü tökdükdən sonra sürətlə qidalanmağa başlayır.
Aqraxan yarımadası
Aqraxan yarımadası (və ya, Üç-Kosa) — Alçaq yarımada olaraq Xəzər dənizinin Dağıstan sahillərində yerləşir. Terek çayının tarixi deltasında meydana gələn yarımada. İnzibati cəhətdən Mahaçqala şəhəri inzibati sovetliyinə daxiıdir. Yarımadanın sahəsi 212 km², uzunluğu 50 km, eni isə 8 km təşkil edir. Ən hündür nöqtəsi Xəzərdən 10 metr yüksəklikdə yerləşir. Qərbdən Aqraxan körfəzinin suları ilə yuyulur. Düynlər və şoranlıqlar ərazisinin böyük hissəsini əhatə edir. Əsasən yarımsəhra bitkiləri geniş yayılıb. Güçlü küləklər əsir. Yarımada boyunca vaxtı ilə mövcud olan Sulak Lopatin dəmir yolunun qalıqlarına rast gəlmək olar.
Aqreqat (texnika)
Aqreqat — qarşılıqlı surətdə tam əvəz oluna bilən ayrı-ayrı funksiyaları sərbəst yerinə yetirən birləşdirilmiş və unifikasiya edilmiş maşın (və ya maşın kompleksi) qovşağı. Bunlara elektrik mühərriki, reduktor, nasos və s. aid edilir. Bəzən 2 və daha artıq maşından ibarət qurğuya da aqreqat deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Wilmjakob Herlyn: PPS im Automobilbau – Produktionsprogrammplanung und -steuerung von Fahrzeugen und Aggregaten. Hanser Verlag, München 2012, ISBN 978-3-446-41370-2. T. Pfeifer, P. Lorenzi, R. Schmidt: Betriebsanleitungen modular aufbauen. In: technische kommunikation. 24, H. 2, 2002, S. 19.
Ağutman (Bükan)
Ağutman (fars. اغوتمان‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (63 ailə).
Corc Foreman
Corc Foreman (10 yanvar 1949, Marşall[d], Texas) — istefaya çıxmış ABŞ professional boksçusu, iki dəfəlik Dünya Ağır Çempionu, Olimpiya qızıl medalisti. Ring jurnalı tərəfindən bütün zamanların ən böyük 25 döyüşçüsündən biri seçildi. Mexikoda keçirilən 1968-cı il Yay Olimpiadalarında ağır çəkidə qızıl medal qazanmışdır. Peşəkar kariyesinde cəmi 81 dəfə yarışmış, 76 döyüşü udmuşdur, bunlardan 68-i nakault ilə nəticələnmişdir. 5 dəfə məğlub olmuşdur. Corc Foreman indi uğurlu iş adamıdır.
Marianne Akerman
Marianne Letitia Akerman — kanadalı roman və dram əsərləri yazarı və jurnalist. “ Pierin arzusu” yazarın 2010-cu ildə nəşr olunmuş üçüncü romanıdır. == Həyatı və karyerası == Marianne Akerman 1952-ci ildə Ontario əyalətində anadan olub. Şahzadə Edvard dairəsində yerləşən bir fermada böyüyüb. O, 1976-cı ildə Karleton Universitetində Siyasi Elmlər üzrə bakalavr dərəcəsinə yiyələnib. 1981-ci ildə Toronto Universitetinin Dram üzrə magistr təhsilinin bitiməzdən əvvəl, bir il Parisdə qalmış və fransız dili və mədəniyyətini öyrənmişdir. 1980-ci illərin əvvəllərində Akerman Montrealda yaşamış və sərbəst journalist kimi fəaliyyət göstərmişdir. Həmçinin, Montreal Gazette üçün teatr tənqidçisi kimi fəaliyyət göstərib və teatr tənqidi üzrə Nathan Cohen mükafatı alıb. Səksəninci illərin sonlarında o, ikidilli teatr şirkəti yaradır- Teatr 1774 (Theatre 1774) və özünün “L'Affaire Tartuffe”, “ Pəncərənin yanındakı qadın”, “ Celeste” və Mavi Valentina” kimi dram əsərlərini, eləcə də Avqust Strinberqin “ Xanım Culia” və Ulliam Şeksperin “ Ölçü üçün ölçü” əsərləri üzərində işlədiyi adaptələri səhnələşdirmişdir. Montreala gəlməzdən əvvəl Akerman altı il Fransada Avignon yaxınlığında yaşamışdır ( 1998-2004).
Mineral aqreqat
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraman bəyliyi
Qaramanoğulları bəyliyi (türk. Karamanoğulları Beyliği) — Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Bu səbəbdən Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Qaraman əyaləti
Qaraman əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Stiq Daqerman
Stiq Halvard Daqerman (isv. Stig Halvard Dagerman, 5 oktyabr 1923[…] – 4 noyabr 1954[…], Danderyud[d], Stokholm leni[d]) — isveçli jurnalist və yazıçı. İkinci Dünya müharibəsindən sonra yazan ən görkəmli İsveç müəlliflərindən biri idi. Stiq Daqerman 1923-cü ildə İsveçrənin Uppsala şəhərinin kiçik bir bölgəsində anadan olmuşdu. Anası o doğulduqdan qısa müddət sonra evi tərk etmişdi, atası isə işinə görə daim gəzməli olduğundan Stiq uşaqlığını öz baba və nənəsi ilə birgə keçirtmişdi. Gənc yaşlarından işçi qəzetində siyasi mövzularda şeirlər və məqalələr yazmağa başlayır. 1943-cü ildə Almaniya qaçqını olan Annemarie Götze ilə evlənir və bundan sonra Hitler Almaniyasına və militarizmə qarşı nifrətini bildirən əsərlər yazır. İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə müharibənin faciəvi təsirindən bəhs edən "İlan" adlı ilk romanını yazır. Tənqidçilər tərəfindən müsbət rəy alan Stiq növbəti il "Lənətlənmiş ada" adlı ikinci əsərini də yayımlayır. Frans Kafka, Alber Kamü, Vilyam Folkner kimi yazıçılardan olduqca təsirlənən ekzistensialist yazıçı əsərlərində qorxu, günahkarlıq, yalnızlıq hislərinə xüsusi yer verir, insan varlığının əzablı həqiqətlərini araşdırırdı.
German Abix
Vilhelm Herman Abix (alm. Otto Wilhelm Hermann von Abich‎; 11 dekabr 1806[…], Berlin[…] – 1 iyul 1886, Vyana[…]) — Almaniya geoloqu, səyyahı, tədqiqatçısı. == Həyatı == Otto Vilhelm Herman fon Abiх 1843-cü ildə Estоniyanın Tartu Universitetinin geоlоgiya kafedrasına dəvət оlunduqdan sоnra bütövlükdə Qafqazı, İranı tədqiq etmiş, Abşerоn yarımadasında və Хəzər dənizindəki bəzi palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geоlоji quruluşuna və 1859-cu il Şamaхı zəlzələsinə aid bir sıra əsərlər yazmışdır. О, Qafqaz dağlarının bir sıra hündür zirvələrindən yan keçsə də, оvalıq sahələrin хəritəsini kifayət qədər düzgün tərtib etmişdir. == İstinadlar == == Mənbə == Богачёв В. В., Гeрман-Вильгeльм (Гeрман Васильeвич) Абих, "Тр. Гeологич. института Азeрбайджанского филиала АН СССР", 1939, т. 12/63.
German Berterame
German Berterame (13 noyabr 1998-ci ildə Villa Mariyada anadan olub) — Argentina Primyera Diviziyası təmsilçilərindən olan San-Lorenzo klubunda hücumçu kimi çıxış edən peşəkar Argentinalı futbolçudur. == Klub karyerası == === San-Lorenzo === Berterame San-Lorenzo akademiyası vasitəsilə inkişaf etmişdir. Berterame öz peşəkar karyerasında debütünü 29 aprel 2017-ci ildə Gimnaziya La Plata klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Qonzalo Berqessionu əvəz etmişdir. Həmin görüşdə San-Lorenzo liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Argentina Superkuboku görüşləri daxildir.
German Burgos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
German Gesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.