Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akva alta
Akva alta ( – hərfi tərcümədə hündür su deməkdir) — italyan dilindən alınmış və Veneto vilayətində geniş istifadə olunan bir ifadə. Bu, xüsusi intensivliklə vaxtaşırı olaraq Adriatik dənizinin şimal hissəsindəki Venesiya laqununda yerləşən Venesiya və Kyocca şəhər rayonlarında pik həddə çatan güclü və dağıdıcı, Qrado və Triest liman şəhərlərində isə daha zəif daşqınlara səbəb olan təbiət fenomenidir. Kifayət qədər sıx baş verən bu təbii hadisə əsasən payızla yaz mövsümləri arasında müşahidə olunur. Bu dövrdə xüsusi meteoroloji şərtlərin köməyi ilə isti sirokko küləkləri Appenin və Balkan yarımadaları arasındakı Otranto boğazından başlayaraq, Adriatik dənizi hövzəsinin bütün uzunluğu boyunca əsir və ərazidəki şəhərlərdə suyun müntəzəm çəkilməsinə mane olurlar. == Səbəblər == Məişətdə istifadə edilən "acqua alta" termini ümumiləşdirilmiş şəkildə daşqın hadisənini ifadə edir. Texniki nöqteyi-nəzərdən isə, baş verəcək fenomenin təhlükəli olub olmamasını Venesiya şəhərindəki Punta della Salute hidroqrafik stansiyasında qabarmaların səviyyələrinə əsaslanan daha ciddi araşdırmalar nəticəsində müəyyən etmək mümkün olur. Normadan artıq qabarma hadisələrini aşağıdakı kateqoriyalara bölmək olar: intensiv qabarma — ölçülmüş dəniz səviyyəsinin hündürlüyü standart dəniz səviyyəsindən (bu standart 1897-ci il ərzində dəniz səviyyəsinin ölçülərinin ortalaması yolu ilə müəyyən edilmişdir) təxminən 80–109 santimetr daha artıqdır; daha intensiv qabarma — ölçülmüş dəniz səviyyəsi normadan təxminən 110–139 santimetr daha yüksəkdir; ekstremal daşqınlar — ölçülmüş dəniz səviyyəsi 140 santimetrə çatır və ya bu göstəricidən daha çox olur. Bütovlükdə, qabarmaların və çəkilmələrin səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdakı üç amildən asılıdır: Astronomik amil. O, göy cisimlərinin hərəkəti — ilk növbədə ayın, həmçinin günəşin və əhəmiyyəti o qədər də yüksək olmayan digər planetlərin təsiri nəticəsində yaranır (onların təsir gücü yer kürəsinə olan məsafədən asılı olaraq azalır). Bu amil astronomik mexanikanın qanunlarından asılıdır və dəqiq şəkildə hesablana və uzun müddətli dövr üçün (bir neçə il və ya onilliklər) proqnozlaşdırıla bilər; Geofiziki amil.
Akaa
Akaa — Finlandiyada şəhər.
Akka
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Akça
Akça (osman. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə. Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı.
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.
Avva
Avva və ya Aba (ivr.-aram. אבא, yun. ἀββᾶ) – arami-süryani dilində "ata". İvritcə אב (av), ərəbcə أب (abu), amharca አባት (abat) sözləri ilə eyni mənanı daşıyır. == Xristianlıqda == İlk dəfə olaraq, rahiblərə hörmətlə müraciət forması olaraq, abba sözü Suriyalı Efremin yazılarında rast gəlinir. Süryani, Qibti, Efiopiya kilsələrində "abun" ("atamız") şəklində olan söz kahinlərə, rahiblərə və yepiskoplara aid edilir. Fransada "avva" istənilən katolik keşişə aid edilən tituldur . == İstinadlar == == Xarici keçidlər == Богословско-литургический словарь Игум. Иннокентий (Павлов). Авва // Православная энциклопедия.
Akva İbom ştatı
Akva İbom ştatı (ing. Akwa Ibom) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat.
Kva
Kva, həmçinin Yeni Kva və ya Qərbi Kva — Niger-Konqo makroailəsinə daxil olan dillər ailəsi. Qərbi Afrikanın cənub-mərkəzi hissəsində yayılmışdır: Kot-d'İvuarın cənub-şərqində, cənubda və Qananın mərkəzində, Toqo və Beninin cənubunda yayılmışdır. Ailəyə başqaları ilə yanaşı, Akan dilləri də daxildir. == Yazısı == Bəzi kva dilləri üçün yazı ortada missionerlər tərəfindən təqdim edilmişdir. Latın əlifbasına əsaslanır və XIX əsrdə yaradılmışdır. İbtidai məktəblərdə bir çox dillər tədris olunur, tədris və dini ədəbiyyat, əfsanələrin qeydləri var. Radio yayımı, mətbuat və bədii ədəbiyyat əsas dillərdə nəşr olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bennett, Patrick R. & Sterk, Jan P. (1977) 'South Central Niger-Congo: A reclassification'. Studies in African Linguistics, 8, 241–273. Hintze, Ursula (1959) Bibliographie der Kwa-Sprachen und der Sprachen der Togo-Restvölker (mit 11 zweifarbigen Sprachenkarten).
Aksa (kanton)
Aksa fr. Axat — kanton, Fransanın Langedok-Russilyon bölgəsində yerləşən Od departamentinə tabedir. Limu rayonuna daxildir. Kantonun INSEE kodu 1103-dir. Aksa, kantonunda əsas olan 14 kommuna mövcuddur.
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Akça Xan
Alva Myurdal
Alva Myurdal (31 yanvar 1902[…], Uppsala[d][…] – 1 fevral 1986[…], Danderyud[d], Stokholm leni[d]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.
Alva Mürdal
Alva Myurdal (31 yanvar 1902[…], Uppsala[d][…] – 1 fevral 1986[…], Danderyud[d], Stokholm leni[d]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.
Cotula alva
Aka Gündüz
Aka Gündüz (əsl adı Hüseyn Avni, yaxud Enis Avni; 1885, Saloniki, Osmanlı imperiyası – 7 noyabr 1958, Ankara) — Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il "Gənc türklər" inqilabının iştirakçısıdır. == Yaradıcılığı == "Dikmen ulduzu" (1928), "Naməlum əsgər" (1930) romanlarının müəllifidir. "Bu torpağın qızları" (1927), "Üç qızın hekayəsi" (1933), "Yaylaq qızı" (1940), " Bir qızın nağılı" (1954) və sair əsərləri qadınların, xüsusilə gənc qızların həyatına həsr edilmişdir. Bəzi romanları əsasında ("Bir sürücünün gizli dəftəri" (1928), "İki süngü arasında" (1929) film çəkilmişdir. Aka Gündüzün yaradıcılığı türk ədəbi dilinin demokratikləşdirilməsində mühüm rol oynamışdır. Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur (1931-1943). == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı, 2009, səh.
Aka Morçiladze
Aka Morçiladze (gürc. აკა მორჩილაძე; 10 noyabr 1966, Tbilisi) — gürcü yazıçı. == Həyatı == Aka Morçiladze 1966-cı ildə anadan olub, əsərləri bir çox Avropa dillərinə tərcümə olunub. Hl-hazırda Londonda yaşayır. "Madatov adasına gediş və dönüş" postmodern üslubda yazılmış müəllifin ən məşhur romanlarından biridir. Əsərdə azərbaycanlılar və Bakıyla bağlı maraqlı süjetlər var. Ümumən, Aka Morçiladzenin şəxsində çağdaş gürcü ədəbiyyatı ilə tanış olmaq bizim oxucular üçün maraqlı olacaq. İki qonşu ölkənin bu gün ədəbiyyatını dəyərləndirmək baxımından bu roman xarakterikdir. == Əsərləri == Gürcüstan Noutbuklar, Bakur Sulakauri Nəşriyyat, 2013 Obolé, Bakur Sulakauri Nəşriyyat, 2011 Mameluk, Bakur Sulakauri Nəşriyyat, 2009 Bir Gürcüstanda, Saga nəşriyyatı, 2008 Köhnə Hearts və qılınc, Bakur Sulakauri Nəşriyyat, 2007 2007-ci il Tiflis Bakur Sulakauri, Nəşriyyat, Maid Kağız Bullet, Bakur Sulakauri Nəşriyyat, 2006, 2011 Venera yuxu, Bakur Sulakauri Nəşriyyat, 2005 Mr. Deaxley nin Silent Box, Bakur Sulakauri Nəşriyyat, 2005 Santa Esperanza, Bakur Sulakauri Nəşriyyat, 2004, 2008-ci il Kitab, Bakur Sulakauri Nəşriyyat, 2003, 2011 Digər, Bakur Sulakauri Nəşriyyat, 2002, 2011 Madatov adasına gediş və dönüş, Bakur Sulakauri Nəşriyyat, 1998, ISBN 978-9952-5672-3-6 Qarabağa gəzinti, 1992 Film - 2005.
Aka adası
Aka (yap. 阿嘉島) — Kerama adaları qrupuna daxil olan, Sakit okeanda yerləşən ada. İnzibati baxımından Yarponiyanın Okinava prefekturasına daxildir. Ada Okinava adasınadn 35 km qərbdə yerləşir. İqlimi subtropikdir == Mərcanlar, flora və fauna == Ada yaxınlığından Krusio cərəyanı keçir. Ada ətrafında olan mərcanlar fauna baxımından olduqca zəngindir. Bu səbəbdən ərziyə dayvinq və sporkelinq həvəskarları axışır. 1998-ci ildə Akada Yaponiya elimi-texniki agentliyinin (ing. Japanese Science and Technology Agency) Aka Okeanoloji laboratoriyası ing. Akajima Marine Science Laboratory (AMSL) fəaliyyətə başlamışdır.
Ava Qardner
Ava Qardner (ing. Ava Gardner; 24 dekabr 1922 — 25 yanvar 1990) — amerikalı aktrisa.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.
Xubilay Aka
Ava dövləti
Ava dövləti və ya Ava krallığı (birm. အင်းဝခေတ်) — 1364-cü ildən 1555-ci ilə qədər Yuxarı Birmada (Myanma) dominantlıq əldə etmiş krallıq. Birmanın şimalında, Myinge çayı üzərində, Çausxe vadisində yerləşirdi. Ava dövlətinin qurucusu Tadominbya (1364–1368) Birmada keçmiş Paqan krallığının torpaqlarını birləşdirməyə, şanları Birmanın mərkəzi hissələrindən çıxarmağa çalışırdı. Ava dövləti tərəfindən buddist məbədlər tikdirilmiş, monastır icması olan sanqhanı gücləndirilmiş, suvarma sistemi təkmilləşdirilmişdir. 1374-cü ildə Ava dövləti Arakanı, 1377-ci ildə Taunqu knyazlığını özünə birləşdirmişdir. 1373–1383-cü illərdə Şan və Pequ (cənubi Birma) dövlətləri ilə vuruşmuşdu, 1415-ci ildə İravadi deltasının qərb hissəsini tutmuşdur. Avada çəltikçilik və Çinlə karvan ticarəti inkişaf edirdi. Şri-Lanka ilə sıx əlaqə saxlanılmışdır. Həmçinin, Avada milli birman ədəbiyyatı yaranmışdır.
Frau Ava
Frau Ava (alm. Frau Ava, Ava von Göttweig, Ava von Melk‎; təq. 1060, Aşağı Avstriya[d] – 7 fevral 1127) — orta əsr alman rahibə, dini şairə. O, alman dilində hər hansı bir janrda ilk dəfə əsər yaratmış qadın hesab edilir. Ava xristianlıqda xilas və Məsihin ikinci gəlişi mövzularına həsr olunmuş beş şeirin müəllifidir. Onun Vəftizçi İohann və İsanın həyatına dair əsəri "ilk alman dastanı kimi yüksək qiymətləndirimişdir" == Əsərləri == Vəftizçi İohann (alm. Johannes der Täufer‎) İsanın həyatı (alm. Leben Jesu‎) Antixrist (alm. Antichrist‎) Son hökm (alm. Das Jüngste Gericht‎) == İstinadlar == == Əlavə ədəbiyyat == Ланггут.
Kubilay Aka
Kubilay Aka (12 aprel 1995, İstanbul) — Türkiyəli aktyor. == Həyatı == Kubilay Aka, 12 aprel 1995-ci ildə İstanbulda anadan olmuşdur. Anadolu Universiteti’ten məzun olduktan sonra aktyorluq təhsili aldı. İlk olaraq "Vatanım Sensin" adlı serialda Ali Kemal’i canlandırmışdır.
Kava de' Tirreni
Kava de' Tirreni (it. Cava de' Tirreni) — İtaliyanın Kampaniya regionunda şəhər.
Tomas Alva Edison
Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu-Cersi) — amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. == Həyatı == Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım". Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.
«Кара-коюнлу» (ковёр)