Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadçay
Azadçay — Göygöl rayonu ərazisindən axan çay. Uzunluğu 18 km, hövzəsinin sahəsi 52 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından (1700 m) başlayır. Kürəkçayın sol qoludur.
Amaday
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Kaoday
Vyetnam dilində tam adı "Kao Day Ten Onq Day Bo Tat Ma Xa Tat" olan cərəyan "Baş ruhun əyləşdiyi tavansız məbəd" kimi tərcümə edilir.[mənbə göstərin] Cərəyanın qurucusu Nqo Van Çieu Vyetnamda fransız müstəmləkə administrasiyasının məmuru olmuşdur. 1878-ci ildə Holone şəhərində doğulan Nqo Van koloniya məktəbində təhsil almış, mistika və spiritizmlə (ölülərin ruhu ilə əlaqə yaratmağın mümkünlüyünü iddia edən mistik təsəvvür) dərindən maraqlanmış, 1902-ci ildən isə spiritik seanslar təşkil etməyə başlamışdır. O, 1920-ci ildə Kao Day adlı ruhun bədəninə daxil olduğunu iddia etmiş və altı il sonra eyniadlı cərəyanı yaratmışdır. Mistikaya önəm verən Vyetnamın ziyalı təbəqəsinin yeni yaranmış cərəyana marağı qısa müddətdə xeyli artmışdı. Cərəyanın mərkəzi Sayqon şəhəri yaxınlığındakı Tey Nin yaşayış məntəqəsi seçildikdən sonra burada cərəyanın baş məbədi tikilmişdi. Onun layihəsi əsasında isə digər şəhərlərdə kiçik məbədlər inşa edilməyə başlamışdı. Cərəyanın qısa müddətdə nüfuz qazanmasının səbəbi fransız müstəmləkə hakimiyyətinin güclü dəstəyi idi. İlk məbədin açılışı münasibətilə təşkil edilən mərasimdə Cənubi Vyetnamda fransız administrasiyasının yüksək rütbəli məmurları, hətta Hind-Çinin general-qubernatorunun iştirak etməsi həmin dövlət dəstəyinin əyani göstəricisi idi. Şübhəsiz ki, fransızları cərəyanın Qərb meyilli olması cəlb etmişdi. Onun üzvləri arasında avropalaşmış ziyalılar – Vyetnamın katolik məktəblərində Qərb təhsili almış məmurlar da az deyildi.
Tatsuya Nakaday
Tatsuya Nakaday (仲代 達矢, 13 dekabr 1932, Tokio[d]) — Yaponiya aktyoru və rejissoru. 1932-ci ilin dekabr ayının 13-də Tokio şəhərində Motohisa Nakaday (仲代 元久) adı ilə dünyaya gəlib. Nakaday çox kasıb bir ailədə dünyaya gəldiyi üçün ali təhsil ala bilməmişdi və aktyor olmağa qərar vermişdi. O, Amerika filmlərini izləyir, Con Ueyn və Marlon Brando kimi aktyorlara pərəstiş edirdi. Günlərin birində, Tokioda geyim mağazasında kargüzarlıq edən bir gənc Masaki Kobayaşinin diqqətini cəlb edir və "Qalın divarlar arxasında" ("Qalın divarlı otaq"/ "Qalın divar") filmində baş rolu ifa etmək üçün dəvət alır. Beləcə, çox illər davam edəcək dostluğun başlanğıcı qoyulur. 1954-cü ildə Nakaday "Yeddi samuray" filmində bir neçə saniyəlik şəhərdə gəzən samuray obrazını canlandıraraq qarşımıza çıxır. Texniki olaraq "Yeddi samuray" filmi onun debütü hesab olunur. Çünki "Qalın divar" filminin buraxılması (release) mübahisli məsələlərin nəticəsində 3 il müddətinə saxlanılır. Bir aktyor kimi onun böyük uğuru Kobayaşinin rejissorluğu ilə ekranlaşdırılan "Qara nehr" filmində canlandırdığı gənc bir yakuza – Co obrazı ilə gəlir.
Bircə Akalay
Bircə Akalay (19 iyun 1984, İstanbul) — Türk aktrisa. 2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil aldı. Həmin il girdiyi İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamadı amma Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun oldu. 2004 Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil etdi və yarımfinala çıxdı.2004–2007-ci illər arasında Star TV və TV8də idman spikerliyi, həmdə Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq etmişdir.2007-ci ildə yayımlanan "Qədər" və "Sənin Üçün" seriallarında baş rolda oynamışdır.2008-ci ildə "Asi" adında serialda qonaq aktrist olaraq qatılmışdır.Bundan başqa 2008-də vizyona girən "Son Dərs" və 2009-un oktyabr ayında vizyona girən "Nəfəs" filmində rol almışdır. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi Sevirəm" filmində Əmrə Altuğ ilə baş rolları paylaşmışdır.2009-da atv-də yayımlanan "Qış nağılında" Zişan rolunda oynamışdır.Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam etmişdır.2010-cu ildə keçmiş əri Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer Göy Eşq serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə atv-də Baş Nazir Ədnan Menderesin həyatından bəhs edən Mən Onu Çox Sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırmışdır. 2013-cü ildə TRT 1-də yayımlanan Belə Bitməsin adlı seriala qonaq aktrist olaraq qatılmışdır. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu canlandırmışdır. Kiçik Ağa serialında baş rolu paylaşdığı Sarp Ləvəndoğlu ilə 1 avqust, 2014-cü ildə evlənmişdir. 2 il davam edən evlilikdən sonra 17 yanvar, 2017-ci ildə boşanmışdır.