Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amul
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Akula-zebr
Zebrli akula, akula-zebr (lat. Stegostoma fasciatum) — Zebrli akulalar fəsiləsinə aid yeganə balıq növü. Sakit və Hind okeanlarının tropik və subtropik sularında, bəzən isə Yapon dənizinin cənub hissələrində rast gəlinir. Zebrli akulasının uzunluğu 3,3 m-ə qədər çata bilər. Zəhər vəziləri olan kəskin tikanlı axçalara malikdir. Akula xərçəngkimilər və molyusklarla qidalanın və insan üçün təhlükəli hesab olunmur. Zebrli akula yumurta qoymaqla çoxalır.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Akyul (Xaybulla)
Akyul kəndi (başq. Аҡъюл) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyul kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Akyul kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 71 km., kənd sovetliyindən (Qaliəhməd): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 127 km. Ərazisində Yılayır çayı Samara çayına tökülür. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Amul şəhristanı
Amul şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Amül şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 343,747 nəfər və 93,194 ailədən ibarət idi.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Avul iyesi
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir . 1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .
Syzygium makul
Syzygium makul (lat. Syzygium makul) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Taha Akgül
Taha Akgül (22 noyabr 1990, Sivas) — olimpiyaçı, 125 kiloluq divizionda yarışan türkiyəli sərbəst güləşçi, Dünya və Avropa çempionudur. O, Karamanda Karamanoğlu Mehmetbey Universitetində bədən tərbiyəsi və idman üzrə təhsil almışdır. == Həyatı == Atası və qardaşının ardından Taha Akgül də 2003-cü ildə güləşə başlayıb. 2012-ci ildə təşkil edilən Yaşar Şərqi Beynəlxalq Güləş Turniri çərçivəsində 40 qızıl medal qazanıb. Serbiyanın Belqrad şəhərində keçirilən 2012 Avropa Güləş Çempionatında Taha Akgül ağırlıq kateqoriyasında çempion olub. O, 2012-ci ildə baş tutmuş Olimpiadaya qatılıb. Lakin, 16-cı turda rəqibi Rusiyadan Bilyay Makhova məğlub olduqdan sonra dörddəbir finala çıxa bilməyib. 2012-ci ildə Dünya Kubokunda keçirilən güləş üzrə Dünya Çempionatında Finlandiyanın Kuortane şəhərində ağırlıq kateqoriyasında qızıl medal qazanıb. Taha Akgül, Gürcüstanın Tbilisi şəhərində keçirilən 2013 Avropa Güləş Çempionatında Avropa çempionu ünvanını qazanıb. Macarıstanın Budapeşt şəhərində keçirilən 2013 Dünya Güləş Çempionatında bürünc medal qazanıb.
Zebrli akula
Zebrli akula, akula-zebr (lat. Stegostoma fasciatum) — Zebrli akulalar fəsiləsinə aid yeganə balıq növü. Sakit və Hind okeanlarının tropik və subtropik sularında, bəzən isə Yapon dənizinin cənub hissələrində rast gəlinir. Zebrli akulasının uzunluğu 3,3 m-ə qədər çata bilər. Zəhər vəziləri olan kəskin tikanlı axçalara malikdir. Akula xərçəngkimilər və molyusklarla qidalanın və insan üçün təhlükəli hesab olunmur. Zebrli akula yumurta qoymaqla çoxalır.
Avul iyəsi
Amül qiyamı
Amül qiyamı — maoçu İran Kommunistləri İttifaqı (Sərbədaran) təşkilatı tərəfindən İran hökumətinə qarşı silahlı üsyan. == Zəmin == İran Kommunistləri İttifaqı (Sərbədaran) və ya qısaca İKİ(S) xalq müharibəsini öz mübarizə xətti kimi qəbul edən maoçu bir təşkilat idi. Amül şəhristanı İKİ(S) tərəfindən inqilabi baza ərazisi kimi seçilmişdir. == Tarixi == 1982-ci ildə İKİ(S) Amül ətrafındakı meşələrdə qüvvələri səfərbər etmiş və İslam Respublikasına qarşı silahlı kampaniyaya başlamışdır. 25 yanvar 1982-ci ildə Siyamək Zaimin başçılığı ilə üsyan təşkil edilmişdir. Qiyam nəhayət uğursuz olmuş, bir çox İKİ(S) və maoçu liderlər güllələnmişdir. Zaim Amülü zorla geri aldıqdan sonra İnqilab Keşikçiləri tərəfindən həbs edilmiş və nəticədə atışmanın dayandırılmasına kömək etdiyi üçün verilən bəraətə baxmayaraq 1984-cü ildə edam edilmişdir. == Nəticəsi == Üsyanın uğursuzluğundan sonra İKİ(S) rəhbərliyinin və üzvlərinin əksəriyyətinin həbs edilməsi və ya öldürülməsi ilə çətin bir dövr keçirmişdir. Bundan sonra partiya daxilində müxtəlif nəzəri və siyasi böhranlar yaşanmışdır.
İsmail Akgül
İsmayıl Akgül (1986, Bolu ili) — məmur və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == İsmayıl Akgül 1986-cı ildə Bolu ilində anadan olub. Atatürk Universitetinin Ədliyyə Peşə Liseyindən məzun olub. 9 il mühafizə zabiti olaraq çalışıb. Dövlət Su İşləri (DSİ) Baş İdarəsinin Bolu 53-cü şöbəsində müdafiə rəisi vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Yeşilay Bolu şöbəsinin prezidenti olub. 2023-cü ildə MHP namizədi olaraq Bolu ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İsmayıl Akgül
İsmayıl Akgül (1986, Bolu ili) — məmur və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == İsmayıl Akgül 1986-cı ildə Bolu ilində anadan olub. Atatürk Universitetinin Ədliyyə Peşə Liseyindən məzun olub. 9 il mühafizə zabiti olaraq çalışıb. Dövlət Su İşləri (DSİ) Baş İdarəsinin Bolu 53-cü şöbəsində müdafiə rəisi vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Yeşilay Bolu şöbəsinin prezidenti olub. 2023-cü ildə MHP namizədi olaraq Bolu ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" - qara, "Kul" - göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. == Əhalisi == 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər . == Coğrafiyası == Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek - Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. == Tarixi == Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir . 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. == Coğrafiyası == Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.Kara-Kul şəhərinin yaxınlığında Toktoqul SES-nın istinad divarları yerləşir.
Kul-Oba
Kul-Oba (ukran. Куль-Оба; rus. Куль-Оба, krım tatar: Kül Oba; kırım tatarcasında "kül təpəsi" mənasını verir.) skiflərin dəfn tumulusu (kurqan), Krımın şərqində Kerç yaxınlığındadır.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Kül Tigin
Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken) — Şərqi Göytürk xaqanlığının başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs. Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir. == Etimologiyası == Rütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir. == Həyatı == Atası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi.
Qerzel-Aul
Qerzel-Aul (Yuxarı Qerzel) (çeç. Гезлой-Эвла) — Çeçenistan Respublikasının Qudermes rayonundakı kənddir. Qerzel-Aul kənd qəsəbəsinin inzibati mərkəzidir. == Coğrafiyası == Kənd, Aksay çayının sol sahilində, "Qafqaz" P217 federal yolu yaxınlığında, Qudermes bölgə mərkəzindən 25 km cənub-şərqdə və Qroznı şəhərindən 62 km şərqdə yerləşir. Ən yaxın kəndlər: şimal-şərqdə - Boraqanqeçuv kəndi, şərqdə Xamavyurt və Tsiyab-Tsoloda kəndləri, cənub-şərqdə Tuxçar kəndi, cənubda İşxoy-Yurt kəndi, qərbdə Koşkeldi və Biltoy-Yurt kəndləri və şimal-qərbdə Kadi-Yurt və Enqel-Yurt kəndləridir.. == Tarixi == Qerzel-Aul kəndinin əsası Kaçkalıqlılar tərəfindən qoyulmuşdur. A.V. Tverdiyə görə, adın mənası türk dilindəki güzel - "gözəl" sözündəndir, yəni "gözəl aul" mənasını verir. F. V Totoyev xəbər verir ki, əfsanələrə görə, Çingiz xan Çeçen dərələrinin çıxışında və girişində qüllələr tikdirmiş və daha sonra Mamay xana tabe olan valiləri, Çingizləri burada qoydu. Onlardan birinin, qərargahı Qerzel-Aulda qalan və çeçenlərin adətlərinə görə hökm sürən Yaxsay xanın adı xalqın yaddaşında qorunub saxlanılmışdır. 1812-ci ildə polkovnik-leytenant Butskovski Çeçen kəndləri arasında Xasa Mekent, Balçı, Qerzeli, Dadayurt və Umaracını qeyd edir ki, onlarda Qumıq knyazlarına tabe idi.
Tre Kul
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu — Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Yeni Aul
Yeni Aul (rus. Новый Аул) — Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən kəndlərdən biridir. == Coğrafiya == Məhərrəmkənddən 7 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ilin məlumatına görə kənddə 2760 nəfər yaşayır.
İssık-Kul
İssık-Kul(qırğ. Ысык-Көл - Isık-Köl). Qırğızıstanın şimal şərqində, Qazaxıstan sərhədinə yaxın bir bölgədə olan qapalı hövzə gölüdür. == Coğrafiya == Cənubi Amerikadakı Titikaka gölündən sonra dünyanın ikinci ən böyük dağ gölüdür. İssık-Kul dünyanın ən böyük krater gölüdür. Qarla örtülü dağlarla əhatələnmiş olmasına baxmayaraq, gölün suları heç vaxt donmur, buna görə gölün adı "istilik və ya isti, ilıq göl" mənasını verən qırğız dilində "Isık-Köl"dür. Qırğızlar bu gölü "Qırğızıstanın bermeti (incisi)" deyə adlandırmışlar. Gölün uzunluğu qərb-şərq istiqamətində 182 km, şimal-cənub istiqamətində eni 60 km-dir. Sahil xəttinin uzunluğu 988 km, səthinin sahəsi 6.236 km²-dir. Gölün orta dərinliyi 278 m., ən dərin yeri isə 668 m-dir.