Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağburun
Ağ Burun — Ağburun dağı — Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Ağburun dağı (Qaradağ) — Qaradağ rayonu ərazisində, Lokbatan qəsəbəsindən qərbdə dağ.
Cakuren
Cakuren (寂蓮, 1139 – 9 avqust 1202) və ya digər adı ilə Fucivara no Sadanaqa (藤原定長) – Yaponiya şairi və buddist keşişi. Səkkizinci imperiya antologiyası olan "Şin Kokinşu" (1205) əsərinin 8 müəllifindən biridir. == İlk illəri == Atası Şunkay məşhur şair Fucivara no Toşinarinin (Şunzey) balaca qardaşı idi. Şunkay 1150-ci ildə keşişlik etməyə başlayanda o, Şunzey tərəfindən oğulluğa qəbul edilmişdir. O, Şunzey davamçısı hesab olunurdu. Lakin Şunzeyin Nariie adlı qabiliyyətsiz oğlu və Fucivara no Sadaie adlı bacarıqlı oğlu olmuş, Sadaie 9 yaşına çatanda Sadanaqa Şunzeyin oğulluğundan çıxmış, din adamı olmuş və Cakuren adını götürmüşdür. == Yaradıcılığı == Cakuren həyatı boyunca saraydakı poeziya toplantılarında və müsabiqələrində aktiv iştirak etmişdir (xüsusilə, həyatının son 5–6 ilində). Keşiş olduqdan sonra müasiri Sayqyo kimi Yaponiya boyunca səyahətə çıxmış, səyahəti zamanı şeirlər yazmışdır. 1193-cü ildəki məşhur 600 raund poeziya müsabiqəsindəki iştirakı zamanı o, Şunzeyin şagirdlərini və ardıcıllarının maraqlarını rəqib Rokuco şairlərinə qarşı uğurla müdafiə etmişdir. Onun Rokuco şairlərindən biri olan Kenşo ilə deyişmələri, xüsusilə, məşhurdur.
Gakuran
Gakuran (学ラン) Yaponiyada orta və liseyə gedən kişi tələbələr tərəfindən geyinilən forma. Normalda rəngi qara olur, ancaq bəzi məktəblərdə dənizçi mavisi və ya tünd mavi ola bilər. Üst tərəfində bir yaxa var və bu yaxadan başlayaraq aşağıya qədər düymələri vardır. Düymələr ümumiyyətlə məktəb emblemi ilə bəzədilir. Şalvarlar bərk monoxromdur və qara və ya tünd bir kəmər taxılır. Kişilər ümumiyyətlə uniforma ilə birlikdə dəri və ya parça ayaqqabılar da geyinirlər. Bəzi məktəblərdə şagirdlərin yaxalarından kiçik bir broş asılır və bu məktəbin və ya sinfin dərəcəsini göstərir. Manqa və anime də baş qəhrəmanların və ya sərt uşaq personajlarının gakurası olduqca fərqli ola bilər; çox uzun və ya qısa gödəkçələr və ya adi haldan fərqlənən rənglər kimi. Kişi geyimlərinin yuxarı hissəsindəki ikinci düymə ümumiyyətlə onları sevən qızlara verilir və bir növ etiraf sayılır. Digər düymələrdə birdən çox qız istəsə verilə bilər.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Qakuran
Gakuran (学ラン) Yaponiyada orta və liseyə gedən kişi tələbələr tərəfindən geyinilən forma. Normalda rəngi qara olur, ancaq bəzi məktəblərdə dənizçi mavisi və ya tünd mavi ola bilər. Üst tərəfində bir yaxa var və bu yaxadan başlayaraq aşağıya qədər düymələri vardır. Düymələr ümumiyyətlə məktəb emblemi ilə bəzədilir. Şalvarlar bərk monoxromdur və qara və ya tünd bir kəmər taxılır. Kişilər ümumiyyətlə uniforma ilə birlikdə dəri və ya parça ayaqqabılar da geyinirlər. Bəzi məktəblərdə şagirdlərin yaxalarından kiçik bir broş asılır və bu məktəbin və ya sinfin dərəcəsini göstərir. Manqa və anime də baş qəhrəmanların və ya sərt uşaq personajlarının gakurası olduqca fərqli ola bilər; çox uzun və ya qısa gödəkçələr və ya adi haldan fərqlənən rənglər kimi. Kişi geyimlərinin yuxarı hissəsindəki ikinci düymə ümumiyyətlə onları sevən qızlara verilir və bir növ etiraf sayılır. Digər düymələrdə birdən çox qız istəsə verilə bilər.
Akura
Acura (azərb. Akura‎) — yapon avtomobil istehsalçısı Hondanın lüks və performans bölməsi. Acura Avropanın istehsalçıları ilə Şimali Amerika bazarında bərabər səviyyədə yarışan ilk Yapon premium markası oldu. Yeni avtomobillərin əsas üstünlükləri yenilikçi mühəndislik, yüksək keyfiyyətli və texniki avadanlıq və maksimum müştəri məmnuniyyətidir. == Adı və loqosu == Markanın adı dünyanın bir çox dilləri ilə ortaq olan latın dilindəki Aku (Acu) morfeminə əsaslanır. Bu dəqiqlik, etibarlılıq deməkdir. Bu morfemdən formalaşmış yeni söz Acura markasının təməl prinsipidir. Yeni markanın loqosu müasir mühəndislər tərəfindən istifadə olunan hissələrin dəqiq ölçülməsi üçün bir vasitədir - dəyişdirilmiş "A" hərfidir. Loqotipin məqsədi Acura avtomobilinin texniki və dizayn üstünlüyünü vurğulamaqdır. == Tarixi == Acura tarixi 1984-cü ilin fevral ayında - Honda yeni bir bazar seqmentinə daxil olmaq və yeni bir marka yaratmaq niyyətini təsdiqləyərkən başladı.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kuran
Kuran (Soyuqbulaq)
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Ajuran dövləti
Ajuran — Müasir Efiopiya və Somalinin ərazilərini əhatə edən XV–XVII əsrlərdə mövcud olmuş dövlət. Ajuran dövlətində əsas din islam idi. Bu ölkə qonşu tayfalar olan Javea və Oromo ilə tez-tez müharibələr aparırdı. Şərqi Afrikanın ən güclü dövləti olmuş və demək olar ki, bölgədəki bütün qəbilələri ələ keçirmişdir. İlk paytaxtı Mareeg,(Somali) ikincisi isə Kelafo (Efiopiya) olmuşdur. Digər böyük və əhəmiyyətli şəhərləri isə, Merka, Hobyo, Afgoyé, Mogadişu Gondershe və Baravadır. Osmanlı İmperatorluğu ilə də ticarət əlaqələri olmuşdur. Tüfəng və döyüş topu idxal etmiş və qarşılığında parça ixrac etmişdir. Portuqaliyanın təzyiqi dövlətin gücünü zəiflətmişdir. Osmanlı İmperatorluğunun komandirlərindən biri olan Mir Əli Bəy və ordusunun köməyi ilə Portuqaliyanın hücumundan xilas olmuşlar.
Akutan adası
Akutan adası (ing. Akutan Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı ərazisinə daxildir. == Etimalogiya == "Akutan" adı aleut mənşəllidir. Belə bir deyim vardır ki, bu isim "hakuta" adından törəmiş və mənası "Mən səhvlər edirəm" mənasını verir. == Coğrafiya == Adada aktiv olan akutan vulkanı vardır. Adanın sahəsi 334,13 km²-dir. Adada 713 nəfər yaşayır (2000). Əhali eyni adlı qəsəbədə yaşayır. ada müasir adı ilə ilk dəfə 1768-ci ildə Pyotr Kuzmiç və Mixail Levaşkov tərəfindən xəritəyə salınmışdır.
Arçrun Ovanisyan
Arçrun Ovannisyan və ya Artsrun Hovhannisyan (Erm: Արծրուն Կարապետի Հովհաննիսյան, 30 yanvar 1980, Cızıxlar, Qızıl Qoç rayonu, Ermənistan SSR) — Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi (2012–2020), Vazgen Sarkisyan adına Hərbi Universitetin Zabitlər Fakültəsinin Dekanı, hərbi ekspert, Ermənistan Mərkəzləşdirilmiş Məlumat Mərkəzində Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi. == Biqorafiya == Arçrun Karapetani Ovannisyan (Bəzən Artsrun olaraq transliterasiya edilir, Soyadındakı Հ (/h/) səsləri tələffüzdə ixtisar edilə bilər) 30 yanvar 1980-ci ildə Ermənistanın Şirak mərzinin Çoğamarq (Cızıxlar) kəndində anadan olmuşdur. 1997-ci ildə İrəvanda yerləşən Vazgen Sarqsyan adına Hərbi Akademiyanın Artileriya birləşmələri komandirliyi üzrə təhsil almağa başlamış və 2001-ci ildə buradan leytenant rütbəsiylə məzun olmuşdur və Ermənistan Silahlı Qüvvələrinin tank əleyhinə bölmələrində taqım komandiri olaraq hərbi karyerasına başlamışdır. 2002-ci ildə bölük komandiri, 2004-cü ildə isə alay komandiri təyin edilmişdir. 2010-cu ildən Ermənistan Elmlər Akademiyasının Beynəlxalq Elm və Təhsil Mərkəzind tarix üzrə magistr təhsilinə başlamış, həmçinin həmin ildən etibarən Ermənistan Prezidenti yanında Siyasi Araşdırmalar İnstitutunda hərbi mütəxəssis kimi işləməyə başlamışdır. 2012-ci ildə magistr dərəcəsi almışdır. Həmin il, Ermənistan Müdafiə Nazirliyinin məktbuat xidmətinin katibi vəzifəsinə təyin edilmişdir. 2013-cü ildə Ermənistan Elmlər Akademiyasının Tarix İnstitunda aspirant təhsilə başlamış və 2014-cü ildə tarix elmləri namizədi dərəcəsini almışdır. Arçrun Ovannisyan 2013-cü ildən İrəvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Jurnalistika fakültəsində dərs demiş, 2014-cü ildən etibarən akademik fəaliyyətinə Vazgen Sarqsyan adına Hərbi Akademiyada davam etmişdir. 2020-ci ilin mart-iyul aylarında o, Ermənistan Müdafiə Nazirliyinin V. Sarkisyan adına Hərbi Universitetinin marşal Hovhannes Bağramyan adına komandanlıq fakültəsinin rəisi olub.
Arçrun Ovannisyan

Ağburun (dağ)
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağburun dağı

Boris Akunin
Boris Akunin (əsl adı Qriqori Şalvoviç Çxartişvili, gürcü: გრიგორი შალვას ძე ჩხარტიშვილი; 20 may 1956[…], Zestafoni və ya Tbilisi) — rus yazıçısı, yaponşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim. Ayrıca Anatoli Brusnikin, Anna Borisova ədəbi təxəllüsləri ilə nəşr edilib. O, daha çox detektiv və tarixi fantastika üslubunda yazan yazıçı kimi tanınır. Akunin həm də esseist və bədii tərcüməçidir. Onun əsərlərinin personajları arasında Erast Fandorin, Nikolay Fandorin və Pelaqeya bacı məşhurdur. Akunin siyasi bəyanatları və Rusiya prezidenti Vladimir Putin rejimini tənqid etməsi ilə tanınır. Belə ki, Çxartişvili "Liberation" qəzetinə müsahibəsində Putini "sevilməkdən daha çox qorxutmağı üstün tutan imperator Kaliqula" ilə müqayisə edib. Putinin isə öz növbəsində onun bu mövqeyinin, Qriqori Çxartişvilinin gürcü mənşəli olmasına görə şəxsi narazılığı ilə bağlı olduğunu bidirib (Qeyd edək ki, 2008-ci ildə Rusiya–Gürcüstan müharibəsi dövründə, Rusiya Gürcüstanı bombalamışdı). Boris Akunin Rusiyanı tərk edərək 2014-cü ildən Londonda yaşayır. == Həyatı == Qriqori Çxartişvili artilleriya zabiti, Böyük Vətən Müharibəsi iştirakçısı, Qırmızı Ulduz ordeninin kavaleri.
Nikolay Kakurin
Nikolay Yevgenieviç Kakurin (rus. Никола́й Евге́ньевич Каку́рин; 4 sentyabr 1883, Oryol – 29 iyul 1936, Yaroslavl) — Rusiya və SSRİ hərbçisi, tarixçisi və publisisti. 1922-ci ildə Buxara-Fərqanə ərazisindəki sovet hərbi birləşmələrinin komandanı kimi basmaçılara qarşı mübarizədə fəal iştirak etmişdi. Üçcildlik "Vətəndaş müharibəsi tarixi"nin əsas müəlliflərindən biridir. Həbsxanada ölmüşdür. Бойко О. Д. Какурін Микола Євгенович // Енциклопедія історії України : у 10 т. / редкол.: В. А. Смолій (голова) та ін. ; Інститут історії України НАН України. — К.: Наукова думка, 2007. — Т. 4 : Ка — Ком.
Radif Akçurin
Radif Qaley oğlu Akçurin (rus. Радиф Галеевич Акчурин; 1 iyun 1985) — kureş güləşi üzrə dünya çempionu. Başqırdıstan Respublikasının Fyodorvski rayonunda anadan olmuşdur. "Batır" yeniyetmələr klubunun şagirdi, rəhbərlərindən biri atası Qaley Zaynulloviç Akçurin olmuşdur. Radif rayonlar arası keçirilən sabantuy yarışlarının bir neçə dəfə qalibi olmuşdur. 28 iyun 2008-ci ildə 90 kq-dan yuxarı çəki dərəcəsində Başqırdıstan Respublikası kureş milli güləşi üzrə turnirin qalibi olmuşdur, turnir "Batır-2008" sabantuy yarışlarının rayon və şəhər qalibləri arasında keçirilirdi. 16 aprel 2010-cu ildə Başqırdıstan kənd idman oyunları hesabat yarışlarında birinci yeri tutmuşdur. 24 aprel 2010-cu ildə Ufada keçirilən Böyük Vətən Müharibəsi Qələbəsinin 65-ci ildönümünə həsr olunmuş kureş milli güləş üzrə açıq respublika turnirində birinci yeri tutmuşdur. 12 İyun 2010-cu ildə Başqırdıstan Respublikasının İşimbay rayonunda keçirilən Salavat Yiynı bayramında kureş güləşçiləri arasında mütləq çempion adını qazandı.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Konakpınar, Gürün
Konakpınar (nahiyə mərkəzi) — Sivas vilayətinin Gürün rayonunda kənd. == Coğrafiya == Sivas vilayətindən 108 km, Gürün rayonundan isə 30 km məsafədədir.