Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anjen
Anjen (fr. Engins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 2007-ci il üçün əhalisi 481 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Antena
Antena — elektromaqnit dalğalarının şüalandırılması və qəbulu üçün istifadə olunan radiotexniki qurğudur. Antena istənilən radioverici və radioqəbuledici qurğunun əsas tərkib hissələrindən biridir. Bu qurğuların işinin effektivliyi antena-fider sisteminin düzgün seçilməsindən və razılaşdırılmasından əhəmiyyətli dərəcədə asılı olur. Antena-fider sistemləri aviasiyada xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, burada radiotexniki sistemlərə və vasitələrə spesifik tələblər qoyulur. Müasir hava limanları və gəmiləri tərkibində antena olan müxtəlif lokasiya, naviqasiya və rabitə qurğuları ilə təmin olunur. Antenanın növü, onun konstruksiyası və parametrləri həlli tələb olunan məsələnin xarakterindən asılı olur. Burada rupor, dalğaötürən-yarıq, parabolik-güzgü və s. antenalardan geniş istifadə olunur. Bu qurğular ifratyüksək tezlikli (İYT) şüalanma mənbələri olub, bəzi hallarda insan orqanizmi üçün təhlükəlidirlər.
Antep
Qaziantep — Türkiyənin Qaziantep ilinin inzibati mərkəzi.
Antey
Antey (yun. Ανταίος, qədim yun.Antios) — qədim yunan mifologiyasında nəhəng, Liviya hökmdarı, Poseydon (dəniz allahı) və Geyanın (Yer ilahəsi) oğlu. Yerdən qüvvət alan Antey yenilməz idi. Bunu bilən Herakl Anteyin ayağını yerdən üzərək onu havada boğmuşdur. == Xarici keçidlər == Vikianbarda Antey ilə əlaqəli mediafayllar var.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Anyen
Anyen (fr. Agnin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38003. Kommunanın 2007-cu il üçün əhalisi 789 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 167 ilə 331 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənubda, Liondan 75 km qərbdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Aytən
Aytən — Qadın adı.
Banten
Banten İndoneziyadakı Yava adasında ən qərbdə olan bölgədir. Onun əyalət paytaxtı Seranqdır. Vilayət Qərbi Yava və şərqdə Cakartanın xüsusi paytaxt bölgəsi, şimalda Yava dənizi, cənubda Hind okeanı və qərbdən Zond boğazını qonşu Sumatra adasından ayıran bölgədir. Bantenin əhalisi rəsmi olaraq, 2014-cü ilin əvvəlində 11,834,087 səviyyəsində, 2010-cu il siyahıyaalma zamanı 10,6 milyon nəfərdən çox olub. Əvvəllər Qərbi Yava əyalətinin bir hissəsi olan Banten 2000-ci ildə ayrı bir vilayətə çevrildi. Bölgə qonşu İndoneziyanın Sumatra adasına tranzit dəhlizdir. Tarixən Yava və digər İndoneziya arxipelaqının digərlərindən fərqli bir mədəniyyətə sahib idi. Son illərdə şimal yarısı, xüsusilə Cakarta və Yava dəniz sahilləri yaxınlığında bölgələr əhalinin və şəhərləşmənin sürətli artımını yaşadı, cənub yarısı isə xüsusən də Hind okeanı ilə üzbəüz, ənənəvi xarakterini daha çox qoruyur. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Banten haqqında səyahət məlumatları var.
Xanten
Ksanten — Almaniyanın Şimali Reyn — Vestfaliya əyalətində iştirak edən bir şəhərdir. Şəhərin əhalisi 31 dekabr 2010 statistikasına görə 21.572 nəfərdir.
Anton (İzer)
Anton (fr. Anthon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Şeryuy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38011. Kommunanın 1999-cu il üçün əhalisi 917 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 182 ilə 249 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 26 km şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Anton Mailyan
Anton Sergeyeviç (Sarkisoviç) Mailyan (erm. Անտոն Սարգսի Մայիլյան; 16 (28) mart 1880, Tiflis – 20 aprel 1942, Bakı) — erməni bəstəkarı, xormeyster, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1930). == Həyatı == Anton Sergeyeviç (Sarkisoviç) Mailyan 1880-ci il martın 28-də Tiflis şəhərində anadan olmuşdur. İlk təhsilini Nersisyan məktəbində almışdır. İlk musiqi təhsilini Tbilisidəki Müəllimlər Seminariyasında Makar Yekmalyan, Xristofor Qara-Mirzə kimi bəstəkarlardan almışdır. 1900–1903-cü illərdə Rus Musiqi Cəmiyyətinin nəznindəki Tbilisi musiqi məktəbində N.D.Nikolayevin bəstəkarlıq sinfində oxumuşdur. Qısa müddət Tbilisidəki Müəllimlər Seminariyasında dərs demişdir. 1906-cı ildə Bakıya köçərək, burada yaşayıb yaratmışdır. 1918–1919-cu illərdə Tbilisidə musiqi dərsi vermişdir. 1920-ci ildə yenidən Bakıya qayıtmış və sosialist Bakısında fəaliyyət göstəmişdir.
Anton Makarenko
Anton Makarenko (13 mart 1888[…] və ya 1 (13) mart 1888, Belopolye[d], Xarkov quberniyası[d] – 1 aprel 1939[…], Qolitsıno[d], Moskva vilayəti) — SSRİ pedaqoqu və yazıçısı. == Həyatı == Sovet məktəb və pedaqoji fikrin ən məşhur siması əslən ukraynalı Anton Semyonoviç Makarenkodur. O, Poltava Müəllimlər İnstitutunu qızıl medalla bitirmiş və Kryukova ibtidai məktəb müfəttişi vəzifəsinə təyin olunmuşdur. A. S. Makarenko 1920-ci ildə davranış pozuntusu olan yeniyetmələr koloniyasına müdir təyin olunmuşdur.1926-cı ilin may ayında bu koloniya bərbad halda olan Kuryajdakı koloniya ilə birləşdirməli oldu. Bunun üçün koloniya Kuryaja köçdü. Makarenkonun rəhəbrlik etdiyi koloniyada 150-yə yaxın uşaq və yeniyetmə olduğu halda, Kuryajdakı koloniyada 280 uşaq vardı. Makarenkonun Qorki adına Koloniyadan gətirdiyi yaxşı ənənələrin dağılması və çoxluqda olan kuryajların təsiri altına düşüb əriməsi qorxusu vardı, lakin Makarenkonun çox incə, psixoloji cəhətdən dəqiq düşünülmüş pedaqoji taktı və tədbirlər sistemi bu çətinliyə qalib gəldi. 1927-ci ildə Ukrayna çekistlərinin toplamış olduğu vəsait hesabına Dzerjinskiyə xatirə olaraq onun adına yurdsuz uşaqlar üçün bir kommuna təşkil etmək qərara alındı. 1927-ci ilin axırlarında kommunanın rəsmi açılışı oldu. Onun rəhbərliyi ilə idarə olunması A. S. Makarenkoya tapşırıldı.
Anton Muxlinski
Anton Osipoviç Muxlinski (rus. Антон Осипович Мухлинский; 1808[…] – 13 oktyabr 1877, Varşava) — polyak Rusiya türkoloqu. == Həyatı == Anton Osipoviç Muxlinski 1808-ci ildə anadan olmuşdur. 1828-ci ildə Vilnus Universitetini bitirmişdir. Daha sonra şərq dillərini araşdırmaq üçün Sankt-Peterburq Universitetinə daxil olmuş və 1836–1839-cu illərdə orada ərəb dilindən dərs vermişdir. 1839-cu ildə isə türk dilləri üzrə professor adını qazanmışdır. 1849–1866 illərdə Peterburq Universitetinin şərq dilləri kafedrasında çalışmışdır. Öz dövrünün türkoloqları arasında xüsusi yer tutmuş Muxlinski 1858-ci ildə "Zrodloslownik wyrazöw ktöre przeszly do naszej mowy z jçzyköw wschodnich" elmi əsərində polyak dilindəki türk alınmaları araşdırmışdır. Müəllifin 1857-ci ildə nəşr edilmiş "Issledovanie o proishozdenii i sostojanii Litevskih tatar" adlı çalışması türkologiya üçün dəyərli bir əsərdir. Anton Muxlinski 13 oktyabr 1877-ci ildə Varşavada 69 yaşında vəfat etmişdir.
Anton Obolaşvili
Anton Obolaşvili (gürc. ანტონ ობოლაშვილი) gürcü siyasətçi. 2020-ci illər arasında Gürcüstan Parlamentinin üzvü olub.
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir. Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır. Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər.
Anton Povolnı
Anton Povolnı (alm. Anton Powolny‎; 29 avqust 1899, Vyana – 30 may 1961, Vyana) — Avstriyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. == Karyera == Əsl peşəsi polis olan Povolnı, futbol oynamağa Vyananın " Avstriya" klubunda başlayır. 1916-cı ildə komandanın əsas heyətində debüt edir. "Avstriya"dakı futbolçuların əksəriyyətinin Birinci Dünya Müharibəsinə yollanması onun əsas heyətdə möhkəmlənməsinə kömək olur. 1921-ci ildə Povolnyı Avstriya ikinci divizionunda yarışan "Ober Sent Veyt" klubuna, oradan da bir neçə ay sonra 1921/22 mövsümündə ilk çempionluğunu qazandığı "Viner Şport Klub" komandasına keçir. 1924-cü ildə "Viner Alf" komandasına transfer olunur. Ancaq burada çox qalmır və İtaliyanın "Recana" klubuna transfer olunur. Burada ilk mövsumundə 22 oyuna 15 qol vurur.
Antun Saada
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Antun Səadə
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Ayten Mutlu
Aytən Mutlu, Türk şairəsi. 1952-ci ildə Balıkəsirin Bandırma kəndində anadan olub. İstanbul Universiteti İşlətmə Fakültəsini bitirib. Ulduz Tekniki Universitetinin İnşaat Mühəndisliyi Fakültəsindəki təhsilini 3-cü kursdan yarımçıq qoyub. İlk deneme, öykü ve şiirleri, ortaokul yıllarından başlayarak yerel gazetelerde yayımlandı. Daha sonra İmece, Yazko Edebiyat, Edebiyat 81, Varlık, Hürriyet Gösteri, Yaşasın Edebiyat, Şiirlik, Yeni Biçem, Düşlem, Sombahar, Ludingirra, öteki-siz, Şiiri Özlüyorum dergilerinde ve değişik gazetelerde deneme ve inceleme yazıları ile şiirleri yayımlandı. 1997 İbrahim Yıldızoğlu Şiir ödülünde birinciliğe, 2001’de Yalova Uluslararası Şiir Etkinliğinin Şiir ödülüne 2005’de M.Sunullah Arısoy şiir ödülüne değer görüldü. Ayten Mutlu'nun imgelerle yoğunlaştırılmış şiirinde bir yandan korkunun ve güzelliğin uyumlu bir biçimde birbirine karıştığı bir dünyanın kapıları aralanırken, öte yandan da onun kendisiyle mücadelesininin yansıdığı lirik bir atmosfer görülür.
Aytən Alpman
Aytən Alpman (20 noyabr 1931, İstanbul – 20 aprel 2012, İstanbul), Türk pop musiqisi ve caz sənətçisi. == Həyatı == Nişantaşı Qız Liseyində və Ərənköy Qız Liseyində təhsil almışdır. Liseydən sonra İlham Gencerin solistlik təklifi ilə İstanbul Radiosunda işləməyə başlamışdır. Daha sonra Arif Mardin ilə tanış olmuş və onun təklifi ilə caz musiqiləri oxumağa başlamışdır. 1953-cü ildə İlham Gencer ilə evlənmiş, 1960-cı ildə ondan ayrılmışdır. 1959-cu ildə ilk albomu "Sayonara/Passion Flower"i yayınlamışdır. 1963-cü ildə işləmək üçün İsveçə getmiş, üç il sonra Türkiyəyə dönmüşdür. Fecri Ebcioğlunun israrları ilə türkcə oxumağa başlamış və ilk çalışması - "İnan Bana / Ayrıldık Yalnızım"ı hazırladı. 1968-ci ildə Ümid Aksu ilə evlənmişdir. Fecri Ebcioğlu ilə birlikdə işlədikləri "Sensiz Olamam" ilə ilk böyük çıxışını etmişdir.
Aytən Mustafayeva
Aytən İnqlab qızı Mustafayeva (23 may 1968, Bakı) — hüquq elmləri doktoru, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru. Milli məclisdə insan hüquqları komitəsinin üzvü. == İstinadlar == == Xarici keçidlər == Aytən Mustafayeva: Azərbaycanda insan hüquq və azadlığının təminatı yüksək səviyyədədir AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutuna direktor müavii təyin olundu.
Aytən Mustafazadə
Aytən İnqlab qızı Mustafayeva (23 may 1968, Bakı) — hüquq elmləri doktoru, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru. Milli məclisdə insan hüquqları komitəsinin üzvü. == İstinadlar == == Xarici keçidlər == Aytən Mustafayeva: Azərbaycanda insan hüquq və azadlığının təminatı yüksək səviyyədədir AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutuna direktor müavii təyin olundu.
Aytən Səfərova
Piriyeva Aytən Sədaqət qızı (doğum soyadı: Səfərova; Ağsu) — azərbaycanlı jurnalist, teleaparıcı. == Həyatı == Aytən Sədaqət qızı Səfərova martın 18-də Azərbaycanın Ağsu şəhərində anadan olub. 6 yaşından etibarən ailəsilə birlikdə Rusiyanın Tümen vilayətinin Nyaqan şəhərinə köçüb. Lakin bir neçə ildən sonra balaca qardaşı Arazın faciəvi şəkildə vəfatından sonra yenidən ailəliklə Azərbaycana qayıdıblar. Əmək fəaliyyətinə "Ayna"-"Zerkalo" qəzetlərində başlayıb. 1998-ci ilin aprel ayından etibarən ANS ÇM radiosunda fəaliyyətə başlayıb. Əvvəlcə radioda xəbər buraxılışlarının və "İsti-İsti" verilişinin aparıcısı, daha sonra ANS TV-də "Pressing", "İç xəbər" və "Xəbərçi" verilişlərinin prodüseri, "İç xəbər" verilişinin müxbiri və aparıcısı, "Xəbərçi" verilişinin aparıcısı, prodüseri, Baş aparıcı-redaktoru vəzifələrində çalışıb. 2005-ci il yanvarın 28-də ailə qurub. 2006-cı il yanvarın 23-də Ayza adlı qız övladı dünyaya gəlib. Bir müddət televiziyadan ayrılsa da (analıq məzuniyyəti) 2007-ci ilin may ayında yenidən ANS TV-yə işə qayıdıb.
Aytən Səfərəliyeva
Aytən Səfərəliyeva — Jurnalist. == Həyatı == Aytən Səfərəliyeva 1983-cü il fevral ayının 2-sində anadan olub. 2000-ci ildə orta məktəb məzunu olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. 2005-ci ildə eyni fakültənin beynəlxalq jurnalistika üzrə magistratura bölməsini bitirib. "Lider" telekanalında yayımlanan "Zəif Bənd" , "Milyonçu" verilişində redaktor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasında yayımlanan "Sözün sirri" verilişinin müəllifi, eyni zamanda həmin telekanalda yayımlanan "Çoxbilmişlərdənsinizmi?" verilişinin redaktoru vəzifəsində çalışır. Bir sira layihələrin müəllifidir . Fəaliyyəti Aytən Səfərəliyeva — Jurnalist Aytən Səfərəliyeva Məmməd qızı 1983-cü il fevral ayının 2-sində Beyləqanda (Azərbaycan) anadan olub. Hümmət təşkilatı, Fəhlə hərəkatının üzvü, inqilabçı Xanlar Səfərəliyevin nəslindəndir.
Aytən İsmixanova
Aytən Nuru qızı İsmixanova (3 sentyabr 1968, Bakı) — azərbaycanlı bəstəkar, aranjimançı, mahnı sözlərinin müəllifi. == Həyatı == Aytən Nuru qızı İsmixanova 1968 il 3 sentyabr tarixində Bakıda ziyalı ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə çox böyük həvəsi olduğundan valideynləri ona kiçik bir elektropiano alır. Bu pianoda Aytən eşitdiyi musiqiləri dəqiqliyilə təkrar edəndə hamı təəccüblənirdi. Qonşuluqda iki baçı Asəf Zeynallı adına musiqi texnikumunda təhsil aldığından Aytən ifalarını dinləmək üçün tez-tez onlara qonaq gedərdi. Evə qayıdanda o, eşitdiklərini dərhal öz pianosunda təkrar edərdi. Bakının mərkəzi klinikaların birində Aytənin anası Tamilla xanım müalicə alarkan mərhum bəstəkarımız Süleyman Ələsgərovla tanış olur. Qızının istedadı haqqında ona danışanda bəstəkarımız balaca qızcığazla tanış olmaq istəmişdir. Aytənin anası qızını Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına professor Süleyman Ələsgərovun yanına aparır. Professor Aytəni dinlədikdən sonra anasına: "Bu qızın yeməyini, içməyini piano arxasına gətirin ki, o daim məşğul olsun!
Savin-le-Lak (кантон)
Savin-le-Lak (fr. Savines-le-Lac) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0521. Savin-le-Lak kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Savin-le-Lak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 1 911 nəfər təşkil edirdi.