AĞDƏN

(Culfa)
arpa-buğda. – Bu il ağdən yaxşıdı
AĞÇÖƏZƏ
AĞDİZDİX’
OBASTAN VİKİ
Ağdəniz heykəli
Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu. == Haqqında == Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir. Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir. İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur. Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır. == Yerləşdirilməsi == Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.