Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arbini
Arbini (fr. Arbigny) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01016. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 399 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 250 nəfər arasında (15-64 yaş) 188 nəfər iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.2%, 1999-cu ildə bu 72.7%). Aktiv 188 sakindən 173 nəfəri (98 kişi və 75 qadın), 15 nəfəri işsizdir (8 kişi və 7 qadın). Fəal olmayan 62 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Arbitraj
Arbitraj (maliyyə)
Orbiter
Orbiter — planet və ya başqa səma cismi ətrafında dövr edən kosmik gəmidir.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Arbat
RusiyaArbat (Moskva)ErmənistanArbat (Ermənistan)İranArbat (Miyanə)
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
Aeronautics Orbiter
Orbiter Mini UAV pilotsuz təyyarəsi hərbi və təhlükəsizlik məqsədləri üçün yığcam və yüngül qurğu olaraq dizayn edilmiş aparatdır. İlk çıxdığı gündən Yaxın Şərq bölgəsində əməliyyatlarda uğurlu olmuşdur. Aşağı təhlükəli toqquşmalarda və şəhər içi savaşlarda, eləcə də istənilən qısa məsafəli əməliyyatlarda kəşfiyyat üçün işlədilə bilər. İsrailin Aeronautics Defense Systems Ltd. adlı şirkəti tərəfindən istehsal olunub. 60 ədəd Orbiter Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir. Qurğu 15 km məsafəni qət edə bilir.
Arbitraj (dəqiqləşdirmə)
Arbitraj (maliyyə)
Arbitraj (hüquq)
Arbitraj (en.Arbitration, ru.Арбитражный суд)— qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. Vikipediyada Arbitraj komitəsi və ya AK - (en.Arbitration committee, ru.Арбитражный Комитет) idarəçilərdən və bürokratlardan təşkil edilmiş xüsusi komitədir. Bütün mübahisəli məsələlər və məqalələr Arbitraj komitəsində müzakirəyə çıxarıldıqdan sonra onlarla bağlı yekun qərar qəbul edilir. == Həmçinin bax == İstifadəçi qrupları Vikipediya Vikimediya Arbitraj == Xarici keçidlər == The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Arbitraj (maliyyə)
Arbitraj — Qiymət fərqinə əsaslanaraq mənfəət əldə olunması və ya ziyandan qaçılması əməliyyatı. Eyni qiymətli kağızlar müxtəlif birjalarda eyni vaxtda fərqli qiymətlərə satılır. Bu zaman alış və satış qiymətləri arasında mövcud olan fərq bir birjaya nisbətdə digərində əlavə mənfəət qazanmaq və ya ziyandan yayınmaq imkanı yaradır. Arbitraj bazarda səmərəliliyin aşağı olması nəticəsində meydana çıxır və arbitraj nəticəsində müxtəlif bazarlarda qiymət uyğunsuzluğu aradan götürülür.
Arbitraj komitəsi
Arbitraj (en.Arbitration, ru.Арбитражный суд)— qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. Vikipediyada Arbitraj komitəsi və ya AK - (en.Arbitration committee, ru.Арбитражный Комитет) idarəçilərdən və bürokratlardan təşkil edilmiş xüsusi komitədir. Bütün mübahisəli məsələlər və məqalələr Arbitraj komitəsində müzakirəyə çıxarıldıqdan sonra onlarla bağlı yekun qərar qəbul edilir. == Həmçinin bax == İstifadəçi qrupları Vikipediya Vikimediya Arbitraj == Xarici keçidlər == The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Arbitraj sövdələşməsi
Arbitraj müxtəlif bazarlarda qiymət fərqindən istifadə edilərək gəlirin əldə edilməsi prosesidir. Başqa sözlə, qiymət fərqindən yararlanmaq üçün valyutanın, əmtəənin, qiymətli kağızların və hissə sənədlərinin satılmasına arbitraj deyilir. Yəni, əgər hər hansı bir məhsulun qiyməti A bazarında B bazarı ilə nisbətdə aşağıdırsa, kimlərsə (əksər hallarda bunlar peşəkar treyderlər olurlar) qiymət fərqindən istifadə edərək həmin məhsulu A bazarından alaraq B bazarında satırlar və bununla da qiymət fərqinin böyüklüyündən asılı olaraq az və ya çox dərəcədə gəlir əldə edirlər. Gəlin ilk öncə arbitrajın yaranmasının səbəbini öyrənək. Arbitraj ümumi bazarın effektiv işləməməsi, bir sözlə, bazarda baş verən səmərəsizlik nəticəsində ortaya çıxır. Belə ki, hər iki bazarın bir-birindən xəbərdar olmaması nəticəsində böyük qiymət fərqləri meydana gəlir. Arbitraj isə əslində bu fərqlərin aradan qaldırılmasında danılmaz rol oynayır. Bəs bu necə baş verir? Sadəcə olaraq, tələb və təklif qanununu tətbiq etməklə cavabı tapmaq mümkündür. İlk öncə, alıcı qismində treyderlerin sayı A marketində artır, yəni ümumi tələb çoxalır, bu isə öz növbəsində həmin məhsulun qiymətinin artmasına səbəb olur.
Beynəlxalq arbitraj
Beynəlxalq arbitraj— Arbitraj mübahisələrin həlli üçün milli məhkəmələrin yurisdiksiyasına alternativ bir metoddur və yalnız qanunla icazə verilmiş mübahisələrin həllini tərəflərin müəyyən etdiyi bir və ya daha çox müstəqil üçücü tərəfə — arbitra verir. Beynəlxalq arbitraj iki dövlət arasında, ya da bir dövlətlə beynəlxalq bir təşkilat arasında, ya da xüsusi bir şəxs və ya özəl qurum ilə dövlət arasında, ya da xüsusi bir qurum və ya fərqli millətlərdən olan insanlar arasındakı arbitraj deməkdir. == Tarixi == Dövlət sferasında beynəlxalq arbitrajın tarixi Jay sazişinə əsaslanır. 1794-cü ildə Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatları arasındakı bu müqavilə 1872-ci ildə Alabama müqaviləsi üçün bir model rolunu oynadı. Bu müqavilə imzalandıqdan sonra beynəlxalq müqavilələrdə arbitraj maddəsi istifadə edilməyə başlandı. Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında 1958-ci il New York Konvensiyası arbitraj qərarlarının tanınmamasına səbəb ola biləcək vəziyyətə aydınlıq gətirilməsi baxımından bu sahədə əhəmiyyətli yer tutur. == Üstünlükləri == Tərəflər arbitrajın yerini, mübahisəyə dair qərar verəcək hakimləri, qərarın dilini və bu məhkəmədə tətbiq ediləcək prosedur qaydalarını seçmək hüququna malikdirlər. Məhkəmə hakimiyyətinin yanında arbitraj təşkilatının mövcudluğunun səbəbləri; dövlət məhkəmə sistemindəki yüklərin azaldılması; beynəlxalq münasibətlərdə milli məhkəmələrin qərəzsizliyi ilə əlaqəli haqlı narahatlıqlar, ticari münasibətlərdə iştirak edən tərəflər üçün bu münasibətlərdən irəli gələn sabitliyi və inamın təmin edilməsi; mübahisənin mövzunu yaxşı bilən mütəxəssislər tərəfindən həll edilməsinin məqsədəuyğunluğu, dövlət məhkəməsi ilə müqayisədə daha sürətli və daha qənaətli bir şəkildə bir həll yolu tapılması. Arbitraj razılaşması tərəflər arasında mövcud hüquqi münasibətlərdən yaranan və ya yarana biləcək mübahisələrin hamısını və ya bəzilərini arbitraj yolu ilə həll etməyə dair bir razılaşmadır.
Kimyəvi rabitə
Kimyəvi rabitə — molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu. Kimyəvi rabitə- maddənin xassəsi onun kimyəvi tərkibi, molekulundakı atomların qarışılıqlı təsiri ilə müəyyən edilir. Atomun quruluş nəzəriyyəsi kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edir. == Kimyəvi rabitənin növləri == Rabitələrin aşağıdakı növləri var: Hidrogen Kovalent İon Metal == Molekul == Molekul, iki və daha çox atomdan təşkil olunmuş hissəcikdir. Ən sadə molekul iki hidrogen atomundan əmələ gəlmiş hidrogen molekuludur (H2). Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır. Müəyyən edilmişdir ki, kimyəvi rabitənin yaranması və onun təbiəti, əsasən qarşılıqlı təsirdə olan element atomlarının xarici elektron təbəqələrinin quruluşu ilə əlaqədardır. Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir. Oktet qaydasına görə, kimyəvi rabitə yaranarkən xarici energetik səviyyələr tamamlanır, əksər hallarda 8 elektronlu oktet… ns2np6, bəzi hallarda (H-, He0, Li+, Be2+, B3+ atom və ionları üçün 2 elektronlu dublet vəziyyəti −1s2 yaranır. == Elementlərin elektromənfiliyi == Birləşmələrdə kimyəvi rabitənin tipini qabaqcadan bilmək üçün elementlərin elektromənfilik anlayışından istifadə edilir.
Naqilsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Proseslərarası rabitə
Proseslərarası rabitə (ing. interprocess communication (IPC); rus. межпроцессное взаимодействие; türk. süreçler arası iletişim) – bir kompüterdə çoxtapşırıqlı əməliyyat sistemində icra olunan proqramlar arasında, yaxud şəbəkə mühitində icra olunan proqramlar arasında verilənlərin ötürülməsi metodları. IPC’nın ümumi üsulları və vasitələrinə kanallar (PIPES), semaforlar, yaddaşın bölünməsi, növbələr, siqnallar, Clipboard, DDE, OLE aiddir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qazaxıstanda rabitə
Məlumat dünyanın CIA Kataloqundan götürülmüşdür (20 mart 2011-ci il) : Telefonlar — əsas xətlər: 4.928 milyon (2011) Telefonlar — cib telefonları: 14.995 milyon (2009) Telefonun ölkə kodu: +7 Telefon sistemi: Ölkədaxili: Quru xətləri, radiorele rabitəsi və peyk rabitəsi vasitəsi ilə şəhərlər arasında. Sabit əlaqələrin sayı tədricən artır və hər 100 nəfərə təxminən 40 nəfərdir. Mobil (mobil) əlaqələr sürətlə böyüyür və onların sayı 100 nəfərə 88 nəfərdir. Beynəlxalq: Digər postsovet respublikaları və Çin ilə beynəlxalq rabitə quru xətləri və mikrodalğalı radiorele rabitəsi vasitəsi ilə həyata keçirilir. Digər ölkələrlə peyk və Trans-Asiya-Avropa (TAE) fiber optik kabel vasitəsilə. Peyk yerüstü stansiyaları: Intelsat. Qazaxıstan peykləri — KazSAT-1, KazSAT-2, KazSAT-3, KazSAT-4. Radio yayım stansiyaları: AM - 60, FM - 24, qısa dalğa - 14 (2011) Radio: 11.47 milyon (2011) Televiziyalar: 26 (üstəgəl 14 təkrarlayıcı) (2011) İnternet provayderləri: 18 (öz beynəlxalq kanalları ilə) (2011) İnternet aparıcıları: 180 217 (2011) İnternet istifadəçiləri: 400.000 (2005) 1,247,000 (2006); 5.300.000 (2011) İnternet domeni :.kz, .қаз == Mobil əlaqə == Qazaxıstanda mobil rabitə GSM (900, 1800) və UMTS (900, 2100) formatında həyata keçirilir. 2012-ci ildə mobil rabitənin nüfuz nisbəti 120% təşkil etmişdir. 2015-ci ildə Qazaxıstanda mobil rabitə səviyyəsi 185% -ə çatdı - ölkədə 31 milyondan çox SİM kart qeydiyyata alındı.
Rabitə, kommunikasiya
Rabitə Bakı
Rabitə Bakı — Azərbaycanın Bakı şəhərini təmsil edən qadınlardan ibarət voleybol klubu idi. 2004-cü ildən yaranan komanda 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparırdı. Komanda tez-tez heyətini dəyişdirdiyindən hər mövsüm Rabitədə fəqli-fərqli voleybolçuları görmək olardı. Yerli voleybolçulara üstünlük verməyən klubda dünyanın hər yerindən ən tanınmış simaları görmək mümkün idi. Komandanın əvvəlki heyətinə baxdıqda onlarla dünya çempionu, olimpiya çempionu və mükafatçıları görmək mümkündür. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub. == Tarixi == 2001-ci ilin 14 dekabrında əsası qoyulan Rabitə Voleybol Klubunun Rabitə Bakı komandası 2004-cü ildə yaradılmışdı. Klub ölkə çempionatında ilk gümüş medalını 2005-ci ildə qazanıb. 2007-ci ildə ilk dəfə qızıl medalı qazanıb. Həmin ildən etibarən komanda hər il ölkə çempionatının qalibi olub.
Rabitə protokolları
Verilənlərin ötürülməsi protokolları — müxtəlif proqramlar arasında məlumatların mübadiləsi tanımlayan bir interfeys logic level müqavilələr toplusu. Bu razılaşmalar yer, avadanlıq, ayrılır proqram qarşılıqlı mesaj və səhv rəftar göndərmək üçün tutarlı bir yol müəyyən və ya interfeys ilə bağlıdır. Standartlaşdırılmış ötürülməsi protokolu da xüsusi hardware platforma və istehsalçının (məsələn, USB, Bluetooth) bağlı deyil interfeys inkişafı (artıq fiziki səviyyədə), imkan verir. == Şəbəkə protokolları == Şəbəkə Protokol - iki və ya daha arasında əlaqə və mübadilə məlumatlar şəbəkə cihazları daxil imkan verən qaydalar və hərəkətlərdən (tədbirlər ardıcıllıqla) bir sıra. Şəbəkə protokollarının 4 siyahısı Link Layer Network Layer Nəqliyyat Layer Session Layer Application LayerIETF müəyyən İnternet yeni protokollar və digər protokollar - IEEE və ISO. İTU-T telekommunikasiya protokolları və formatlar ilə məşğul olur. TCP / IP - İnternet üçün əsas olan iki protokol. Protokol TCP (Transmission Control Protocol) paketlər və üzrə ötürülən informasiya ayırır. Protokol IP (Internet Protokol) Bütün paketləri köçürülür. Sonrakı bütün hissələri qəbul olub-olmadığını yoxlamaq üçün TCP protokolu istifadə edərək. TCP bütün hissəsinin sonra alınması üçün onların təşkil və birlikdə toplanır.
Radio rabitə
Radiorabitə — XX əsrin əvvəllərindən istifadəyə verilmiş bir telekommunikasiya sistemidir. Bu sistem elektromaqnit dalğaları hesbına əmələ gəlir və verilənləri almaq və ötürmək qabilliyətinə malikdir.Onu elmə Qulyelmo Markoni gətirmişdir. Sistem inkişaf etdikcə onu hətta qitələrarası teleqraf rabitəsində də istifadə edirlər. == Yaranma yolları == Elekromaqnit rəqsləri almaq üçün rəqs koturundan istifadə olunur.Rəqs konturunda elektrik sahəsi kondensatorun köynəkləri arasında ,maqnit sahəsi isə sarğac daxilində və onun ətrafında mövcud olur. Bu cür kontur fəzaya elektrommaqnit dalğaları şüalandırmır.Ona görə belə kontur qapalı rəqs konturu adlanır.
Simsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Typhlodromips arbuti