Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ArmNews
«ArmNews» (erm. «Արմնյուզ») — Ermənistan özəl xəbər telekanalı. 31 oktyabr 2001-ci ildə təsis edilən telekanal «Euronews» telekanalının proqramlarını yayımlayırdı, ancaq 2011-ci ildən bəri özünün istehsal etdiyi məzmunu yayımlayır. Telekanalın təxminən 2.000.000 izləyicisi var. Həmin il Ermənistan İctimai Televiziyası jurnalisti Artak Aleksanyan Menua Harutyunyanın yerinə gələrək telekanalın yeni icraçı direktoru olmuşdur. «ArmNews» 2012-ci ildə «PanArmenian Media» şirkətinin bir mülkünə çevrilmişdir.
Ramzes
Ramzes — Ad. I Ramzes — Misir fironu. II Ramzes — XIX sülalənin III fironu. III Ramzes — Qədim Misir fironu. IV Ramzes — Qədim Misir fironu. III Ramzesin oğlu. V Ramzes — Qədim Misir çarı. VI Ramzes — Qədim Misir fironu. III Ramzesin oğlu. XI Ramzes — Qədim Misir fironu.
Arceş
Arçeş (rum. Râul Argeș) — Rumıniyada çay Dunay çayının sol qolu.Uzunluğu 335 km Hövzəsinin sahəsi 12400 kvkm. Cənubi Karpat dağlarında Fegeraş massivindən başlanır. Taxta-şalban axıdılır. Oltenitsa şəhəri Arceş çayınin sahilində yerləşir.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Arabis armena
Arabis carduchorum (lat. Arabis carduchorum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Arealı == Ermənistan və Naxçıvanda (Azərbaycan) rast gəlinən bitki. Orta və yüksək dağlıq ərazilərdə böyüyür.
Arbereş dialekti
Arbereş dialekti (alb. Arbërishtja) Arbereşcə (alb. Lengua Arbëresh), İtaliyanın cənub-şərqində və Yunanıstanın şimal-şərqində danışılan bir Hind-Avropa dilidir. Alban ləhcəsi olan Arbereşcə, eynilə Alban dili kimi Latın əlifbası ilə yazılır. Albaniya, Makedoniya və Kosovoda danışılan dialektdir. Alban dili ilə Arbreşçe arasında kiçik bir fərq vardır: Albaniya, Kosovo və Makedoniyada danışılan Albancada bir çox Türkcə söz olarkən, Arbereş dialektində isə daha çox İtalyan və Yunan söz ibarətdir. Arbereş dialekti, Alban dilinə yaxın bir dil olmasına baxmayaraq bu dialektin, Albandan çox İtalyanca və Fransızcaya bənzəyir. Arbereş dialektinin söz və qrammatikalarında Fransız təsiri dəqiq bir şəkildə görünür; Ancaq Arbereş dialektində bir çox alban sözləri də vardır.
Ardjeş (judets)
Ardjeş judetsi (rum. Județul Argeș) — Valaxiya regionunda yerləşən judets (Rumıniya). == İnzibati bölgüsü == Judetsə 3 bələdiyyə, 4 şəhər və 95 kommuna daxildir.
Armais Aslanov
Armais Əmiroviç Aslanov (erm. Արմաիս Ամիրովիչ Ասլանով; 3 may 1923, Bakı – 12 iyul 1992) — erməni əsilli Azərbaycan-sovet dövlət xadimi. == Həyatı == 1923-cü ildə fəhlə ailəsində anadan olmuşdur, ermənidir, 1945-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Sov.İKP MK yanında Ali Partiya Məktəbi bitirmişdir. 1941-ci ildən Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır, 1946-cı ildən rayon komsomol komitəsinin şöbə müdiri, birinci katibi, Azərbaycan KP Orconikidze RK-nın şöbə müdiri, katibi, ikinci katibi olmuşdur. 1959-cu ildən Azərbaycan KP MK partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Bakı Məhəlli Sovxoz İstehsalat İdarəsinin partiya təşkilatçısı, Azərbaycan KP MK-nın ispektoru vəzifələrində işləmiş. 1967-ci ildən Bakı Ali Partiya Məktəbində rəhbər partiya və sovet kadrların hazırlığını artırma kurslarının müdiri olmuşdur. 1974-cü ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədridir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavinidir. Azərbaycan KP MK üzvüdür. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Mardakert seçki dairəsi).
Başir Rameev
Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır. == Həyatı == Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür. O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur.
Bellis armena
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Carduus armenus
Əyilən şeytanqanqalı (lat. Carduus nutans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin şeytanqanqalı cinsinə aid bitki növü. == Sinonimləri == Ascalea nutans (L.) Hill Carduus armenus Boiss. Carduus coloratus Tamamsch. Carduus nutans var. armenus Boiss. Carduus nutans var. leiophyllus (Petrovič) Arènes Carduus nutans f. nutans Carduus nutans subsp. nutans nutans Carduus nutans var.
Harpactes ardens
Harpactes ardens (lat. Harpactes ardens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin harpactes cinsinə aid heyvan növü.
III Ramzes
III Ramzes (təq. e.ə. 1217, Teben – təq. e.ə. 1155, bilinmir) — Qədim Misir fironu. Təxminən e.ə. 1185–1153 illərdə hakimiyyətdə olmuşdur. == Dövründə == III Ramzesin hakimiyyət illəri Qədim Misir dövlətinin Yeni padşahlıq erasının sonuncu yüksəliş dövrü olmuşdur. Qalibiyyətli müharibələr nəticəsində ölkənin varlığı saxlanılmış və özünün 3000 illik tarixdə sonuncu dəfə yenidən çiçəklənmə dövrünə daxil olmuşdur. == Adı == Xalq III Ramzesə "Ramzes-pa-nuter" deyirdilər.
II Ramzes
II Ramzes (təq. e.ə. 1303 – e.ə. 1213) — eyni zamanda "Böyük" adlandırılan XIX sülalənin III fironu. Hökumranlıq müddəti e.ə. 1279-1213 ci illəri əhatə edən II Ramzes qədim Misirin ən əhəmiyyət kəsb edən və məşhur fironu sayılır. Onun hakimiyyəti zamanı Misir özünün çiçəklənən dövrünü yaşamışdır. Onun diplomatik səyləri Misirin 50 il qonşuları ilə sülh və firavanlıq içində yaşamasına səbəb olmuşdur. == Şəxs kimi == II Ramzes I Seti və Tuyanın oğludur. Güman edilir ki onun gənc yaşında vəfat etmiş Nebxasetnebet adlı qardaşı və Tia adlı bacısı olmuşdur.
IV Ramzes
IV Ramzes (e. ə. XII əsr, bilinmir – ən geci e.ə. 1145, bilinmir) — Qədim Misir fironu. III Ramzesin oğlu. E.ə. təxminən (e.ə. 1156-e.ə. 1150) illərdə hakimiyyətdə olmuşdur. == Dövründə == Sinay yarımadasında adı tapılmış sonuncu Misir çarı.Ondan sonra Sinay qəpiklerinin istehsalı dayandırıldı.
I Ramzes
I Ramzes (e. ə. XIII əsr – təq. e.ə.
Marko Arment
Marko Arment – tanınmış amerikalı mobil aplikasiya yaradıcısı, proqramçısıdır. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007-10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi. Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.
VI Ramzes
VI Ramzes (e. ə. XII əsr – təq. e.ə. 1136) — Qədim Misir fironu. III Ramzesin oğlu.Hakimiyyətə V Ramzesi devirərək gəlmişdir.E.ə 1142-1135-ci illərdə hökümdarlıq edib. == Dövründə == Misirdə liviyalıların yeni üsyanı nəticəsində daxili çəkişmələr güclenir. Güman ki, bu illərdə yeni infeksion xəstəlik epidemiyası yayılmışdır. İmperiya Nubiyanı çıxmaq şərti ilə bütün xarici torpaqlarından məhrum olur. Mumiyası Çarlar diyarında dəfn edilir.
V Ramzes
V Ramzes (e. ə. XII əsr – təq. e.ə. 1145, Teben) — Qədim Misir çarı. e.ə təxminən 1146-1142-cı illər arasında hakimiyyətdə olmuşdur. Asiyada misirlilərin olması izlərinin olduğu sonuncu Misir hökmdarı.
XI Ramzes
XI Ramzes (e. ə. XII əsr – təq. e.ə. 1077) — Qədim Misir fironu. Təxminən e.ə. 1105-1178-ci illərdə hakimiyyətdə olmuşdur. İyirminci sülalənin, o cümlədən Yeni padşahlığın son hökmdarı.
Crataegus × armena
Erməni yemişanı (lat. Crataegus × armena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meğri) əhatə edir. == Botaniki təsviri == Endemikdir. Hündürlüyü təxminən 2–2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7–15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1–3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir.
Falco araeus
Seyşel qızılquşu (lat. Falco araeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Pastinaca armena
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir. == Yayılması == Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.
Populus arbeel
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.