Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astrakanta
Astrakanta (lat. Astracantha) — paxlaçiçəklilər sırasının paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Geniş yayılma arealı yoxdur. Əsasən Azərbaycan ərazisində, orta dağ qurşağında açıq sahələrdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Təbiətdə yarpağını tökən, 5-15 sm-ə qədər hündürlükdə kolcuqdur. Nazik budaqları 5–15 mm-ə qədər diametrdə olub, tikanlarla örtülüdür. Yerə yatıq, yarpaqcıqları 7-8 cüt olub, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvarı başcıq çiçək qrupunda toplanmışdır. Paxlası uzunsov-yumurtavarı, bir qədər yumşaq tüklüdür. İyul ayında çiçəkləyir.
Astrakanta cinsi
Astrakanta (lat. Astracantha) — paxlaçiçəklilər sırasının paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Geniş yayılma arealı yoxdur. Əsasən Azərbaycan ərazisində, orta dağ qurşağında açıq sahələrdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Təbiətdə yarpağını tökən, 5-15 sm-ə qədər hündürlükdə kolcuqdur. Nazik budaqları 5–15 mm-ə qədər diametrdə olub, tikanlarla örtülüdür. Yerə yatıq, yarpaqcıqları 7-8 cüt olub, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvarı başcıq çiçək qrupunda toplanmışdır. Paxlası uzunsov-yumurtavarı, bir qədər yumşaq tüklüdür. İyul ayında çiçəkləyir.
Keçisaqqal astrakanta
Astracantha barba-caprina (lat. Astracantha barba-caprina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycan. == Azərbaycanda yayılması == Naxçıvanın Şahbuz rayonunda (Tirkeş kəndi) yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU C2a(i). == Bitdiyi yer == Azərbaycan Naxçıvan dağlarının quru, daşlı yamaclarında, dəniz səthindən 1400–1500 m hündürlükdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda təbii ehtiyatı azdır. == Bioloji xüsusiyyətləri == Yarpaq tökən, 1-2 sm diametrində olan, budaqları qalın və yoğun tikanlarla örtülü, 50-70 sm hündürlüyündə koldur. Kollarının üzərindəki budaqlardan çoxlu qısa yan budaqları çıxmışdır.
Zalım astrakanta
Şad astrakanta
Şax astrakanta
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Xırdabaşlıqlı astrakanta
Xırdabaşlıqlı gəvən (lat. Astragalus microcephalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində yayılmışdır. 40–60 sm hündürlükdə, sıxbudaqlı, yarpağını tökən koldur. Tikanları 2–3,5 sm uzunluqda, kənara yönələn, boz tüklüdür. Yarpağı 4–6 cütə qədər olub, neştərvari formada, ağ və sarımtıl tüklüdür. Yarpaqaltlıqları yumurtavari, ağ və sarımtıl tüklüdür. Çiçəyi yarpağın qoltuğunda 2 (3) ədəd olmaqla, birillik budaqların ucunda başcıqvari, şaraoxşar, 1–1,2 sm uzunluqda çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı kasacığın uzunluğuna bərabərdir. Kasacığı 5 mm uzunluqda, qalın, ağ, sarımtıl tüklüdür.
Çılpaq astrakanta
Astragalus denudatus (lat. Astragalus denudatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astracantha denudata (Steven) Podlech Tragacantha denudata (Steven) Steven Astracantha carthlica (Al.Fed., Fed. & Rzazade) Podlech Astracantha marschalliana (Fisch.) Podlech Astracantha talarensis (Širj. & Rech.f.) Podlech Astragalus carthlicus Al.Fed., Fed. & Rzazade Astragalus caspicus f. sharifii (Širj. & Rech.f.) Parsa Astragalus caucasicus M.Bieb. Astragalus erinaceus subsp. sefidrudensis Širj.
Sarı-qırmızı astrakanta
Azərbaycan. Naxçıvan MR-də (Qapıca dağları) 1700–1800m yeksəklikdə təbii arealı vardır. Azərbaycanın nadir bitkisidir. VU C2a(i). Quru daşlı yamaclarda yayılmışdır. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Təbiətdə yarpağını tökən, çoxlu budaqları olan, 25 sm hündürlüyə qalxan koldur. Qalın tüklə örtülmüş yarpaqaltlıqlarının və yarpaqlarının ucu tikanlı oxlarla qurtarır. Tikanları 2–4,5 sm uzunluqda düz yuxarı qalxmış, yaxud meyillidir. Yarpaqcıqları 7–8 cüt olub, hər iki tərəf-dən ağtüklü, ellipsvari, yaxud uzunsov-ellipsvarı, küt, yaxud qısa ucludur.