Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hadi Atlasi
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] == Həyatı == Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. == Pedaqoq == Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir.. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
Katalan atlası
Katalan atlası(kat. Atles català,Orta əsrlər dövründə (1375-ci ildə hazırlanmış və yazılmış) ən mühüm Katalan xəritəsi. Bu atlas Majorkan kartoqrafik məktəbi tərəfindən istehsal edilib və Kreskes Abraham (Cresques Abraham) (həmçinin "Abraham Kreskes" (Abraham Cresques) kimi tanınan),özünü dünyanın xəritələr habelə kompaslar ustası , kimi təsvir edən bir yəhudi kitab aydınladıcına aid edilir. V Kral Çarlz dövründən bəri Fransa kral kitabxanası (indi Fransa Milli Kitabxanası)nda olmuşdur.
Milleniya Atlası
Encyclopedia Millenia World Atlas - Türkiyədə "BOYUT YAYIN GRUBU" tərəfindən nəşr olunan ensiklopediya-kitab, atlas. == Milleniya Ensiklopediyası Dünya Atlası 2008-də Azərbaycan haqqında verilən məlumatlar == == Əməyi keçənlər == Rejissor Bülent Özükan Müdür Nilgün Özükan Sənət rejissoru Murat Öneş Yayım editorları Nil Yüzbaşıoğlu Burçin Ünlü Mısra Öncel Qrafik dizayn Ümit Vurgun İbrahim Yılgaz Proyektin inkişafı koordinatoru Çağatay Özgür Elektronik montaj Özcan Yıldız Rəng ayrımı Şenol Şenoğlu Fotoqraflar ©Bünyad Dinç ©Refik Ongan ©ABC agentliyi ©Corel Corparation ©Creative Collection ©Getty İmages ©Hemera Technologies İnc.
Azərbaycan Respublikasının Milli Atlası
"Azərbaycan Respublikasının Milli Atlası" — Azərbaycan Respublikasına aid xəritələr toplusu. == Tarixi == "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli, 1436 nömrəli Sərəncamı ilə qərara alınmışdır. == Redaksiya heyəti == === İlk tərkib === "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyəti Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli, 1436 nömrəli Sərəncamı ilə aşağıdakı tərkibdə təsdiq edilmişdir: Redaksiya heyətinin sədri Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziriRedaksiya heyəti sədrinin müavini Mahmud Kərimov – AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentiMəsul katib Qərib Məmmədov – AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədriRedaksiya heyətinin üzvləri Elmar Məmmədyarov – Xarici işlər naziri Şahin Mustafayev – İqtisadi inkişaf naziri Natiq Əliyev – Sənaye və energetika naziri Ziya Məmmədov – Nəqliyyat naziri İsmət Abasov – Kənd təsərrüfatı naziri Hüseynqulu Bağırov – Ekologiya və təbii sərvətlər naziri Əbülfəs Qarayev – Mədəniyyət və turizm naziri Misir Mərdanov – Təhsil naziri Oqtay Şirəliyev – Səhiyyə naziri Əli Abbasov – Rabitə və informasiya texnologiyaları naziri Azad Rəhimov – İdman və gənclər naziri Arif Vəliyev – Dövlət Statistika Komitəsinin sədri Akif Əlizadə – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru Xoşbəxt Yusifzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Ağamusa Axundov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru Əhliman Əmiraslanov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru Budaq Budaqov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Abel Məhərrəmov – AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri Yaqub Mahmudov – AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri Məhərrəm Babayev – AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru === Yeni tərkib === Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli, 147 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyəti ləğv edilmiş və aşağıdakı yeni tərkibi təsdiq edilmişdir: Redaksiya heyətinin sədri Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri.Redaksiya heyəti sədrinin müavini Akif Əli Zadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.Məsul katib Qərib Məmmədov - AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.Redaksiya heyətinin üzvləri Elmar Məmmədyarov - xarici işlər naziri Şahin Mustafayev - iqtisadiyyat və sənaye naziri Natiq Əliyev - energetika naziri Ziya Məmmədov - nəqliyyat naziri Heydər Əsədov - kənd təsərrüfatı naziri Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri Mikayıl Cabbarov - təhsil naziri Oqtay Şirəliyev - səhiyyə naziri Əli Abbasov - rabitə və informasiya texnologiyaları naziri Azad Rəhimov - gənclər və idman naziri Arif Vəliyev - Dövlət Statistika Komitəsinin sədri Xoşbəxt Yusifzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Kamal Abdullayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru Əhliman Əmiraslanov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru Abel Məhərrəmov - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru Ziyad Səmədzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri Yaqub Mahmudov - AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri Məhərrəm Babayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2017-ci il tarixli, 1574 nömrəli Fərmanı ilə Ziya Məmmədov redaksiya heyətindən çıxarılmış, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əlavə edilmişdir.
Azərbaycan Respublikasının fövqəladə hallar atlası
"Azərbaycan Respublikasının fövqəladə hallar atlası" — Azərbaycan Respublikası üçün böyük sosial-iqtisadi əhəmiyyətə malik olduğu üçün nəşri planlaşdırılan atlas. == Tarixi == "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri Azərbaycan Respublikası Prezidentinin 2 mart 2016-cı il tarixli, 1843 nömrəli Sərəncamı ilə qərara alınmışdır. == Məqsəd == Atlasın nəşr edilməsində məqsəd Azərbaycan Respublikasındakı təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir. == Redaksiya heyəti == "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın redaksiya heyəti Azərbaycan Respublikası Prezidentinin 2 mart 2016-cı il tarixli, 1843 nömrəli Sərəncamı ilə aşağıdakı tərkibdə təsdiq edilmişdir: Redaksiya heyətinin sədri Abid Şərifov — Azərbaycan Respublikası Baş nazirinin müavini.Redaksiya heyəti sədrinin müavinləri Kəmaləddin Heydərov — Azərbaycan Respublikasının fövqəladə hallar naziri Akif Əlizadə — Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.Məsul katib Ramiz Məmmədov — Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.Redaksiya heyətinin üzvləri Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat naziri Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Oqtay Şirəliyev — Azərbaycan Respublikasının səhiyyə naziri Ramin Quluzadə — Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ziya Məmmədov — Azərbaycan Respublikasının nəqliyyat naziri Heydər Əsədov — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Hüseynqulu Bağırov — Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Əbülfəs Qarayev — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Mikayıl Cabbarov — Azərbaycan Respublikasının təhsil naziri Kərəm Həsənov — Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tahir Budaqov — Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri Faiq Tağı-zadə — Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini Rövnəq Abdullayev — Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti İlyas Əlizadə — Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya şöbəsinin müdiri İbrahim Quliyev — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Qurban Yetirmişli — Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Ulduz Həşimova — Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru İlham Ələkbərov — Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Validə Əlizadə — Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru Elmira Ramazanova — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru.Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2017-ci il tarixli, 1574 nömrəli Fərmanı ilə Ziya Məmmədov redaksiya heyətindən çıxarılmışdır.
Təhlükədə olan Dünya Dilləri Atlası
UNESCO-nun Təhlükədə olan Dünya Dilləri Atlası dünyada nəsli kəsilməkdə olan dillərin detallı siyahısını özündə əks etdirən onlayn nəşr idi. == Tarix == 1992-ci ildə Kanadada keçirilən Beynəlxalq Dilçilər Konqresi (CIPL) nəsli kəsilməkdə olan dillər mövzusunu müzakirə etdi və bunun nəticəsində Nəsli Kəsilməkdə olan Dillər Komitəsini yaratdı. 1992-ci ildə Parisdə də bu mövzunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və fəaliyyətə başlamaq üçün beynəlxalq toplantı keçirildi. Görüş YUNESKO- nun səlahiyyətləri çərçivəsində olduqca əhəmiyyətli hesab edilirdi hesab edildi. Stiven Vurmun təşəbbüsü ilə komitə nəsli kəsilməkdə olan Dillər üzrə Beynəlxalq Tədqiqat Mərkəzini (ICHEL) yaratmaq və topladığı məlumatlar əsasında YUNESKO-nun Nəsli kəsilməkdə olan Dillərin Qırmızı Kitabını nəşr etmək qərarına gəldi. Şigeru Tsuçida tədqiqat mərkəzini işə salmalı idi. O, 1994-cü ildə Tokio Universitetində Tasaka Tsunodanın direktoru olaraq başladı.