"Azərbaycan Respublikasının fövqəladə hallar atlası" — Azərbaycan Respublikası üçün böyük sosial-iqtisadi əhəmiyyətə malik olduğu üçün nəşri planlaşdırılan atlas.
"Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri Azərbaycan Respublikası Prezidentinin 2 mart 2016-cı il tarixli, 1843 nömrəli Sərəncamı ilə qərara alınmışdır[1].
Atlasın nəşr edilməsində məqsəd Azərbaycan Respublikasındakı təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir[1].
"Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın redaksiya heyəti Azərbaycan Respublikası Prezidentinin 2 mart 2016-cı il tarixli, 1843 nömrəli Sərəncamı ilə aşağıdakı tərkibdə təsdiq edilmişdir[1]:
- Redaksiya heyətinin sədri
- Abid Şərifov — Azərbaycan Respublikası Baş nazirinin müavini.
- Redaksiya heyəti sədrinin müavinləri
- Məsul katib
- Ramiz Məmmədov — Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.
- Redaksiya heyətinin üzvləri
- Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat naziri
- Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri
- Oqtay Şirəliyev — Azərbaycan Respublikasının səhiyyə naziri
- Ramin Quluzadə — Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
- Ziya Məmmədov — Azərbaycan Respublikasının nəqliyyat naziri
- Heydər Əsədov — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
- Hüseynqulu Bağırov — Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
- Əbülfəs Qarayev — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
- Mikayıl Cabbarov — Azərbaycan Respublikasının təhsil naziri
- Kərəm Həsənov — Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
- Tahir Budaqov — Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
- Faiq Tağı-zadə — Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini
- Rövnəq Abdullayev — Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti
- İlyas Əlizadə — Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya şöbəsinin müdiri
- İbrahim Quliyev — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
- Qurban Yetirmişli — Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru
- Ulduz Həşimova — Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru
- İlham Ələkbərov — Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru
- Validə Əlizadə — Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru
- Elmira Ramazanova — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru.
Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2017-ci il tarixli, 1574 nömrəli Fərmanı ilə Ziya Məmmədov redaksiya heyətindən çıxarılmışdır[2].