2014-cü ildə "Azərbaycan Respublikasının Milli Atlası" tərtib olunub. Atlasın nüsxələri AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə Aqrar Elmləri Bölməsi tərəfindən akademiyanın institutlarının kitabxanalarına təqdim olunub.[2]
Həmin ildə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən akademik Qərib Məmmədovun rəhbərliyi ilə atlasın CIS variantı hazırlandığı bildirilib.[3]
2015-ci ilin yanvarında AMEA Naxçıvan Bölməsində atlasın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Milli Atlası indiyə kimi çap edilən mükəmməl mənbə kimi qiymətləndirib, Azərbaycanın dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.[4]
2015-ci il fevralında Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritələrinin təqdimat mərasimi keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq milli atlas haqqında məlumat verib. O, da “Azərbaycan Respublikasının Milli Atlası”nı indiyədək çap edilən ən mükəmməl mənbələrdən biri kimi qiymətləndirərək, atlasın Azərbaycanı dünyada tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.[5]
Həmin ilin mayında Atlas Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınıb və müvafiq Şəhadətnamə təqdim olunub.[6]
"Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyəti Azərbaycan Respublikası Prezidentinin 20 aprel2011-ci il tarixli, 1436 nömrəli Sərəncamı ilə aşağıdakı tərkibdə təsdiq edilmişdir[1]:
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr2013-cü il tarixli, 147 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyəti ləğv edilmiş və aşağıdakı yeni tərkibi təsdiq edilmişdir[7]:
Arif Vəliyev - Dövlət Statistika Komitəsinin sədri
Xoşbəxt Yusifzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Kamal Abdullayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru
Əhliman Əmiraslanov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru
Abel Məhərrəmov - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Ziyad Səmədzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov - AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məhərrəm Babayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.
Azərbaycan Respublikası Prezidentinin 7 avqust2017-ci il tarixli, 1574 nömrəli Fərmanı ilə Ziya Məmmədov redaksiya heyətindən çıxarılmış, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əlavə edilmişdir[8].
Milli Atlas əhatəli elmi məlumatları ehtiva etməklə, Azərbaycanın təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında təsəvvür yaradır.
19 bölmə, 444 səhifə, 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu Azərbaycanın bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir.
Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir.
Milli Atlasın elektron forması Azərbaycanda yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun fundamenti hesab edilib.[9]