Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ametist
Ametist — bənövşəyi rəngli kvars. Öz müalicəvi əhəmiyyətindən başqa sahibini spirtli içkidən, ona olan aludəlikdən qoruyur. Qədim vaxtlarda ametisti gecə səhərədək su olan qabın içinə saxlayır və ondan qızdırma və soyuqdəyməsi olanlara içirdirdilər. Ametist amuleti keçici xəstəliklərdən qoruyur. Üzdə olan qırışlara və çillərə qarşı istifadə edilir. Maraqlıdır ki, çilləri yox etmək üçün onu müntəzəm olaraq çilin üzərinə sürtmək lazımdır. Evdə ametistin olması ailə üzvləri arasında sülhün və harmoniyanın olmasına yardım edir. Bu gün ametistin köməyi ilə psixi gərginliyi, depressiyanı və yuxusuzluğu müalicə edirlər. Bu daş yanığı regenerasiya etmək, immuniteti möhkəmləndirmək xüsusiyyətinə malikdir, qulaqda gəzdirilən ametist görmə qabiliyyətini gücləndirir. Daxili harmoniyanı tənzimləyir, mənəvi düşkünlüyün, qorxunun, özünə inamsızlığın "dərmanıdır".
Ateist
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.
Afərin Qulamzadə
Ametist mineral bulağı
Şahbuz rayonundakı Gömür kəndindən 7 km aralıdakı dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO2) mineralından (süxurundan) əmələ gəlmiş duzlu mineral sudur. Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20–30 Cº) vanna qəbul etmək olar. Qədim Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Anna Feris
Anna Key Feris (ing. Anna Kay Faris, 29 noyabr 1976, Baltimor, Merilend) — Amerikalı aktrisa. == Həyatı == Anna Feris 29 noyabr 1976-cı ildə Merilend ştatının Baltimor şəhərində doğulmuşdur. Onun anası Karen "ing. Seaview Elementary School" məktəbində müəllimə, atası Cek Feris isə Vaşinqton Universitetində sosioloq vəzifəsində çalışmışdır. Həmçinin, Annanın kiçik qardaşı Robert Devisdə yerləşən Kaliforniya Universitetində sosiologiya üzrə professordur. Feris şotland, irland, ingilis, alman və fransız əsillidir. Annanın 6 yaşı tamam olanda ailəsi Vaşinqton ştatının Edmonds şəhərinə köçür. Karyerasına Sietl teatrında başlayan Anna 9 yaşındaykən ilk peşəkar layihədə iştirak edir. Ardınca filmlərə çəkilən aktrisa "Lovers Lane" filmi ilə diqqəti öz üzərinə çəkməyi bacardı.
Ferit Orhan Pamuk
Orxan Pamuk (türk. Orhan Pamuk; 7 iyun 1952[…], İstanbul, Türkiyə) — Türkiyə roman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006). == Həyatı == Türk yazıçısı Fərid Orxan Pamuk İstanbulda doğulmuşdur. Hazırda Nyu-Yorkda yaşayır, Kolumbiya Universitetində müqayisəli ədəbiyyat professoru vəzifəsində çalışır"biography". orhanpamuk.net. 27 Eylül 2008 tarihinde kaynağından arşivlendi. İyirmidən çox dildə yaradılan, zəngin tarixə və ənənələrə malik olan türk ədəbiyyatlarının Nobel mükafatına layiq görülmüş ilk və yeganə nümayəndəsidir Orxan Pamuk həm də ədəbiyyat sahəsində XX əsrin ikinci yarısında doğulmuş ilk və yeganə Nobel sahibidir. Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çox nüfuzlu ədəbi mükafat qazanmışdır Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri ödüllər var. Dünyanın 100-dən çox ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsxəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatmışdır "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxildir. Orxan Pamuk İstanbulda, imkanlı və ziyalı ailədə dünyaya göz açmışdır.Ailəsi Qərb yönümlü, varlı orta təbəqəyə mənsub idi.
Xoda Afərin su anbarı
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bənd. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin] SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102 və ya 200 meqavata bərabərdir. Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur. Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır. Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur.