AFƏRİN

nida [ fars. ] Tərif, təhsin ifadə edir; əhsən, mərhəba.
Afərin sənə, oğlum! Afərin sizə, yaxşı işlədiniz! – Afərin hüsnünə ey fitneyi-dövran, bəri gəl. Nəsimi.
[Abbas:] Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq… S.S.Axundov.
Öz yaşından böyük iş görənlərin; Bir afərin söylə hünərlərinə. Ə.Cavad.
İkinci pərdə düşdükdən sonra camaatdan, yoldaşlarım və teatrda iştirak edənlər başıma yığılıb: – Afərin! Afərin! – deyə məni təbrik etdilər. H.Sarabski.

// Bəzən kinayə və istehza yolu ilə deyilir. Afərin sənin hünərinə.
Afərin sənə, bizi yaxşı aldatdın! – Afərinlər, doğru yollu verdiyin peymanlara; Əhdini ifa üçün sadir olan fərmanlara… M.Ə.Sabir.

Синонимы

  • AFƏRİN tərif — əhsən — mərhəba
  • AFƏRİN AFƏRİN, ƏHSƏN (tərif ifadə edir) Eşq olsun, ay xanım, afərin, əhsən (M.Rahim); BƏRƏKALLA(H) [Püstəbanu bəyim:] Ha qoçaq, ha qoçaq, barakallah, afərin!

Антонимы

  • AFƏRİN AFƏRİN – LƏNƏT Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq... (S.S.Axundov); Atana lənət, ay Salman, bir tülkü sənə tay ola bilməz, gör sözü

Этимология

  • AFƏRİN Farsca afəridən (yaratmaq) məsdəri ilə qohumdur.  
AFAT
AFƏT
OBASTAN VİKİ
Afərin Qulamzadə
Xoda Afərin su anbarı
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bənd. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin] SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102 və ya 200 meqavata bərabərdir. Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur. Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır. Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur.

Значение слова в других словарях