Afərin Müqəddəs oğlu Qulamzadə (13 iyul 1999, Mamusta, Lənkəran rayonu – 19 noyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Afərin Qulamzadə | |
---|---|
Afərin Müqəddəs oğlu Qulamzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mamusta, Lənkəran rayonu, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Müqəddəs Qulamzadə |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Vətən Müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
Afərin Qulamzadə 13 iyul 1999-cu ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olub.[1]
2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afərin Qulamzadə də səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Afərin Qulamzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 19 noyabr 2020-ci ildə torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[4]