Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baqasun
Baqasun – Göyçə bölgəsində Qelam dağ silsiləsinin cənub-qərb yamacında zirvə adı. Başqa adı Bağarsuq. == Həmçinin bax == Göyçə mahalı == Ədəbiyyat == Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995. Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992.
Luis Barraqan
Luis Barraqan (9 mart 1902[…], Quadalaxara – 22 noyabr 1988[…], Mexiko) — Meksikalı memar. == Həyatı == Luis Barraqan 1923-cü ildə Meksikanın Quadalahara şəhərində yerləşən "Escuela Libre də Ingenieros" məktəbindən mühəndis olaraq məzun oldu. Sonrakı illərdə özünü memar olaraq tanıtdı. Məzun olduqdan sonra İspaniya, Fransa (burada Le Korbusierin dərslərinə qatılmışdır.) və Mərakeşi gəzir. Fransada ikən alman mənşəli bir fransız yazıçı Ferdinand Bakin əsərləri ilə tanış olmaq fürsəti tapır və bu əsərlər memarlıq karyerası üçün dönüş nöqtəsi oldu. 1927–1936-cı illər arasında Meksikanın Quadalahara şəhərində öz memarlıq dizaynlarını tətbiq etmək fürsəti əldə edən Luis Barraqan bu tarixdən sonra Mexikoda memarlıq işlərinə davam etdi. Luis Barraqánin əsərlərinin arasında 3.5 metrdən daha yüksək və fərqli rənglərdə boyanmış divarlar aiddir. Bu dizayn elementinə ənənəvi Meksika strukturlarından almışdır. Əsərlərində, vulkanik süxurların və ya ölü ağac kökləri kimi təbii mühitlərdə reallaşdırmağı seçmişdir. 1975-ci ilə qədər çox tanınmayan Luis Barraqanın adı bu tarixdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyində özünə həsr olunmuş bir sərgidən sonra olduqca səslənildi.
Baraquş (Sərab)
Baraquş (fars. براغوش‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 974 nəfər yaşayır (242 ailə).
Braqun silsiləsi
Braqun silsiləsi (çeç. БоргӀанан дукъ, qum. Борагъан тав) — Terek silsiləsinin şərq hissəsidir. Tolstoy-Yurt kəndindən şərqdə başlayır və Terek çayı boyunca 24 km uzanır. Bəzən ayrıca geoloji obyekt olaraq qəbul edilir. Silsilənin torpaqları şabalıdı, tünd şabalıd və qara torpaqdır. Silsilənin eni 3,5 ilə 6 km arasında dəyişir. Braqun silsiləsi Miosen və Pliosen dövrlərinin gil və qumdaşlarından ibarətdir. == Zirvələri == Silsilənin ən yüksək nöqtəsi 388 m hündürlükdədir, Terek üzərindəki dəmir yolu körpüsünün yaxınlığında yerləşir və adı yoxdur. Dərbənxi kəndinin cənubunda Daud-Bərz zirvəsi (319 m) yerləşir.
Braqun yasaqlığı
Braqun dövlət bioloji yasaqlığı — Çeçenistan Respublikasında, Sunja çayının Terek çayına birləşdiyi yerdə yaradılan yasaqlıq. Yasaqlıq Qroznı, Qudermes və Şelkov rayonları ərazisinə daxildir. Yasaqlıq 1971-ci ildə yaradılıb. Yaradılmasında məqsəd qiymətli, nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunub saxlanılması, bərpası və çoxaldılması, onların yaşayış mühitinin, miqrasiya yollarının, yuva yerlərinin qorunması və ekoloji tarazlığın qorunmasıdır. Regional (respublika) əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisi statusuna malikdir. == Coğrafi mövqeyi == Üç rayon ərazisində formalaşdırılmış yasaqlığın ümumi sahəsi — 17000 hektardır. Ərazinin 10,2 min hektarı meşə fonduna aiddir. Yasaqlıq ərazisində Braqun və Darbanx kəndləri yerləşir. Barqun yasaqlığının şimal sərhəddi Vinoqradnoe kəndindən 3 km aşağıdan keçir. Terek çayı boyu davam edir və Çervlennaya-Uzlovaya meşəsi ərazisinə daxil olur.
Nərmiq (Alan Baraquş dehistanı)
Nərmiq (fars. نرميق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (18 ailə).