Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Baden
Baden—Almaniyanın cənub-qərbində region. Mərkəzi Karlsruedir. Beden paytaxtdan cənubda 25 km-də Vyana meşələrinin,çöllərinin və üzüm bağlarının yaşıl təpəlikləri arasında yerləşir. Faydalı kükürd mənbələri ilə zəngin olan bu kurort mərkəzi II əsrdə Roma düşərgələri buraya yerləşdiyi vaxtdan-Antik Roma dövründən məşhur idi.Mark Avreliy həyatının son illərini burada keçirmişdir. 1804-1834-cü illərdə bu şəhər yayda imperiya iqmətgahı olmuşdur, bütün zadəganlar və incəsənət xadimləri bura toplanardılar.Badenin mineral suları bu gün də çimmək,içmək və revmatik xəstəliklərin,artirozun bel sütunu və oynaq xəstəlilərinin qarşısının alınması və həmçinin ümümi sağlamlıq məqsədilə istifadə olunur.İmperatriça Maria Terezanın şərəfinə1792-ci ildə yaradılmış eqzotik bitki kolleksiyası olan “Terezienband”(Tereza hamamı) və Tereziengarten(Tereza bağı) kimi yerlərə də səyahət etmək lazımdır. Baden parkları ayrıca görməli yerlədir.Bu kurort parkında hər gün orkestra çalır ” Bethoven məbədi”-nin çardağı , Ştraus və Lannerunun şərəfinə gül saatları və heykəlləri var və iyunun sonundan sentyabrın əvvəlinə qədər burada “yay arenasına”dair operetta festivalı keçirilir. DoblHoffparkit parkı Şloss-Vajkersdorf qalası və hər il “Baden gül günlərinin” keçirildiyi ecazkar güllər sayəsində tanınır. Şəhər kənarında yerləşən bağlar və parklar Viyana meşəlıri və helental boyu uzanan üzüm bağları ilə birləşir. Əzəmətli Menotti villası, Junger qalereyası, imperator frans-Jozefin müzeyi, oyuncaqlar və oyunlar müzeyi, böyük hippodrom, “bidermayer”stilində olan evlər və villalar yerləşən sakit dalanlar , böyük piyada keçidi, və s Badendə yerləşir.Möhtəşəm Konqres Sarayında kazino ,Bethovenin ev müzeyində isə qalereya vardır.Badenə yaxın ərzaidə isə ən gözəl kilsələrdən biri Klosternojburg,tarixi Purkersdorf və bir sıra möhtəşəm villalar və parklar var.
Badyan
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Banan
Banan — banankimilər fəsiləsindən çoxillik ot bitkisi cinsi. Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir.
Baqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Bayan
ToponimlərBayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Bazan
Bazan (fars. باذان‎) (Bazan ibn Sasan) — Sasanilər imperiyasının Yəməndə mərzibanı. == Həyatı == Həbəşistanın Yəmən valisi Əbrəhənin iki oğlu Məsruk ilə Yəksumun Yəməndəki yerli ərəblərə qarşı böyük bir zülm və qətliama girişməsi üzərinə Himyarilərin soyundan gələn Seyf ibn Zuyazan Həbəşlilərə qarşı Sasanilər imperiyasıdan yardım istəmiş, Kisra I Xosrov da (Ənuşirvani Adil 531-579), yaşlı və təcrübəli komandanlarından Vəhrizi kiçik bir orduyla Yəmənə göndərmişdi. Aparılan savaşda vali Məsruk öldürülmüş və Seyf ibn Zuyazan Sənada iqtidarı ələ keçirmişdi. Həbəşlilərin bir neçə il sonra Seyfi öldürmələri üzərinə Kisra, Vəhrizi dörd min əsgərlə təkrar Yəmənə göndərmişti. Ölümünə qədər Sənada Sasanilər valisi olaraq qalan Vəhrizdən sonra sırasıyla Mərziban, Təynucan, Xürrə Xosrov və Bazan vali olmuşdular. Bazan iranlı əsgərlərin Yəmənli qadınlarla evlənməsi nəticəsində təşəkkül edən və Əbna adı verilən zümrəyə mənsubdu. peyğəmbərin dəvəti üzərinə müsəlman oldu. Onun müsəlman oluşuna dair xəbərlər, peyğəmbərin Kisraya (II Xosrova) göndərdiyi məktubla ilgili rəvayətlər arasında yer almaqdadır. peyğəmbər hicrətin 7- (628-ci) ildə Abdullah ibn Huzafə əs-Səhmiyi bir məktubla Kisra II Xosrov Pərvizə göndərmişdi.
Çadan
Çadan — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Bada
Bada (kor. 바다 — dəniz) — sensor ekranlı mobil telefonlar üçün platformadır. Samsung Electronics şirkəti tərəfindən SHP (Samsung Hand-Held Platform) platformasının üzərində davamı kimi hazırlanıb. == Tarix == İlk versiyası 10 noyabr 2009-cu ildə anons edilmişdir. Platformanın 1.0 versiyası və ilk bada-telefonu(badafon) Samsung Wave S8500 14 fevral 2010-cu ildə Barselonada təqdim olunmuşdur. 2010-cu ilin may ayında isə Samsung Wave S8500-in satışı başlanmışdır. Həmçinin bada SDK/IDE proqramm təminatının yaradılması üçün ilk alətlər vasitəsi istifadəyə verilmişdir. 15 fevral 2011-ci ildə bada 2.0 alfa versiyası nümayiş olundu. == Təsvir == bada bağlı tipli platformadı, hansında ki istehsalçının SDK-sını istifadə etməklə, yalnız bu platformada işləyən programlar yaratmaq mümkündür. bada çoxsəviyyəli arxitekturaya malikdir.
Abadan şəhristanı
Abadan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 275,126 nəfər və 58,870 ailədən ibarət idi.
Acı badam
Acı badam (lat.
Adi badam
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara.Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar. Gülçiçəklilər fəsiləsindən alçaqboylu ağac və ya kol cinsi.
Alçaq badam
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada əsasən meşə və səhralarda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir.
Baban Əmirliyi
Baban Əmirliyi 1649-cu ildə Şehrizor mərkəzində Baban ailəsinin üzvü Babanzadə Əhməd Paşa tərəfindən qurulmuşdur. Əmirlik sərhədləri Osmanlı İmperiyasının Şəhr-i Zor əyalətini, Hal hazırda Hamedan və Qəsri Şirin bölgələrini əhatə edirdi.1850-ci ildə Osmanlılar tərəfindən son qoyulmuşdur. == Mənşə == Baban ailəsi (1649–1850), 17-ci əsrin əvvəllərindən 1850-ci ilə qədər indiki İraq Kürdüstanı və Qərbi İran ərazilərini əhatə edən bir Kürd Əmirliyiydi. Baban Əmirliyi Osmanlı-Səfəvi, Əfşarlar və Zəndlər qarşılaşmasında aktiv rol oynadı. Əmirliyin ailəsinin banisi Pşdər bölgəsindən olan Əhməd Fəqih və ya Fəqi Əhməd olduğu düşünülür. Babanlar, Osmanlılar tərəfindən döyüşdə əsir alınan bir Frank qadından (Keghan) mənşəli olduğu iddia edilir. Şərəfnaməyə görə qəbilənin ilk başçısı 1500-cü ildə yaşadığı güman edilən Pir Badak Babe idi.Dr. Alirza Özdəmir Baban ailəsi barədə deyir: Kərküklə Süleymaniyyə arasında yaşayırlar. Bir Bəylik quran Baban Əşirətinin ilk siyasi mərkəzi Qara-Çölandı. 1563-cü ilinə aid bir Osmanlı sənədində, Atçəkən Yörüklərindən olan Bababnlu cəmaəti, Oğuzun Büğdüz boyundandır və Kadirlidə yaşamaqdadır.
Badal Muradyan
Badal Muradyan (8 yanvar 1915, Çubuxçu, Eçmiədzin qəzası – 30 sentyabr 1991, İrəvan) — Ermənistan SSR Nazirlər Sovetinin 4-cü sədri. == Həyatı == 1966-cı il sentyabrın 30-da erməni elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağla bağlı XXIII qurultaya ünvanladıqları məktub respublika KP MK bürosunda müzakirə edildikdən sonra birinci katib Anton Koçinyan və Ermənistan Nazirlər Sovetinin sədri Badal Muradyanın birgə imzası ilə Moskvaya geniş cavab göndərildi. Cavabdan aydın olur ki, əslində elm və mədəniyyət xadimlərinin adından XXIII qurultaya göndərilmiş müraciət elə Ermənistan rəhbərliyinin fikridir. Onlar Sov.IKP MK-ya yazırdılar ki, Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin müraciətdə qaldırdığı məsələ birinci dəfə deyil və bundan əvvəl də, xüsusilə son vaxtlar böyük alimlər qurupu, yaradıcılıq birlikləri, ziyalıların nümayəndələri, fəhlələr, kənd təsərrüfatı işçiləri, tələbələr və digərləri bu məsələ ilə bağlı Sov.IKP MK və Ermənistan KP MK-ya çoxsaylı analoci məktub və müraciətlər göndəriblər. Məktub və müraciət müəlliflərinin fikrincə, bu torpaqların Ermənistana qaytarılması xalqlar arasında dostluğu daha da möhkəmləndirəcək, Lenin milli siyasətinin təntənəsini bir daha nümayiş etdirəcək. Koçinyan və Muradyan belə bir əhval-ruhiyyənin Dağlıq Qarabağ vilayəti əhalisi arasında yayıldığını və bunun ifadəsi kimi vilayətdən Ermənistan KP MK-ya əhalinin müxtəlif qruplarının çoxsaylı müraciətlər göndərdiyini vurğulayırdı. Onlar xatırladırdılar ki, erməni xalqı və digər xalqlar üçün ərazi məsələləri həyati əhəmiyyət kəsb edir. Bunu onlar Ermənistan ərazilərinin 2/3 hissəsinin, guya Ermənistanın qərb vilayətlərinin Türkiyə tərəfindən “qəsb” edilməsi ilə izah edirdilər. Koçinyan və Muradyan yazırdılar: “Indiki vaxtda Türkiyə tərəfindən ələ keçirilmiş torpaqların qaytarılması məsələsinin qoyulmasının məqsəduyğun olmadığı əhali tərəfindən anlayışla qarşılansa da, Qarabağ və Naxçıvanın Ermənistan SSR-ə qaytarılması ilə bağlı məsələlərdə biz ciddi çətinliklərlə üzləşirik”.
Badam (Soyuqbulaq)
Badam (fars. بادام‎) - (az.-əbcəd بادام‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Badam kəndi Souyuq Bulaqın ən ucqar kəndi olaraq, elə həmin şəhərdən 50 km şimalda və Soyuq Bulaq-Qoşaçay avtomobil yolunun yaxınlığında yerləşir. == İqtisadiyyat == Əhalisi əsasən əkinçilik, meyvəçilik, quşçuluq və toxuculuqla məşquldur. Ancaq kəndlilərin əsas qazanc qaynağı buğda və arpanın əkib-becərilməsindən əldə edilən gəlirdir. == Mədəniyyət == Bu kənddə sünni olan kürdlər və şiə olan türklərin hər birinin özlərinə aid məscidləri vardır. Sünnilərin məscidi altmış il və şiələrin məscidi isə 20 ildiki xidmət göstərir. Sünni müsəlmanların məscidində 2004-ci ildə quruculq işləri aparılaraq yenidən inşa edilmişdir. Badamda bir ibtidai məktəb və bir orta məktəb fəaliyyət göstərir. Tədris farscadır.
Badın-Jaran
Badın-Jaran (çin. 巴丹吉林沙漠) — Çinin Qansu, Ninsya-Xuey muxtar rayonu və Daxili Monqolustan Muxtar Rayonu ərazisində yerləşən səhra. Səhranın sahəsi 49 000 km² təşkil edir. Dünyanın ən hündür dyunları Badın-Jaran səhrasında yerləşir. Dyunların burada hündürlüyü 500 metrə çatır. Səhra ərazisində 100-dən çox göl vardır. Göllər əsasən dyunlar arasında yerləşir. Göllərin bir qismi şirinsulu bir qismi isə şordur. Göllər əsasən qrut suları ilə əlaqələnir. Monqol dilində "Sirli göl" anlamını daşıyır.
Balan (En)
Balan (fr. Balan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monlyuzel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01027. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2348 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 1875 nəfər (15-64 yaş arasında) əmək qabiliyyətli insanlar arasında 1640 nəfər iqtisadi fəal, 235 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 87.5%, 1999-cu ildə 74.1%). 1640 fəal sakindən 1590 nəfər (1162 kişi və 428 qadın), 50 nəfər işsiz (17 kişi və 33 qadın) işlədi. 235 hərəkətsiz 85 nəfər arasında şagird və ya tələbə, 93 nəfər təqaüdçü, 57 digər səbəblərə görə hərəkətsizdir.
Balan (Kəleybər)
Balan (fars. بالان آبش‌احمد‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 413 nəfər yaşayır (90 ailə).
Balan (Sərdəşt)
Balan (fars. بالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (29 ailə).
Batan adası
Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır. == Coğrafiyası == Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür.