Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baklor
Baklor (az.-əski. باکلوْر‎, fars. باکلور‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 66 nəfər yaşayır (19 ailə).
Bambuk
Bambuk və ya Hind qamışı — böyüməsi ilə çox qəribə olan bir bitkidir: əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIo — "qoşun" + duk— "silsilə" sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Barlık
Barlık — Abidələrin 4-ü də Barlık çayı sahilində D. A. Klements tərəfindən tapılıb və ilk dəfə V. V. Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Köklük
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Bakleu
Bakleu (vyet. Bạc Liêu ) — Vyetnamın cənub hissəsində şəhər, Bakleu vilayətinin paytaxtı. == Tarixi == Bakleu şəhərinin köhnə adı Vinhloy olmuşdur. == Coğrafiyası == Mütləq hündürlüyü dəniz səviyyəsindən 0 metrdir. Mekonq deltasında, Hoşimindən təxminən 300 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2013-cü il tarixinə əhalinin sayı 126,836 nəfər idi.
Baolok
Baolok (vyet. Bảo Lộc) — Vyetnamda şəhər, vilayət hökumət şəhəri,. == Tarixi == Tarixi adı B'Lao olmuşdur. Şəhər Ma xalqının torpaqlarında yerləşir. 1899-cu ildə Fransa müstəmləkəçiləri oraya gəldilər və Bintxuana yol tikmişdilər. Yuxarı Donqnay vilayəti 1 yanvarda yaradılmış, beş il sonra Binxuan vilayəti ilə birləşdirilmişdi. 1920-ci ildə Yuxarı Donqnay yenidən ayrılmışdı. 1958-ci ildə Vyetnam Respublikası hökuməti onu Lamdonq adlandırmışdı. Həmin vaxtdan şəhər fəal şəkildə böyüməyə başlamışdı. 8 aprel 2010-cu ildə şəhərə əyalət tabeliyində olan şəhər statusu verilmişdir.
Bakeu
Bakeu (rum. Bacău; alm. Bakau‎; mac. Bákó; lat. Bacovia) - Rumıniyadakı Bakeu judetsinin mərkəz şəhəridir. 2016-cı ildəki 196,883 nəfərlik əhalisi ilə Rumıniyanın ən böyük 12-ci şəhəridir. == Əhalisi == === Etnik tərkibi === Rumınlar: 97.93% Qaraçılar: 0.92% Macarlar: 0.09% Yəhudilər: 0.03% Digərləri: 0.34% == İstinadlar == == Mənbə == Benda, Kálmán (2002). The Hungarians of Moldavia (Csángós) in the 16th–17th Centuries. In: Diószegi, László (2002); Hungarian Csángós in Moldavia: Essays on the Past and Present of the Hungarian Csángós in Moldavia; Teleki László Foundation - Pro Minoritate Foundation; ISBN 963-85774-4-4. Dobre, Claudia Florentina (2009).
Bakur
Bakur — qədi türk dillərində bək "knyaz" "qəbilə başçısı" və ur (uru) "oğlan uşağı", bütünlükdə "Bəy – oğul" mənasında. Erməni tədqiqatçıları bu Bakur adını yəhudilərdə Bəkor "ilkin", "ilk doğulan" (ərəblərdə Bəkir) adı hesab edir və onun Qafqaz Albaniyasına xristian dini ilə gətirildiyini yazırlar. Bu səhvdir. III əsrdə şimaldan Gürcüstana gəlmiş türkdilli çinlilərin başçısının adı Çin-Bakur (çin sözü türkcə "qüvvətli" deməkdir, məsələn, Çin-Timur və b.) idi. Eranın ilk əsrlərində nəinki şimalda yaşayan türk xalqları, heç Zaqafqaziya xalqları xristian deyildilər. Qədim türkcə bakur həm də "böyük" mənasındadır, bəlkə də Bakur məhz "adsanca böyük" deməkdir.
Balak
Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.
Bölük
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Baklan buxtası
Baklan buxtası, və ua Mançjur — Böyük Pyotr körfəzinə daxil olan çoxsaylı buxtalardan biri. Yapon dənizi akvatoriyasına daxildir. XIX əsrin 80–90-cı illərdən "Mançjur" kononer qayığının şərəfinə adlandırılmışdır. Hazırkı ad 1972-ci ildə Uzaq Şərqdə çin mənşəlli adların dəyşdirilməsi zamanı qoyulmuşdur. Su səthinin sahəsi 22,7 km² təşkil edir. == Coğrafiyası == Baklan buxtası Klerka yarımadasının sonucunda yerləşən burunla Bryusa yarımadasında yerləşən Çirok burnu arasında qəralaşır. Buxtanın çıxacağında iki ada yerləşir: Sibiryakov və Antipemko. Cənub-qərb sahillərini Klerka yarımadasının şimal-şərq sahilləri təşkil edir. Şimal-şərq sahilləri qumlu çimərlikdən ibarətdir. Burada Poyma çayının mənsəbi yerləşir.
Balbuk (Uçalı)
Balbık (başq. Балбыҡ, rus. Старобалбуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 56 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Bambuk ayısı
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. == Bədən quruluşu == Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Barduk (Urmiya)
Barduk (fars. بردوك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 368 nəfər yaşayır (64 ailə).
Mixael Ballak
Maykl Ballak (alm. Michael Ballack‎; 26 sentyabr 1976[…]) — alman futbolçu, yarımmüdafiəçi. Almaniya millisinin oyunçusu olub. Bayer 04, Bavariya, Çelsi klublarında oynayıb. FİFA 100 siyahısına daxildir.
Sandra Ballok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Tatyana Bakalçuk
Tatyana Bakalçuk (rus. Татьяна Владимировна Бакальчук 16 oktyabr 1975) — Rusiyalı sahibkar, Wildberries şirkətinin qurucusu və baş direktoru, paltar, ayaqqabı, ev əşyaları və digər malların satıldığı Rusiya beynəlxalq onlayn mağazanın sahibi. Forbesin məlumatına görə, 20 fevral 2020-ci il tarixindən etibarən Tatyana Bakalçuk Rusiyanın ən varlı qadını olmuşdur. 1.4 milyard dollar sərvəti ilə Elena Baturinanı qabaqlamışdır. Tatyana Bakalçuk koreya əsillidir. 1981-1992-ci illərdə oxuduğu Moskva yaxınlığındakı orta məktəbdə təhsil alır. Moskva Dövlət Regional Sosial və Humanitar İnstitutunda oxuyur. İngilis dili müəllimi diplomu alır. Bir müddət müəllim işləyir. 2004-cü ildə Tatyana uşaq dünyaya gətirir.
Anastasiya Bayduk
Baku
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Haluk Bilginer
Nihat Haluk Bilginer (5 iyun 1954, İzmir), Türk aktyor ve teatr direktoru.
Haluk Levent
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Haluk Ləvənt
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
I Bakur
I Bakur — Quqark knyazlığının dördüncü knyazı, Vaxtanq Qorqasalinin qaynı.