Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buranovskiye Babuşki
Buranovskiye Babuşki (rus. Бурановские бабушки / Buranov nənələri; udm. Брангуртысь песянайёс) — Rusiyanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən musiqi qrupu. Qrup müsabiqədə "Party for everybody" mahnısı ilə 2-ci yeri tutmuşdur.
Babuşkin
Babuşkin — Rusiya Federasiyasında yerləşən şəhər. Buryatiya Respublikasının tərkibinə daxildir.
Batumi
Batumi (gürc. ბათუმი; 1936-cı ilə qədər Batum) və ya Batum— Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtı. Şəhərin əhalisi 152 839 nəfərdir (2014). Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 000 min nəfərə çatır. Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır. == Tarixi == Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Babuşkin adası
Babuşkin adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Maksimmal hündürlüyü 40 metrdir. Şimal adasının qərb sahillərində yerləşən Çaev körfəzinin akvatoriyasına aiddir. 1930-cu ildə Otto Şmidt və Vladimir Vizenijn rəhbərliyi altında "Qeorqi Sedov" gəmisində təşkil olunmuş ekspedisiyada iştirak etmiş, sovet təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı Mixail Babuşkinin şərəfinə adlandırılmışdır.
Matuşkin soğanı
Matuşkin soğanı (lat. Allium materculae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (En B 1ab (i, ii)). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya şarvari, 1-2 sm qalınlığında, boz qınla örtülüdür. Gövdə (6)10-20(26) sm hündürlükdə, yoğun, əsası adətən ikiyarpaqlı, uzun qınla örtülüdür. Yarpaqlar göyümtül, xətvari 6-20 (30) mm enində, spiralvari bükülmüşdür. Çətir çoxçiçəkli, yarımşarvari, 3–4 mm diametrindədir. Çiçəkyanlığı 5–8 mm uzunluğunda, ulduzşəkilli, yasəmən rənglidir.
Viktor Babuşkin
Viktor Borisoviç Babuşkin (rus. Ви́ктор Бори́сович Ба́бушкин; 24 avqust 1930 – 25 iyul 1998, Moskva) — SSRİ və Rusiya bəstəkarı, səs rejissoru, RSFSR-in Əməkdar mədəniyyət xadimi (1976).
Vladimir Babuşkin
Vladimir Petroviç Babuşkin (ləqəbi Vasya Brilyant və ya sadəcə Brilyant) (d. 18 may 1928, Həştərxan, RSFSR, SSRİ - ö. 26 may 1985, Belıy Lebed həbsxanası, Solikamsk) - tanınmış, peşəkar cinayətkar, SSRİ cinayət aləminin əfsanəvi lideri; "Qədim məktəb" ayamalı rusiyalı qanuni oğru, kriminal aləmin ən parlaq nümayəndəsi. Qanuni oğruların patriarxı, kriminal aləmin əfsanəsi. Ömrünün 40 ildən çoxunu həbsxanalarda keçirmişdir. Rusiyanın Vladimir vilayətində yerləşən Vladimirskiy sentral adlı həbsxanada cəza tətbiq etmişdir. Elə həmin vaxtlarda cəzası artırılmış Azərbaycanlı qanuni oğru Lotu Bəxtiyarı da bu həbsxanaya göndərmişdilər. Vasya Brilyant Novxanılı Bəxtiyara qanuni oğru adını məhz elə bu həbsxanada vermişdir. Vasya Brilyant ömrünün sonunadək oğru ənənələrini tətbiq etmiş, ona görə də heç vaxt Sovet dövləti üçün çalışmamışdır. Versiyalara görə 1985-ci il mayın 26-da Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində yerləşən xüsusi rejimli cəza koloniyası olan Belıy Lebed həbsxanasında vəfat etmişdir.
Yasutaro Matsuki
Yasutaro Matsuki (d. 28 noyabr 1957) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 11 oyun keçirib.
İvan Babuşkin
İvan Vasilyeviç Babuşkin (rus. Иван Васильевич Бабушкин, partiya təxəllüsü: Nikolay Nikolayeviç; 3.1.1873 – 18.1.1906) — Rusiya inqilabçısı, bolşevik. İvan Vasilyeviç Babuşkin 15 yanvar 1873-cü ildə anadan olmuşdu. Məşhur "Kronştad" gəmisində xidmət etmişdi. İvan Babuşkin 18 yanvar 1906-cı ildə öldürülüb. 3еликсон-Бобровская Ц. С. И. В. Бабушкин. (2 изд.). — Л. 1939.
Roman Ratuşnı
Roman Ratuşnı (ukr. Рома́н Тара́сович Ра́тушний; 5 iyul 1997, Kiyev – 9 iyun 2022, İzyum rayonu[d], Xarkov vilayəti) — Ukrayna ictimai xadimi, jurnalist, hərbi könüllü. Avromaydan və Rusiya-Ukrayna müharibəsinin iştirakçısı. Roman Ratuşnı 5 iyul 1997-ci ildə Kiyevdə Taras Ratuşnı ("Köhnə Kiyevi xilas et" hərəkatının fəalı) və yazıçı Svetlana Povalyayevanın ailəsində anadan olub. 2012-ci ildə Maliyyə və Hüquq Kollecinə daxil olmuş, burada ali hüquq təhsili almışdır. 2013-cü ilin sonunda Roman 30 noyabr gecəsi Berkut hücumundan əziyyət çəkən digər tələbələrlə birlikdə Avromaydanda iştirak edir. 2018-ci ildə "Protasov Yarı müdafiə et" təşəbbüsünə, 2019-cu ildə isə eyniadlı ictimai təşkilata rəhbərlik edib. Təşəbbüs Kiyevin mərkəzindəki Protasov Yarda yaşıl zonanın qorunması və Daytona Group MMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulan inkişafın qarşısını almaq məqsədi daşıyır. Yerli sakinlərlə inşaatçı arasında münaqişə 2019-cu ilin may ayının əvvəlində, inşaatçı hasar çəkərək yerli ictimaiyyətə yamacda üç 40 mərtəbəli bina tikməyi planlaşdırdığını elan edəndə daha da artır. Daha sonra Dövlət Memarlıq və Tikinti Müfəttişliyi müəssisənin yaşıllıq zonasında tikintini davam etdirməsini qadağan edən əmr verir və 27 iyun 2020-ci il tarixində Kiyev Şəhər Şurası Protasov Yardakı 3,15 hektar torpaq sahəsinə yaşıllıqların statusunu qaytarır.
Karl Kautski
Karl İohann Kautski (alm. Karl Kautsky‎; 16 oktyabr 1854[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 17 oktyabr 1938[…], Amsterdam) — alman iqtisadçı, tarixçi, publisist və sosial-demokrat siyasətçi. Marksist nəzəriyyəçi, K. Marksın "Kapital" əsərinin dördüncü cildinin redaktoru.
Apus batesi
Apus batesi (lat. Apus batesi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Barski evi
Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır. == Təsviri == Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır. == Tarixi == Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi..
Barski meşəsi
Barski meşəsi (rus. Барский лес) – Başqırdıstanın (Rusiya) İşimbayski rayonunun şimal-qərbində yerləşən meşə. Sahəsi 14 km2 təşkil edir. Sterlitamak şəhərindən 20 km, İşimbay şəhərindən 20 km uzaqlıqda yerləşir. Axmerovski meşəsində üstünlük təşkil edən əsas ağac növləri palıd və cökədir.
Basuki Abdullah
Basuki Abdullah (25 yanvar 1915[…], Surakarta, Mərkəzi Yava – 5 noyabr 1993, Cakarta) — İndoneziya boyakarı. Surio Subrotonun oğlu. "Dipo Neqoro döyüşdə", "İndoneziya qadınlarının portretləri seriyası, "Tarlanın malalanması", "Kintamani mənzərəsi" və s. əsərləri var.
Batumi məscidi
Batumi məscidi (gürc. ბათუმის მეჩეთი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində yerləşən məscid. == Tarixi == Batumi məscidi gürcü mənşəli müsəlman zadəgan — Aslan-bəy Ximşiaşvilinin ailəsinin sifarişi ilə 1886-cı ildə tikilib. Batumi məscidi hazırda mövcud olmayan Əzizə camisi ilə Əhməd-paşa camisi arasında ucaldıldığından, onu Orta cami də adlandırırlar. 1932-ci ildən 1946-cı ilədək sovet hakimiyyəti tərəfindən bağlanan məscid, 1946-cı ildə yenidən fəaliyyətini bərpa edib. == Təsviri == Ağ rəngdə olan məscid iki mərtəbədən ibarətdir. Bir minarə və qızılı rəngli günbəzə malikdir. Məscidin divarları Laz qardaşları tərəfindən naxışlarla bəzədilib. Batumidə fəaliyyət göstərən yeganə məsciddir.
Başuki (Bicar)
Başuki (fars. باشوكي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Şatski yaylası
Şatski yaylası — Sakit okeanda Yaponiyanadan şərqdə yerləşir. Hündürlüyü 5500–6000 m, zirvə hissəsindən səthə olan məsafə isə 2400—3100 metr təşkil edir. Şimal-qərqə istiqamətlənir. Tərkibinə Şişov, Ori və TAMU massivləri daxildir. Uzunluğu 1700 km, eni isə 500 km-dir. 1970-1980 illərdə SSRİ alimləri tərəfindən aşkarlanmışdır. 2013-ci araşdırmaları yaylada yerləşən TAMU massivi Yer kürrəsində ən böyük, Günəş sistemində isə ən böyük vulkalardan biridir . Formalaşması Yura dövrünün sonları Təbaşir dövrünün əvvəllərində formalaşmışdır. Sakit okean plitəsi, Farallon plitəsi və İzaqani plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Yayla sovet geoloqu Nikalay Sergeyeviç Şatskinin şərəfinə adlandırılmışdır.
Euseius batus
Euseius batus (lat. Euseius batus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Batumi Stalin Muzeyi
Batumi Stalin Muzeyi Gürcüstanın Batumi şəhərində yerləşir. Muzey İosif Stalinin 1901-1902-ci illərdə Batumi şəhərində apardığı təbliğat işlərinin xatirəsini anmaq məqsədilə fəaliyyət göstərirdi. 2013-cü ildə az saylı ziyarət üzündən bağlanmışdır.
Dinamo Batumi FK
Dinamo Batumi FK – Gürcüstanın futbol klubu.
Muad Əl Baluşi
İssam Əl Baluşi
Batumi dəniz limanı
Batumi dəniz limanı (gürc. ბათუმის საზღვაო პორტი ) — Gürcüstanın ən böyük konteyner, bərə və ümumi yük dəniz limanı. Liman Batumi şəhərində, Qara dənizin cənub-şərq sahilində yerləşir və həm də Qazaxıstan və Azərbaycandakı neft emalı üçün əsas tranzit liman kimi istifadə olunur. Limanın beş terminalı var: neft terminalı, quru yük terminalı, konteyner terminalı, dəmir yolu-bərə keçidi və sərnişin terminalı. Bu terminallar müvafiq kranlarla təchiz olunub ki, bu da yüklərin vaxtında və keyfiyyətli emalını asanlaşdırır və limanın müştərilərinin tələblərinə cavab verir. == Tarixi == Batumi dəniz limanının tarixi Roma imperiyasına, Adrianın hakimiyyəti dövründə Batumi limanının Romanın ticarət şəbəkəsinin ən mühüm nöqtələrindən biri olduğu zamana gedib çıxır. Batumi limanı geostrateji və təbii üstünlükləri ilə seçilib və hələ də seçilməyə davam edir. Limann təbii dərin suda yerləşməsi böyük tonajlı gəmilərin girişinə icazə verir. 19-cu əsrin ikinci yarısında mövcud qlobal iqtisadi şəbəkənin formalaşması zamanı limanın yuxarıda göstərilən üstünlükləri Batumi limanının 1878-ci ildən 1885-ci ilə qədər “Porto-Franko” (freeport) statusu alması ilə nəticələnmişdir. Batumi şəhərinin və limanının inkişafında əsas amil Bakıdan Batumiyə dəmir yolu ilə daşınan neft idi.
Müqəddəs Ruh Kilsəsi (Batumi)
Müqəddəs Ruh Kilsəsi(ing. Church of the Holy Spirit) — Müqəddəs Ruh Kilsəsi (gürcü: სულიწმიდის კათოლიკური ეკლესია), Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində, Qara dənizdəki Roma Katolik kilsəsidir.